Ana səhifə »  Müəlliflər »  Əli Kərimli maliyyə fırıldaqları ilə AXCP-nin pullarını necə mənimsəyib?..
A+   Yenilə  A-
Əli Kərimli maliyyə fırıldaqları ilə AXCP-nin pullarını necə mənimsəyib?..
Yazdı: Pərviz Sadayoğlu

“Cəbhə”çilər tərəfindən yazılmış “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” kitabı hazırki AXCP sədrinin öz partiyasına xəyanətlərinin üstünü açır
Hər zaman Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı xəyanətkar mövqe tutan, maliyyə qarşılığında dövlət mənafeyini satan radikal müxalifət düşərgəsi analoji “xarakteri” 2013-cü ilin prezident seçkilərində də nümayiş etdirdi. Daha dəqiq desək, anti-azərbaycançı dairələrin əlində oyuncağa çevrilən, onların sifarişi ilə milli maraqları hədəfə alan radikal düşərgə təmsilçiləri üçün ən əsası xaricdən gələn ianələr idi ki, məhz bu pullar sonda elə düşərgədaxili savaşın əsas səbəblərindən birinə çevrildi. Hər zaman olduğu kimi, bu dəfə də “pulu bölə bilməyənlər” yenidən bir-birilərini xəyanətdə ittiham etməyə başladılar.
Təbii ki, radikal müxalifətin bu “iş prinsipi” artıq adət halını alıb. Çünki illərdir xalqımıza, dövlətimizə xəyanət edən radikal müxalifət təmsilçiləri öz düşərgəsi daxilində belə bir-birlərinə qarşı eyni mövqedə olurlar. Və nəinki yalnız bir-biriilərinə, hətta öz liderləri saydıqları insana, təmsil olunduqları partiyaya xəyanətlə yanaşırlar. Bu cür davranışların ən bariz nümunəsi isə hazırki AXCP sədri Əli Kərimlinin “siyasi fəaliyyətidir”.
AXCP sədri Əli Kərimlinin öz partiyası daxilində hansı əməllərlə məşğul olması “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ” adlı kitabda açıq-aşkar göstərilir. Kitab Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin 07 iyul 2002-ci il tarixli qərarına əsasən nəşr edilib. Qeyd edək ki, “XALQ CƏBHƏSİNİN “YURD” HƏQİQƏTLƏRİ Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki “Yurd” İctimai Birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiyanın hesabatı” AXCP Ali Məclisinin 03 sentyabr 2000-ci il tarixli qərarına əsasən yaradılmış Xüsusi Komissiyanın iki ilə yaxın müddətdə topladığı sənədlərə əsasən hazırlanmış hesabatı və AXCP mərkəzi orqanlarının “Yurd”la bağlı qəbul etdiyi qərarlar toplusudur.
Bu kitabda da öz əksini tapmış ittihamlardan birincisi və ən əsası maliyyə məsələləri ilə bağlıdır. Məsələn, topluda göstərilir ki, 1998-ci ildə AXCP sədri Əbülfəz Elçibəyin sərəncamı ilə “təşkilatın düşdüyü maliyyə böhranının səbəblərini araşdırmaq üçün” komissiya yaradılıb. Komissiya üzvlərinin arayışından: “AXCP sədri Elçibəy Bakıya dönəndən sonra “Yurd” birliyinin özbaşınalığının həddini müəyyənləşdirə bilmişdi. Bu qrupun fəaliyyətini diqqətlə araşdırır və ola biləcək fəsadların qarşısını almağa çalışırdı. Təşkilatın onsuz da məhdud olan maliyyə vəziyyətini yoxlamaq üçün 4 nəfərdən ibarət özəl bir komissiya yaratmışdı. Komissiyanın tərkibində Zöhrab Abdullayev, Şamil Quliyev, Ülvi Həkimov, Elçin Paşayev var idi. Komissiya konkret bir məbləğin (95.000 ABŞ dolları) qazanc gətirməsi və xərclənməsi ardıcıllığını izlədi və bu pulun üç nəfərə istifadəyə verildiyini araşdırdı. Əldə edilən qazancın necə xərcləndiyini araşdırarkən məlum oldu ki, Seymur adlı bir şəxs, Əliyev familiyalı digər şəxs və həmin komissiyanın üzvü Z.Abdullayev bir müddət həmin qazancı doğrudan da təşkilatın xəzinəsinə təhvil vermiş və AXCP sədrinin I müavini İ.İbrahimlinin imzası ilə əməkhaqqı ödəməyə və digər xərclərə sərf olunmuşdur. Bir neçə dəfə həmin puldan böyük məbləğdə “Azadlıq” qəzetinə borc verilmiş, sonralar bu borclar ya qaytarılmamış, ya da bağışlanmışdır. Müəyyən müddət sonra Abdullayev özünün işlətdiyi pulun geri almadığını və xərcləndiyini bildirir. Seymur adlı şəxsdən nəinki qazanc gəlmir, pulu əsas hissəsi də geri qaytarılmır. Əliyev deyilən şəxsdən də qazanc gəlmir və pulun əsas hissəsi də geri qaytarılmır”.
Göründüyü kimi, həmin vaxt partiyada əsas söz sahibi olmuş Əli Kərimlinin maliyyə maxinasiyalarının kökü lap dərinə gedib çıxır. Öz partiyasının sədrinin xəstə yatağında olmasından istifadə edərək ətrafındakı “Yurd” qruplaşmasının üzvləri ilə birgə pul mənimsəməyə başlayan Ə.Kərimli üçün ən əsas prinsip məhz maddiyyatdır. Onun AXCP daxilində rəhbərlik etdiyi “Yurd” qruplaşmasının əsas fəaliyyət istiqamətlərindən biri məhz partiyaya daxil olan pulu birbaşa Ə.Kərimliyə istiqamətləndirmək olub və həmin dövrdə yazılan məlumatlardan görünür ki, bu baş tutub. Belə ki, topluda göstərildiyi kimi, həmin dövrdə aparılan araşdırma nəticəsində bəlli olub ki, “Yurd” AXCP-nin hüquqi bazasında və normativ sənədlərində, təşkilat işlərində, maliyyə məsələsində çox ciddi problemlər yaradıb”.
Amma burada da təəccüblü bir hal yoxdur. Hər zaman maliyyə maxinasiyası, pul mənimsəmə faktları ilə “gündəmə” gələn, hətta öz partiyadaşları tərəfindən belə ittiham edilən Ə.Kərimlinin hələ 90-cı illərdə analoji “fəaliyyətlə” məşğul olması onun xarakterindən irəli gələn bir məsələdir. Əslində, Ə.Kərimlinin törətdiklərinin fonunda onun guya müxalifətçi cildinə girərək özünü təqdim etməsi çox gülünc görünür. Bu insanlar üçün “müxalifətçilik” yalnız maliyyə əldə etmək, xarici dairələrdən ianə toplamaq anlamı verir.
Ümumiyyətlə, AXCP-nin o zamankı sədr müavinlərinin, ən əsası isə, Ə.Kərimlinin həmin dövrdə partiyanın 150.000 ABŞ dollarından çox vəsaitini Türkiyəyə apararaq mənimsədikləri haqda zaman-zaman mətbuatda fikirlər səsləndirilib. Amma bu ittihamlar cavabsız qalıb və pul maxinasiyasında adı hallanan Ə.Kərimli hər zaman bu barədə suallara cavab verməkdən yayınıb.
Həmin dövrdə Ə.Kərimli bu pulların hesabına öz rifahını yüksəltməklə yanaşı, öz ətrafında olan “Yurd” çəmbərini daha da genişləndirib, qəzetlər açaraq bundan o zamankı AXCP üzvlərinə və konkret Ə.Elçibəyə qarşı istifadə edib. Topluda göstərilir ki, “Bütün bunlar AXC (AXCP-nin) orqanlarının və üzvlərinin çox ağır maddi durumda fəaliyyət göstərdikləri bir vaxtda baş vermişdir. Rayon (şəhər) şöbələrinə problemlərlə əlaqədar heç bir kömək göstərilməmiş, mərkəzi aparat “Yurdçu” olmayan əməkdaşlarına 1994-cü ilin sonlarından başlayaraq əməkhaqqı, ezamiyyə xərcləri verilməmişdir”.
Digər tərəfdən, kitabda göstərilir ki, Ə.Kərimli, məhz mənimsədiyi pulların hesabına mənzillərə, bahalı avtomobillərə sahib olub, cangüdənlərlə gəzib, qəzetlər, muzdlu yazarlar dəstəsi saxlayıb.
Qeyd olunduğu kimi, Ə.Kərimliyə qarşı yönələn bu maliyyə məsələsi ittihamı onun sonrakı fəaliyyətində də aşkar ştrixlərlə büruzə verilir. Hətta onun nəzarətində olan qəzetin baş redaktorunun qardaşı və AXCP üzvü Sakit Zahidov (Mirzə Sakit) bildirmişdi ki, “Azadlıq” qəzetinə gələn pullar şəxsən Ə.Kərimli tərəfindən mənimsənilir. S.Zahidov vurğulamışdı ki, Ə.Kərimli, hətta xarici təşkilatların da qəzetə etdiyi yardımları son qəpiyinə qədər mənimsəyir, qəzetə vermir. Bundan başqa, S.Zahidov qeyd etmişdi ki, Gerd Butserius Fondunun ona verdiyi 10 min avro mükafat da Ə.Kərimli tərəfindən mənimsənilib.
Beləliklə, sadalanan bu faktlar bir daha Ə.Kərimlinin 1990-cı illərdən bu günə qədər rəhbərlik etdiyi partiyada yalnız maddi vəsaitlər üçün təmsil olunduğunu sübut edir. Ümumiyyətlə, maddi vəsait xatirinə bütün xarici maraqlı dairələrə satılan radikal düşərgənin siyasi fəaliyyəti məhz bundan ibarətdir. Görünür ki, hələ AXC dövründən bəri pul xatirinə bütün yollara əl atan Ə.Kərimli bu adətini sonralar da tərgidə bilməyib...

 
  • Oxunub:  22050  |  
  • Tarix:  23-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
16 Sentyabr 20:12
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
16 Sentyabr 20:04
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
16 Sentyabr 19:40
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16 Sentyabr 19:08
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 18:05
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 17:54
Şirvanda yeni məktəb binası açılıb
16 Sentyabr 17:50
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16 Sentyabr 17:46
Sona Əliyeva: Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
16 Sentyabr 17:44
Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir
16 Sentyabr 17:41
Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb
16 Sentyabr 17:38
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb
16 Sentyabr 17:35
TAP-ın 89,3 faizi tamanlanıb
16 Sentyabr 17:12
İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib
16 Sentyabr 17:09
BŞTİ-nin müdiri Rəşad Tağıyev “Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə olub
16 Sentyabr 17:03
Muxtar respublikada Bilik Günü qeyd olunub
16 Sentyabr 17:00
Türkiyədən gəlmiş qazilər Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə “Yallı” halayına qoşulublar
16 Sentyabr 16:51
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16 Sentyabr 16:43
Azərbaycanda əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb
16 Sentyabr 16:41
Seymur Orucov: Gənclərimiz tariximizi dərindən öyrənməli və onu qorumalıdırlar
16 Sentyabr 16:40
İmişlinin Qızılkənd və Aranlı kəndlərinin şagirdlərinə Bilik Günü hədiyyəsi
16 Sentyabr 16:30
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
16 Sentyabr 16:25
“Qarabağ” – “Sevilya” oyununun idarə edilməsi ukraynalı hakimlər briqadasına tapşırılıb
16 Sentyabr 16:00
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
16 Sentyabr 15:49
Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir
16 Sentyabr 15:46
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16 Sentyabr 15:28
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 15:23
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
16 Sentyabr 15:19
Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu
16 Sentyabr 15:17
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
16 Sentyabr 15:15
Türkiyənin Vitse-prezidenti Fuat Oktayin şərəfinə rəsmi nahar verilib
16 Sentyabr 14:50
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 12:00
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb
16 Sentyabr 11:36
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
16 Sentyabr 11:24
Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olunub
16 Sentyabr 11:12
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
16 Sentyabr 11:10
Şəhidlərin xatirəsinə ehtiram
16 Sentyabr 10:53
Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” təntənə ilə qeyd olunub
16 Sentyabr 10:51
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
16 Sentyabr 10:44
Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
16 Sentyabr 10:43
Yardımlı rayonunda Tunc İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
16 Sentyabr 10:39
Bu gündən Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır
16 Sentyabr 10:24
Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası Bilik Günündə istifadəyə verilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA