Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyovu “Milli şura”dan kim küsdürüb?
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyovu “Milli şura”dan kim küsdürüb?
Yazdı: Mübariz Abdullayev

Radikalların qoca kinodramaturqun mənasız bir statusdan imtinası ilə bağlı süni ajiotaj yaratmaları onların arasında səmimiyyət körpülərinin çoxdan yandırıldığından xəbər verir
Dekabrın əvvəllərində keçirilən son sessiyada “Milli şura”nın fəxri sədri seçilən Rüstəm İbrahimbəyovun bu statusdan imtina etməsi qondarma qurum daxilində aranı əməlli-başlı qatıb. Qoca kinodramaturqun “fəxri sədr”likdən geri çəkilməsi bir növ qondarma qurumda təmsil olunan partiyaların, siyasi qrupların bir-birlərinə qarşı antaqonist münasibətlərini təzahür etdirmək üçün növbəti fürsət olub. Sanki “Rüstəm İbrahimbəyovu “Milli şura”dan kim küsdürüb” sualından başqa hər hansı bir siyasi və məişət qayğısı olmayan ayrı-ayrı radikalyönümlü partiyaların təmsilçiləri buna görə qarşılıqlı ittihamlarla çıxış edirlər.
Xatırladaq ki, bununla bağlı mübahisələr qondarma qurumun son sessiyasında start götürüb. Sözügedən sessiyada özünü radikal düşərgədə “real güc” sayan Müsavat Partiyası qoca kinodramaturqun “Milli şura”ya “fəxri sədr” seçilməsinə sərt təpki nümayiş etdirib. “Müsavat” başqanı İsa Qəmbər, icra aparatının rəhbəri Arif Hacılı bəyan ediblər ki, Rüstəm İbrahimbəyovun qondarma quruma “fəxri sədr” gətiriləcəyi təqdirdə partiyanın “Milli şura”da təmsilçiliyinə yenidən baxıla bilər. “Müsavat”çılar öz şərtlərini Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq daşıması ilə əlaqələndirərək bildiriblər ki, “başqa ölkə qarşısında öhdəliklər daşıyan bir şəxsin fəxri sədr olduğu qurumda təmsilçilik partiya üçün başıucalıq sayıla bilməz”.
Lakin “Müsavat”ın etirazlarına rəğmən, “Milli şura”nın AXCP-nin sədri Əli Kərimlinin müvafiq təklifini nəzərə alan sessiyası Rüstəm İbrahimbəyovu qondarma qurumun “fəxri sədri” seçdi. Bundan sonra “Müsavat”la AXCP, eləcə də, qoca kinodramaturqun alovlu müdafiəçisi rolunda çıxış edən “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyev və digərləri arasında qızğın mübahisələr başladı. Bu mübahisələr isə məlum sonluqla nəticələndi.
Məlumdur ki, “Milli şura”nın ilk qiyabi sədri və ilk qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyov qondarma qurumun “fəxri sədr”liyindən geri çəkilməsinin partiyalararası kəskin münasibətlərin daha dərinə getməsinə rəvac verməmək və bu yolla qondarma qurumun ömrünü uzatmaq istəyi ilə bağlı olduğunu vurğulayıb. “Milli şura”da cəmləşən partiyalar isə adətləri üzrə bu dəfə də “milçəyi fil etmək” və yaxud “haqq-hesabı axıradək çürütmək” yolu tutublar. Bu günlərdə AXCP-dən, “El” hərəkatından, okeanın o tayında “lövbər” salan Rəsul Quliyevdən, ALP-dən və digərlərindən ardı-arası kəsilmədən Rüstəm İbrahimbəyovu “Milli şura”dan küsdürdüyünə görə “Müsavat”ın ünvanına ən sərt şəkildə qınaqlar gəlir. ACP-nin sabiq sədri Rəsul Quliyev Rüstəm İbrahimbəyovun məlum qərarını “uşaq-muşağa verilən dərs” kimi dəyərləndirib. ALP sədri Əvəz Temirxan “Müsavat” funksionerlərini nişan verərək “Rüstəm İbrahimbəyov “Milli şura”dan bir qrup əcinnə dəstəsinə görə istefa verib” ifadəsini dilə gətirib. “El”in ali məclis sədri Eldəniz Quliyev qoca kinodramaturqun qondarma qurumun “fəxri sədri” seçilməsinə təpkilər nümayiş etdirdiyinə görə “Müsavat”ı qınayaraq belə deyib: “İndiyə qədər “Milli şura”nın kəlmeyi-şəhadətini ürəklərində oxuyanlar artıq arxayın olub onu yüksək səslə oxuya bilərlər”.
Rüstəm İbrahimbəyovun hansı anlama gəldiyi bəlli olmayan “fəxri sədr”likdən getməsi ətrafında hamıdan çox ajiotaj yaradan isə AXCP-dir. Aydın görünür ki, bu dəfə də “cəbhəçilər”, necə deyərlər, bulanlıq suda balıq tutmaq həvəsindədirlər. Onlar əzəli və əbədi rəqiblərini daha güclü təzyiqlərə məruz qoymaq üçün, sözün əsl mənasında, dəridən-qabıqdan çıxırlar. AXCP funksionerləri qoca kinodramaturqun “Milli şura”nın fəxri sədrliyindən getməsinə görə “Müsavat”ı günahkar saydıqlarını açıq mətnlə dilə gətirməkdən çəkinmirlər. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında bir az da qabağa gedərək rəqib partiyanın izahat verməli olduğunu deyib: “İndi Müsavat Partiyası buyurub cəmiyyətə izahat versin ki, hansı əsasla onlar “Milli şura”dan ayrılmaq istəyirlər?..
Rüstəm bəyin istefasına səbəb olmuş prosesin iştirakçıları cəmiyyət qarşısında mənəvi məsuliyyət daşıyırlar”. Qoca kinodramaturqa görə “Müsavat”ı topa tutanların siyahısından, həmçinin, qondarma qurumun xanım üzvü Gültəkin Hacıyevanın ismi keçir...
Partiyaya yönələn ittihamlara “Müsavat” funksionerlərindən gələn cavablardan çıxan nəticəni isə belə ümumiləşdirmək mümkündür: “Əcəb etmişik! Necə istəmişik, elə də etmişik. Buyurun, əlinizdən gələni beş qaba çəkin”.
“Müsavat” başqanının müavini Gülağa Aslanlı Rüstəm İbrahimbəyovun “fəxri sədr”likdən istefa verməsini müsbət dəyərləndirib. Amma onun istefasına səbəb kimi gətirdiyi “arqumentləri” “bəhanə” adlandırıb. Təmsil etdiyi partiyanı təmizə çıxarmaq istəyən G.Aslanlı vurğulayıb: “Bizim təkbətək görüşdüyümüz partiyaların nümayəndələrindən soruşa bilərsiniz. Görüşlərimizdə Rüstəm İbrahimbəyovun “Milli şura”nın fəxri sədrliyindən getməsi məsələsi müzakirə olunmayıb. Biz “Milli şura”nın qalıb-qalmamasını müzakirə etmişik”.
“Müsavat” başqanının müşaviri Mustafa Hacıbəyli isə Rüstəm İbrahimbəyovun istefasına görə məsuliyyətin əslində AXCP-nin sədri Əli Kərimlinin üzərinə düşdüyünü bildirib. Başqanın müşavirinin qənaətinə görə, Rüstəm İbrahimbəyov sadəcə “Müsavat”a qarşı AXCP-nin aləti rolunda” çıxış etmək istəməyib və istefa verib: “Əminəm ki, Əli Kərimli bu məsələdə növbəti dəfə siyasətini təkid və sürprizlər üzərində qurmasaydı, nə “Milli şura”dan “Müsavat”ın hansısa narazılığı olacaqdı, nə Rüstəm İbrahimbəyov istefa verməyə məcbur olacaqdı. Yəni, bunların hər ikisinin məsuliyyəti bilavasitə Əli Kərimlinin üzərinə düşür. Əli Kərimliyə keçmiş olsun, onun fəxri sədri istefa verdi”.
Rüstəm İbrahimbəyovun məlum istefa qərarı eyni bir qondarma qurumda birləşən partiyaları, siyasi qrupları üz-üzə qoyacaq qədər ciddi bir məsələ deyil. Radikalların qoca kinodramaturqun mənasız bir statusdan imtinasını bu qədər şişirtmələri isə onların arasında səmimiyyət körpülərinin çoxdan yandırıldığından xəbər verir...

 
  • Oxunub:  23850  |  
  • Tarix:  30-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 11:31
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
18 İyul 11:16
YAP Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25