Ana səhifə »  Müəlliflər »  Siyasi dəllallıq benefisi...
A+   Yenilə  A-
Siyasi dəllallıq benefisi...
Yazdı: Pərviz Sadayoğlu

Və ya Əli Kərimlinin xəyanətinin anatomiyası
I Yazı
Özünü “radikal müxalifət” adlandıran dağıdıcı kəsim yenidən böyük çarpışma içərisindədir. Hər zaman olduğu kimi, qarşılıqlı ittihamlar, xəyanət suçlamaları, keçmiş müttəfiqlər tərəfindən bir-birinə qarşı irəli sürülən iddialar düşərgə içində çaxnaşmalara yol açıb. Bir sözlə, dünənin müttəfiqləri bu gün bir-birilərini özlərinin təbirincə desək, “zombi” adlandıraraq cəmisi bir neçə aylığa bağladıqları “atəşkəsi” pozduqlarını nümayiş etdirirlər.
Təbii ki, Azərbaycan ictimaiyyəti bu insanların kimliyini, simalarını, əqidə(siz)liyini bilir və illərdir ki, radikallar arasındakı xəyanət savaşını sadəcə ironik təbəssümlə seyr edir. Artıq 20 ildən artıqdır ki, “kim, niyə xəyanət edir” sualına cavab tapmayan radikalların bugünkü davası isə deyəsən daha dərindir. Çünki bir-biri ilə savaşan hər iki partiya-həm Müsavat Partiyası, həm də AXCP öz kimliyini hər kəsdən yaxşı bilir. Müsavat Partiyasının “Milli şura”dan çıxması ilə alovlanan bu savaş ən eybəcər şəkildə davam etdirilir. Belə ki, qarşılıqlı ittihamlarla müşahidə olunan prosesdə AXCP-nin və onun ruporu olan “Azadlıq” qəzetinin “Müsavat”a qarşı ifşaedici kampaniyasına cavab olaraq, “Yeni Müsavat” qəzeti Əli Kərimlinin fəaliyyətini təftiş hədəfinə çevirib.
Daha dəqiq desək, “Yeni Müsavat” qəzetinin yazarı Xalid Kazımlı öz silsilə məqalələrində AXCP sədri Əli Kərimlinin siyasi fəaliyyətini təftiş edib. O, faktlar əsasında Ə.Kərimlinin hakimiyyət hərisliyini, qaraguruhçu həmlələrini, riyakarlığını, pulgirliyini, mənfəətpərəstliyini və digər eybəcərliklərini ortaya qoyub.
“Yurd”, AXCP, sekta, Taliban...
Hələ 90-cı illərin ortasında öz lideri Əbülfəz Elçibəyə xəyanət edən Əli Kərimli AXC-yə məhz “Yurd” qruplaşmasının üzvü kimi gəlmişdi. Sonradan “ulduzu parlayan” və AXC hakimiyyəti dövründə bir sıra vəzifələri tutan Ə.Kərimli üçün əsas məqsəd hansı yolla olursa-olsun hakimiyyəti ələ keçirmək istəyi olub. Eyni komandada təmsil olunduğu şəxslərə qarşı müxtəlif addımlar atan Əli Kərimli, hətta eyni düşərgədə təmsil olunduğu və özünə opponent hesab etdiyi şəxslərə qarşı “Taliban metod”larından istifadə edir. X.Kazımlı öz məqaləsində bu məsələyə toxunaraq bildirib ki, bu gün Ə.Kərimlinin ətrafında olan yeni, üç il öncəkindən fərqli sektantlar dəstəsi gün gələcək ki, “liderlərinin” əsl mahiyyətini və xasiyyətini biləcəklər: “SSRİ dağılmasaydı, Əli Kərimov uzun illər etmədiyi kimi soyadındakı “ov”dan imtina etməyəcəkdi. Ə.Ə.Kərimov yoldaşın səsi əvvəlcə komsomol strukturundan, sonra hüquq-mühafizə sistemindən, daha sonra kompartiya nomenklaturasından gələcəkdi. O zaman o, indiki qondarma pafosla “Ey uca millət!” deməyəcəkdi, “Yoldaşlar!” deyəcəkdi və sosializm quruculuğundan, sovet xalqının kommunizm uğrunda mübarizəsindən danışacaqdı”.
Bəli, göründüyü kimi, Ə.Kərimlinin hansı simaya, psixo-təfəkkürə malik olması elə öz düşərgədaşları tərəfindən etiraf edilir. Onun, hətta öz ətrafındakılara qarşı mənəvi terror tətbiq etməsi artıq birinci dəfə deyil ki, dilə gətirilir. Bu isə onu göstərir ki, Ə.Kərimlinin kimliyi haqqında danışanda bu ştrixə xüsusi olaraq toxunulmalıdır. “Taliban”çılar rəqiblərini “Kalaşnikov”la terrorizə edirdilərsə, Ə.Kərimov və onun yaxın ətrafı “taliban”çıların metodları ilə rəqiblərinə qarşı mediada, saray dəhlizlərində psixoloji terror təşkil edirdilər”, fikri Ə.Kərimlinin hansı riyakar hisslərin daşıyıcısı olduğunu bir daha üzə çıxarır. Hakimiyyət hərisliyi, qaraguruhçuluq, riyakarlıq, mənfəətpərəstlik, öz məqsədinə nail olmaq üçün iblislə belə əməkdaşlığa meyillik Ə.Kərimlini xarakterizə edən ən əsas detallardır desək, yanılmarıq.
Əli Kərimli-riyakarlıq simvolu, xəyanət mücəssəməsi...
Söhbət ondan gedir ki, illərdir eyni düşərgədə təmsil olunan, guya hətta müəyyən məqamlarda “müttəfiq”ə çevrilən düşərgə təmsilçilərinin bir-birilərinə yaxından bələd olmaları onların əsl portretini cəmiyyətə göstərməkdə mühüm rol oynayır. Bu mənada, adıçəkilən məqalədə Ə.Kərimli haqqında yazılanları təhlil edərək bu nəticəyə gəlmək olar ki, bu insanların bir-birilərinə qarşı xəyanətləri əl verib salamlaşdıqları gündən başlayıb.
Məqalədə göstərilir ki, “AXC-Müsavat” hakimiyyəti dövründə Ə.Kərimli və onun “Yurd”çu ətrafı 25-28 yaşlarında özlərini çox böyük dövlət vəzifələrində gördülər. Heç bir idarəetmə təcrübələri olmayan gənclərin olduqca böyük vəzifələrə təyin edilməsi onlarda ciddi başgicəllənməsi, hüdudsuz mənsəbpərəstlik ehtirası yaratdı. Onlar artıq hakimiyyəti tamamilə götürmək niyyətinə düşmüşdülər. P.Hüseyn baş nazir təyin ediləndə “Azadlıq” qəzeti Elçibəy hakimiyyətinin təyinatını bu cür qiymətləndirmişdi: “Bu dünyada Pənah Hüseynov da baş nazir ola bilərmiş”. 1993-cü ilin iyununda isə “Müsavat”ın strukturları AXC-nin binasından nümayişkaranə şəkildə çıxarıldı.
Ə.Kərimli və tərəfdarları 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş qiyamı öz məqsədlərinə çatmaq üçün şans hesab etdilər. Məqalədə deyilir ki, İsa Qəmbər iyunun 13-də istefa verəndə iclas zalında olan iki “yurd”çu sevinərək əllərini bir-birinə vurmuş və “çək gəlsin” jesti etmişdilər: “Daha sonra Ə.Kərimli və onun bir qrup yaxını Əli Kərimlinin kabinetində şampan partlatmışdılar”.
Bəli, bu insanın mayasının məhz xəyanətlə yoğrulduğu növbəti dəfə öz təsdiqini tapır. Bu gün Azərbaycan dövlətinin, xalqının maraqlarını satmaq üçün “bazar-bazar” dolaşan, maddi təminat qarşılığında hətta düşmənlərlə belə işbirliyinə girməyi özünə caiz bilən Ə.Kərimli hakimiyyətdə olanda belə xəyanətkarlıq “missiyasın”dan və ya mərəzindən əl çəkə bilmirmiş. Yuxarıda öz düşərgədaşı tərəfindən qeyd olunan faktlar buna əsl sübutdur.
Əli Kərimlinin psixoloji portreti və ya xəyanət “epidemiyası”
Özünü “demokrat” adlandıran, amma rəhbərlik etdiyi partiyanı özünün şəxsi malına, partiyada təmsil olunan insanları isə özünə tabe etdirən Ə.Kərimlinin yanındakı adamlar dəstə-dəstə dəyişir, amma bu güruhun kursu, mübarizə üsulları, rəqiblərini terror etmək vərdişləri dəyişmir. Onun tərəfini tutanlar zaman-zaman gerçəyi anlayır, yanlış yolda olduqlarını, aldandıqlarını başa düşür və ayrılıb gedirlər. Yerinə yeniləri gəlir, “miras”a varis çıxırlar. X.Kazımlının məqaləsində göstərildiyi kimi, hələ AXCP-nin sabiq sədri, mərhum Əbülfəz Elçibəyin sağ olduğu dönəmdə belə Ə.Kərimli partiya daxilində qarşıdurmalar yaradırdı: “Ə.Kərimli, eyni zamanda, partiya daxilində qarşıdurma yaradır, Əbülfəz Elçibəyə yaxınlığı ilə seçilən şəxsləri ard-arda vururdu. 1997-ci ildə Pənah Hüseynin AXC-yə qoşulacağı və Elçibəyin müavini olacağı barədə mediada xəbər yayılmışdı. “Yurd” qrupu inhisarında olan qəzetlər isə Pənah Hüseynə qarşı kampaniya həyata keçirdilər. Hətta “Azadlıq” qəzeti P.Hüseynin adından yalançı bir müsahibə də “uydurmuş”, çap etmişdi. Ə.Kərimli Kələkidə, Elçibəyin yanında olarkən həmin uydurma müsahibənin dərc olunduğu qəzeti partiya sədrinə təqdim edir və ondan “bu məsələnin mahiyyətindən xəbərim var” cavabı alaraq pərt olur”.
1998-99-cu illərdə Ə.Kərimli çoxsaylı qəzetlər açaraq Ə.Elçibəyə və İ.Qəmbərə, habelə digər potensial rəqiblərinə qarşı kampaniyanı gücləndirir. Məqalədə vurğulanır ki, həmin vaxt “Yurd”un inhisarında olmayan qəzetlərdə də gizli və açıq şəkildə çalışan “yurd”çular Əli Kərimlinin təbliğatını aparır, ondan təlimat və qonorar da alırdılar. Onların arasında hazırda özünü ölkənin “bir nömrəli araşdırmaçı jurnalisti elan edən” xanım da (təbii ki, burada söhbətin Xədicə İsmayılovadan getdiyi hər kəsə məlumdur - P.S.) olub.
Göründüyü kimi, Ə.Kərimli maddi təminat qarşılığında təmsil olunduğu düşərgəyə, öz liderinə xəyanət etməklə yanaşı, AXCP-ni ələ keçirmək üçün də planlar qururdu. Bu plan isə olduqca eybəcər və iyrənc şəkildə həyata keçirilirdi. Həmin vaxt Əli Kərimlinin sektası elə onun əmri ilə o zamankı sədr Ə.Elçibəyə qarşı hücuma keçmişdi. Yuxarıda qeyd etdiyimiz məqalədə radikal düşərgədə həmin dövrdə baş verən proseslər belə təsvir edilir: “Yurd”çu funksionerlər, iclaslarda Elçibəyə qarşı hörmətsizlik edir, onun istənilən qərarına qarşı çıxır, iradəsinə tabe olmurdular. Məsələn, Elçibəy Zəlimxan Məmmədlini özünə müavin təyin etmişdi, ancaq AXCP Ali Məclisinin Rəyasət Heyəti partiya sədrinin bu təyinatını təsdiqləmirdi. “Yurd”çu funksionerlər hətta qulağı eşidə-eşidə Elçibəy haqqında təhqiramiz sözlər danışırdılar. “Yurd”çu yazarlar onu aşağılayan yazılar dərc edirdilər. Elçibəy Türkiyədə ölüm yatağında olduğu zaman isə “yurd”çular onun haqqında əxlaqa, etikaya, insanlığa sığmayan şayiələr yayır, üstəlik, bunu bəzi qəzetlərdə çap etdirmişdilər”.

 
  • Oxunub:  18300  |  
  • Tarix:  14-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir
11:29
20 Sentyabr
Elçin Mirzəbəyli: Paşinyanın ziddiyyətli açıqlamaları onun siyasətdə tamamilə təsadüfi adam olduğunu sübut edir
11:09
20 Sentyabr
Pərviz Şahbazov OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək
11:06
20 Sentyabr
Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib
11:03
20 Sentyabr
Vüsal Qasımlı: EnterpriseAzerbaijan.com portalı Azərbaycana sərmayə cəlbini daha da sürətləndirəcək
11:00
20 Sentyabr
Səyyar “ASAN xidmət” Çilov adasında
10:29
20 Sentyabr
Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının bütün maraqlarına uyğun layihədir
10:17
20 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:05
20 Sentyabr
Bakıda VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb
09:54
20 Sentyabr
Azərbaycan nümayəndə heyəti GUAM-ın Şura iclasında iştirak edəcək
09:48
20 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
09:47
20 Sentyabr
Azərbaycanın neft strategiyası və doktrinasının əsası - “Əsrin müqaviləsi”
21:25
19 Sentyabr
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
20:58
19 Sentyabr
Almaniyada medal qazanan karateçilərlə görüş keçirilib
20:54
19 Sentyabr
“Abşeron” yatağından hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur
20:53
19 Sentyabr
Azərbaycan Dövlət Aqrar Universitetinə yüksək balla qəbul olunan 82 tələbəyə əlavə təqaüd veriləcək
20:51
19 Sentyabr
Üç azərbaycanlı cüdoçunun adı Beynəlxalq Cüdo Federasiyasının Şöhrət Zalına daxil edilib
20:49
19 Sentyabr
Azərbaycan Prezidenti neft sənayesi işçilərini təltif edib
20:47
19 Sentyabr
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
20:43
19 Sentyabr
20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır
20:40
19 Sentyabr
Həştərxanda IV Xəzər Mediaforumu keçirilir
20:36
19 Sentyabr
Aviqdor Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
20:33
19 Sentyabr
Küveyt Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20:29
19 Sentyabr
Hikmət Babaoğlu: Paşinyan Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddialarla küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmir
18:06
19 Sentyabr
Misir nümayəndə heyəti Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib
18:04
19 Sentyabr
Seymur Orucov: Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı
18:03
19 Sentyabr
Hadi Rəcəbli: Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir
18:02
19 Sentyabr
Musa Quliyev: Milli Məclisin payıs sessiyasında səhiyyə sahəsində bir sıra qanunların müzakirəsi nəzərdə tutulur
17:59
19 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycanda İKT-nin inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir
17:43
19 Sentyabr
Bakı Beynəlxalq Cüdo Federasiyasının gender bərabərliyinə həsr olunan ilk beynəlxalq konfransına ev sahibliyi edib
17:20
19 Sentyabr
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
17:18
19 Sentyabr
BDU ilə Vyetnam universitetləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb
17:17
19 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri Azərbaycana səfərə gəlib
17:08
19 Sentyabr
Mahmud Əhməd Şərif: Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır
17:06
19 Sentyabr
YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub
16:58
19 Sentyabr
Rüstəm Orucov: Cüdo üzrə milli komandamız çox yaxşı formadadır
16:55
19 Sentyabr
SOCAR gələn il Türkiyədə yeni neft-kimya kompleksinin inşasına başlayacaq
16:50
19 Sentyabr
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub
16:28
19 Sentyabr
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
16:26
19 Sentyabr
Gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyu qazılacaq
16:23
19 Sentyabr
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər bir sahədə uğurla inkişaf edir
16:21
19 Sentyabr
Van İ: Dövlət başçıları arasında əldə edilmiş razılaşmalar Azərbaycan-Çin münasibətlərinin inkişafının əsasını təşkil edir
16:17
19 Sentyabr
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib
16:15
19 Sentyabr
Təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyəti yoxlanılıb
16:00
19 Sentyabr
SOCAR: “Qarabağ”da ilk quyunun gələn ilin birinci yarısında qazılması planlaşdırılır
15:56
19 Sentyabr
Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır
15:51
19 Sentyabr
Almatıda Azərbaycan - Qazaxıstan turizm forumu keçiriləcək
15:48
19 Sentyabr
“Bakı-2018”: Cüdo üzrə dünya çempionatının püşkü atılıb
15:45
19 Sentyabr
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimatı olacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +28
gecə+17 +20