Ana səhifə »  Müəlliflər »  “Hüquq müdafiəçisi”nin gerçək siması
A+   Yenilə  A-
“Hüquq müdafiəçisi”nin gerçək siması
Yazdı: Nurlan Qələndərli

Yaxud ermənilərlə işbirliyində olan Leyla Yunus “siyasi məhbus” biznesini genişləndirir
Məlum olduğu kimi, ölkəmizdə fəaliyyət göstərən bəzi qondarma təşkilatlar və “hüquq müdafiəçisi” adı arxasında pərdələnmiş şəxslər anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Daxilimizdəki həmin qüvvələrin bəzi xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyətlərə dəstək vermək, həmçinin, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır. Bu dağıdıcı ünsürlər sırasında özünü cəmiyyətə “hüquq müdafiəçisi” kimi tanıdan Leyla Yunus xüsusilə fərqlənir.
Kimsəyə sirr deyil ki, qərəzli xarici dairələrin sifariş və tapşırıqları əsasında fəaliyyət göstərən L.Yunus hər zaman xalqımızın, dövlətimizin əleyhinə mövqe tutub, hətta mütəmadi surətdə təhqiramiz fikirlər səsləndirib. Məhz onun bu cür anti-Azərbaycan xidmətləri qərəzli xarici dairələr tərəfindən də müvafiq olaraq qiymətləndirilməkdədir. Son olaraq isə bu “hüquq müdafiəçisi” anti-azərbaycançı dairələrin tapşırıqları əsasında ölkəmizdə “siyasi məhbus” məsələsini gündəmə gətirməyə çalışıb. Hətta iş o yerə çatıb ki, L.Yunus bəzi məhbusların qohumları ilə danışıqlar apararaq onları rüşvət qarşılığında “siyasi məhbus” elan etməyi təklif edib. Məhz bu fakt L.Yunusun “siyasi məhbus” fəallığının digər bir səbəbini ortaya çıxarmağa imkan verir. O, bununla həm anti-azərbaycançı dairələrdən qonorar, həm də məhbus yaxınlarından rüşvət almağa çalışır. Təsadüfi deyil ki, bu şəxs aldığı qonorarlar sayəsində ölkə sərhədlərindən kənarda kifayət qədər mülk və obyekt sahibi olub.
Yeri gəlmişkən, bu məqamda bildirmək yerinə düşər ki, L.Yunus bu əməlləri Avropa Şurasının qərar və qətnamələrini təhrif etməklə, spekulyasiya vasitəsinə çevirməklə edir. Amma bu ermənipərəst “hüquq müdafiəçisi” unudur ki, Azərbaycana qarşı “qara piar” kampaniyası aparan Kristof Ştrasser və onun dəstəkçiləri kimi çıxış edən anti-azərbaycançı dairələr 2013-cü ildə iflasa uğradı. Qısası, tərəddüdsüz qeyd etmək olar ki, L.Yunusun məqsədi, bir tərəfdən, qrantlar almaqdırsa, digər tərəfdən, beynəlxalq təşkilatların və transmilli medianın diqqətini cəlb etməklə Azərbaycanın müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaqdır.
Şübhəsiz, L.Yunusun bu cür mövqe sərgiləməsi onun xalqımıza və dövlətimizə olan münasibətindən xəbər verir. Başqa sözlə, xarici maraq qruplarından maliyyələşən və konkret anti-azərbaycançı dairələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən Leyla Yunusun nümayiş etdirdiyi “fəaliyyət” bəhs olunan “hüquq müdafiəçisinin” nəyə qadir olduğunu və kimlərə xidmət etdiyini növbəti dəfə aşkar surətdə əks etdirir. Daha dəqiq desək L.Yunusun təkcə ermənilərlə işbirliyinə dair ortada olan çoxsaylı faktlar deyilənlərin bariz nümunəsi qismində çıxış edir. Məsələn, sözügedən şəxs erməni lobbisini belə başlıca tərəfdaş kimi qəbul etməkdədir. Belə ki, Leyla Yunus özünün korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri belə dost kimi qəbul etməkdən çəkinmir, hətta bu dostluqdan məmnuniyyətlə söz açır.
Əslində, Leyla Yunusun bu cür antimilli əməlləri yeni deyil və bu şəxsin keçmişi çoxsaylı milli xəyanətlərlə doludur. Sirr deyil ki, AXC-“Müsavat” cütlüyünün hakimiyyətdə olduğu zaman Müdafiə Nazirliyinin mətbuatı xidmətinin rəhbəri olan L.Yunus casusluq fəaliyyəti ilə məşğul olaraq ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış çoxsaylı foto və video materialları ermənilərə ötürüb. Bunun qarşılığında isə kifayət qədər maliyyə vəsaiti əldə edib. Hələ bu da, son deyil. Həmin vaxt çalışdığı nazirliyin qida təchizatı ilə məşğul olan L.Yunus cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq əldə etdiyi vəsaitləri Almaniyadakı şəxsi bank hesabına köçürüb. Bəhs edilən dövrdə Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunus və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunus da Azərbaycan haqda məxfi materialları erməni tərəfinə ötürüblər. Bu şəxsin erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə yaxın münasibətləri olub. Məsələn, L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb. Bundan başqa, Leyla Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibəti də olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. O, həmçinin “Ermənistanın Region” araşdırma mərkəzi ilə birgə layihə həyata keçirib, “İctimai dialoqlar” adlanan saytda Azərbaycana qarşı “qara piar” kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma “DQR” “müstəqil dövlət” kimi qələmə verilib. Onun erməni qaynı Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir.
Bir sözlə, göründüyü kimi, Leyla Yunusun ermənilərlə işbirliyinə dair çoxsaylı faktlar mövcuddur. Və bu faktlar həmin şəxsin Azərbaycan xalqına qarşı hansı münasibəti bəslədiyini göstərir. Əlbəttə ki, bütün bunlar Azərbaycan ictimaiyyətində dərin narazılıq və ikrah hissi yaratmaqdadır. Amma buna baxmayaraq, Leyla Yunus Azərbaycan ictimaiyyətinin haqlı tənqidi və qınağından dərs çıxarmayaraq anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirməyə davam edir və öz əməllərinə “haqq” qazandırmağa cəhd göstərir. Dolayısıyla, Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirən, ermənilərə dərin məhəbbətini ifadə edən bu “hüquq müdafiəçisi”nin ölkə ictimaiyyətinin haqlı narazılığından çəkinməməsi, əksinə, “özünümüdafiə” metoduna baş vurması Leyla Yunusun timsalında milli maraqların ayaqlar altına atılmasına, xalqımız və dövlətimizin heçə sayılmasına dəlalət edir.

 
  • Oxunub:  28050  |  
  • Tarix:  29-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA