Ana səhifə »  Müəlliflər »  “Milli şura”da “təmizləmə” çağırışları
A+   Yenilə  A-
“Milli şura”da “təmizləmə” çağırışları
Yazdı: Mübariz Abdullayev

Yaxud, anti-azərbaycançı dairələrin sifarişi ilə meydana atılmış bu qondarma qurumun ömrünü uzatmaq cəhdləri heç bir nəticə verməyəcək
Yaxşı deyiblər ki, zaman ən doğru hakimdir. Bu baxımdan radikal müxalifət düşərgəsinin 9 oktyabr prezident seçkilərində guya birgə iştirak etmək məqsədilə bəyan etdikləri qondarma “Milli şura” mifinin dağılması üçün cəmi bir neçə ay kifayət etdi. Artıq vəziyyət o dərəcədə kritikləşib ki, elan edildiyi ilk günlərdən saxta, antimilli mahiyyətinə görə Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə rədd edilən qondarma qurumla bağlı indi radikalların özləri belə acı etiraflarda bulunurlar. Daha dəqiq desək, düşərgə təmsilçilərinin son açıqlamalarında bəlli olur ki, artıq radikalların özləri də qondarma qurumun yaşamaq qabiliyyətindən büsbütün məhrum qaldığı və heç bir siyasi perspektiv vəd etmədiyi qənaətinə gəliblər. Gözlədiklərini ala bilməyən, yeni “birlik” formatı ilə bağlı məsələdə, necə deyərlər, “əli yanan” radikallar indi “Milli şura”dan heyif çıxırlarmış kimi bu qondarma qurumu aşağıdan və yuxarıdan, sağdan və soldan tənqid atəşinə tuturlar, burada yol verilən nöqsanları faş edirlər.
Məlumdur ki, bir qədər əvvəl qondarma qurumun komissiya sədri Mehman Əliyev “Milli şura”nı sadəcə danışıb, ancaq iş görməyənlərdən təmizləmək lazımdır” bəyanatı ilə çıxış etmişdi. M.Əliyevin ardınca radikal düşərgədən “Milli şura”nı daşlayanların sayı daha da artıb. Qurumun ayrı-ayrı üzvlərinin, o cümlədən də Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun açıqlamaları da məhz bu baxımdan diqqəti çəkir. Belə ki, “Milli şura” üzvünün etiraflarından radikalların 9 oktyabr prezident seçkilərində acınacaqlı məğlubiyyətdən sonra ciddi xəyal qırıqlığı yaşadıqları bəlli olur.
Hacıbaba Əzimov məlum açıqlamasında “Milli şura” yarandığı gündən düzgün idarə olunmayıb” ittihamı ilə çıxış edərək diqqəti qondarma qurumda hökm sürən özbaşınalığa yönəldib. Nəyə görəsə qondarma qurumun normal əsasnaməsinin olmadığını indi yada salan partiya sədri “Milli şura”nın qarşısına qoyduğu məqsədin, vəzifələrin, idarəetmə qaydalarının, idarə orqanının, onun üzvlərinin kənarlaşdırılmasının, yeni üzvlərin qəbulunun və bu kimi digər məsələlərin heç birinin hansısa konkret əsasnamədə öz əksini tapmadığından gileylənib. O da bəlli olub ki, H.Əzimovu “sandığı açıb pambığı tökməyə” vadar edən səbəblərdən biri də qondarma qurumdakı bəzi qüvvələrin hegemonluq iddialarında bulunmasıdır: “Ancaq bəziləri hegemonluq eləmək, istədiklərini həyata keçirmək üçün nə əsasnamə hazırlanmasına, nə də “Milli şura”nın idarə heyətini və koordinasiya şurasını yaratmağa imkan verirlər. “Milli şura”da bir neçə partiya və şəxs var ki, onlar bu məsələlərin həllini istəmirlər, onlar “Milli şura” daxilində qeyri-müəyyənlik, xaos istəyirlər. Xaos şəraitində özlərinin niyyətlərini həyata keçirmək istəkləri var”.
Vahid Azərbaycan Milli Birlik Partiyası sədrinin ad çəkməsə də, bu ittihamlarla kimlərin, hansı partiyaların bostanına daş atdığını təxmin etmək elə də çətin deyil. Lakin Hacıbaba Əzimovun təmsil olunduğu qondarma quruma qarşı ittihamları bununla da bitməyib. Partiya rəhbəri gec də olsa, “xarici kəşfiyyata işləyən bir neçə adamın” təkidlə qondarma quruma üzv gətirildiyini etiraf edərək ortaya sual qoyub: “Belə adamların orada-“Milli şura”da nə işi var, belələrini “Milli şura”ya gətirməkdə məqsəd nədir?”
Əslində, partiya sədrinin gecikmiş etiraflarında qoyduğu sualın cavabını elə “Milli şura”nın mahiyyətində axtarmaq gərəkdir. Konturları xaricdəki antimilli dairələrin mətbəxində cızılan və ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura”nın mahiyyətindən xarici təsir amilləri qırmızı xətlə keçir. Buna görə də, H.Əzimova xatırlatmaq istərdik ki, o, qondarma qurumda “milli maraqların zərərinə fəaliyyət göstərən”, “xarici kəşfiyyata işləyən adamların olduğunu” dilə gətirərkən heç də yeni Amerika kəşf etmir. Azərbaycana qarşı məkrli planlar cızan xaricdəki dairələrin “dəyirmanına su tökmək” “Milli şura”nın yarandığı vaxtdan bəri əsas qayəsini, fəaliyyət istiqamətini təşkil edir. Yeri gəlmişkən, “Milli şura”da dövlətçilik əleyhinə fəaliyyət göstərən qüvvələrin olması barədə deyilənlərə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da münasibət bildirib. Partiya sədri fikrini lakonik şəkildə belə ifadə edib: “Kimsə deyirsə, yəqin ki, faktı var”.
Bir sözlə, hazırda “Milli şura”nın ayrı-ayrı üzvləri qondarma qurumda “təmizləmə aparılmasının zəruriliyindən” danışırlar. Başdan-ayağa çirkaba batan, Azərbaycanın milli maraqlarına xəyanət yolu tutan, antimilli dairələrin sifarişlərini yerinə yetirməyi əsas fəaliyyət istiqaməti seçən bir qondarma qurumun “təmizlənməsi” əsla mümkün deyil. Hansısa kosmetik dəyişikliklərlə qondarma qurumun ömrünü uzatmaq, onu ictimai fikrin qınağından qorumaq cəhdləri əbəsdir. Azərbaycan cəmiyyətinin tələbi belədir: Konyuktur məqsədlər naminə milli maraqları xaricdəki məlum dairələrin sifarişlərinə qurban verənlər yığnağı olan “Milli şura” tarixin toz basmış arxivinə getməlidir!

 
  • Oxunub:  24570  |  
  • Tarix:  23-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13