Ana səhifə »  Müəlliflər »  Radikalların xarici antimilli qüvvələrin sifarişlərini həyata keçirməsinin etirafı
A+   Yenilə  A-
Radikalların xarici antimilli qüvvələrin sifarişlərini həyata keçirməsinin etirafı
Yazdı: Pərviz Sadayoğlu

“Milli şura”nın keçmiş, indiki və gələcək fəaliyyəti ermənipərəst təşkilatlar tərəfindən yönləndirilir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın əldə etdiyi uğurlar bu gün bütün dünya ölkələri tərəfindən təqdir edilməkdədir. Bunun nəticəsidir ki, gənc Azərbaycan dövləti bütün ölkələr üçün ikitərəfli, o cümlədən də, çoxtərəfli əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Amma bu da təkzibedilməz faktdır ki, ölkəmizin qısa zaman kəsiyində istər iqtisadi, istərsə də siyasi baxımdan böyük inkişaf yolu keçməsi dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də narahat edir. Anti-azərbaycançı qüvvələrin zaman-zaman ölkəmizdəki inkişafa mane olmaq üçün gördüyü “tədbirlər”, o cümlədən, satqınlığı, xəyanəti özünə peşə seçmiş radikal müxalifət düşərgəsinin nümayəndələrindən bu yöndə istifadə etmələri həmin narahatlığın təzahürləridir.
Qeyd edək ki, ənənəvi radikal müxalifət partiyalarının rəhbərlərinin antimilli qüvvələrlə, erməni lobbisinin nümayəndələri ilə, o cümlədən, Azərbaycanın düşmənlərinin dostu olan dairələrlə işbirliyində olması hər kəsə bəllidir. Məsələn, Müsavat Partiyasının rəhbəri İsa Qəmbər Aram Manukyanın rəhbərlik etdiyi partiya ilə əməkdaşlıq sazişi imzalayır, “Milli şura”nın sədri Rüstəm İbrahimbəyov xalqımızın düşmənlərinə sözün əsl mənasında qucaq açır, onlardan yana darıxdığını dilə gətirir. AXCP sədrinin ermənilərlə “yaxınlığı” isə cəmiyyətə daha yaxından tanışdır.
Bu dəfə isə ortaya düşüb min qazanın çömçəsinə çevrilmək istəyən “Milli şura”nın ötən seçkilərdə biabırçı məğlubiyyətə uğrayan prezidentliyə namizədi Cəmil Həsənovdur. “Namizəd” təyin olunan gündən təyyarələrdən enməyən, ermənipərəstlərin qapısında öz növbəsini gözləyən C.Həsənov bu dəfə ABŞ-dan 10 günlük “təlimatlandırılmaqdan” qayıdıb. Qayıdan kimi də keçirdiyi görüşlərlə bağlı brifinq verən C.Həsənovun açıqlamalarından da görmək olur ki, o, bu işdə hələ təzədir. Yəni, hansısa səfərə gedib-gələndən sonra ağızdolusu öz təəssüratlarını bölüşməyə çalışan C.Həsənov elə öz “dilinin tilovuna” düşüb. Səfərdən gələndən sonra lazım olanı da, olmayanı da danışmaqla o, özünün də, “şəriklərinin” də kartlarını açıb.
Məsələn, C.Həsənov deyir ki, ABŞ-da görüşdüyü dairələr “Milli şura” və onun işi ilə bağlı ən xırda detallara qədər informasiyalara malik idilər: “Bizim apardığımız bütün görüşlərdə istisnasız olaraq “Milli şura” barədə çox geniş müzakirələr oldu. “Milli şura”nın yaranması, fəaliyyəti, seçki taktikası, bundan sonrakı fəaliyyəti haqqında ətraflı fikir mübadiləsi oldu. Doğrudan da “Milli şura”nın uğurlu bir model olduğu Amerika siyasi dairələri tərəfindən də qeyd edildi”.
Birincisi, onların sizin haqqınızda, fəaliyyətiniz haqqında ən xırda detallardan belə xəbəri varsa, demək ki, bunu siz özünüz onlara “doklad” etmisiniz. Bu isə bir daha göstərir ki, “Milli şura” fərqli xarici dairələrin sifarişi ilə yaranıb, fəaliyyət göstərir. Və ən əsası bu “şura”nın Azərbaycan xalqı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.
İkincisi, C.Həsənov bildirir ki, həmin xarici dairələrlə (görüşdüklərinin əksəriyyətinin kimliyinə və ya təşkilatların adlarına baxanda onların hansı mərama xidmət etdikləri tamam aşkar olur) “Milli şura”nın bundan sonrakı fəaliyyəti haqqında ətraflı fikir mübadiləsi aparıblar. Bundan böyük absurdmu var? Əvvəla, Cəmil Həsənli bu “şura”da hansısa rəsmi bir vəzifə tutmur və bu baxımdan onun “şura” adından danışmaq səlahiyyəti yoxdur. Hətta varsa belə, axı, hansısa bir ölkənin qeyri-hökumət və ya hökumət təşkilatı “Milli şura”ya gələcək fəaliyyətinin istiqamət tezislərini verirsə, bu “şura” haradan “milli” olur? Faktiki olaraq, Cəmil Həsənov bu fikirləri ilə təsdiq edir ki, o və “şərikləri” anti-Azərbaycan dairələrin sifarişlərini həyata keçirirlər, ölkəmizdə gedən inkişafa mane olmağa, ermənilərə dəstək verməyə çalışırlar.
Bundan başqa, C.Həsənov bir az da romantik bir ABŞ xatirəsini danışaraq deyir: “Amerikanın səsi” radiosunun prezidenti məni qəbul edən kimi öz otağında pəncərənin önünə dəvət etdi və pəncərədən Amerika Konqresinin əzəmətli binası görünürdü. Göstərdi ki, “Biz onların müəyyən etdiyi siyasəti həyata keçiririk...”
Bəli, bu da növbəti bir etiraf. Birincisi, adıçəkilən qurum hər zaman “müstəqil” olmalarını hər kəsə sübut etməyə çalışırdı, amma bu dəfə görünür ki, C.Həsənovun bu qədər qeyri-peşəkar bir siyasətçi olacağını və onların sirrini bu qədər tez faş edəcəyini gözləmirdilər. Digər tərəfdən isə, C.Həsənova bir sual vermək lazımdır, yaxşı, bu radio ABŞ Konqresinin müəyyən etdiyi siyasəti həyata keçirir, bəs siz və sizin “şura”nızdakılar hansı qurumun, təşkilatın və ya dövlətin siyasətini həyata keçirməklə məşğulsunuz, Cəmil Həsənov? Danışdıqlarınız, etdikləriniz, keçirdiyiniz görüşlər göstərir ki, sizin “siyasət” anlayışınız birmənalı şəkildə satqınlıq və xəyanəti təlqin edir. C.Həsənovun ABŞ-a son səfəri bir daha sübut etdi ki, istər “Milli şura”nın namizədi olsun, istər sədri olsun, istərsə də oraya ermənilərin pulunun şirinliyinə yığışanlar olsun, onların bir məqsədləri var: Öz korporativ maraqlarından ötrü Azərbaycanı satmaq, Azərbaycan xalqının mənafeyini tapdamaq. Bu addımı atan növbəti “müxalifət lideri” isə Cəmil Həsənov oldu...

 
  • Oxunub:  24600  |  
  • Tarix:  29-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir

14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir
14 Noyabr 20:43
Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
14 Noyabr 20:37
Mirzəcan Xəlilov: Gələn ilin dövlət büdcəsində qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır
14 Noyabr 20:33
Tahir Süleymanov: Ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib
14 Noyabr 20:31
Azərbaycan Dillər Universitetində Əhməd bəy Ağaoğluya həsr edilən dəyirmi masa keçirilib
14 Noyabr 20:30
Elman Nəsirov: Müsavat Partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir
14 Noyabr 17:55
Bakıda “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi çərçivəsində sərgi təşkil olunub
14 Noyabr 17:44
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 17:33
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14 Noyabr 17:31
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:27
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:06
Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub
14 Noyabr 17:02
Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində
14 Noyabr 16:45
“Türkün dastanı” kitabının təqdimatı olub
14 Noyabr 16:44
Goranboyun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib
14 Noyabr 16:37
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Noyabr 16:27
Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 16:24
Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlim çərçivəsində tapşırıqları icra edir
14 Noyabr 16:20
Tur-aksiya: Məktəblilər Azərbaycanın şimal qapısı sayılan Qusarın və qədim Qubanın görməli yerlərini gəziblər
14 Noyabr 15:38
Qlobal neft tələbatı 2040-cı ildə 106,4 milyon barrelə çatacaq
14 Noyabr 15:38
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir
14 Noyabr 15:32
II Azərbaycan Diabet Konqresi keçirilib
14 Noyabr 15:15
“Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub
14 Noyabr 15:02
İstanbulda "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib
14 Noyabr 14:56
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
14 Noyabr 14:40
Zülfiyyə Veysova: Bir gündə 650 min ağacın əkilməsi ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır
14 Noyabr 14:24
Azərbaycan ilə Türkiyə, Rusiya və Malayziya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
14 Noyabr 14:19
İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
14 Noyabr 14:12
Multikulturalizm Mərkəzində ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı ilə görüş olub
14 Noyabr 14:09
UNEC İsrail ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır
14 Noyabr 14:07
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib
14 Noyabr 14:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
14 Noyabr 13:57
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir
14 Noyabr 13:56
İlham Mirzəliyev: 2005-2019-cu illərdə 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub
14 Noyabr 13:52
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14 Noyabr 13:49
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
14 Noyabr 13:46
YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib
14 Noyabr 12:46
Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq
14 Noyabr 12:45
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
14 Noyabr 12:42
Abdullahi Godah Barre : Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir
14 Noyabr 12:34
Muxtar respublikada gənclərin sağlamlığının qorunması və fiziki inkişafına xüsusi diqqət yetirilir
14 Noyabr 12:28
Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb
14 Noyabr 12:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi
14 Noyabr 12:04
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
14 Noyabr 11:59
“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
14 Noyabr 11:57
FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək
14 Noyabr 11:39
Əli Həsənov: “Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
14 Noyabr 11:29
Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır
14 Noyabr 11:24
Azərbaycanla İsveçrə Əməkdaşlıq Ofisinin əməkdaşlığının perspektiv imkanları müzakirə olunub
14 Noyabr 11:13
Ölkəmiz “Dünya Robot Olimpiadası”nda təmsil edilib
14 Noyabr 11:10
Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür
14 Noyabr 11:07
Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İiş üzrə Şurasının iclası keçirilir
14 Noyabr 10:57
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək
14 Noyabr 10:40
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb
14 Noyabr 10:32
Bu gün “Avro-2020” seçmə mərhələsində 11-ci tura start veriləcək
14 Noyabr 10:22
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır
14 Noyabr 10:13
Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub
14 Noyabr 10:10
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA