Ana səhifə »  Müəlliflər »  “Milli şura”dan “İctimai palata”ya qayıdış...
A+   Yenilə  A-
“Milli şura”dan “İctimai palata”ya qayıdış...
Yazdı: Mübariz Abdullayev

Yaxud, radikalların İP-i “diriltmək” cəhdləri əbəsdir
Radikal müxalifət düşərgəsində “birlik”lərin yaradılması bir növ adət halını alıb desək, heç də yanılmarıq. Çünki radikallar bir növ hər seçki öncəsi hansısa qondarma qurumda birləşib-ayrılmaq mərəzinə mübtəla olublar. Daha doğrusu, elə ki, ölkədə bu və ya digər mühüm ictimai-siyasi hadisənin, məsələn, prezident, parlament, bələdiyyə seçkilərinin anonsu verildi, radikallar dərhal əl-ayağa düşürlər, başlayırlar yeni bir “təşkilatın” yaradılmasının tədarükünü görməyə. Lakin bu “təşkilatlar” ictimai zərurətdən yaranmadıqlarına, cəmiyyətin sosial-siyasi sifarişini özlərində ehtiva etmədiklərinə görə, necə deyərlər, mövsümi xarakter daşıyır, çox qısa müddətdən sonra radikalların özləri üçün belə cəlbediciliyini itirir və adı var, özü yox quruma çevrilirlər. Bu baxımdan radikal düşərgəni bir növ çoxsaylı “birlik” təşkilatlarının qəbiristanlığı adlandırmaq da mümkündür. SİDSUH, DUH, “YES”, “Ziyalılar forumu”, “El” hərəkatı, müxtəlif məşvərət məclisləri, konqreslər, bloklar və s. Bütün bunlar son bir neçə ildə radikalların tələm-tələsik üz tutduqları və az vaxtdan sonra arxa çevirdikləri “təşkilatların” tam olmayan siyahısıdır. İndi həmin qondarma qurumlara sözün əsl mənasında heç yiyə duran da yoxdur. Bir vaxtlar hansısa gözləntilərə görə sadaladığımız “birlik” təşkilatlarına üzv olmaq üçün “yaxa cıranlar” indi həmin qurumları “ağ yuyub, qara sərirlər” və yeni “birlik” sevdalarını dilə gətirirlər.
Radikalların seçkiöncəsi mərhələdə cəmi bir neçə il bundan əvvəl yaradılan “İctimai palata”dan kütləvi surətdə yeni bəyan edilən qondarma quruma-”Milli şura”ya transfer etmələri bu deyilənlərə ən son nümunə sayıla bilər. Məlumdur ki, radikallar vergi qaçaqçısı Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura”nı guya 9 oktyabr prezident seçkilərinə birgə qatılmaq üçün bəyan etmişdilər. Əslində isə radikalların seçkiöncəsi mərhələdə yeni quruma üz tutmalarının motivi ortada idi. Bu dəfə qoca kinodramaturqun “gözləyin, sizə xaricdən pul gətirəcəyəm” vədləri müxtəlif radikalyönümlü partiyaların təmsilçiləri üçün “birləşdirici” amil rolunda çıxış edirdi. Pul vədlərinin cazibəsi o qədər güclü idi ki, hətta radikal düşərgənin hakimi-mütləqi rolunda çıxış edən AXCP-nin, “Müsavat”ın təmsilçiləri belə siyasi iddialarını arxa plana keçirən kimi görünərək qondarma qurumda “mən siyasətdən uzağam” deyən Rüstəm İbrahimbəyovun, onun “sağ əli” sayılan reneqat Eldar Namazovun diqtələrini yerinə yetirməyi özlərinə rəva görürdülər. Radikallar eyforiyaya o qədər qapılmışdılar ki, “Bir halda ki, “İctimai palata” mövcuddur, daha yeni qurum yaratmağa nə ehtiyac var?” kimi suallara heç cavab verməyə belə lüzum görmürdülər.
Beləliklə, “Milli şura”nın yaranması ilə “İctimai palata” radikalların nəzər-diqqətindən tamam kənarda qaldı. Radikalların dönüklüyü o həddə çatıb ki, hətta neçə vaxtdır qondarma qurumun koordinasiya şurasının toplantılarını belə keçirmək mümkün olmur.
Öz növbəsində mövcud olduğu təxminən 7 ay ərzində “Milli şura” gözləntiləri doğrultmadı. Necə deyərlər, maddi maraq naminə köhnə təşkilatlarından üz döndərən radikalların “Milli şura” məsələsində də əlləri yandı. Qondarma qurum Azərbaycanın siyasi səhnəsində özünə yer edə bilmədi, yad mahiyyətinə görə lap əvvəldən cəmiyyətin sərt təpkiləri ilə üzləşdi. Radikalların bir dam altına yığışdıqları qurum daim intriqalarla, daxili çəkişmələrlə gündəmə gəlir. Burada cəmləşən partiyaların, siyasi qrupların təmsilçiləri ara vermədən və heç bir etik çərçivə gözləmədən bir-birlərinin bostanını daşlayırlar. Rüstəm İbrahimbəyovun pul vədlərinin boşa çıxmasından sonra isə AXCP və “Müsavat” gözləmə mövqeyindən imtina edərək özlərisayağı hücum taktikası seçdilər. Bu iki partiya manevrlər işlədərək qondarma quruma faktiki rəhbərliyi ələ keçirdilər və burada təmsil olunan digər partiyalara öz yerlərini göstərdilər. Özlərini “əsas partiyalar”, “real güclər” sayan AXCP və “Müsavat” radikal düşərgədəki bütün digər qurumlarda olduğu kimi, burada da digər partiyaları və siyasi qrupları bütün proseslərdən təcrid ediblər.
Oktyabrın 9-da keçirilən prezident seçkilərindəki acınacaqlı məğlubiyyətdən sonra isə qondarma qurumda kəskin xəyal qırıqlığı yaşanır. Bir vaxtlar bəh-bəhlə gündəmə gətirilən “Milli şura”nın daha heç bir siyasi və maddi gözlənti vəd etmədiyi ortadadır. Bir sıra təmsilçilər qondarma qurumla yollarını ayırıblar, bəziləri isə yır-yığış əhval-ruhiyyəsindədirlər. Artıq heç kəsə sirr deyil ki, qondarma qurum tezliklə öz ömrünü onu yaradanlara bağışlayacaq.
Bu və digər səbəblər üzündən son günlərdə radikallar “İctimai palata”nın fəaliyyətinin davam etdirilməsi ilə bağlı ümumi fikir var” ifadəsini dövriyyəyə buraxıblar. Gözlənilmədən “İctimai palata”ya “ikinci ömür” verilməsi ilə bağlı müzakirələrə başlayanlar bunu “Milli şura” hələ İP-in buraxılmasını zəruri edən əsas verməyib” kimi “arqumentlər”lə əsaslandırmağa çalışırlar. İP-i “diriltmək” səylərində bulunanlar arasında “Müsavat” funksionerləri xüsusi fəallıq göstərirlər ki, bu da səbəbsiz deyil.
Siyasi müşahidəçilər dağıdıcı düşərgədə bu kimi “sürpriz” müzakirələrin başlamasını radikalların “Milli şura”dan “İctimai palata”ya qayıdış cəhdləri kimi dəyərləndirirlər. Beləliklə, qondarma qurumdan geriyə-”İctimai palata”ya qayıdış yolunun uzunluğu cəmi 7 ay çəkdi, desək, əsl həqiqəti ifadə etmiş olarıq.

 
  • Oxunub:  19530  |  
  • Tarix:  25-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

21:23
23 Yanvar
AŞPA-nın qış sessiyasında süni intellektin yaratdığı risk və təhdidlərdən danışılıb
21:22
23 Yanvar
Azərbaycanlı deputat AŞPA-nın sessiyasında internet idarəçiliyinin əhəmiyyətindən danışıb
20:51
23 Yanvar
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
20:43
23 Yanvar
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
20:40
23 Yanvar
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
19:16
23 Yanvar
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib
19:08
23 Yanvar
Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18:58
23 Yanvar
Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA