Ana səhifə »  Müəlliflər »  “Milli şura”nın növbəti mitinq eyforiyası
A+   Yenilə  A-
“Milli şura”nın növbəti mitinq eyforiyası
Yazdı: Mübariz Abdullayev

Yaxud, partiyaların qondarma qurumdan üz döndərdiyi bir vaxtda Cəmil Həsənov mitinqi kiminlə keçirəcək?
Məlum olduğu kimi, oktyabrın 9-da keçirilən prezident seçkilərindəki məğlubiyyətdən sonra qondarma “Milli şura”da acınacaqlı vəziyyət yaranıb. Hazırda qondarma qurum iflasın astanasındadır, desək, radikalların bu uğursuz “birlik” formatının durumunu daha konkret təsvir etmiş olarıq. Belə ki, başlanğıcda antimilli mahiyyətinə görə bütövlükdə Azərbaycan cəmiyyətinin sərt təpkiləri ilə üzləşən qondarma qurum indi ayrı-ayrı radikal təmayüllü partiyaların, siyasi qrupların üzvləri tərəfindən də inkar olunur.
Lakin onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, “Milli şura”nın ömrünün uzanmasında maraqlı olanlar, ələlxüsus da, “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” deyərək onun rəhbərliyinə gələn Cəmil Həsənov kimiləri ucuz manipulyasiya cəhdləri ilə qondarma quruma süni nəfəs verməyə çalışırlar. Belə ki, bu dəfə də “Milli şura” adından dekabrın 15-də paytaxtda mitinq keçirməklə bağlı qərar səslənib. Burada qeyri-ixtiyari olaraq yada “utanmasan, oynamağa nə var” zərb-məsəli düşür.
Əslində, məşhur zərb-məsəli təsadüfən xatırlamadıq. O mənada ki, “Milli şura” bundan əvvəl də bir neçə dəfə mitinq təşkil edib. Və Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış həmin mitinqlər metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda keçirilib. Bura gediş-gəlişin gur olduğu, yeraltı və yerüstü şəhər nəqliyyatının intensiv işlədiyi bir məkandır. Bununla da radikalların “Bibiheybət uzaqdır, buna görə də, mitinqlərimizə gələnlərin sayı az olur” kimi bəhanələrinə son qoyuldu.
Lakin məkan dəyişsə də, “Milli şura”nın “Məhsul” stadionunda keçirdiyi mitinqlər yenə də ilk növbədə iştirakçıların sayının barmaqla sayılacaq qədər az olması ilə yadda qaldı. Cəmi 300-400 nəfər. Qondarma qurumun seçkilərdən sonra elan etdiyi son mitinqinə münasibəti isə yalnız “rəzalət” sözü ilə ifadə etmək mümkündür. Təkcə bir məqamı xatırlayaq ki, həmin mitinqə muzdla qatılan iştirakçılar belə vaxt limitinin sona çatmasını gözləmədən “Məhsul” stadionunu tərk etdilər. Həmin vaxt diqqəti çəkən başqa bir məqam ondan ibarət idi ki, bir vaxtlar tribunalara çıxmaq üstündə bir-birləri ilə ümu-küsü saxlayan radikallar da stadiona gələnlərin sayının azlığından xəcalət çəkərək tribunada tək dayanan Cəmil Həsənovun sağ-solunda yer tutmaqdan vaz keçdilər və bu cür hərəkət etmələrini “o, “Milli şura”nın “vahid namizəd”idir, qoy mitinqi də özü yola versin” məntiqi ilə izah etməyə çalışdılar. İş hətta bununla da bitmədi. Rüstəm İbrahimbəyovun “mitinqlərə yönəldilən paraların hesabatını verin” tələbi radikal düşərgəyə sözün əsl mənasında “şok terapiyası” yaşatdı. Mitinqlərin təşkilatçıları isə qoca kinodramaturqun əsəblərini “göndərilən paraları təşkilati məsələlərə xərcləmişik”, “gecə-gündüz plakatlar yazdırmışıq”, “partiyalar üçün bayraqlar almışıq” kimi cavablarla cilovlamağa çalışdılar.
Guman etmək olardı ki, prezident seçkilərindən əvvəl və sonra keçirilən rəzalət mitinqləri radikallar üçün yaxşı dərs olacaq və onlar mitinq söhbətlərini bir daha dillərinə gətirməyəcəklər. Lakin görünən odur ki, “Milli şura”da təmsil olunan radikallar ictimai rəyi nəzərə almaqdan çox uzaqdırlar. Buna görə də, növbəti dəfə mitinq eyforiyasına qapılıblar.
Yeri gəlmişkən, radikallar növbəti mitinq üçün ölkədə bir sıra neft məhsullarının qiymətinin bahalaşmasını bəhanə gətirirlər.
Lakin bəzi neft məhsullarının qiymətindəki obyektiv zərurətdən irəli gələn artım Azərbaycan cəmiyyəti ilə hər hansı bir bağlılığı olmayan “Milli şura” üçün əsla narahatçılıq mənbəyi deyil. Sadəcə, xaricdəki antimilli dairələrin Azərbaycan cəmiyyətinin monolitliyinə xələl gətirməyə hesablanan sifarişlərini yerinə yetirməyi özünün əsas fəaliyyət devizi seçən qondarma qurum yenə də bulanıq suda balıq tutmaq istəyir. Budəfəki sifarişin də ölkəmizdəki möhkəm vətəndaş həmrəyliyini gözü götürməyən məlum dairələrdən gəldiyini təxmin etmək çətin deyil. Cəmil Həsənov və onun kimi hələ də “Milli şura” gözləntiləri ilə yaşayanlar isə “yaranmış fürsətdən” bəhrələnmək niyyətindədirlər.
Ancaq mitinq eyforiyasına uyanların növbəti dəfə ciddi xəyal qırıqlığı yaşayacaqları şəksizdir. Çünki yuxarıda vurğuladığımız kimi, xaricdəki antimilli dairələrin ssenarisi olan “Milli şura” hətta radikalların belə ona bəslədikləri etimad limitini tamam xərcləyib. Özünü radikal düşərgənin, o cümlədən də, “Milli şura”nın əsas siması sayan “Müsavat” funksionerlərinin təmsil etdikləri partiyanın qondarma qurumla gələcək əməkdaşlığına dair tamam ümidsiz səslənmələri bunun təsdiqidir. “Müsavat”çıların total şəkildə “Milli şura”da təmsilçilik məsələsini yenidən gündəmə gətirdikləri bir vaxtda partiyanın qondarma qurumun mitinq çağırışlarına da təpki göstərəcəyi şəksizdir. Bəs partiyaların “Milli şura”dan üz döndərdiyi bir vaxtda Cəmil Həsənov növbəti mitinqi kiminlə keçirəcək? Bəlkə, qondarma qurumun sədri yenə də ümidlərini xaricdən göndərilən ianələrlə, qrantlarla muzdlu mitinqçilər tutmağa bağlayır? Ötən mitinqlərin təcrübəsinə əsaslansaq, deyə bilərik ki, bu plan da baş tutmayacaq. Necə deyərlər, su tökməklə quyunu doldurmaq cəhdləri əbəsdir...

 
  • Oxunub:  23880  |  
  • Tarix:  11-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA