Ana səhifə »  Müəlliflər »  AXCP-“Müsavat” qarşıdurmasında yeni etiraflar səsləndirilir
A+   Yenilə  A-
AXCP-“Müsavat” qarşıdurmasında yeni etiraflar səsləndirilir
Yazdı: Pərviz Sadayoğlu

Keçmiş müttəfiqlər bir-birilərini xarici qüvvələrə xidmət etməkdə günahlandırırlar
Radikal müxalifət düşərgəsindəki partiyaların bir-birilərinə münasibətinin gərgin olduğu heç kəsə sirr deyil. Bu ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra start götürən düşərgədaxili mübarizə bu günlərdə daha kəskin xarakter alıb. AXCP-“Müsavat” qarşıdurmasında bu kəskinliyin daha çox nümayiş olunduğu isə şübhəsizdir. Son günlər hər iki partiyadan səslənən ittihamlar, qarşılıqlı tənqidlər, sosial şəbəkələrdə iki partiya funksionerlərinin gizli adlar altında apardığı kompromat savaşı vəziyyətin pik həddə çatmasından xəbər verir. Qeyd edək ki, illərdir ki, düşərgə daxilində artıb-azalan dinamika ilə davam edən bu mübarizənin yeni motivi sonuncu prezident seçkisi öncəsi yaradılan “Milli şura” adlanan xəyanət yuvası idi. Belə ki, xarici ermənipərəst qüvvələrin sifarişi əsasında hazırlanan “Milli şura” layihəsi seçki ərəfəsində düşərgə tərəfindən “səmimi birlik” və başqa adlarla təqdim olunurdusa, artıq oranın satqınlar klubu olması elə həmin partiyaların funksionerləri tərəfindən dilə gətirilir. Hətta bəzilərinin “şura”da “rusiyapərəst” (yəni, Rusiyadakı anti-Azərbaycan mərkəzlərin nəzarətində olan), “qərbpərəst” (yəni, Qərbin bir sıra anti-Azərbaycan dailərələrinin sifarişini yerinə yetirən) tərəflərin olması şəklində verdiyi informasiyalar sübut edir ki, “şura”da artıq bir müddətdir ki, davam edən lokal mübarizə maddi maraqlar üzərində köklənib. Yəni, hər hansı “tərəf” “şura”nı öz nəzarətinə keçirərək öz “mənbələrinə” xidmət göstərməyi, bunun da qarşılığında ianələr almağı düşünürlər.
Təbii ki, “şura” daxilində baş verən bu proseslər qurumun sonuncu sessiyasında daha açıq şəkildə nəzərə çarpdı. AXCP-nin, ən əsası isə bu partiyanın sədri olan Əli Kərimlinin təkidi ilə Rüstəm İbrahimbəyovun “Milli şura”ya fəxri sədr seçilməsi, “Müsavat”ın bundan qəzəblənərək qurumu tərk edəcəyi ilə bağlı hədələr səsləndirməsi hər iki tərəfdə bir-birinə qarşı münasibətləri yenidən tarıma çəkib. Qeyd olunduğu kimi, bu gərginlik əvvəlcə ara-sıra sosial şəbəkələrdə səsləndirilsə də, “Müsavat” sədri İsa Qəmbərin son müsahibəsindən sonra daha şiddətli xarakter alıb.
Xatırladaq ki, öz müsahibəsində İ.Qəmbər açıq şəkildə R.İbrahimbəyovun Rusiyadakı antimilli dairələrlə işbirliyində olmasını bildirmişdi. O demişdi ki, R.İbrahimbəyovun Rusiya vətəndaşı olmasını bilmədiyini deyənlər yalan danışıb. Dolayısı ilə, bu söz də məhz Ə.Kərimliyə ünvanlanmışdı.
Maraqlıdır ki, bir müddət öncə partiyalararası savaşda AXCP fəal görünsə də, artıq “Müsavat” onu “üstələməkdədir”. Hələ iyul-avqust aylarında R.İbrahimbəyovla yanaşı “şura”nın namizədi olmağa can atan İ.Qəmbər məhz AXCP üzvləri tərəfindən qınanır və ona “Elçibəyə xəyanət edən, ona güzəşt etməyən bu dəfə də işi pozmağa çalışır” deyirdilər. Amma bir fakt açıq bəllidir ki, hər iki partiyanın rəhbərləri heç vaxt kiməsə güzəştə getmək niyyətində olmayıblar və onların iddiaları hər zaman öz imkanlarından yüz dəfələrlə böyük olub.
Yəni, zaman-zaman AXCP-nin bu kimi hücumları cavabsız qalırdı və “Müsavat” susurdu. Amma görünən budur ki, İsa Qəmbər artıq “Milli şura”nı Ə.Kərimliyə güzəştə getmək niyyətində deyil və “şura”dakı nüfuz savaşından alovlanan bu mübarizədə onun da “deməyə sözü” tapılıb.
Bu dəfə “Müsavat” AXCP-nin “sandığındakı pambıqları” çölə töküb. Birgə satqınlıqla məşğul olanlar artıq bir-birlərini açıq şəkildə “suya basmağa” çalışırlar. Hətta bu mübarizə partiyaların nəzarətində olan mətbu orqanlarda müzakirə obyektinə çevrilir, partiya üzvləri orada açıq fikirləri ifadə edirlər. Məsələn, Müsavat Partiyasının nəzarətində olan “Yeni Müsavat” qəzetində AXCP üzvlərinin “Müsavat”çılar Elçibəyə xəyanət etmişdi” fikrinə cavab olaraq bildirilib ki, “ən paradoksalı odur ki, vəfatından bir həftə, bir ay öncə qəzetlərdə Elçibəyin zöhrəvi xəstəlikdən əziyyət çəkdiyini yazaraq, onun reputasiyasına zərbə vurmağı düşünən şəxslər elə qələmə verməyə çalışırlar ki, elə bil, Elçibəy bunlardan yox, “Yeni Müsavat”dan narazıymış. Yaxşı ki, arxivlər var və o arxivlərin açılması zamanı xəcalət təri tökəcək adamlar başqalarıdır”.
Və ya bizim aylar öncə bildirdiyimiz fikirləri, “Milli şura”ya yığılanların fərqli xarici maraqların nökərçiliyini həyata keçirdiyini artıq “Müsavat”çılar etiraf etməkdədirlər. Partiyanın nəzarətində olan qəzetdə dərc olunan məqalədə ünvan olaraq AXCP nəzərdə tutulsa da, bu fikir hər iki partiyaya aiddir: “Gözlərini hakimiyyət ehtirası, girəvədən istifadə edərək pul-para qazanmaq hərisliyi qapamış adamlar isə o vaxt qırx dil danışırdılar. Hələ “Müsavat” “Milli şura”nın nizamnaməsinə Avrointeqrasiya ilə bağlı maddə salınması üzərində israr edərkən, bu təklifi süngü ilə qarşılayanlar vardı və hiss olunurdu ki, onlar hakimiyyət əldə etməkdən ötrü sərbəstcə, heç bir utanma kompleksi yaşamadan “rus layihəsi”ndə də iştirak edə bilərlər, “İran layihəsi”ndə də, “Amerika layihəsi”ndə də”.
Təbii ki, artıq şərhə ehtiyac qalmır. Müttəfiqlər bir daha öz kimliklərini, simalarını bu “faktlarla” açıb cəmiyyətə göstərirlər. Bu qarşılıqlı ittihamlar bir daha sübut edir ki, istər Müsavat Partiyası, istərsə də AXCP başqalarının havasına oynayan marionetkalardır. Bunu isə özləri etiraf edirlər...

 
  • Oxunub:  19680  |  
  • Tarix:  11-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb
10:59
18 Sentyabr
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
10:56
18 Sentyabr
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
10:50
18 Sentyabr
Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
10:24
18 Sentyabr
Parisdə Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
10:11
18 Sentyabr
Bu gün Milli Musiqi Günüdür
10:09
18 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:11
17 Sentyabr
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı ilə - Fəxri Sertifikatla təltif edilib
17:56
17 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
17:54
17 Sentyabr
Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:43
17 Sentyabr
“İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb
17:42
17 Sentyabr
İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb
17:28
17 Sentyabr
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub
17:27
17 Sentyabr
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Qırğızıstanda iclasda iştirak edib
17:18
17 Sentyabr
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib
17:07
17 Sentyabr
İspaniya KİV-ləri: Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı
17:01
17 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib
16:49
17 Sentyabr
Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA