Ana səhifə »  Müəlliflər »  İsa Qəmbər radikal müxalifətin ağır məğlubiyyətini etiraf etdi
A+   Yenilə  A-
İsa Qəmbər radikal müxalifətin ağır məğlubiyyətini etiraf etdi
Yazdı: Mübariz Abdullayev

“Müsavat” başqanının “Azadlıq” radiosunun efirindən seçicilərin cəmi 4 faizinin “Milli şura”nın “vahid namizəd”inə səs verməsini dilə gətirməsi bir tərəfdən həqiqətin etirafı, digər tərəfdən isə radikallar arasında mövqe savaşının yeni təzahürü kimi dəyərləndirilir
Özünü radikal müxalifətin əsas güc mərkəzlərindən biri sayan Müsavat Partiyasının başqanı İsa Qəmbərin bu günlərdə “Azadlıq” radiosunun “İşdən sonra” proqramına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bütövlükdə düşərgə daxilində bir növ “şok terapiyası” effekti yaradıb. Məlum müsahibədə “Müsavat”ın başqanı ölkəmizdə cari il oktyabrın 9-da keçirilən prezident seçkilərində radikal müxalifətin yeni “birlik” formatı olan “Milli şura”nın “vahid namizəd”inin topladığı səslərdən bəhs edib. O vurğulayıb ki, seçkilərdə birləşmiş müxalifətin “vahid namizəd”i Cəmil Həsənov təxminən 200 min civarında səs toplamağa müvəffəq olub ki, bu da seçicilərin ümumi sayının cəmi 4 faizinə bərabərdir. İsa Qəmbər müsahibəsində bir neçə dəfə israr edib ki, seçkilər ərəfəsində radikalyönümlü partiyaların birləşməsi heç bir səmərə verməyib. “Müsavat”ın rəhbəri fikirlərini əsaslandırmaq üçün yaxın tarixə ekskurs edərək vurğulayıb ki, onlar üçün ən uğursuz seçki 2010-cu il seçkiləri olsa da, builki seçkilər müxalifət üçün daha pis nəticələrlə yadda alıb. İsa Qəmbər müsahibəsində radikalları bundan dərs götürməyə çağırıb: “Bu, acı bir həqiqətdir, ancaq həqiqətdir, hər kəsin qəbul etməsi lazımdır”.
Bəs, “Müsavat” başqanı İsa Qəmbərin 9 oktyabr seçkilərinin nəticələri ilə bağlı bu kimi açıqlamaları nə ilə bağlıdır? Siyasi müşahidəçilər İsa Qəmbərin məlum açıqlamalarına müxtəlif rakurslardan qiymət verirlər. Bildirilir ki, “Müsavat” başqanı bir tərəfdən ümummilli məsələlərdə sıx həmrəylik nümayış etdirən Azərbaycan cəmiyyətinin son prezident seçkilərinin nəticələri ilə bağlı yekdil mövqe ortaya qoymasının fərqindədir. Məlumdur ki, seçkilərdə böyük fəallıq nümayiş etdirən vətəndaşlar radikal müxalifət partiyalarının, o cümlədən də qondarma “Milli şura”nın təmsilçilərinin seçkilərin nəticələri ilə bağlı nümayiş etdirdikləri ucuz manipulyasiya cəhdlərini qətiyyətlə pisləyirlər. Görünür “Müsavat”da da obyektiv reallıq əsasında formalaşan ictimai rəyə qarşı dirəniş göstərməyin mənasız olduğunu artıq dərk edirlər. Yəni, İsa Qəmbərin məlum müsahibədə səsləndirdiyi fikirlər bir növ “Müsavat”çıların indiyədək “görmədikləri” həqiqətlərin etiraflarıdır. Bu etirafların dilə gəlməsində, heç şübhəsiz ki, beynəlxalq ictimaiyyətin, ayrı-ayrı nüfuzlu müşahidə missiyalarının, dünya dövlətlərinin ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələrini yüksək dəyərləndirmələri də az rol oynamamışdır. İçi özləri qarışıq radikalların potensialına hamıdan yaxşı bələd olan İsa Qəmbər başa düşür ki, daha “Milli şura”nın sədri Cəmil Həsənov kimi “biz qalib gəlmişik” deyərək qaraguruhçuluq etməyin yeri yoxdur. Radikalyönümlü partiyaların seçkilərə ayrılıqda və yaxud “birləşib” getmələri heç bir məna kəsb etmir, onsuz da seçicilər onların təmsilçilərinə inam bəsləməyəcəklər.
“Müsavat” başqanının dilə gətirdiyi etiraflar başqa bir nöqteyi-nəzərdən də diqqəti çəkir. Siyasi analitiklər bildirirlər ki, bu etiraflarda həm də illərdir ki davam edən “Müsavat”-AXCP qarşıdurmasının cingiltiləri eşidilir. Belə bir versiyanın gündəmə gəlməsi də təsadüfi deyil. Məlumdur ki, AXCP radikal düşərgədə “Müsavat”ın nüfuzunu aşağı salmaq üçün müəyyən manevrlər edir. AXCP-nin bu istiqamətdə canfəşanlığı qondarma “Milli şura”da daha qabarıq şəkildə nəzərə çarpır. Partiyanın şinelindən çıxan Cəmil Həsənov AXCP sədrinin canfəşanlığı sayəsində qurumun sədri statusunu qazanıb. “Milli şura”nın fəxri sədrinin müəyyənləşdirilməsində də “Müsavat”ın etirazlarına məhəl qoyulmadı. Belə ki, ikili vətəndaşlıq daşıyan Rüstəm İbrahimbəyov AXCP-nin sədri Əli Kərimlinin təşəbbüsü ilə qondarma qurumun fəxri sədri seçildi. Bütün bunlar AXCP ilə “Müsavat” arasında tarazlığın birincilərin xeyrinə pozulması deməkdir ki, bunu da İsa Qəmbər və onun çiyindaşları həzm edə bilmirlər.
İsa Qəmbərin “Azadlıq” radiosunun efirindən 9 oktyabr prezident seçkilərinin nəticələri ilə bağlı həqiqətləri dilə gətirməsi də iki rəqib arasında gedən nüfuz savaşının pərdəarxası məqamlarındandır. Cəmil Həsənovun uydurmalarını təkzib edən İsa Qəmbərin, əslində, hər yerdə “Milli şura”nın sabiq “vahid namizəd”ini öz kadrı kimi təqdim edən AXCP-nin bostanına daş atdığı şübhə doğurmur. Necə deyərlər, İsa Qəmbərin davası Cəmil Həsənovla və yaxud Rüstəm İbrahimbəyovla yox, onların arxasında dayanan Əli Kərimli ilədir.
Yeri gəlmişkən, son günlərdə AXCP-nin nəzarətində olan mətbuat orqanlarında İsa Qəmbərin seçki etiraflarına görə sərt tənqidə məruz qalması onun atdığı oxun hədəfə çatmasından xəbər verir. “Milli şura”nın sabiq “vahid namizəd”i və hazırkı sədri Cəmil Həsənov İsa Qəmbərin etiraflarına “deyilənlər həqiqətə uyğun deyil” şəklində münasibət bildirib. “Müsavat” başqanının dediklərinə növbəti “cavab” AXCP funksioneri Natiq Ədilovdan gəlib. O, üzvü olduğu partiyanın nəzarətində olan qəzetlərdən birində İsa Qəmbərin məlum müsahibəsinin “onda şübhələr oyatdığını” vurğulayıb. Natiq Ədilov “Müsavat” başqanını məlum müsahibədə “Milli şura” üzvlərinin və müxalifətyönümlü müşahidəçilərin açıqlamalarına istinad etməməkdə suçlayır. “Cəbhəçilər”in ələyindən keçən digər bir məqalədə isə İsa Qəmbər qeyri-obyektivlikdə ittiham olunur. Hətta dairə bir az da genişləndirilərək İsa Qəmbərdən incik düşən sabiq “Müsavat”çılar da bu kampaniyaya cəlb ediliblər...
AXCP ilə “Müsavat” arasında sükut bu dəfə fərqli müstəvidə pozulsa da, mahiyyət yenə də eyni olaraq qalır. İki partiya arasında qarşıdurmanın yeni dalğası bütövlükdə radikal düşərgədə mövcud olan antaqonist ziddiyyətlərin daha bir təzahürüdür.

 
  • Oxunub:  24630  |  
  • Tarix:  12-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13