Ana səhifə »  Müəlliflər »  “El”çilər indi də AXCP-yə qarşı...
A+   Yenilə  A-
“El”çilər indi də AXCP-yə qarşı...
Yazdı: Mübariz Abdullayev

“Müsavat” isə “Milli şura”dan qaçmağın yollarını axtarır
Radikalların guya seçkilərdə birgə iştirak etmək məqsədi ilə ətrafına cəm olduqları “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənov 9 oktyabrda acınacaqlı məğlubiyyətə uğradıqdan sonra düşərgə təmsilçiləri ciddi xəyal qırıqlığı yaşamaqdadırlar. Daha heç bir siyasi və maddi gözlənti vəd etməyən “Milli şura” radikallar üçün bütün cəlbediciliyini itirib və indi onlar bu qondarma qurumla yollarını ayırmaq üçün müxtəlif manevrlər edirlər. Belə ki, bir vaxtlar öz konyuktur maraqları naminə “Milli şura” çağırışlarına can-başla “hə” deyənlər, Rüstəm İbrahimbəyovun siyasətdə naşılığının və yaxud başqa ölkənin vətəndaşlığını daşımasının onun bir çox siyasi partiyaların cəmləşdiyi radikal düşərgəyə başbilənlik etməsini əngəlləyəcək səbəblər olmadığını əsaslandırmağa çalışanlar indi qondarma qurumda min eyib tapırlar, qoca kinodramaturqu da az qala daş-qalaq edirlər. Qısası, hazırda bütövlükdə radikal düşərgənin üz qarasına çevrilən qondarma qurum bir növ ortada qalıb, bundan sonra ona kimin yiyəlik edəcəyi belə məlum deyil.
Bircə o məlumdur ki, 9 oktyabr seçkilərindəki acınacaqlı məğlubiyyətdən sonra qondarma qurumun sıraları xeyli dərəcədə seyrəlib. Bir sıra partiyalar və ayrı-ayrı şəxslər müxtəlif bəhanələr gətirərək “Milli şura” ilə yollarını ayırıblar. Qondarma qurumun hazırkı sədri Cəmil Həsənov “Milli şura”dan qopmalara “ələnmə təbii prosesdir” deyərək haqq qazandırmağa çalışsa da, qurum daxilində baş verənlər heç də, necə deyərlər, bu hənanın o hənadan olmadığından xəbər verir. Dekabrın əvvəllərində keçirilən son sessiyadan sonra “Milli şura” təmsilçiləri sözün əsl mənasında odu qoyub küllə oynamaqla məşğuldurlar. Sözügedən sessiyada özünü radikal düşərgənin əsas güc mərkəzi sanan Müsavat Partiyasının təmsilçiləri Rüstəm İbrahimbəyovun qurumun fəxri sədri seçilməsi təklifinə sərt təpki nümayiş etdirdilər. Partiyanın başqanı İsa Qəmbər, mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bunu qoca kinodramaturqun başqa ölkənin vətəndaşlığını daşıması ilə əlaqələndirdilər və bəyan etdilər ki, onların etirazı nəzərə alınmasa, “Müsavat”ın “Milli şura”da qalıb-qalmaması məsələsinə yenidən baxılacaq. Sən demə, özünü ciddi bir siyasi partiya sayan “Müsavat”ın üzv olduğu qurumdan uzaqlaşması bu qədər asan imiş.
Bəli, görünən dağa nə bələdçi? Siyasi müşahidəçilərin də təsdiqlədikləri kimi, “Müsavat”ın Rüstəm İbrahimbəyovun öz “Milli şura”sına fəxri sədr seçilməsinə belə kəskin dirəniş göstərməsi sadəcə bir manevr idi. Partiyanın mətbəxində artıq əbədi rəqibləri “cəbhəçilər”ın söz sahibinə çevrildikləri “Milli şura”dan getməklə bağlı “siyasi qərar” hazırlanıb. Qalırdı AXCP-nin qızışdıracağı “Müsavat” radikal düşərgənin birliyinə xələl gətirir” kampaniyasından sığortalanmaq üçün bəhanələr tapmaq. “Müsavat”çılar düşündülər ki, AXCP-dən gələn “başqa ölkə vətəndaşının “Milli şura”ya fəxri sədr seçilməsi” təklifinə etiraz etmək öz planlarını reallaşdırmaq üçün ən yaxşı fürsət ola bilər. Bununla “müsavat”çılar, necə deyərlər, bir güllə ilə iki dovşan vuracaqdılar: Həm “Milli şura” ilə yollarını ayırmaları səbəbindən ünvalarına yönələcək qınaqlardan sığortalanacaq, həm də “təəssübkeş” xalı qazanacaqdılar...
Burada deyiblər ki, sən saydığını say, gör, fələk nə sayır. “Müsavat”çıların başının “polemika”lara qarışmasından istifadə edən Rüstəm İbrahimbəyov daha bir kələkbaz gediş edərək onları pis vəziyyətdə salıb-”Milli şura” ideyasını gündəmə gətirən, həm də “Müsavat”ın dəstəyi ilə qurumun sədri, birinci “vahid namizəd”i seçilən, uzun müddət radikalları “gözləyin, sizə xaricdən çoxlu pul gətirəcəyəm” vədlərinin cazibəsində saxlayan qoca kinodramaturq qurumun fəxri sədrliyindən imtina etdiyini açıqlayıb. Halbuki o, məlum sessiyadan sonra “Müsavat”a yönəlik “getmək istəyirlər, özləri getsinlər, mən niyə fəxri sədrlikdən imtina etməliyəm” deyərək ehtirasları qızışdırırdı.
Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən getməsi “Milli şura”da yeni qopmalar dalğasına təkan verib.
Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı isə “Rüstəm İbrahimbəyovun problemin mahiyyətini dərk edərək fəxri sədrlikdən istefa etdiyini düşünürəm” deyə, şərh edib. Bu arada “müsavat”çıların dövriyyəyə buraxdıqları başqa bir “arqument” daha artıq dərəcədə diqqəti çəkir. Həmin “arqument”ə əsasən, “El” hərəkatının üzvləri öz aralarında tamamilə başqa bir təşkilatı - AXCP-ni suçlayırlar. Onlar hesab edirlər ki, “Milli şura” sədri Cəmil Həsənov artıq AXCP rəhbərliyinin tam təsiri altındadır və “Milli şura” da adekvat olaraq, monopoliyaya götürülüb. “El”çilər bundan belə yeni format arayışında olacaqlar”.
Zəlzələdən, ya vəlvələdən, fərqi yoxdur. Artıq heç bir mahiyyət kəsb etməyən “Milli şura”dan qopmalar dönməz xarakter alıb. Bu gedişlə “Milli şura”nın yeni sədri Cəmil Həsənov tezliklə qondarma qurumda tək qalacaq.

 
  • Oxunub:  21390  |  
  • Tarix:  29-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
19 Aprel 11:36
Nazir: İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19 Aprel 11:16
Siyavuş Novruzov: Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər
19 Aprel 11:13
Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir
19 Aprel 11:11
Şamil Ayrım: Ulu öndər Heydər Əliyev ilə bağlı əsərlər Türkiyə kitabsevərləri üçün böyük sərvətdir
19 Aprel 11:00
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
19 Aprel 10:53
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
19 Aprel 10:51
Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir
19 Aprel 10:48
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA