Ana səhifə »  Müəlliflər »  “Milli şura”da inamsızlıq son həddə çatıb
A+   Yenilə  A-
“Milli şura”da inamsızlıq son həddə çatıb
Yazdı: Mübariz Abdullayev

Radikalları qondarma qurumda “birləşdirən” yeganə məqam konyuktur maraqlardır ki, bu da onların arasında səngimək bilməyən ixtilaflara səbəb olur
Qondarma “Milli şura”nı səciyyələndirən əsas cəhətlərdən biri burada inamsızlıq mühitinin hökm sürməsidir. Hətta cəmiyyətdə qondarma “Milli şura”nı bir çox hallarda “ağız-ağıza yatan qurdlar yığınağı” kimi də xarakterizə edirlər. Bu da təsadüfi deyil. Belə ki, “Milli şura”nın xəmiri lap əvvəldən səmimiyyətlə yoğrulmayıb. Ayrı-ayrı partiyalar qondarma quruma sırf özəl maraqlara görə üz tutublar və bu səbəbdən də burada hansısa ideya, məqsəd birliyindən söhbət belə gedə bilməz. Radikalları qondarma qurumda “birləşdirən” yeganə məqam konyuktur maraqlardır ki, bu da onların arasında səngimək bilməyən ixtilaflara, çəkişmələrə səbəb olur.
Bunun təsdiqi kimi qondarma qurumun qısa tarixinə ötəri nəzər salmaq kifayətdir. “Milli şura” son bir neçə ayda ancaq burada təmsil olunan partiyaların və marginal siyasi qrupların mənafe savaşı ilə gündəmdə qalmağa çalışıb. Qondarma qurumun təmsilçilərinin, necə deyərlər, bütün məsələlərdə sözləri çəp gəlir. Krılovun məşhur təmsilində olduğu kimi, partiyalardan biri “Milli şura” arabasını gölə tərəf, digəri quruya, üçüncüsü havaya, dördüncüsü, beşincisi isə başqa bir naməlum istiqamətə çəkmək istəyində bulunur.
Təmsilçilərin ilk “vahid namizəd”inin müəyyənləşdirilməsində, eləcə də ikinci “vahid namizəd”in təbliğat-təşviqat kampaniyasının aparılmasında sərgilədikləri ziddiyyətli mövqe qondarma qurumu, sözün əsl mənasında, qınaq obyektinə çevirdi. Sonradan “Milli şura”da həmsədrlik təsisatının yaradılması və yaxud qondarma quruma heç bir anlama gəlməyən fəxri sədr seçilməsi ilə bağlı qovğalar başladı. Oyuncaq qurumun toplantıları bir qayda olaraq təmsilçilərin əlbəyaxa savaşmaları ilə yadda qalır. Partiyalar mövqe savaşında bir addım belə geri çəkilməmək naminə bir-birilərinin üstünə açıq hücum çəkməkdən belə çəkinmirlər. Təmsilçilərin nəzarətlərində olan mətbuat orqanları kompramat savaşı meydanını xatırladır. Açıq-aydın hiss olunur ki, eyni “birlik” formatında yer alan partiyaların üzvləri qarşı tərəfdən bir baş üstün mövqeyə yüksəlmək üçün hər bir naqis əmələ qol qoymağa, “müttəfiqini” aşağılamağa, nüfuzdan salmağa, hətta lazım gəlsə, ona badalaq vurmağa, arxadan kürəyinə bıçaq saplamağa belə hazırdırlar.
Buna görə də “Milli şura”da təmsilçilərin bir-birilərinə inamsızlığı son həddə çatıb. Qondarma qurumun üzvlərindən birinin irəli sürdüyü hansısa bir təklif dərhal digər təmsilçilər tərəfindən təftiş və təkzib olunur, onun qarşısına əks arqumentlər qoyulur. Bu yolla qondarma “Milli şura”da cəm olan partiyalar özlərini siyasi proseslərdən büsbütün təcrid olunmuş vəziyyətə salıblar. Onların “siyasi fəaliyyətləri” qarşılıqlı münasibətlərini aydınlaşdırmaq uğrunda çəkişmələrdən o yana getmir.
Təmsilçilər arasındakı inamsızlıq son nəticədə qondarma qurumun sıralarının seyrəlməsinə gətirib çıxarır. “Milli şura”ya dağlanmış ət iyinə görə üz tutan partiyalar və yaxud ayrı-ayrı fərdlər maraqlarının təmin olunmadığını gördükdə dabanlarına tüpürüb buradan uzaqlaşırlar.
ADP-nin sabiq sədri Rəsul Quliyev, Lalə Şövkətin mənəvi rəhbərliyi ilə ALP, Müsavat Partiyası, “El” hərəkatının ayrı-ayrı üzvləri və digərləri. Bunlar “Milli şura” ilə yollarını ayırıb qondarma “birlik” formatını yarı yolda qoyanların tam olmayan siyahısıdır.
Vaxtilə özünü qondarma qurumun dayaqlarından biri hesab edən “Müsavat”ın “Milli şura”dan geri çəkilməsi barədə isə ayrıca söhbət açmaq gərəkdir. Azərbaycan cəmiyyəti “Milli şura” yarandığı elə ilk vaxtlardan bu partiya ilə AXCP arasında kəskin mənafe savaşının şahidi oldu. Bu iki partiya müəyyən konyuktur maraqlar naminə hansısa məqamlarda bir yerdə olan kimi görünsələr də, qarşılıqlı inamsızlıq və tarixi ədavət onları tez-tez qarşı-qarşıya qoyurdu. Nəhayət, vaxtilə AXCP-nin şinelindən çıxan Cəmil Həsənovun əvvəlcə “Milli şura”nın ikinci “vahid namizəd”i, sonra isə sədri seçilməsi ilə bu mübarizədə “cəbhəçilər” müəyyən üsünlük qazandılar. Bundan sonra “Müsavat” çıxış yolunu qondarma qurumu tərk etməkdə gördü. AXCP təmsilçiləri isə bunu yenə də “Müsavat”a qarşı, necə deyərlər, növbəti gözdənsalma kampaniyasına çevirdilər. “Müsavat” müxalifəti parçalayır”, “Müsavat” “Milli şura”nı bəhanələrlə tərk etdi”. Bu kimi ittihamlar AXCP-nin “Müsavat”a qarşı apardığı kampaniyanın əsas şüarlarını təşkil edir.
“El” hərəkatının sədri Eldar Namazovun bu günlərdə “Milli şura”nın sıralarını tərk etməsi qondarma qurum daxilində hökm sürən etimadsızlığın daha bir sübutudur. Xatırladaq ki, reneqat Eldar Namazov qondarma qurumun yaradılmasında çox böyük canfəşanlıq göstərənlərdən biri olub. “Milli şura”nın ideya müəllifi kimi təqdim olunan Rüstəm İbrahimbəyovla yaxınlığı onu qondarma qurumun rəhbərliyinədək yüksəltmişdi. Sonradan məlum proseslər baş verdi və Eldar Namazov bir növ oyundankənar vəziyyətə salındı. Nəhayət, “Milli şura”da qalmağın ona heç bir divident vəd etmədiyini başa düşən reneqat da bəhanələr gətirib qondarma qurumla yolunu ayırdı.
Bu məqamda qeyd edək ki, etimadsızlıq mühitinə görə “Milli şura”nın tərkibinin seyrəlməsinə qurumda bir növ hakimi-mütləqə çevrilən AXCP-dən gələn münasibət də diqqəti cəlb edir. Belə ki, “cəbhəçi”lər Eldar Namazovun və digərlərinin qondarma qurumdan getməsinə “Milli şura təmizlənir” şəklində münasibət bildirirlər. Bu, bir növ gedənin dalınca qara daş diyirlətməyə bənzəyir. Belə gedişlə etimadsızlıq mühitinin “Milli şura”da AXCP-Cəmil Həsənov tandeminin tək qalmasına gətirib çıxaracağını söyləmək mümkündür. Şübhə yoxdur ki, gec-tez bu, baş verəcək. Sual isə başqadır: Bir-birlərinə inam bəsləməyən, getdikcə bölünən, daha da marginallaşan radikalyönümlü partiyaların təmsilçiləri hansı mənəvi haqla xalqdan, cəmiyyətdən inam, etimad gözləyirlər?

 
  • Oxunub:  24990  |  
  • Tarix:  29-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24