Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətin qeyri-səmimilik anatomiyası
A+   Yenilə  A-
Radikal müxalifətin qeyri-səmimilik anatomiyası
Yazdı: Pərviz Sadayoğlu

Düşərgə təmsilçilərini zaman-zaman “birləşdirən” xarici ermənipərəst dairələrin sifarişləridir
“Siyasi fəaliyyətlərini” yalnız bir məqsədə-Azərbaycan dövlətinin və xalqının maraqlarına əks mövqeyə kökləmiş, o cümlədən satqınlar klubu olan “Milli şura”da özünü cəmiyyətə “müttəfiq” kimi təqdim edən partiyaların əsas məqsədləri artıq tam aydınlığa qovuşur. Bəlli olur ki, bu gün bir-birinə qənim kəsilən həm AXCP-nin, həm də Müsavat Partiyasının əsas qayəsi, sadəcə radikal düşərgədəki ənənəvi oyunlarını davam etdirmək, xarici ermənipərəst dairələrin əli ilə pul qazanmaq, anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirməkdən ibarət olub. “Milli şura” tragikomediyasının ardından yolları ayrılan “mehriban düşmənlər” bu gün ayrı-ayrılıqda bir-birilərinə qarşı cəbhə açıblar və qarşılıqlı olaraq əks tərəfin bostanını daşlamaqla məşğuldurlar. Təbii ki, illərdir eyni ssenari ilə özlərini siyasi səhnədə saxlamağa çalışan AXCP və Müsavat Partiyasının nümayiş etdirdikləri bu qeyri-səmimiliyin kökündə bir sıra səbəblər durur. Ən əsası isə xarici dairələrdən xəyanət qarşılığında əldə olunan maddi vəsaitin qarşı tərəfin əlinə keçməməsi üçün radikallar hansı yola gəldi baş vururlar.
Əslində, bu gün İ.Qəmbərin “Milli şura” oyununu Ə.Kərimliyə təhvil verməsi özü də indiyəqədərki qeyri-səmimiliyin davamı sayılmalıdır. O baxımdan ki, bu iki partiyanın bir-birinə münasibəti yarandığı gündən bəlli bir müstəvidə inkişaf edir. “Milli şura” oyununda isə bu qeyri-səmimilik daha aydın şəkildə özünü biruzə vermişdi, desək, yanılmarıq. Ümumiyyətlə, illərdir bir-birinə qarşı mübarizə aparan, biri digərini xəyanətkar elan edən partiyalar bu layihədə zorən müttəfiqliyə cəlb olunmuşdular. Mənzərəni təxminən belə izah etmək olardı: Yarandığı gündən siyasi sferada qatı düşmən kimi xarakterizə olunan AXCP və KXCP, hər zaman bir-birilərini açıq şəkildə xarici kəşfiyyata işləməkdə suçlayan ALP və Müsavat Partiyası, o cümlədən, 20 ildən artıqdır ki, açıq düşmənçilik mövqeyində olan AXCP və Müsavat Partiyası. Əgər, buraya radikal düşərgənin əksər hissəsi tərəfindən qəbul edilməyən Eldar Namazov, Rüstəm İbrahimbəyov və başqalarını da əlavə etsək, artıq şərhə ehtiyac qalmır. Bu təşkilatların arasında daima çəkişmənin getməsi, özlərini müttəfiq kimi qələmə versələr də, hər zaman bir-birilərinə zidd fəaliyyət göstərdikləri ortadadır. Bu “birliyi” yaratmağa çalışan partiyaların bugünkü “ittihamçı-müttəhim” savaşı isə köhnə serialın davamıdır. Artıq iyirmi ilə yaxındır ki, biri-digərini küçə “dialektləri”nə qonaq edən bu partiyaların növbəti raundda öz oxunu hansı partiyaya çevirəcəyi öncədən bəlli idi.
Məsələn, Müsavat Partiyasının funksionerlərindən Arif Hacılı mətbuata açıqlamasında bildirib ki, AXCP onları əvvəllər də hakimiyyətlə işbirliyində ittiham edib. Təbii ki, bu da qarşılıqlı olub və nəzərə alsaq ki, 2000-ci ildə də Müsavat Partiyası analoji ittihamla AXCP-yə qarşı çıxıb, onda belə görünür ki, hər iki partiya eyni “mövqedədirlər”. Amma bir məsələ var ki, bu da həmin qüvvələrin bir-birilərinə qarşı qeyri-səmimiliyini tam şəkildə ifadə edir. AXCP ilə Müsavat Partiyası arasında son günlərdə baş verənlər, hər iki partiyanın funksionerlərinin, o cümlədən nəzarətlərindəki mətbu orqanların küçə dialekti ilə danışığı onların bir-birilərinə qarşı əsl münasibətlərini üzə çıxardı. A.Hacılının qarşı tərəf haqqında dediklərindən belə bəlli olur ki, artıq proses açıq şəkildə gedir. Yəni, heç də iddia olunduğu kimi, İ.Qəmbərlə Ə.Kərimli bu söyüş-savaşdan kənarda deyillər. Hətta A.Hacılı Ə.Kərimlinin “tarixi keçmişi”ni cəmiyyətə təqdim etdiklərindən məmnun kimi görünür: “Müxtəlif adamların siyasi prosesdən kənarda durmaları, guya hansısa müxalifətdaxili proseslərdən iyrəndiklərini iddia etməklə faktiki olaraq özlərini suğortalamaq istəyirlər. Çünki proseslər açıq müstəvidə gedir. Hər kəs kimin nə dediyini, kimin hansı cür fəaliyyət göstərdiyini, hətta hər bir siyasi partiyanın, siyasi xadimin fəaliyyət tarixçəsini öyrənmək imkanına malikdir. Hər kəs özünə uyğun olanı seçərək fəaliyyətini göstərməlidir”.
AXCP isə Müsavat Parityasını ifşa etdiyini “bəyan edir”. Hətta maraqlıdır ki, bu partiya “Müsavat”ın əlindən necə “əsəbləşibmişsə” moratorium tətbiqi qərarını da bircə gün həyata keçirib. Bu isə ondan xəbər verir ki, radikal düşərgə partiyaları illərdir ki, bir-birilərinə deyə bilmədiklərini indi daha rahat “ifadə etmək” imkanına malikdirlər.
Bəli, gündə bir simaya düşən radikal düşərgənin qeyri-səmimilik azarı yenə də davam etməkdədir. Ən əsası isə budur ki, radikal müxalifət simadan-simaya maraqlı xarici qrupların sifarişi ilə düşür. Onlar radikal düşərgəni hansı simada görmək istəyirsə, düşərgə dərhal həmin sifəti alır. Çox uzağa getməyə ehtiyac yoxdur. Bir neçə ay bundan qabaq bir-birilərinə müttəfiq deyənlərin aqibəti hər şeyi aşkara çıxarır. Göründüyü kimi, onların fəaliyyət planı açıq şəkildə hansısa xarici qüvvə tərəfindən hazırlanmışdı və hansısa bir maliyyə qarşılığında bu dəfə də “Milli şura” cildinə girmişdilər. Əgər elə deyildisə, niyə seçkilər bitən kimi düşərgə yenidən öz köhnə biçiminə qayıtdı? Bu, onların fəaliyyətinin nə qədər “səmimi” olduğunu, düşərgənin sifətinin üstünə bir sifətin də əlavə olunmasından xəbər verir.
Nəticə etibarı ilə Azərbaycan xalqı artıq illərdir ki, kimin kim, kimin məqsədinin də hara istiqamətləndiyini bilir və hər kəsi öz kimliyinə, məqsədinə görə dəyərləndirir. Seçkilər bunun əsl sübutudur. Bu insanlar müstəqilliyimizin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinə qarşı hücumlar həyata kçirməkdən usanmayıblar. Bu gün də öz bəd əməllərini davam etdirməklə yalnız könül bulandırırlar. Özləri bir şey olmasalar da...

 
  • Oxunub:  20280  |  
  • Tarix:  24-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
19 Aprel 11:36
Nazir: İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19 Aprel 11:16
Siyavuş Novruzov: Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər
19 Aprel 11:13
Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir
19 Aprel 11:11
Şamil Ayrım: Ulu öndər Heydər Əliyev ilə bağlı əsərlər Türkiyə kitabsevərləri üçün böyük sərvətdir
19 Aprel 11:00
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
19 Aprel 10:53
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
19 Aprel 10:51
Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir
19 Aprel 10:48
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA