Ana səhifə »  Müəlliflər »  Radikalların birləşməsi mümkün deyil
A+   Yenilə  A-
Radikalların birləşməsi mümkün deyil
Yazdı: Mübariz Abdullayev

Yaxud, xaricdəki müxtəlif antimilli mərkəzlərlə əlaqədə olan partiyalar və siyasi qruplar dağıdıcı düşərgəyə fərqli maraqlara görə üz tutublar
Radikal müxalifət düşərgəsində cəmləşən partiyaların, siyasi qrupların nə vaxtsa sözdə deyil, əməldə birləşəcəkləri, əsla mümkün deyil. Bunu radikalların zaman-zaman sərgilədikləri əməllərdən, səsləndirdikləri fikirlərdən də aydın görmək mümkündür. Belə ki, onların arasında mütəmadi qaydada narazılıqlar, kəskin qarşıdurmalar yaşanır. Bunun da başlıca səbəbi radikalların Azərbaycan cəmiyyətinin ümumi maraqlarını ifadə etməkdən uzaq olmaları ilə bağlıdır. Daha dəqiq desək, radikalyönümlü partiyalar və siyasi qruplar xaricdəki müxtəlif antimilli mərkəzlərə bağlıdırlar və dağıdıcı düşərgəyə də fərqli maraqlara görə üz tutublar.
Azərbaycan cəmiyyəti radikalların Krılovun məşhur təmsilində olduğu kimi arabanı müxtəlif istiqamətə çəkmələrinin dəfələrlə şahidi olub. Məsələn, SİDSUH, DUH, “YES”, məşvərət məclisləri, konqreslər, bloklar... Bütün bunlar radikalların müxtəlif ictimai-siyasi hadisələr ərəfəsində təmtəraqla bəyan etdikləri çoxsaylı “birlik”lərinin tam olmayan siyahısıdır. Bəs, hanı həmin “birliklər”? Dağıdıcı düşərgə təmsilçilərinin özlərinin də etiraf etdikləri kimi, indi sözügedən qondarma qurumların heç izi-tozu belə yoxdur.
Eyni zamanda, radikalların son prezident seçkilərindən öncə yaratdıqları qondarma “Milli şura”nın cəmi bir neçə aydan sonra acınacaqlı duruma düşməsi dağıdıcı düşərgə təmsilçilərinin ulduzlarının heç vaxt barışmayacağına ən son nümunədir. Məlum olduğu kimi, “Milli şura” guya radikalların seçkilərdə birgə iştirak etmələri məqsədilə yaradılmışdı. Lakin çox tez bir zamanda burada da radikallar arasındakı antaqonist ziddiyyətlər üzə çıxdı. Çünki “eyni dam altına” yığışanlar öz partiya və digər konyuktur maraqlarını gizlədə bilmədilər. Radikallar qondarma qurumun seçkilərə qatılacaq “vahid namizədi”nin müəyyənləşdirilməsində və digər belə məsələlərdə “öldü var, döndü yoxdur” mövqeyi nümayiş etdirdilər. Əgər başlanğıcda radikallar ermənipərəst Rüstəm İbrahimbəyovun “gözləyin, sizə xaricdən çoxlu pul gətirəcəyəm” kimi vədlərinin müqabilində müvəqqəti də olsa öz ambisiyalarından, partiya, qrup maraqlarından geri çəkilən kimi görünürdülərsə, sonradan qoca kinodramaturqun kələkbazlığı üzə çıxdı və bununla da qondarma qurumda partiyalar arasındakı gözləmə mövqeyinə son qoyuldu. Bəlli oldu ki, radikalların yeni “birlik” formatı da, əslində barıt çəlləyinə bənzəyir və onun partlaması üçün cəmi bir qığılcım kifayətdir.
“Barıt çəlləyi”nin alışmasına isə bu dəfə də özlərini radikal düşərgənin hakimi-mütləqi sayan AXCP və Müsavat Partiyası səbəb oldular. Bu iki partiya özlərisayağı manevrlər edərək radikal düşərgədəki digər qurumlar kimi, “Milli şura”nı da özününküləşdirməyə, faktiki olaraq qiyabi sədr Rüstəm İbrahimbəyovu, onun “sağ əli” sayılan Eldar Namazovu qurumun rəhbərliyindən uzaqlaşdırmağa və düşərgədəki digər partiyalara da öz yerlərini göstərməyə nail oldular. Hətta iş o yerə çatdı ki, AXCP və “Müsavat” xaricdən yönəldilən paraları bütünlüklə mənimsəmək naminə digər partiyaları “məsuliyyət böyükdür” bəhanəsi ilə “Milli şura”nın ikinci “vahid namizəd”i Cəmil Həsənovun imzatoplama və təbliğat-təşviqat kampaniyalarından kənarda saxladılar.
AXCP və “Müsavat”ın “yedək partiyalar” adlandırdıqları KXCP, ACP, ALP, həmçinin, “El” hərəkatı və bu qəbildən olan digərləri, əlbəttə ki, “Milli şura” daxilində aparılan ayrı-seçkilik siyasətinə qarşı sərt təpki nümayiş etdirdilər. Onlar eyni cəbhədə birləşərək özlərini düşərgənin “əsas partiyaları” sayan AXCP və “Müsavat”ı kəskin tənqid hədəfinə çevirdilər.
Bu azmış kimi, AXCP və “Müsavat” qondarma qurumun 9 oktyabr seçkilərindəki acınacaqlı məğlubiyyətindən sonra aralarındakı müvəqqəti “sülh sükutu”nu yenidən pozublar. İndi “Milli şura”da yeni açıq savaş “cəbhə”si açılıb. Qarşı səngərlərdən birində “Müsavat”, digərində isə AXCP dayanır.
“Milli şura”nın uzun fasilədən sonra dekabrın 3-də keçirilən son sessiyası, eləcə də “Müsavat” başqanı İsa Qəmbərin “Azadlıq” radiosuna müsahibəsində seçicilərin cəmi 4 faizinin radikal müxalifətin “vahid namizəd”i Cəmil Həsənova səs verməsini etiraf etməsi qondarma qurumun iki əsas partiyası arasında uçurumun hədsiz dərəcədə dərin olmasından xəbər verir. Keçmiş AXCP üzvü Cəmil Həsənovun “Milli şura”nın sədri statusunu qazanmasına və “Müsavat”ın kəskin etirazlarına rəğmən, Rüstəm İbrahimbəyovun qondarma qurumun fəxri sədri seçilməsinə nail olan “cəbhəçi”lər hazırda üstün mövqeyə yüksələn kimi görünürlər. “Müsavat” isə İsa Qəmbərin timsalında “Milli şura”da təmsilçilik məsələsinə yenidən baxa biləcəyini gündəmə gətirməklə və bunun ardınca radikalların “iç sirləri”ni açmaqla-seçki etiraflarında bulunmaqla revanş götürmək niyyətini ortaya qoyub.
Bütün bunlar bir daha təsdiqləyir ki, radikalların birlik barədə açıqlamaları dəryada balıq sevdasından başqa bir şey deyil. Axı, sadə bir qanunauyğunluq var: antaqonist qüvvələr, yad cisimlər daim bir-birilərini inkar edirlər.

 
  • Oxunub:  21210  |  
  • Tarix:  13-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+4 +6