Ana səhifə »  Müəlliflər »  İsa Qəmbərin etirafları...
A+   Yenilə  A-
İsa Qəmbərin etirafları...
Yazdı: Pərviz Sadayoğlu

“Müsavat” sədri etiraf edir ki, radikal düşərgənin mitinqlərinə gələn olmayıb, seçkidə 5 faiz səs qazanıblar
2013-cü il prezident seçkisi öncəsi müxalifət düşərgəsində dil-dil ötən, özünü “siyasi lider”, satqın, xəyanətkar Rüstəm İbrahimbəyovu “siyasi düha”, düşərgənin bəzi partiyalarının zorən bir tavan altına yığılmasını isə “birlik” adlandıranlar artıq “etiraf”lara başlayıblar. Hər zaman olduğu kimi, seçki öncəsi pafoslu yalanlara güc verənlər, məntiqsiz, məzmunsuz çıxışları ilə antimilli qüvvələrin dəyirmanına su tökənlər fiaskonun ardından artıq “günah keçisi” seçiliblər. “Milli şura” adlanan xəyanət yuvasının son toplantısında bu qurumun hansı vəziyyətdə olması, hansı ziddiyyətlərin, daxili savaşların məngənəsinə düşdüyü aşkar şəkildə ortaya çıxdı. AXCP ilə Müsavat Partiyası arasında illərdir ki, davam edən düşmənçilik yenidən qığılcımlandı. Satqınlar klubunun keçmiş sədri, hazırki fəxri sədri Rüstəm İbrahimbəyovun üstündə başlanan mübarizənin qarşıdakı günlərdə daha qızğın hal alacağını proqnozlaşdırmaq çətin deyil.
Bunun bir səbəbi də Müsavat Partiyasının sədri İsa Qəmbərin bir neçə gün öncə “Azadlıq radiosu”na müsahibəsində səsləndirdiyi fikirlərdir. Əslində, bu müsahibəni İ.Qəmbərin gecikmiş etirafları da adlandırmaq olar. O baxımdan ki, radikal müxalifət düşərgəsinin məğlubiyyətə məhkum olduğunu, xalq tərəfindən dəstək almadığını dilə gətirən İ.Qəmbər müxalifətin bundan artığına nail ola bilməyəcəyini açıq şəkildə deyib. Seçkidən öncə “müxalifətin birliyi” haqqında səsləndirilən “balladaların” heç bir işə yaramadığını deyən İ.Qəmbər etiraf edib ki, birlik “sevdasında” olanlar sadəcə bu görüntünü yaradırlar. Yəni, düşərgənin bir yerdə və ya ayrılıqda olması heç nəyi dəyişmir. Çünki müxalifət düşərgəsinin ətrafında yalnızca beş-on nəfərlik qohum-əqrəba “birləşib”. İ.Qəmbər müsahibəsində bildirib ki, “Təcrübə də göstərir ki, birlikdə olmağın və ya ayrı olmağın fərqi yoxdur”. Göründüyü kimi, İ.Qəmbər bu açıqlaması ilə radikal düşərgənin “gücünün dərəcəsini” göstərib. Yəni, istər birlikdə, istərsə də ayrılıqda bu düşərgə elektoratı olmadığını bilir.
Öz müsahibəsində bu il keçirilmiş prezident seçkilərində “Milli şura”nın namizədi Cəmil Həsənovun əldə etdiyi səslərə özünəməxsus və maraqlı bir yanaşma sərgiləyən İ.Qəmbər, keçmiş müttəfiqlərinin faydalı iş əmsalını sıfır dərəcəsində qiymətləndirib. O bildirib ki, bu gün C.Həsənovun qazandığı səslər, xəyali olaraq 2010-cu ildə Müsavat Partiyasının qazandığı “səslərdən” daha azdır: “2010-cu ildə keçirilən parlament seçkilərində cəmisi 20 nəfər “Müsavat”çı iştirak edirdi. Həmin 20 “Müsavat”çı öz dairələrində orta hesabla 2000-ə yaxın səs almışdı (bu “Müsavat”ın proqnozudur-P.S). Müsavat Partiyası o seçkilərdə 125 dairədən bu səsləri qazansaydı, bu 250 minə yaxın səs edir. 2013-cü ildə də 200 min civarında səs aldıq. Bu göstərir ki, düşərgənin birləşməsi qələbəni təmin etmir. Mən hər kəslə polemikaya hazıram ki, vahid namizəd qələbəyə yetərli deyil”.
Birincisi, İ.Qəmbər bununla C.Həsənova, ancaq “Müsavat”a səs vermək istəyənlərin səs verdiyini demək istəyir. İkinci bir tərəfdən isə, ölkədə rəsmən 5 milyona yaxın seçici var. 5 milyon seçicinin cəmi 200 mininin səsini qazanmaq uğurdurmu? Bu, 5 faiz səs deməkdir... İ.Qəmbər rəsmən özü də etiraf edir ki, radikal düşərgə təmsilçisinə səs verilməyib və düşərgənin seçkinin nəticələri ilə bağlı dedikləri hər zamankı kimi şər-böhtan kampaniyası və xarici qüvvələrin istək və arzularıdır.
Hətta dünənə qədər seçki vaxtı təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən mitinqlərə 10 minlərlə(?) adamın yığışdığını iddia edən İ.Qəmbər bildirib ki, bu dəfə də mitinqlərə heç kim maraq göstərməyib: “Birləşsək də düşərgənin mitinqlərinə əvvəlkindən daha çox adam gəlmədi. Düşərgəni dəstəkləyən ziyalıların sayı əvvəlki illərindən çox olmadı”.
Göründüyü kimi, bu dəfə radikal düşərgənin yalanlarının üstü seçkidən cəmi bir ay sonra açıldı. Ən maraqlısı isə radikal düşərgənin yalanlarını açıb ortaya tökənin elə düşərgə təmsilçisi olmasıdır. Görünür, İ.Qəmbər artıq “Milli şura”dan kənarlaşdırılmanın bir addımlığında olduğunun fərqindədir. Elə bu səbəbdəndir ki, istər C.Həsənovun, istərsə də Ə.Kərimlinin “öyünmək” istədiyi yalanlarını ifşa edir. Necə deyərlər, görünür bu, xəmir hələ çox su aparacaq...

 
  • Oxunub:  23790  |  
  • Tarix:  07-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA