Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin xəyanət “dosye”si - “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ”
A+   Yenilə  A-
Əli Kərimlinin xəyanət “dosye”si - “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ”
Yazdı: Pərviz Sadayoğlu

AXCP sədrinin “siyasi fəaliyyəti” bütün zamanlarda satqınlıqlarla və xəyanətlərlə müşayiət olunub
“Koma” vəziyyətində olan radikal müxalifət son çırpıntılarını etməkdədir. Amma çabaladıqca daha çox çirkaba batan, “özünüifşa”nın ən pik həddinə çatan, kimliklərini, sima(sızlıq)larını açıq şəkildə cəmiyyətə nümayiş etdirən düşərgə təmsilçiləri bir-birilərinin “tarixi keçmişləri” haqqındakı bilgiləri “yenilədikcə” onların daim xəyanət içində olduqları aşkara çıxır.
Bu gün “düşərgənin monolitliyindən”, birliyindən dəm vuranlar özləri də bilirlər ki, onların “siyasi fəaliyyətləri” hər zaman Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə dönüklüklə müşayiət olunub. Maraqlıdır ki, onlar Azərbaycan xalqına, dövlətinə xəyanət etməklə yanaşı, hər zaman özlərinə də xəyanət etməklə məşğul olublar. Məsələn, son dövrlərin müzakirə mövzusuna çevrilən AXCP-“Müsavat” qarşıdurmasında açılan polemikadan bəlli olur ki, radikallar qarşılıqlı şəkildə bir-birilərinə qarşı kin-küdurətlə silahlanaraq düşmən kəsiliblər. Onların yalançı “müttəfiq” görüntüsü özü də elə özlərinə xəyanətdən xəbər verir. Ən maraqlısı isə, hətta eyni partiya daxilində belə “xəyanət etalonu”na çevrilənlərin törətdiyi əməllərdir ki, bu da cəmiyyətdən gizli qalmır, elə həmin partiyanın üzvləri tərəfindən aşkara çıxarılır.
Bu məqamda 1990-cı illərdə AXC (sonradan AXCP) daxilində baş verənlər xarici “serialları” xatırladır, desək bəlkə də yanılmarıq. Belə ki, xəyanətlər dolu bir “tarixə” malik olan bu partiyada baş verənlər elə partiya üzvləri tərəfindən cəmiyyətə açıqlanıb. Məsələn, bu gün ağızdolusu “sədaqətdən” danışan AXCP sədri Əli Kərimlinin öz partiyası daxilində hansı əməllərlə məşğul olması “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” adlı kitabda açıq-aşkar göstərilir. Kitab Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin 07 iyul 2002-ci il tarixli qərarına əsasən nəşr edilib. Qeyd edək ki, “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki “Yurd” İctimai Birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiyanın hesabatı” AXCP Ali Məclisinin 03 sentyabr 2000-ci il tarixli qərarına əsasən yaradılmış Xüsusi Komissiyanın 2 ilə yaxın müddətdə topladığı sənədlərə əsasən hazırlanmış hesabatı və AXCP mərkəzi orqanlarının “Yurd”la bağlı qəbul etdiyi qərarlar toplusudur.
Pul mənimsəmək Əli Kərimlinin əsas “fəaliyyət prinsipidir”
Hər zaman olduğu kimi, burada da öz əksini tapmış ittihamlardan birincisi və ən əsası maliyyə məsələləri ilə bağlıdır. Belə ki, sənəddə göstərilir ki, “Yurd” Xalq Cəbhəsinin hüquqi bazasında və normativ sənədlərində, təşkilat işlərində, maliyyə məsələsində çox ciddi problemlər yaradıb”. Təbii ki, burada təəccüblü bir hal yoxdur. Hər zaman maliyyə maxinasiyası, pul mənimsəmə faktları ilə “gündəmə” gələn, hətta öz partiyadaşları tərəfindən belə ittiham edilən Ə.Kərimlinin hələ 90-cı illərdə analoji “fəaliyyətlə” məşğul olması onun xarakterindən irəli gələn bir məsələdir. Əslində, Ə.Kərimlinin törətdiklərinin fonunda onun guya müxalifətçilik cildinə girərək özünü təqdim etməsi çox gülünc görünür. Bu insanlar üçün “müxalifətçilik” yalnız maliyyə əldə etmək, xarici dairələrdən ianə toplamaq anlamı verir.
Qeyd olunduğu kimi, Ə.Kərimliyə qarşı yönələn bu maliyyə məsələsi ittihamı onun sonrakı fəaliyyətində də aşkar ştrixlərlə özünü büruzə verir. Məsələn, vaxtilə onunla eyni partiyada təmsil olunan insanlar 90-cı illərdə AXCP sədri Əbülfəz Elçibəyin Kələkidə olmasından istifadə edən Ə.Kərimlinin partiya pullarını mənimsədiyini açıqlayıblar. Bundan başqa, hətta onun nəzarətində olan qəzetin baş redaktorunun qardaşı və AXCP üzvü Sakit Zahidov (Mirzə Sakit) bildirmişdi ki, “Azadlıq” qəzetinə gələn pullar şəxsən Ə.Kərimli tərəfindən mənimsənilir. S.Zahidov vurğulamışdı ki, Ə.Kərimli xarici təşkilatların da qəzetə etdiyi yardımları son qəpiyinə qədər özünə götürür, qəzetə vermir. Bundan başqa, S.Zahidov qeyd etmişdi ki, Gerd Butserius Fondunun ona verdiyi 10 min avro mükafat da Ə.Kərimli tərəfindən mənimsənilib.
Bu faktlar bir daha Ə.Kərimlinin 1990-cı illərdən bu günə qədər rəhbərlik etdiyi partiyada yalnız maddi vəsaitlər üçün təmsil olunduğunu sübut edir. Ümumiyyətlə, maddi vəsait xatirinə bütün xarici maraqlı dairələrə satılan radikal düşərgənin siyasi fəaliyyəti məhz bundan ibarətdir. Görünür ki, hələ AXC dövründən bəri pul xatirinə bütün yollara əl atan Ə.Kərimli bu adətini sonralar da tərgidə bilməyib...
“Yurd”çu Əli Kərimlinin nəzarətindəki qəzetlərdə apardığı “Əbülfəz Elçibəy əməliyyatları”...
“XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” kitabında yer alan maraqlı məqamlardan biri də Ə.Kərimlinin özünə “lider” saydığı Əbülfəz Elçibəyə qarşı apardığı kampaniyadır. Kitabda vurğulanır ki, “Əli Kərimli təşkilatın (AXCP-nin) öz qəzetini (“Azadlıq”) özünə qarşı çevirməklə kifayətlənməyərək Xalq Cəbhəsinə və Elçibəyə qarşı muzdlu yazarlar dəstəsi təşkil edib. “Yurd” Xalq Cəbhəsinin orqanı olan “Azadlıq”ı ələ keçirərək onu təşkilata və təşkilatın sədri Elçibəyə qarşı çevirməklə kifayətlənməyib, çirkin məqsədlərini həyata keçirmək üçün ayrı-ayrı qəzetlərin yaradılması və fəaliyyət göstərməsinə yardım göstərib (bunlardan bəziləri “Azadlıq”ın redaksiyasında fəaliyyət göstərib)”.
Bu haqda artıq mətbuat səhifələrində kifayət qədər yazılıb. Hər kəsə bəllidir ki, daha çox 1998-99-cu illərdə Ə.Kərimli çoxsaylı qəzetlər açaraq Ə.Elçibəyə qarşı kampaniyanı gücləndirmişdi. “Yurd”un inhisarında olmayan qəzetlərdə də gizli və açıq şəkildə çalışan “yurd”çular Əli Kərimlinin təbliğatını aparır, ondan təlimat və qonorar da alırdılar. Ə.Kərimli maddi təminat qarşılığında təmsil olunduğu düşərgəyə, öz liderinə xəyanət etməklə yanaşı, AXCP-ni ələ keçimək üçün də planlar qururdu. Bu sonradan digər “yurd”çular tərəfindən də etiraf olunub. Elə “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” kitabında 1999-cu ilin axırına kimi “Yurd”un fəallarından olan Mahir Səmədovun “Yurd”la bağlı etirafları yer alır: “ŞƏRQ” qəzeti: Mahir Səmədov: Əli Kərimov Elçibəyin başının altına yastıq, ayağının altına qumbara qoyanlardandır... Onun dəstəsi Elçibəyin ünvanına müxtəlif imzalarla 100-lərlə məqalələr yazdırıb. Əgər onun mənə irad tutmağa könlü var idisə, bəs inhisarında saxladığı “Azadlıq” qəzetində AXCP sədrinin əleyhinə gedən yazıların qarşısını niyə saxlamırdı və indi də niyə saxlamır?”
Və ya başqa bir fakt... Kitabda Elçibəyin mətbuat xidmətinin rəhbəri Ədalət Tahirzadənin fikirləri yer alıb: “Deyirlər ki, cəbhədə iki qüvvə var: biri “islahatçılar”, digəri “klassiklər”. Mən bu bölgünü qəbul etmirəm. Cəbhədə iki qüvvə var. Biri “yurd”çular, biri cəbhəçilər. Mən “Yurd”u Cəbhə saymıram. ...Bu, özünün geniş təbliğat şəbəkəsi olan müstəqil partiyadır. Cəbhə o partiyanın yerləşdiyi geniş qurumdur. Onun rəhbəri Elçibəy idi. Heç kəsə gizli deyildi ki, “Yurd” Elçibəyi qəbul etmirdi... Elçibəy dünyasını dəyişdiyi günə qədər onu təhqir edənlər məhz “Yurd”un təsir dairəsində olan qəzetlər idi. Ən ağrılı nöqtələrinə məhz “Yurd”un təsir dairəsindəki qəzetlər sancırdılar”.
Göründüyü kimi, “Yurd”un elə ilk gündən xəyanət yurdu olması ortadadır. Ə.Kərimlinin fəaliyyəti isə “gör özümə yer edim, sənə nə edərəm” prinsipini özündə əks etdirib... Artıq şərhə ehtiyac varmı?...
Əli Kərimlinin xəyanətlərini kitab halına salan Bəybala Əbil bu gün hansı üzlə onunla eyni “Milli şura”da təmsil olunur?
Qeyd olunduğu kimi, həmin topluda AXCP-də təmsil olunan “Yurd” İctimai Birliyinin pozuculuq fəaliyyətini yoxlamaq üçün Xüsusi Komissiyanın yaradılmasına, daxilində fəaliyyət göstərən və ya onun içərisində formalaşıb sonralar ayrılaraq müstəqil fəaliyyətə başlayan və bu gün Azərbaycanın ictimai-siyasi həyatının əhəmiyyətli hissəsini təşkil edən onlarla təşkilatlardan fərqli olaraq “Yurd”la əlaqədar bu addımın atılmasına Xalq Cəbhəsini məcbur edən səbəblər qeyd edilib. “Yurd”un AXC sədri Əbülfəz Elçibəyə qarşı uzunmüddətli təxribat aparan təşkilat olduğu bu sənəddə xüsusi olaraq vurğulanır. Maraqlıdır ki, sözügedən sənədi hazırlayan, ərsəyə gətirən, “Yurd” birliyinin, Əli Kərimlinin xəyanətlərini bir-bir açıb-tökən Komissiyanın sədri, hazırda KXCP-də sədr müavini olan Bəybala Əbil bu gün “Milli şura”da özünün satqın adlandırdığı Əli Kərimli ilə birlikdə təmsil olunur. Bu, ilk növbədə, radikal düşərgə təmsilçilərinin “çoxüzlü” olmalarına dəlalət edən faktdır.
Ümumiyyətlə, radikal düşərgə də “xəyanət” məsələsinin kompleks məna daşıdığı artıq ortaya çıxır. Çünki fərqli yolların yolçusu olanlar, fərqli dairələrin əlaltısı rolunda çıxış edənlərin “Milli şura”da gedən dartışmalarını görəndə, yalnız bir şeyi düşünmək olur-bunlar şəxsi mənafelərinə görə dünən dost dediklərini də satmağa qadir insanlardırlar...

 
  • Oxunub:  23820  |  
  • Tarix:  18-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir

14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir
14 Noyabr 20:43
Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
14 Noyabr 20:37
Mirzəcan Xəlilov: Gələn ilin dövlət büdcəsində qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır
14 Noyabr 20:33
Tahir Süleymanov: Ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib
14 Noyabr 20:31
Azərbaycan Dillər Universitetində Əhməd bəy Ağaoğluya həsr edilən dəyirmi masa keçirilib
14 Noyabr 20:30
Elman Nəsirov: Müsavat Partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir
14 Noyabr 17:55
Bakıda “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi çərçivəsində sərgi təşkil olunub
14 Noyabr 17:44
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 17:33
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14 Noyabr 17:31
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:27
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:06
Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub
14 Noyabr 17:02
Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində
14 Noyabr 16:45
“Türkün dastanı” kitabının təqdimatı olub
14 Noyabr 16:44
Goranboyun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib
14 Noyabr 16:37
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Noyabr 16:27
Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 16:24
Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlim çərçivəsində tapşırıqları icra edir
14 Noyabr 16:20
Tur-aksiya: Məktəblilər Azərbaycanın şimal qapısı sayılan Qusarın və qədim Qubanın görməli yerlərini gəziblər
14 Noyabr 15:38
Qlobal neft tələbatı 2040-cı ildə 106,4 milyon barrelə çatacaq
14 Noyabr 15:38
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir
14 Noyabr 15:32
II Azərbaycan Diabet Konqresi keçirilib
14 Noyabr 15:15
“Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub
14 Noyabr 15:02
İstanbulda "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib
14 Noyabr 14:56
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
14 Noyabr 14:40
Zülfiyyə Veysova: Bir gündə 650 min ağacın əkilməsi ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır
14 Noyabr 14:24
Azərbaycan ilə Türkiyə, Rusiya və Malayziya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
14 Noyabr 14:19
İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
14 Noyabr 14:12
Multikulturalizm Mərkəzində ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı ilə görüş olub
14 Noyabr 14:09
UNEC İsrail ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır
14 Noyabr 14:07
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib
14 Noyabr 14:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
14 Noyabr 13:57
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir
14 Noyabr 13:56
İlham Mirzəliyev: 2005-2019-cu illərdə 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub
14 Noyabr 13:52
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14 Noyabr 13:49
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
14 Noyabr 13:46
YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib
14 Noyabr 12:46
Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq
14 Noyabr 12:45
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
14 Noyabr 12:42
Abdullahi Godah Barre : Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir
14 Noyabr 12:34
Muxtar respublikada gənclərin sağlamlığının qorunması və fiziki inkişafına xüsusi diqqət yetirilir
14 Noyabr 12:28
Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb
14 Noyabr 12:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi
14 Noyabr 12:04
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
14 Noyabr 11:59
“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
14 Noyabr 11:57
FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək
14 Noyabr 11:39
Əli Həsənov: “Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
14 Noyabr 11:29
Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır
14 Noyabr 11:24
Azərbaycanla İsveçrə Əməkdaşlıq Ofisinin əməkdaşlığının perspektiv imkanları müzakirə olunub
14 Noyabr 11:13
Ölkəmiz “Dünya Robot Olimpiadası”nda təmsil edilib
14 Noyabr 11:10
Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür
14 Noyabr 11:07
Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İiş üzrə Şurasının iclası keçirilir
14 Noyabr 10:57
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək
14 Noyabr 10:40
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb
14 Noyabr 10:32
Bu gün “Avro-2020” seçmə mərhələsində 11-ci tura start veriləcək
14 Noyabr 10:22
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır
14 Noyabr 10:13
Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub
14 Noyabr 10:10
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA