Ana səhifə »  Müəlliflər »  Əli Kərimli “Yurd” xəyanət qatarının “lokomotiv”i rolunda...
A+   Yenilə  A-
Əli Kərimli “Yurd” xəyanət qatarının “lokomotiv”i rolunda...
Yazdı: Pərviz Sadayoğlu

Onun hakimiyyət hərisliyinin dərəcəsi “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ”ində belə əks olunur-DÜŞMƏNLƏ DƏ ANLAŞA BİLƏR...
“Siyasi fəaliyyətini” bütünlüklə anti-Azərbaycan istiqaməti üzrə müəyyənləşdirmiş radikal müxalifət düşərgəsi bu gün artıq “siyasi iflic” durumundadır. Sonuncu prezident seçkilərində tamamilə fiaskoya uğrayan, səs qazana bilməyən radikal düşərgə anladı ki, Azərbaycan xalqı onların kim olduqlarını bilir. Hər zaman xəyanətə köklənən, antimilli xarici dairələrdən aldıqları göstərişlər və sifarişlər əsasında milli maraqlarımıza qarşı düşmən kəsilən radikal müxalifətin qurduğu “Milli şura” oyununun sona yetməsi ilə düşərgədaxili savaşa start verilib. Bu mübarizənin motivi isə illərdir ki, dəyişmir. Radikal düşərgə partiyaları, partiya rəhbərləri bir-birilərini xəyanətdə günahlandırırlar. Təbii ki, burada söhbət düşərgədaxili xəyanətdən gedir. Açılan məqamlardan, verilən müsahibələrdən, ortaya qoyulan və üzərinə işıq salınan faktlardan isə bəlli olur ki, bu düşərgənin mayası birmənalı şəkildə xəyanətlə yoğrulub. Hətta xalqa, millətə xəyanət edə bilmədikləri dövrlərdə bu insanlar bir-birilərinə, partiya rəhbərlərinə, özlərinə lider saydıqları insana belə xəyanət ediblər...
Bu xəyanətlərin arasında AXC (sonradan AXCP) daxilində baş verənlər xüsusilə diqqətçəkicidir. Belə demək mümkündürsə, xəyanət serialını xatırladan bu partiyada baş verənlərin cəmiyyətə açıqlamasında əsas “rol” elə düşərgə təmsilçilərinə aiddir. Bu barədə daha sonra...
Radikal düşərgədə xəyanətləri dillərə dastan olmuş partiya sədrlərindən sayılan Əli Kərimli haqqında öz keçmiş partiyadaşları, indiki “şura”daşları da analoji fikirdədirlər. Onlar hətta Ə.Kərimlinin xəyanətlərini toplu halına salıblar və kitab kimi çap ediblər. AXCP sədri Əli Kərimlinin vaxtilə öz partiyası daxilində hansı əməllərlə məşğul olması “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” adlı kitabda açıq-aşkar göstərilir. Kitab Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin 07 iyul 2002-ci il tarixli qərarına əsasən nəşr edilib. Qeyd edək ki, “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki “Yurd” İctimai Birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiyanın hesabatı, AXCP Ali Məclisinin 03 sentyabr 2000-ci il tarixli qərarına əsasən yaradılmış Xüsusi Komissiyanın 2 ilə yaxın müddətdə topladığı sənədlərə əsasən hazırlanmış hesabatı və AXCP mərkəzi orqanlarının “Yurd”la bağlı qəbul etdiyi qərarlar toplusudur...
“Yurd” qrupunun başçısı olan Əli Kərimli üçün heç bir dəyər qalmayıb...
Belə demək mümkündürsə, AXC yarandığı dövrdə “Yurd” adlı bir qruplaşmanın təmsilçisi kimi oraya ayaq basan Ə.Kərimli sonradan partiyaya çevrilmiş AXCP-ni öz “Yurd”çu şəbəkəsinin köməkliyi ilə “işğal” edib. Maraqlıdır ki, bu barədə keçmiş “cəbhə”çilər hər zaman danışıblar, yazıblar. “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” kitabında da bu faktlar öz əksini tapıb. Xüsusi vurğulamaq gərəkdir ki, Ə.Kərimlinin partiya daxilində qruplaşmalar yaratması, özünə lider saydığı Əbülfəz Elçibəyə qarşı qeyri-etik, təhqiramiz şəkildə kampaniyalar aparması faktı dəfələrlə müzakirə mövzusu olub. Bu kitabda isə göstərilir ki, “AXC yarandığı vaxtdan onun içərisində çoxlu ictimai təşkilatlar (Bakı Kəndlər Birliyi, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti, “Yurd” birliyi,...) və siyasi partiyalar (Xalq Azadlıq, Sosial Demokrat, Demokrat, Milli İstiqlal, Müsavat, ...) fəaliyyət göstərməyə başladı. Təşkilat bu prosesə nəinki təbii baxır, hətta həmin təşkilatların formalaşmasına və inkişaf etməsinə qayğı göstərirdi. Nizamnamə səviyyəsində həmin təşkilatlara AXC-nin ali orqanlarında təmsilçilik imkanı yaradılırdı. AXC içərisində yaranan bu təşkilatlar inkişaflarının müəyyən mərhələsində Xalq Cəbhəsindən ayrılaraq ayrıca təşkilat kimi fəaliyyətə başlayırdılar. Lakin elə təşkilatlar var idi ki, bunların ayrıca təşkilat kimi fəaliyyət göstərməsinə şərait yaranmasına baxmayaraq, bu addımı atmırdılar. Bunlardan biri də “Yurd” birliyi idi. AXC-AXCP-nin daxilində fəaliyyət göstərən heç bir təşkilat “Yurd” qədər təşkilatın üzvləri arasında və orqanlarında narahatlıq yaradaraq mübahisə və müzakirə mənbəyi olmayıb. Səbəb isə “Yurd”un, başqa təşkilatlardan fərqli olaraq AXC daxilində daha çox gizli fəaliyyət göstərməsi idi. Bu isə “Yurd”un təşkilat olaraq xarakterindən, məqsədindən doğurdu. Bunu hələ “Yurd”un tam təsiri altına düşməmiş “Azadlıq”ın səhifələrində görmək olurdu: “... unutmaq lazım deyil ki, “Yurd” təşkilati cəhətdən ölkədə mövcud olan başqa təşkilatlardan fərqlənirdi. Bütün mahiyyəti ilə mason bir təşkilat olan bu birliyi konkret olaraq hakimiyyətdə kimin olması qətiyyən maraqlandırmır. Təki bu hakimiyyət onların mənafelərinə xidmət etsin. (“Azadlıq” qəzeti, “Ölkənin bütün cəbhəçiləri, birləşin!” 22.01.1994)”.
Göründüyü kimi, bu fakt bu gün də özünü göstərməkdədir. Hakimiyyət hərisliyi ilə Azərbaycan xalqının düşmənləri ilə sövdələşməyə gedən, milli maraqlarımıza qarşı düşmən mövqedə olan Ə.Kərimli bu gün də düşmənlərin dəyirmanına su tökməklə məşğuldur. Məhz, Rüstəm İbrahimbəyov layihəsində bu fakt növbəti dəfə özünü açıq şəkildə ortaya qoydu...
Görünən isə budur ki, Əli Kərimli AXCP-ni də əldə etmək üçün analoji metodlardan istifadə edirmiş. Ə.Elçibəyin xəstə yatağında olmasına belə hörmət göstərməyərək onu nəzarətində olan mətbu orqanlarda təhqirlərə məruz qoyan Ə.Kərimli üçün heç bir dəyər yoxdur. Radikal düşərgə təmsilçilərinin özlərinin hazırlayıb illər öncə çap etdikləri bu toplu Ə.Kərimli xislətinin güzgüsünə çevrilir. Və onun xarakterindəki satqınlıq, düşmənlə birləşmə mərəzənin təməlindən xəbər verir...
Əli Kərimli AXCP-ni nəzarətinə keçirmək üçün bütün vasitələrə əl atıb
Ə.Kərimli öz istəklərinə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyi özünə caiz bilir. Bu artıq aksiomadır və sübuta ehtiyac duymur. Hətta sübuta ehtiyac yarandığı təqdirdə radikal müxalifətin ayrı-ayrı nümayəndələrinin illər öncəsi yazdıqları fakt kimi Ə.Kərimlinin önünə qalaqlanır. Belə demək mümkündürsə, bütün “siyasi fəaliyyətini” satqınlığa həsr etmiş indiki AXCP sədri bu partiyanı əldə etmək üçün hətta dağıdıbmış da. 2000-ci ildə baş verən parçalanmalardan öncə Ə.Kərimli partiyanın strukturlarını iflic vəziyyətinə salır, bununla da AXCP-ni öz şəxsi mülkünə çevirirmiş. Bu gün rəhbərlik etdiyi partiyanı biznes strukturuna çevirən, maliyyə əldə etmək üçün bu partiyanın adından istifadə edən və xarici ermənipərəst dairələrlə işbirliyinə girən Ə.Kərimli 1990-cı illərin sonunda partiya daxilində etdikləri əməllərlə buna zəmin hazırlayırmış. “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” toplusunda bu məsələlər açıq şəkildə göstərilir. Kitabda qeyd edilir ki, “Yurd”çulardan təşkil edilmiş Ali Məclisin Rəyasət Heyəti təşkilatın bütün orqanlarının səlahiyyətlərini mənimsəyib, mərkəzi və yerli orqanların fəaliyyətinə maneçilik törədib, Xalq Cəbhəsinin əsas güc mənbəyi olan rayon (şəhər) şöbələrini zəiflədərək sıradan çıxarmaq məqsədilə: şöbələrin bərpa edilməsinə və təşkilatlanmasının qarşısını almaq, saxtakarlığa rəvac vermək, süni şikayətlər təşkil etdirmək, şöbə rəhbərlərini natəmiz üsullarla ələ keçirməyə cəhd göstərərək süni qarşıdurma yaratmaq, AXC məramına və Elçibəyə sadiq şöbələri və “cəbhə”çiləri daim təzyiq altında saxlamaq, Elçibəyə qarşı yerlərdə təbliğat aparmaqla AXC-AXCP-nin təşkilat işlərində ciddi problemlər yaradıb”...
Ə.Kərimlinin xəyanətlərini “kitab” halına salıb çap edənlər bu gün eyni xarakterin daşıyıcılarına çevriliblər
Görəsən, artıq şərhə ehtiyac varmı? Amma var... Belə ki, vaxtilə Ə.Kərimlinin partiya daxilində törətdiyi cinayətləri, qeyri-sağlam fəaliyyətini ifşa edənlər, onu xarici ölkələrin agenti adlandıran, birmənalı şəkildə “proyekt” kimi xarakterizə edənlər, məsələn, Bəybala Əbil bu gün satqınlar klubu olan “Milli şura”da onunla birgə təmsil olunur. Xüsusi vurğulamaq lazımdır ki, yuxarıda bəhs etdiyimiz “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” toplusu məhz, Bəybala Əbil tərəfindən hazırlanıb. Maraqlıdır ki, bu gün özünü “Elçibəyin davamçısı” adlandıran Bəybala Əbil öz yazdıqlarını oxumayıbmı? Hər halda, öz liderinə xəyanət edən adamın bu xəyanəti ifşa edənlərlə bir sırada dayanması onların hamısının bir “bezin qırağı” olduğunu növbəti dəfə təsdiqləyir. Fakt isə faktlığında qalır-kimliyindən asılı olmayaraq radikal düşərgə üçün bir maraq var, şəxsi maraq. Bu marağı təmin edənin kimliyi isə artıq heç bir əhəmiyyət daşımır... Hətta bu xalqın düşməni belə olsa, fərq etmir... Radikal düşərgə düşmənlərlə də anlaşmağı bacarır və bunu da dəfələrlə sübuta yetiriblər...

 
  • Oxunub:  20820  |  
  • Tarix:  22-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

20:29
21 Noyabr
“Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr” mövzusunda seminar keçirilib
20:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində sözlə əməl birliyi dayanır
20:22
21 Noyabr
Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası İzmir Bəyannaməsinin qəbul olunması ilə başa çatıb
20:21
21 Noyabr
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
20:13
21 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
20:10
21 Noyabr
Aşqabaddakı Türkmən milli xalça muzeyi ilə tanışlıq
20:02
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub
19:59
21 Noyabr
Muxtar respublikada YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
19:57
21 Noyabr
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
17:53
21 Noyabr
ADA Universiteti beynəlxalq mükafata layiq görülüb
17:51
21 Noyabr
Elektrik enerjisi sektorunda islahatlar müzakirə olunub
17:40
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
17:34
21 Noyabr
Qazaxıstanda türk dünyasının mənəvi yenilənməsinə dair beynəlxalq konfrans keçirilib
17:10
21 Noyabr
Ucarda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 26-cı ildönümü qeyd edilib
17:07
21 Noyabr
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
17:01
21 Noyabr
Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır
16:59
21 Noyabr
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
16:52
21 Noyabr
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
16:49
21 Noyabr
Goranboyun Yəhərçi Qazaxlar kəndi “mavi yanacaq”la təmin edilib
16:40
21 Noyabr
YAP Sədrinin müavini: Bu gün YAP-ın sıralarında 725 min Azərbaycan vətəndaşı birləşib və bu möhtəşəm bir siyasi ordu deməkdir
16:35
21 Noyabr
YAP Zərdab rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü qeyd olunub
16:33
21 Noyabr
YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir
16:17
21 Noyabr
Oğuzun Muxas kəndinə təbii qaz verilib
16:14
21 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib
16:12
21 Noyabr
XİN: Paşinyanın azərbaycanlı girovlarla bağlı bəyanatı onun ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu göstərir
16:09
21 Noyabr
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
15:32
21 Noyabr
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib
15:29
21 Noyabr
Yeni Azərbaycan Partiyasının ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır
15:23
21 Noyabr
Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq
15:17
21 Noyabr
Masallının daha iki kəndi qazlaşdırılıb
15:13
21 Noyabr
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
15:08
21 Noyabr
Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Silahlı Qüvvələri arasında əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib
15:07
21 Noyabr
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
15:02
21 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimizin əlaqələrinin hərtərəfli inkişafına təkan verəcək
14:57
21 Noyabr
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir
14:53
21 Noyabr
“Eko səyahət” qısa film müsabiqəsinin qalibləri mükafatlandırılıb
14:50
21 Noyabr
Bahar Muradova: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi partiyadır
14:47
21 Noyabr
Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib
14:44
21 Noyabr
Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır
14:41
21 Noyabr
Vladimer Çaçibaia: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir
14:38
21 Noyabr
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
14:36
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib
14:28
21 Noyabr
Hacıbala Abutalıbov: Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir
14:00
21 Noyabr
Sevinc Fətəliyeva: Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır
13:58
21 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi möhtəşəm qala-konsertlə başa çatıb
13:55
21 Noyabr
Azərbaycanda miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılır
13:52
21 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası keçirilir
13:48
21 Noyabr
Bahar Muradova: Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin növbəti uğurudur
12:41
21 Noyabr
YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:19
21 Noyabr
BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı Prosesi”nin təqdimatı olub
12:16
21 Noyabr
Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
11:56
21 Noyabr
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib
11:52
21 Noyabr
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
11:50
21 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
11:48
21 Noyabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb
11:45
21 Noyabr
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
11:35
21 Noyabr
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+7 +10