Ana səhifə »  Müəlliflər »  Rəsul Quliyev AXCP və “Müsavat”ın rəhbərlərini istefaya çağırır
A+   Yenilə  A-
Rəsul Quliyev AXCP və “Müsavat”ın rəhbərlərini istefaya çağırır
Yazdı: Mübariz Abdullayev

Radikallar 9 oktyabr prezident seçkilərində uğradıqları acınacaqlı məğlubiyyətdən sonra birgə yol getməyin mümkün olmadığını dilə gətirirlər
Radikal müxalifətin sonuncu “birliyi” olan qondarma “Milli şura”da qarşıdurma son həddə çatıb. Əslində, bu tamamilə gözlənilən idi. Çünki radikalların hər biri xaricdən idarə olunan fərqli mərkəzlərə, fondlara bağlı olduqlarından onların ortaq məxrəcə gəlmələri, sadəcə olaraq bir şeyin - paranın xatirinə ola bilər ki, bu da müvəqqəti xarakter daşıyır. Yəni, bu para məsələsi də hər zaman birləşdirici amil rolunu oynamır. Belə ki, radikallar sərgilədikləri bütün əməllərdə sırf korporativ maraqlardan çıxış edir, xaricdən düşərgəyə yönəldilən ianələrə, qrantlara əllərinin daha gen-bol çatmasını təmin etmək, digərlərindən bir baş üstün mövqeyə çıxmaq, təsir imkanlarını genişləndirmək naminə daim bir-birlərinə badalaq gəlməyə, rəqiblərinə arxadan zərbə vurmağa çalışırlar. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, radikal düşərgədə AXCP ilə “Müsavat” arasında çəkişmələr daimi xarakter alıb. Düşərgə təmsilçiləri özlərini radikal müxalifətin əsas simaları sayan Əli Kərimli ilə İsa Qəmbəri “ulduzları heç vaxt barışmayacaq” əbədi “mehriban düşmənlər” kimi xarakterizə edirlər.
Radikal düşərgədə səngimək bilməyən ziddiyyətlərdən söhbət açarkən ayrı-ayrı partiyalarla okeanın o tayında “lövbər” salan, viski içə-içə “Facebook”da özüsayağı statuslar yazmağı siyasətçilik sayan Rəsul Quliyev arasında söz atışmalarını xüsusi vurğulamaq gərəkdir. Rəsul Quliyevin okeanın o tayından hədəf seçdiyi səngərlərdən bəzən ayrı-ayrı partiyalar, bəzən də bütövlükdə “Milli şura” nişan alınır. Onun radikallara ünvanladığı ittihamlar ən müxtəlif, bir sıra hallarda isə gündəmdən kənar məsələləri, hətta uzaq keçmişdə baş verən hadisələri belə əhatə edir.
Düzdür, bir vaxtlar sabiq ACP liderinin ittiham dolu səslənmələri radikal düşərgədə sükutla qarşılanırdı. Daha doğrusu, partiyaların təmsilçiləri Rəsul Quliyevin kefinə düşəndə onlara ünvanladığı paralardan məhrum qalmamaq naminə “arada pərdə var” bəhanəsi ilə onun ən kəskin ittihamlarını belə sükutla qarşılayırdılar. Lakin artıq neçə vaxtdır ki, Rəsul Quliyev pul boxçasının ağzını bərk-bərk bağlayıb və öz təbirincə desək, müftəxorlara, heç bir işə yaramayanlara cibxərcliyi göndərmir. Bu səbəbdən də radikallar “cəsarətləniblər” və ona münasibətdə “indiyədək böyük-kiçik yeri gözləmişik, daha susan deyilik, bizim də səbrimiz var” prinsipinə keçiblər. Beləliklə, radikal düşərgədəki partiyaların təmsilçiləri də Rəsul Quliyevin həmlələrinə eyni tonda cavab verir, hətta bir sıra hallarda onu özü söylədiklərindən betər kəskin ifadələrə “qonaq” edirlər.
“Buqələmun”, “parazit” “yaramaz”, “baş mafioz”... Xatırladaq ki, bu kimi ifadələr seçkiqabağı mərhələdə Rəsul Quliyevlə “Müsavat” funksionerlərinin bir-birlərinə ünvanladıqları səslənmələrdə çox tez-tez işlənirdi. Seçkilərə hazırlıq dönəmində gündən-günə kəskinləşən “Müsavat”-Rəsul Quliyev münasibətlərinin bu və ya digər tərəfdən aydınlaşdırılması “Milli şura”da əsas müzakirə mövzusuna çevrilmişdi. Hər iki tərəfin bu kimi səslənmələrlə daha da nüfuzdan düşməsini arzulayan digər partiyaların təmsilçiləri isə açıq və ya gizli şəkildə, necə deyərlər, odun üstünə yağ tökürdülər. Belələrinin sırasında isə “Müsavat”ın əzəli və əbədi rəqibi AXCP xüsusi canfəşanlıq göstərirdi. Təsadüfi deyil ki, seçkiöncəsi mərhələdə “vahid namizəd”lik iddialarından geri çəkilmək istəməyən İsa Qəmbəri gözdənsalma kampaniyasında “cəbhəçilər”in fitvasına uyan Rəsul Quliyev hamıdan artıq dərəcədə canfəşanlıq göstərirdi. İş o yerə çatmışdı ki, ACP-nin sabiq lideri öz partiyasının bütün funksionerlərini “Müsavat”ın başqanına qarşı total hücuma səfərbər etmişdi.
“Milli şura”nın oktyabrın 9-da keçirilən prezident seçkilərində acınacaqlı məğlubiyyətindən sonra isə radikal düşərgə təmsilçiləri ilə Rəsul Quliyevin münasibətləri daha kəskin xarakter alıb. “Facebook” statuslarından, mətbuata verdiyi açıqlamalardan bəlli olur ki, sabiq ACP lideri indi yalnız “Müsavat”a qarşı aqressivlik nümayiş etdirmir, eyni zamanda, AXCP və bu kimi digər partiyalar da onun “qara siyahısına” daxil edilib.
Bu günlərdə isə Rəsul Quliyev okeanın o tayından bundan sonra müxalifətlə əməkdaşlığının hansı şərtlər daxilində mümkün olacağını açıqlayıb. O, AXCP və Müsavat Partiyaları ilə əməkdaşlığa İsa Qəmbər və Əli Kərimlinin istefaya getməsindən sonra başlayacağını dilə gətirib. ACP-nin sabiq lideri bu iki partiyanın rəhbərlərinin siyasətdən uzaqlaşmayacaqları təqdirdə onlarla yol getməyəcəyini vurğulayıb: “AXCP və “Müsavat”la əməkdaşlıq ancaq onların liderləri buraxdığı səhvləri boyunlarına alıb istefa verəndən sonra mümkün ola bilər. Bir sözlə, xalqın gələcəyi ilə heç bir əlaqəsi olmayan şüarlarla öz mövcudluğunu artırmaq istəyənlərlə yol getməyə son qoyuldu”.
Açıqlamalarına davam edən Rəsul Quliyev radikallara ritorik sual da ünvanlayıb: “Ağır məğlubiyyətdən sonra məğlub tərəfin məğlubiyyətinin səbəblərini müzakirə etməməsi nə vaxt, hansı ölkədə, hansı tarixdə mümkün olduğunu kim mənə izah edə bilər?
Radikallara qarşı ittihamlarının rəngini getdikcə tündləşdirən R.Quliyev həmçinin Müsavat Partiyasının həllini tapmayan qurultay məsələsinə də “ilişib”. “Ancaq bu qurultay şousu (sözsüz ki, bu şounun müəllifləri partiyanın liderləridir) düzəldənlərin halına acıyıram, istəyirəm kənardan baxan üçün onların necə gülünc görsəndiklərini başa düşsünlər. Məgər Müsavat Partiyasının üzvləri görmürlər ki, bu şoudur, partiyanın gələcək inkişafı ilə heç bir əlaqəsi yoxdur?!”.
Rəsul Quliyevin okeanın o tayından gələn ittihamlarına partiyalardan cavab reaksiyaları da özünü çox gözlətməyib. Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli mətbuata açıqlamasında ACP-nin sabiq liderinin istefa səslənmələrini “kənar bir şəxsin başqa partiyaların daxili işlərinə müdaxilə”, “siyasi mədəniyyətsizlik” kimi dəyərləndirib.
Göründüyü kimi, radikallar arasında münasibətlər ən son həddədək gərginləşib. Aralarındakı bütün körpüləri yandıran radikal düşərgə təmsilçilərinin bundan sonra birgə yol gedəcəkləri həqiqətən mümkün olmayacaq...

 
  • Oxunub:  24930  |  
  • Tarix:  29-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13