Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətin dialoq anlayışı
A+   Yenilə  A-
Radikal müxalifətin dialoq anlayışı
Yazdı: Mübariz Abdullayev

Yaxud dağıdıcı düşərgə təmsilçiləri partiyalar arasında dialoq dedikdə ilk növbədə şəxsi ambisiyalarının təmin olunmasının şərt kimi irəli sürülməsini başa düşürlər
Məlum olduğu kimi, demokratik inkişaf yolu seçən Azərbaycanda fikir plüralizmi tam təmin edilib, ölkədə çoxpartiyalı sistem var. Hazırda respublikada 100-dən artıq siyasi partiya mövcuddur ki, onların da təxminən yarısı rəsmi dövlət qeydiyyatından keçib və böyük qismi müxalifətyönümlüdür. Lakin müxalifətdə dayanmaları heç də bu qəbildən olan partiyaların fəaliyyətlərinin hansısa bir formada məhdudlaşdırılması anlamına gəlmir. Əksinə, müxalifətyönümlü partiyalar tam sərbəst şəkildə fəaliyyət göstərirlər, onların nəzarətində çoxsaylı mətbuat orqanları var, üzvləri parlamentdə təmsil olunurlar və s.
Bununla belə, ölkənin siyasi palitrasında təmsil olunan bir sıra radikaltəmayüllü partiyalar dövlətin möhkəm iradəsi sayəsində bərqərar olan demokratik mühitdən sui-istifadə etməyə çalışırlar. Məsələn, AXCP, “Müsavat” kimi bu qəbildən olan partiyalar özlərini bir növ “seçilmişlər silki” kimi apararaq xüsusi statusda çıxış etmək cəhdlərində bulunurlar.
Radikalların iqtidaryönlü və digər müxalifət partiyalarından gələn dialoq təkliflərindən hər dəfə bir bəhanə ilə yayınmaları da deyilənləri təsdiqləyir. Daha doğrusu, AXCP, “Müsavat” və bu qəbildən olan digər radikalyönümlü partiyaların təmsilçiləri siyasi palitrada təmsil olunan təşkilatlar arasında dialoq dedikdə ilk növbədə ümumi maraqlardan çox-çox uzaqda dayanan ambisiyalarının təmin olunmasını şərt kimi irəli sürülməsini başa düşürlər. Radikallar əsla fərqində deyillər ki, müxtəlif təmayüllü partiyaların nümayəndələri dialoq masası arxasında partiya maraqlarını diqtə etmək üçün yox, ölkənin, xalqın mənafeyi, cəmiyyətin, siyasi sistemin daha da təkmilləşməsi ilə bağlı məsələləri müzakirə etmək, optimal, hamı tərəfindən məqbul sayıla biləcək bir məxrəcə gəlinməsi üçün əyləşirlər. Daha hansısa özünü “hegemon”, “əsas güc” adlandıran siyasi qrupun məhdud maraqlarını güdmək üçün yox.
Qeyd edək ki, böyük sosial bazaya malik Yeni Azərbaycan Partiyası (YAP) daim siyasi təşkilatları bir araya gətirmək təşəbbüsləri ilə çıxış edir. İqtidar partiyasının mövqeyi belədir ki, dialoq formatı mümkün qədər daha geniş çevrəni əhatə etməlidir və bu məsələdə partiyalar arasında hansısa parametrlərə görə bölgü aparmaq, ikili yanaşma tətbiq etmək əsla yolverilməzdir. Yeri gəlmişkən, YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov KİV-ə müsahibəsində diqqəti ölkədə əlverişli dialoq mühitinin olmasına çəkərək vurğulayıb ki, parlamentdə təmsil olunan siyasi təşkilatlar vaxtaşırı görüşüb müzakirələr aparırlar. Belə görüşlərdə müxtəlif siyasi partiyaların təmsilçiləri Azərbaycanın milli maraqları baxımından taleyüklü məsələlərdə eyni mövqedən çıxış edirlər. Bəyanatlar imzalayır, birgə addımlar atırlar. Təəssüf doğuran hal odur ki, ayrı-ayrı radikalyönümlü partiyalar, yumşaq desək, cığallıq edərək dialoq formatının genişlənməsinə mane olmağa çalışırlar. Beləliklə, bir neçə partiya özünü həm cəmiyyətdən, həm də iqtidar-müxalifət münasibətlərindən tamamilə təcrid edib. Onların nəinki hakimiyyətlə, heç normal müxalifətçilik edən başqa partiyalarla da əlaqələri, münasibətləri yoxdur.
Radikalların sərgilədikləri əməllərdən, səsləndirdikləri cəfəng fikirlərdən bəlli olur ki, onlar siyasi mübarizənin sivil qaydada, qanunlar çərçivəsində aparılmasını birmənalı şəkildə inkar edirlər. Sosial baza kimi mühüm amildən, real dəstəkdən məhrum qalan radikallar diqqət çəkməyin, gündəmdə qalmağın ən asan yolunu mövcud qaydalardan kənara çıxmaqda, qanunsuz aksiyalara çağırışlar etməkdə, vətəndaş həmrəyliyinə hansı yollarlasa xələl gətirməyə cəhdlər göstərməkdə görürlər. Radikallar siyasi mübarizənin yalnız bir formasını qəbul edirlər-indiki dövrdə heç də aktual olmayan mitinq eyforiyasından yaxa qurtara bilmirlər. Dialoq təkliflərinə gəldikdə isə onlar daim bundan yan keçməyə çalışırlar. Məsələn, YAP hələ bir neçə il bundan əvvəl Azərbaycanın bütün siyasi spektirini təmsil edən partiyaların maliyyələşmə məsələsinin birlikdə müzakirə edilməsi ilə bağlı təklif irəli sürüb. Lakin radikalyönümlü partiyalar bununla bağlı müzakirələrə qatılmaqdan boyun qaçırıblar. Halbuki, bu, çox aktual məsələdir. İqtidar partiyası olan YAP hər il mövcud qanunvericiliyə uyğun olaraq müvafiq qurumlara maliyyə hesabatı verir. Bəs nə üçün ayrı-ayrı radikalyönümlü partiyalar maliyyələşmə məsələləri ilə bağlı müzakirələrə qoşulmaqda maraqlı görünmürlər? Onları maliyyələşmə mənbələrini cəmiyyətdən gizli saxlamağa sövq edən səbəblər hansılardır?
Bir sözlə, görünən odur ki, radikallar dünya təcrübəsində təqdir olunan dialoqdan yayınmaq üçün ən müxtəlif bəhanələrə əl atırlar. Bu da onların dialoq məsələsinə şəxsi maraqlar prizmasından yanaşmalarını, həmçinin, gerçək dialoq prosesinin baş tutmasında maraqlı olmadıqlarını bir daha təsdiq edir.

 
  • Oxunub:  21900  |  
  • Tarix:  28-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7