Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət düşərgəsindəki savaşın miqyası genişlənir

Radikal müxalifət düşərgəsindəki savaşın miqyası genişlənir

30.12.2013 [08:59]

Pərviz Sadayoğlu

Eldəniz Quliyev Müsavat Partiyasının “Milli şura”nı dağıtdığını iddia edir
Ermənipərəst Rüstəm İbrahimbəyovun “Milli şura”nın fəxri sədrliyindən istefa verməsi qurumun daxilindəki gərgin vəziyyəti daha da dramatikləşdirib. Belə ki, “Milli şura”nın sonuncu toplantısında AXCP ilə Müsavat Partiyasının faktiki üz-üzə durması, üzvlər arasında əlbəyaxa dava düşməsi, o cümlədən, AXCP sədri Əli Kərimlinin “müttəfiqi” Müsavat Partiyasının iradəsinin əleyhinə olaraq Rüstəm İbrahimbəyovun “fəxri sədr” seçilməsinə nail olması real mənzərəni açıq şəkildə ortaya qoymuşdu. Bundan başqa, “şura”da təmsil olunan digər partiyaların oradan uzaqlaşdırılması istiqamətində görülən işlər, “El” hərəkatının isə “Müsavat”a açıq “müharibə” elan etməsi çox şeylərdən xəbər verirdi. Belə ki, hələ yarandığı dövrdə “zorən birlik” kimi xarakterizə edilən “Milli şura”nın antimilli layihə olması bu qondarma quruma toplananların yalnız maliyyə təminatı üçün oraya üz tutduqları növbəti dəfə təsdiq edildi.
Maraqlıdır ki, R.İbrahimbəyovun “şura”nın “fəxri sədr”liyindən istefa verməsinin ardından qarşılıqlı ittihamlar səslənməyə başlayıb. İlk olaraq bu istefaya reaksiya verən Müsavat Partiyası qərardan olduqca məmnun görünürdü. Mətbuata açıqlamalarında partiya funksionerləri də qalib ədası ilə çıxış edir, Əli Kərimliyə qarşı mübarizədə mühüm bir zəfərə imza atdıqlarını gizlətmirdilər. AXCP və onun ətrafına cəm olmuş radikal dəstə isə bu istefanın əsas “baiskarı” qismində Müsavat Partiyasını görür.
İbrahimbəyov fiaskosunun ardından “El” hərəkatı da birmənalı şəkildə Müsavat Partiyası ilə açıq döyüşə girib. Belə ki, qurumun üzvü Eldəniz Quliyev hətta öz açıqlamasında dünənə qədər “Milli şura”da “müttəfiq” olduğu Müsavat Partiyasını radikal düşərgəyə xəyanətdə ittiham edib. O, deyib ki, “Milli şura”nın son sessiyasından indiyə qədər bəzi siyasilər Rüstəm İbrahimbəyova qarşı az qala hörmətsiz münasibət sərgilədilər.
Radikal müxalifət düşərgəsinin yalançı “monolitlik” görüntüsünün üstündən xətt çəkən E.Quliyev bildirib ki, bu istefanın Müsavat Partiyası ilə bağlılığı olmadığına dair deyilənlər həqiqəti əks etdirmir: “Reallıq ondan ibarətdir ki, “Müsavat” “Milli şura”nı nəinki parçalamağı, bu təşkilatı süquta uğratmağa yönəlik addımlar atırdı. Bunu artıq heç kim gizlədə bilməz”.
Göründüyü kimi, E.Quliyev seçkidən sonrakı məğlubiyyətin “günah keçisi” olaraq ünvan göstərir. Təbii ki, E.Quliyevin, o cümlədən, öz ətrafındakı digər cırtdan partiya və təşkilatların nümayəndələrini İ.Qəmbərə qarşı qoyan, əslində Əli Kərimlidir. İ.Qəmbəri “Milli şura”dan kənarlaşdırmaqla radikal düşərgədə öz monopoliyasını yaratmağa çalışan Ə.Kərimli bununla sudan quru çıxmağa çalışmaqla yanaşı, rəqibinin “şura”dan sıxışdırılması istiqamətində mühüm bir gediş edir. Bu gün “şura”ya rəhbərlik edən Cəmil Həsənov vaxtilə AXCP sədrinin müavini olub və İbrahimbəyovla İ.Qəmbərin gedişinin ardından “şura” birmənalı şəkildə Ə.Kərimlinin nəzarətinə keçəcək, xaricdən xəyanət qarşılığında gələn pullar yalnız AXCP sədri tərəfindən mənimsənəcək.
E.Quliyev radikal düşərgədə kompromat savaşının, o cümlədən, bir-birilərinə qarşı hörmətsizliyin ən yüksək həddə olduğunu da növbəti dəfə təsdiqləyib. O, deyib ki, “Rüstəm İbrahimbəyovun üzərinə Tural Abbaslını, Səxavət Soltanlını yönəldiblər. Belə hallarla üzləşəndə adam həqiqətən də prosesdən iyrənir. İnsanın özündə də bir məsuliyyət hissi olmalıdır”.
Əslində, bu ifadə “Milli şura” adlanan satqınlar klubunun əsl mahiyyətini üzə çıxarır. Bu “şura”nın yalnız korporativ maraqlara söykəndiyi, puldan, xəyanətdən başqa bir amalının olmadığı bu ifadələrdə öz əksini tapır. Yəni, burada heç kim heç kimi nə dinləmək, nə də qəbul etmək qabiliyyətinə malikdir. Əgər, kimsə kiminsə maraqlarını tapdasa, ona gələn pulu oğurlamağa çalışsa, cavabını yumruqla alacaq. Bu cür prinsip əsasında formalaşan və fəaliyyət göstərən radikal düşərgə görəsən hansı üzlə yenidən cəmiyyət içinə çıxır?
Bəli, “Milli şura” adlanan satqınlar klubunun dağıldığı hər kəsə məlumdur. Bu qurumun təsisçilərindən sayılan “El” hərəkatı, ACP, ALP, KXCP kimi partiyalar artıq faktiki olaraq öz fəaliyyətlərini dayandırıblar. Hətta bu partiyaların əsas rəhbər şəxsləri qurumdan istefa veriblər. Bu gün fərqli adla “İP”ə çevrilən “şura”nın dağılacağını demək, yalnız özünü sığortalamaq istəyinin təzahürüdür. Çünki sabah faktiki olaraq bu qurumun dağıldığını gizlədə bilməyənlər günahı kiminsə üstünə yıxmalıdırlar və bu gün radikal düşərgədə gedən proses buna istiqamətlənib.

Paylaş:
Baxılıb: 1124 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30