Ana səhifə »  Müəlliflər »  “Sərhədsiz reportyorlar” təşkilatı növbəti qeyri-obyektiv, qərəzli hesabatını açıqlayıb
A+   Yenilə  A-
“Sərhədsiz reportyorlar” təşkilatı növbəti qeyri-obyektiv, qərəzli hesabatını açıqlayıb
Yazdı: Nardar Bayramlı

Təşkilat işğalçı, qeyri-demokratik Ermənistanda mətbuat azadlığını yüksək qiymətləndirir
Məlum olduğu kimi, son vaxtlar bəzi beynəlxalq QHT-lər açıqladıqları hesabatlarda Azərbaycana qarşı qərəzli mövqelərini açıq-aşkar ortaya qoyurlar. Xatırladaq ki, bir müddət öncə, “Fredoom House” ölkəmizə qarşı xüsusi qərəzliliyi ilə seçilən belə bir hesabat yaymışdı. Bunun ardınca isə “Sərhədsiz reportyorlar” təşkilatı dünyada mətbuat azadlığının indeksini açıqlayıb. Bu qurum da açıqladığı hesabatda öz “ənənəsinə” sadiq qalıb. Yeri gəlmişkən, iddia olunur ki, guya bu hesabat ölkələr üzrə azadlıqların illik reytinqidir. Eyni zamanda, guya bu azadlıq indeksi media və jurnalistlərin azadlığının vəziyyəti, həmçinin, ifadə azadlığı sahəsində hakimiyyətlərin siyasəti əsasında hazırlanır.
Əslində isə elə ilk baxışdan “Sərhədsiz reportyorlar”ın hesabatında qeyri-obyektivlik tam çılpaqlığı ilə özünü göstərir. Belə ki, Azərbaycanda demokratiyanın tam bərqərar olduğu bir şəraitdə həmin sənəddə ölkəmizin 156-cı sırada yer alması bir sıra mətləblərdən xəbər verir. İşğalçı, azad mətbuatın qənimi olan Ermənistan isə 74-cü yerdə göstərilir. Diqqət yetirsək, görərik ki, bu tipli təşkilatlar eyni mərkəzdən idarə olunur. Azərbaycana qarşı onların rəyi də bir-birindən elə də fərqlənmir.
Şübhəsiz ki, bu təşkilatlar regionumuzda marağı olan xarici qüvvələrin əlində bir alətdi. Buna görə də, faktların nə deməsindən asılı olmayaraq, “Sərhədsiz reportyorlar” sifarişlər əsasında öz hesabatlarını hazırlayır. Xüsusilə, Azərbaycan kimi inkişaf edən, müstəqil siyasət həyata keçirən ölkəyə qarşı qərəzli mövqe daha çox seçilir.
Məlum olduğu kimi, Azərbaycan demokratik inkişaf yolunda irəliləməkdədir. Hər bir cəmiyyətdə demokratiyanın göstəricilərindən biri də söz və məlumat azadlığı, fikir plüralizmidir. Azərbaycanda da söz və mətbuat azadlığı tam mövcuddur. Bu gün ölkəmizdə xeyli sayda kütləvi informasiya vasitələri fəaliyyət göstərir ki, onların fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Azərbaycanda mətbuat haqqında demokratik qanun qəbul olunub, internet azadlığı mövcuddur. Bu gün, eyni zamanda, ölkəmizdə xeyli sayda internet xəbər saytları və internet TV-lər fəaliyyət göstərir. Həmçinin, dövlət tərəfindən mətbuat oqranlarına maliyyə yardımı edilir. Bütün bunlar isə dövlətimizin bu sahəyə diqqətinin göstəricisidir. Azərbaycan dövləti daima azad mətbuatın qarantı kimi çıxış edir. Belə olan halda, mətbuata təzyiqlərdən necə söhbət gedə bilər? Yəni, “Sərhədsiz reportyorlar”ın Azərbaycanı 156-cı yerdə göstərməsi təşkilatın obyektivlik prinsipindən uzaq olduğunu təsdiqləyir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr tərəfindən idarə olunan təşkilat onların tapşırıqlarını yerinə yetirməyə məcburdur. Belə ki, Azərbaycanın sürətli inkişafı, beynəlxalq müstəvidə mövqelərinin güclənməsi bəzi qüvvələri narahat edir. Belə qüvvələr əsasən erməni lobbisinin təsiri altında olaraq ölkəmizin uğurlarından ciddi narahatlıq keçirirlər.
Əslində, işğalçı, demokratiyanın mövcud olmadığı Ermənistanı siyahıda 74-cü təqdim etmək məsələnin mahiyyətini ortaya qoyur. “Sərhədsiz reportyorlar” hesab edir ki, mətbuat azadlığı baxımından Ermənistan Azərbaycan və Gürcüstandan öndə gedir. Yəqin ki, buna heç təşkilat təmsilçilərinin özləri də inanmır. Sadəcə, verilən əmrləri yerinə yetirməyə borcludurlar.
Qısası, Azərbaycanla müqayisədə Ermənistanın daha çox demokratik bir ölkə kimi təqdim olunması hesabatın subyektiv hazırlanmasını göstərir. Ölkəmizin ərazisinin 20 faizini işğal edən, bir milyon insanı öz torpağında yaşamaq hüququndan məhrum edən Ermənistanı hesabatda Azərbaycandan önə çıxarmaq başadüşülən deyil. Cənubi Qafqaz regionunun iqtisadi, siyasi, hərbi baxımdan ən güclü dövlətini, Rusiyanın forfostuna çevrilmiş bir ölkə ilə müqayisə etmək, Ermənistanı Azərbaycandan daha demokratik göstərmək yolverilməzidir. Eyni zamanda, bu cür hesabatlarla Azərbaycana qarşı təzyiqlər göstərmək mümkün deyil.
Nardar BAYRAMLI

 
  • Oxunub:  27450  |  
  • Tarix:  01-02-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb
14:59
13 Noyabr
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisi açılıb
14:57
13 Noyabr
AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
14:54
13 Noyabr
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib
14:49
13 Noyabr
Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
14:47
13 Noyabr
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:39
13 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
14:36
13 Noyabr
Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:32
13 Noyabr
Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır
13:32
13 Noyabr
Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq
13:22
13 Noyabr
İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə təqribən 32 milyard dollar xərclənib
13:19
13 Noyabr
Oqtay Əsədov: Vergi sistemində nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək
12:56
13 Noyabr
2040-cı ilədək qlobal enerji tələbatı 25 faizdən çox artacaq
12:51
13 Noyabr
Türkmənistan qazının Avropa bazarlarına tədarükü imkanları müzakirə edilir
12:31
13 Noyabr
İçərişəhərlə tanışlıq Slovakiyanın Baş nazirində zəngin təəssürat yaradıb
12:29
13 Noyabr
Hakan Aras: Azərbaycan ali təhsil verdiyi türkiyəli tələbələrə öz vətəndaşları kimi yanaşır
12:17
13 Noyabr
Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi Dünya Diabet Gününə həsr olunmuş aksiya keçirib
12:10
13 Noyabr
Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi müzakirə olunur
12:05
13 Noyabr
Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
11:56
13 Noyabr
Yunanıstanın Saloniki şəhərində “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib
11:34
13 Noyabr
“Caspian Ecology 2018” sərgisində 8 ölkədən 43 şirkət iştirak edəcək
11:08
13 Noyabr
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
11:03
13 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
10:49
13 Noyabr
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
10:43
13 Noyabr
Naxçıvanda tələbələr arasında keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib
10:41
13 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
10:35
13 Noyabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:32
13 Noyabr
Sona Əliyeva: Ölkəmiz dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa böyük töhfələr verir
10:30
13 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:29
13 Noyabr
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9