Ana səhifə »  Müəlliflər »  “Milli şura” oyunu da biabırçılıqla yekunlaşdı
A+   Yenilə  A-
“Milli şura” oyunu da biabırçılıqla yekunlaşdı
Yazdı: Pərviz Sadayoğlu

Radikal müxalifət düşərgəsinin növbəti fiaskosu olan satqınlar klubu da tarixin məzarlığına dəfn olundu
Radikal müxalifət düşərgəsinin ötən il keçirilən prezident seçkiləri öncəsi başlatdığı “Milli şura” oyunu artıq sona yetdi. Birmənalı şəkildə antimilli xarakterə malik, xaricdən idarə olunan və xarici maraqlı dairələrin təsirində olan, ermənipərəst Rüstəm İbrahimbəyovun erməni lobbisinin sifarişləri əsasında hazırlayıb irəli sürdüyü “Milli şura” layihəsi heç vaxt Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Zorən müttəfiqliyi, başqa-başqa istiqamətə köklənmiş siyasətbazların zorla bir çardaq altına yığılmasına bənzəyən bu nəsnənin kökündə dayanan marağın isə korporativ, antimilli olması ilk gündən bəlli idi. Satqınlar klubu statusu ilə yaradılan “Milli şura”ya daxil olan bəzi yaşı ötmüş radikal müxalifət qruplaşmalarının başçılarının isə bu antimilli layihədəki əsas marağı maliyyə durumlarını yüksəltmək idi.
2014-cü ilin ilk günlərində Müsavat Partiyası başıbəlalı şuradan bəyanat verərək ayrıldı. Maraqlıdır ki, dünənə qədər istər AXCP üçün, istərsə də Müsavat Partiyası üçün “şirin qoğal” xarakteri daşıyan “buqələmun şura” artıq heç kimə lazım deyil. Hələ bu qurum yaranan zamanlarda onu da sələflərinin taleyinin gözlədiyi bildirilirdi. 20 ildən artıqdır ki, radikal müxalifət düşərgəsində yerində addımlayan, Azərbaycanın milli maraqlarına qarşı olan xarici qüvvələrin əlinə, cibinə möhtac olan partiyaların “sezonnı” birliklərindən növbətisi kimi xarakterizə olunan “Milli şura” ideyasının sonu öncədən bilinən idi. Hər bir müxalifət “birliyi” kimi “Milli şura”nın da sonda məğlubiyyətə məhkum olacağı hər kəsdən çox orada təmsil olunan radikal düşərgə partiyalarının rəhbərlərinə bəlli idi. Bununla yanaşı, bu gün iki keçmiş “müttəfiq”-AXCP ilə Müsavat Partiyası arasında oynanılan “teatr səhnəsi” də öncədən proqnozlaşdırılırdı. Çünki, hər seçkidən öncə yaradılan müxalifət birliyinin sonu mütləq şəkildə parçalanma, “müttəfiqlərin” qarşılıqlı təhqirlərilə müşayiət olunur. Radikal düşərgə öz adətinə xilaf çıxa bilmir...
“Milli şura”nın sonunun bu cür aqibətlə nəticələnəcəyi prosesin gedişində də özünü göstərirdi. Əslində bu günə qədər radikal kəsimin keçdiyi yola nəzər saldıqda hər şeyi açıq şəkildə görmək mümkündür. 1993-cü ildə indiki müxalifətin Azərbaycan dövlətçiliyini uçurumun kənarına gətirib çıxararaq aradan çıxıb qaçdığı gündən bu yana yaratdığı “birlikləri” göz önünə gətirdikdə hər şey aydın olur. “Demkonqres” (sonradan “Demkonqres-1” və “Demkonqres-2”), “SİDSUH”, “DUH”, “DUBB”, “Birləşmiş Müxalifət Hərəkatı (BMH), “5-lər”, “Azadlıq” Seçki (sonradan Siyasi) Bloku, “Bizim Azərbaycan” Seçki (sonradan Siyasi) Bloku, “ATA”, “YES”, “İctimai Palata”, “Demokratik Qüvvələrin Məşvərət Məclisi” ... Və sonuncu da millilikdən əsər-əlamət daşımayan “Milli şura” oldu...
“Milli şura” adlanan xarici maraqların ortaya çıxardığı layihə özündən əvvəlkilərdən addan başqa heç nə ilə fərqlənə bilmədi. Radikal düşərgənin yaratdığı birliklər göz önünə bir riyazi qanunu gətirir-toplananların yerini dəyişdikdə cəm dəyişmir. Çünki radikal düşərgənin yaratdığı bütün birliklər zorən müttəfiqliyə əsaslandığı üçün bu gün AXCP ilə Müsavat Partiyası arasında açıq savaş davam edir. Yəni, radikal düşərgə yeni bir şey yarada bilmir, iddia etsə də hətta oraya toplanan insanlar belə dəyişmir. İllər öncə yaradılan birliklər kimi “Milli şura” da eyni insanlardan təşkil olunmuşdu. Ümumilikdə düşərgənin bəlli bir kəsimdən-qohum-əqrəba toplusundan ibarət olduğunu nəzərə alsaq, radikal düşərgənin yeni bir “birlik” yaratmaq perspektivinin də olmadığını görürük. Effektiv olmayan, sadəcə görüntü xatirinə yaranan bu “birliklər” nəticə etibarilə yalnız kiçik bir zaman kəsimində həmin manipulyasiyanı həyata keçirən, yəni, öz şəxsi marağı xatirinə bu birliyi yaradan partiyaya şəxsi mənfəət, gəlir gətirmiş olur. Necə ki, “Milli şura” da Rüstəm İbrahimbəyovun, Əli Kərimlinin, İsa Qəmbərin və onların başına toplaşmış xalqını, dövlətini bir göz qırpımında satmağa hazır olanların “cibişdanlarını” doldurmağa xidmət edirdi.
Digər tərəfdən, “Milli şura” həm də o səbəbdən dağılmağa məhkum idi ki, oraya toplaşan partiyalar və ya şəxslər biri-birlərinə sözün əsl mənasında patoloji nifrət bəsləyirlər. Məsələn, bu qurumda biri-birlərini qəbul etməyən Mirmahmud Mirəlioğlu və Əli Kərimli, o cümlədən, Lalə Şövkət və İsa Qəmbər kimi insanlar təmsil olunurdu. Ötən ilin son ayına qədər İsa Qəmbərlə Əli Kərimli arasındakı düşmənçilik birtəhər ört-basdır edilsə də, son nəticədə onların biri-birinə olan əsl münasibəti ortaya çıxdı və onlar yenə də fərqli səngərlərdə yer aldılar.
Bir sözlə, üzü SİDSUH-dan, ta “İbrahimbəyovun satqın şura”sına qədər müxalifətin bütün birlikləri yalnız və yalnız sözdə birlik olublar. Onların zaman-zaman cild dəyişikliyinə uğraması, kitabın yalnız üzünün dəyişilməsinə bənzəyir. 20 ildən artıqdır ki, təfəkkürü, dünyaya baxışı dəyişməyən, hakimiyyət hərisliyinə qul olan radikal müxalifət düşərgəsi növbəti dəfə “çiyninə” xarici dairələrin “kürkünü” salmağa çalışdısa da, alınmadı. Çünki düşmənin yükünü çiyninə alanların sonu da elə “Milli şura”dakılar kimi olur...

 
  • Oxunub:  23220  |  
  • Tarix:  09-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA