Ana səhifə »  Müəlliflər »  “Milli şura”da indi də ad davası başlayıb
A+   Yenilə  A-
“Milli şura”da indi də ad davası başlayıb
Yazdı: Mübariz Abdullayev

Qondarma qurumda dəyişikliklər istəyən partiyalara AXCP sərt etirazlar nümayiş etdirir
Radikallar Məşədi İbadın sözü olmasın, bir növ adətkar olublar-axşam yatıb səhər obaşdan qondarma “Milli şura” barəsində xoruz səsi eşitməmiş yeni bir səslənmə dilə gətirməsələr, rahatlıq tapa bilmirlər. Təkcə son vaxtlarda saxta birlikdə təmsil olunan partiyaların təmsilçiləri qondarma qurumu köhnə palan kimi o qədər çubuqlayıblar ki, necə deyərlər, lap hayı gedib, vayı qalıb. Siyasi sistemdə heç bir önəm daşımayan, yeri olmayan, cəmiyyət tərəfindən inkar edilən mənasız bir qurumu nə qədər çək-çevir edərlər?
Bir vaxtlar bu günlərdə dabanlarına tüpürüb heç köhnə “müttəfiqləri” ilə sağollaşmadan qondarma qurumdan uzaqlaşan “Müsavat”çılar “Milli şura”da “vahid namizəd”lik, həmsədrlik, fəxri sədrlik və başqa belə məsələlər üstündə dava salırdılar. AXCP üzvləri isə onların dediklərini top-tüfəngə tuturdular. Okeanın o tayında “lövbər” salıb “Facebook” paylaşmaları etməyi “siyasətdə olmaq” sayan ACP-nin sabiq sədri Rəsul Quliyev özünün də təmsil olunduğu “Milli şura”ya “uşaq-muşaq yığnağı” adını vermişdi. ALP-nin sədri Əvəz Temirxan isə “Milli şura”dan qovulandan sonra Rəsul Quliyevdən bir addım qabağa gedərək qondarma qurumdakı “əcinnə dəstəsi”ndən bəhs etdi. “Milli şura”nın ideya müəllifi sayılan Rüstəm İbrahimbəyovla bir növ qanlı bıçaq münasibətlərində olan “Müsavat”ın son məlum qərarından sonra “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyev qoca kinodramaturqun bu dəfə “mənəvi lider” qismində yenidən qondarma quruma gətirilməsi fikri ilə çıxış edib...
Bir sözlə, son bir neçə ay ərzində bütövlükdə radikal düşərgənin üzqarasına çevrilən “Milli şura”nın “bəzəklərinin” siyahısı kifayət qədər uzundur. Budur, qondarma qurumun növbəti sessiyası ərəfəsində bu siyahıya daha birisi əlavə olunub. Söhbət son günlərdə “Milli şura”da qalıb, qalmayacağıq” tapmacası ilə gündəmə gələn və “tapmacanın açmasını sessiyada söyləyəcəyik” deyən KXCP-nin sədri Mirmahmud Mirəlioğlunun qondarma qurumla bağlı yeni səslənməsindən gedir. KXCP sədri “Milli şura”nın adının, strukturunun, idarəetmə mexanizminin dəyişdirilməsi tələbi ilə çıxış edib.
Qeyd edək ki, qondarma qurumdakı mövcud “status-kvo” ilə barışmayan və dəyişiklik istəyən yalnız Mirmahmud Mirəlioğlu deyil. “Milli şura”ya münasibətdə tez-tez cığal uşaqlarsayağı “oynamıram” deyənlərdən biri də “Rüstəm İbrahimbəyov erası” bitəndən sonra məqsədli şəkildə proseslərdən kənarda saxlanılan qondarma “El” hərəkatının rəhbəri reneqat Eldar Namazovdur. “Birgə fəaliyyət üçün yeni stimulların axtarılması dövrünün qaçılmaz olduğundan” danışan Eldar Namazov da qondarma qurumun adının dəyişdirilməsini istəyir. Lakin reneqatın “Milli şura” ilə bağlı istəyi yalnız ad dəyişikliyi ilə bitmir. O, belə demək mümkünsə, bütöv bir yeni “tezislər” siyahısı ilə çıxış edib.
“Müvafiq olaraq hər hansı struktur baxımından yenidən təşkilatlanmaya zərurət yaranır. Belə plan təklif etmədən və həmin planlar ətrafında yeni konsensus əldə etmədən təşkilatın inersiya prinsipi ilə saxlanmasına çətin ümid etmək olar”. Bu sözlər reneqat Eldar Namazova məxsusdur. Onun “Milli şura”nı dəyişmək planına əsasən, “qurumun tərkibindən çıxmaq və ya orada iştirakı davam etdirmək barədə kollektiv qərar vermək düzgün deyil”. Bundan başqa, reneqat “partiya üzvlərinin və müstəqil şəxslərin bərabər təmsilçiliyi üçün partiya kvotalarının azaldılması” “tezis”ini irəli sürür. Hələ bu da hamısı deyil. “Əgər sərt vertikal iyerarxiya strukturuna malik bir qurumda olmaq bir çox təşkilatlar üçün problemlər yaradırsa, onda bərabər hüquq əsasında koordinasiya orqanında iştirak vaxtilə “Milli şura”ya daxil olmayan, həm də son vaxtlar onun tərkibindən çıxan təşkilatlar üçün məqbul ola bilər” - deyə “El”in rəhbəri vurğulayıb.
Sadalanan “tezis”lərin məzmununa nəzər saldıqda istər-istəməz yada “qara qızın dərdi var” məsəli düşür. Aydın görünür ki, bir vaxtlar “Milli şura”da “at oynadan” Eldar Namazov nostalji hisslərdən yaxa qurtara bilmir, “bəlkə də, qaytardılar” xülyası ilə yaşayır. Qısası, onun yeni “tezis”ləri qondarma qurumda itirilmiş mövqelərinin bərpasına hesablanıb. Necə deyərlər, küncə sıxışdırılan reneqat qondarma qurumda yaranan acınacaqlı durumdan bəhrələnmək istəyərək revanş cəhdlərində bulunur.
Bu, ona nəsib olacaqmı? Ümumiyyətlə, “Milli şura”dakı “cırtdan” təmsilçilərin arzuladıqları “paritet təmsilçiliyi” təmin etmək mümkündürmü? Sualların cavabı birmənalıdır: Əsla! “Milli şura”da bərabərlik arzulayanlar qarşılarında ancaq özüsayağı manevrlərlə qondarma qurumu büsbütün monopoliyaya alan AXCP kötüyü görə bilərlər. Təsadüfi deyil ki, KXCP-nin sədri Mirmahmud Mirəlioğludan gələn və “El”in rəhbəri Eldar Namazov tərəfindən dəstəklənən ad dəyişikliyi təklifinə “cəbhəçi”lər ləngimədən əks-reaksiya nümayiş etdiriblər. AXCP “Milli şura”da nail olduğu hegemon mövqeyi qoruyub saxlamaq üçün hər hansı dəyişiklik təkliflərini, o cümlədən də ad dəyişikliyini rədd edir. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı “cəbhəçi”lərin mövqeyini ortaya qoyaraq belə deyib: “Ancaq biz “Milli şura”nın adının dəyişdirilməsinə lüzum görmürük... İndiki halda “Milli şura”nın adının dəyişdirilməsi ilə bağlı məsələyə güman etmirəm ki, əksəriyyət tərəfindən “hə” deyilsin”.
Beləliklə, indi də “Milli şura”da ad və başqa dəyişikliklər qovğası başlayıb. Yenə də təmsilçilərin “közü öz qabaqlarına çəkmək” istəkləri ortadadır. Bu, bir daha ondan xəbər verir ki, qondarma qurumda yer alanların ulduzları heç vaxt barışmayacaq. Son sessiyada isə bütövlükdə “Milli şura”nın ulduzunun tamam sönəcəyi ehtimal olunur...

 
  • Oxunub:  20880  |  
  • Tarix:  16-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA