Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP-də yeni qarşıdurma başlayıb

AXCP-də yeni qarşıdurma başlayıb

25.12.2013 [09:17]

Pərviz Sadayoğlu

Əli Kərimli narazıları partiyadan uzaqlaşdırmağa hazırlaşır
Son dövrlər satqınlar klubu “Milli şura”da baş verənlər oraya toplaşan və xarici qrantlardan pay uman siyasi partiyaların daxilində də bir sıra proseslərə rəvac verib. Belə ki, “Milli şura”nın bundan sonrakı fəaliyyəti ilə bağlı ortada olan qaranlıq məqamlar həmin partiyalarda narazı qruplaşmaların meydana gəlməsinə və açıq şəkildə buna qarşı çıxmasına şərait yaradıb. Ermənipərəst Rüstəm İbrahimbəyovun “şura”nın fəxri sədri seçilməsinin Müsavat Partiyasında necə qarşılandığı hər kəsə bəllidir. Məhz, bu proses, o cümlədən, AXCP ilə Müsavat Partiyasının “şura”da nüfuz savaşı aparması son nəticədə partiyanın gənclər təşkilatında qarşıdurmanın böyüməsinə səbəb oldu və sədr İsa Qəmbər bir neçə gənci partiyadan uzaqlaşdırdı. Bundan başqa, sədrin müşaviri Yeganə Hacıyevanın partiyadan istefası artıq radikal düşərgə təmsilçilərinin daxilində gərginliyin böyüməsindən xəbər verir.
Analoji proses AXCP-də də cərəyan etməkdədir. Belə ki, partiyanın birdən-birə öz istiqamətini dəyişərək Rusiyada yaşayan antimilli qüvvələrin əlaltısı Rüstəm İbrahimbəyova tərəf yön alması, sədr Əli Kərimlinin onu ciddi-cəhdlə müdafiə etməsi partiyada olan bəzi qrupları hiddətləndirib. Qeyd etmək lazımdır ki, “Milli şura” yaranan dövrə qədər Qərbdə olan bir sıra anti-azərbaycançı qrupların əlində alət olan, həmin dairələrdən gələn sifarişləri yerinə yetirən, o cümlədən, həmin dairələrin maliyyə təminatında olan AXCP-nin birdən-birə yön dəyişməsi, Rüstəm İbrahimbəyovla yaxınlaşması bəzi məqamlarda Müsavat Partiyasının işinə yarayır. Belə ki, məhz İbrahimbəyovun “Milli şura”da fəxri sədr kürsüsünə əyləşdirilməsinin əleyhinə kampaniya aparan və buna etiraz olaraq hətta “şura”dan çıxacağı ilə bağlı təhdidlər səsləndirən “Müsavat” Qərbyönümlü anti-azərbaycançı dairələrin əsas istinad nöqtəsinə çevrilmək istəyir. Əslində, partiyanın “İctimai palata” adlanan əldəqayırma qurumu bərpa etmək niyyətinin də arxasında bu dayanır. AXCP-də olan Qərbyönümlü antimilli qüvvələrə bağlı şəxsləri də hiddətləndirən məhz bu amildir. Onlar Əli Kərimlidən İbrahimbəyovdan əl çəkilməsini və “köhnə strategiyaya” qayıdılmasını tələb edirlər.
Bir neçə gün öncə AXCP-də yeni təyinatların olması da bu məsələ ilə səciyyələndirilir. Belə ki, Ə.Kərimli bəzi sədr müavinlərinin ona qarşı olan münasibətini bildiyi və son proseslərdə partiyadakı qruplaşmaların aktiv fəaliyyətinin qarşısını almaq üçün özünə yaxın hesab etdiyi şəxsləri yeni postlara təyin edib. Belə ki, indiyə qədər gənclər təşkilatına rəhbərlik edən və Ə.Kərimlinin bütün əmrlərini sorğu-sualsız yerinə yetirən Əbülfəz Qurbanlının sədr müavini təyin olunması AXCP sədrinin önləyici tədbirlərə əl atmasından xəbər verir. Belə ki, Ə.Kərimli hər zaman narazı müavinlərdən “yaxa qurtarmaq” metodundan istifadə edib. Görünən budur ki, Asəf Quliyevdən sonra partiyadakı regional qruplaşmaların onun əmrlərini yerinə yetirməyəcəyini dəqiqləşdirən Ə.Kərimli yenidən hücuma keçib. İdarəetmədə partiyadaxili avtoritarizmə üstünlük verən və əks fikrə dözümü olmayan Ə.Kərimlinin bu “yerdəyişməsinin” arxasında məhz yeni qisasçılıq məsələsi dayanır.
Vurğulamaq lazımdır ki, Ə.Kərimlinin partiyasında yeni “təmizləmə” əməliyyatı aparmasının arxasında duran ən böyük səbəblərdən biri də Qərbyönümlü dairələrin maliyyəsindən asılı olan funksionerləri sıradan çıxarmaq istəyidir. Bir müddət öncəyə qədər həmin funksionerlərin yaratdıqları xəyanətlə məşğul olan QHT-lərin vasitəsilə AXCP-yə pul ötürən xarici dairələr partiyanın yeni siyasi yönümündən narazıdırlar. Onlar öz narazılıqlarını bildirməklə yanaşı, Ə.Kərimlini məhz, özlərinə sərf edən, onların əmrlərinə tabe olan şəxslə əvəz etmək perspektivini təkzib etmirlər. Ə.Kərimli həmin Qərbmeyilli təşkilatlardan qidalanan şəxsləri sıradan çıxarmaqla özünü sığortalamağa çalışır.
Radikal düşərgədən əldə olunan məlumata görə, yaxın vaxtlarda AXCP-dən kütləvi istefalar gözlənilir. Həmin istefalar isə AXCP-nin istər “Milli şura”da, istərsə də İP-də mövqeyini zəiflədəcək. Mənbənin məlumatına görə, hələlik həmin qrup Müsavat Partiyası vasitəsilə və başqa vasitələrlə sədr Ə.Kərimli ilə danışıqlar aparmaq niyyətindədir. Danışıqların əsas məzmunu isə bundan ibarətdir ki, AXCP öz köhnə “kursu”na sadiq olacaq, yenə də Qərbyönümlü antimilli dairələrdən qidalanacaq, onların sifarişləri əsasında hərəkət edəcək və ən əsası R.İbrahimbəyovun “şura”dan çıxarılmasına yardım edəcək. Əks təqdirdə...
Görünən budur ki, artıq AXCP-də də daşlar yerindən oynayıb. Ə.Kərimlinin bu daşlardan yaxa qurtarmaq üçün baş sındırdığı isə hər addımından bəlli olur...

Paylaş:
Baxılıb: 1076 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30