Ana səhifə »  Müəlliflər »  Eldar Namazov “amerikapərəst qiyafəyə” niyə və necə düşdü?
A+   Yenilə  A-
Eldar Namazov “amerikapərəst qiyafəyə” niyə və necə düşdü?
Yazdı: Pərviz Sadayoğlu

Qərbin anti-Azərbaycan dairələri radikal müxalifət partiyalarının işə yaramadığını görüb reneqat “El” rəhbərindən “ana müxalifət” düzəltməyə çalışırlar
Özünə radikal düşərgədə yer axtaran reneqat Eldar Namazovun son siyasi çabalamaları onun düşərgə daxilində qəbul edilmədiyini, irəli sürdüyü layihələrin (“El”, “Milli şura”) elə havadan asılı qaldığını aşkar şəkildə ortaya çıxardı. Gah “ziyalı” adı altında manipulyasiya edən, gah da öz şəxsi maraqlarından irəli gələn fikirlərini cəmiyyətə “demokratiya” adı altında sırımağa çalışan reneqat Namazov bu dəfə də yalnız dalana dirənəndə ayıldı. Elə bu səbəbdəndir ki, “Milli şura” kimi mənasız, mücərrəd, mayası xəyanətlə yoğrulmuş bir layihə vasitəsilə pul qazanmağı, siyasi palitrada önə çıxmağı planlaşdıran reneqat Namazovun “yuxuları” çin olmadı.
Daha doğrusu, “Milli şura” adlı satqınlar klubunun dağılması radikal müxalifət düşərgəsinin artıq son nəfəsini verdiyini növbəti dəfə təsdiqlədi. Bir-biri ilə yola getməyən, şəxsi ambisiyalarının əsirinə və işlədikləri xarici anti-azərbaycançı dairələrin xidmətçisinə çevrilən radikal düşərgə təmsilçiləri “Milli şura”da gedən son proseslərdə növbəti dəfə əsl simalarını açaraq ortaya qoydular.
AXCP ilə “Müsavat”a “stop” deyən ABŞ-ın anti-azərbaycançı dairələri reneqat Namazova “yaşıl” işıq yandırır
Xəbər verildiyi kimi, reneqat Eldar Namazovun “Milli şura”dan istefa verməmişdən öncə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşü heç də birmənalı qarşılanmayıb. Belə ki, E.Namazovun “Milli şura”dan ayrılması və onun rəhbəri olduğu “El” hərəkatının partiyaya çevirəcəyi ilə bağlı qərarın ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstarla görüşdən sonra verildiyi ortadadır.
Ümumiyətlə, mətbuatda yayılan xəbərlərə görə, reneqat Namazov ABŞ səfirinə “El” hərəkatı, 2013-cü il prezident seçkilərində qurumun fəaliyyəti və gələcək planları barədə məlumat verib, həmçinin, Morninqstarı təşkilatının Azərbaycanda gələcək siyasi mübarizədə əsas rol oynayacağına inandırmağa səy göstərib.
Əslində, ABŞ səfirinin E.Namazovla görüşməsi və ortada olan bu proses bir daha onu sübut edir ki, radikal müxalifət düşərgəsinin ənənəvi partiyaları-AXCP, Müsavat Partiyası və bu qəbildən olan digər təşkilatlar Qərbin anti-Azərbaycan mərkəzlərinin maraq dairəsindən çıxıblar. Belə demək mümkündürsə, həmin dairələr radikal müxalifət düşərgəsinin siyasi palitradan silindiyini etiraf edirlər. Məhz, ABŞ səfirliyində E.Namazovla keçirilən görüş bu faktın təsdiqi sayıla bilər. Digər tərəfdən, E.Namazovun görüşdən sonrakı açıqlamaları da buna işarə edir. Məsələn, E.Namazov “El” hərəkatının idarə heyətinin toplantısında ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstarla görüşünün təfərrüatları barədə danışanda bildirib ki, səfir “El” hərəkatını izlədiklərini və təşkilatın gələcək fəaliyyəti ilə bağlı konkret planlarının olduğunu açıqlayıb. E.Namazov bildirib ki, ABŞ səfiri “Milli şura”nın mövcud miskin durumu, AXCP və “Müsavat” arasında ziddiyyətlərin daha da kəskinləşməsi nəticəsində “ciddi məyusluq” yaşadığını deyib və əlavə edib ki, davamlı daxili qarşıdurma şəraitində yaşayan partiyalar aparıcı qüvvə missiyasını yerinə yetirə bilmirlər.
Bu, bir daha göstərir ki, Qərbin maraqlı dairələri birmənalı şəkildə AXCP və “Müsavat” ilə münasibətlərinə “stop” verib. E.Namazov özü də etiraf edib ki, səfirlə görüşündə daha çox öz təşkilatı barədə danışıb, bir növ “El”i ölkənin “ən güclü hərəkatı” kimi ABŞ səfirinə təqdim edib. Namazov Azərbaycanda gələcək siyasi mübarizədə “El”in “müstəsna rol oynayacağı”na səfiri əmin etməyə çalışıb. Bu isə onu göstərir ki, Qərbin həmin maraqlı, anti-Azərbaycan dairələri artıq Eldar Namazovun qismində “ana müxalifət” düzəltməyə səy göstərirlər. Bunu Namazovun özü də təsdiqləyib. Yeni xəyanətindən ağızdolusu danışan reneqatın sözlərinə görə, ABŞ səfiri Namazova deyib ki, “El” ölkədəki siyasi proseslərdə aktiv olmalı, digər müxalifət partiyaları, QHT sektoru ilə yaxından əməkdaşlıq etməli və ən əsası, bələdiyyə seçkiləri də daxil olmaqla qarşıdan gələn bütün seçkilərdə iştirak etməlidir. Səfirin sözlərinə görə, bütün bunlar “El”ə real müxalifətə çevrilməyə və “ana müxalifət” missiyasını öz üzərinə götürməyə şərait yaradacaq.
Bəli, radikal düşərgənin siyasi meyidə çevrilməsi faktı artıq onlara “ağa”lıq edən xarici dairələr tərəfindən də təsdiqlənir. Heç bir sosial bazaya malik olmayan, yalnız ölkəmizdəki siyasi sabitliyi pozmaq üçün təlimatlandırılmış radikal düşərgə bu işi də düzgün yerinə yetirə bilmir. Artıq, partiyaların başının yalnız öz xırda dedi-qodularına qarışdığını görən “maliyyə mənbələri” isə onlardan imtina edir, “yeni siyasi qüvvə” yaratmaq eşqinə düşürlər. Bu qüvvə isə...
Reneqat Eldar Namazovun ənənəvi xəyanətinin növbəti seriyası
Əslində, Eldar Namazovun siyasi “kimliyi” nəinki Azərbaycan cəmiyyətinə, eləcə də bu gün onu radikal düşərgənin önünə çıxarmağa çalışanlara yaxşı tanışdır. Çünki siyasi “fəaliyyəti” yalnız xəyanətlərlə müşaiət olunan reneqat Namazov siyasətdə ilk addımları atmağa başlamışdan, bu günə qədər xəyanətdən başqa heç bir işlə məşğul olmayıb. “Rəngarəngliyi” ilə məşhur olan bu “siyasi kimliy”i inkişaf etdirmək üçün reneqat Eldar Namazov özünü cəmiyyətə fərqli donlarda təqdim etməyə çalışıb. Bu uğurda uzun illər “tər tökən” E.Namazov öz şəxsi mənafeyi uğruna isə hər zaman Azərbaycanın milli maraqlarını tapdamağa hazır olduğunu göstərib. Fərqli zamanlarda fərqli layihələrlə fərqli ünvanlardan maliyyə dəstəyi alan, bunun qarşılığında isə milli mənafeyə zidd mövqe tutan reneqat Namazov bir müddət öncəyə qədər “ziyalı” adı altında manipulyasiya edərək, öz şəxsi maraqlarından irəli gələn fikirlərini cəmiyyətə sırımağa çalışırdı. Xarici, ermənipərəst maraqların danışan dilinə çevrilən, öz məqsədini “El” pərdəsi altında gizləməyə çalışan reneqat Eldar Namazov fəaliyyətini yalnız Azərbaycan dövləti haqqında şər, böhtan xarakterli siyasi çıxışlar etməklə qurur.
Bir müddət öncəyə qədər Rusiyadakı bəzi anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirən reneqat Namazovun bu dəfə “amerikapərəst” qiyafəyə düşməsi də təəccüblü deyil. Çünki belələri üçün fərq etmir: pulu kim verirsə, onun havasına oynayırlar. Yəni, ən əsası bu pulu verən tapılsın... Dünənə qədər, “El” hərəkatı layihəsi də, məhz Rusiyadakı anti-Azərbaycan dairələrinin, imperialist qüvvələrin mətbəxində hazırlanmışdı və bu gün E.Namazov həmin “layihəni” partiyaya çevirməklə özü qarışıq Qərbin maraqlı dairələrinə satır. Dostları Əkrəm Naibovla Rüstəm İbrahimbəyov kimi qəlbindəki erməni sevgisindən imtina edə bilməyən, xalqına, Vətəninə, dövlətinə düşmən kəsilmiş reneqat Namazov növbəti dəfə xarici antimilli dairələrlə işbirliyinə gedir, Azərbaycanın mənafeyini satır. Reneqat Namazov bununla özü açıq şəkildə bildirir ki, onun üçün pulun mənbəyinin harada olması əsas deyil, fərq etmir ki, “dollar” gəlsin və ya “rubl”. Əsas odur ki, Namazova Azərbaycanın əleyhinə, dövlətçiliyimizin, milli maraqlarımızın ziddinə tapşırıqlar verilsin və reneqat da bu tapşırıqları canla-başla yerinə yetirsin. Bir sözlə, Eldar Namazov üçün coğrafi mənada haranın adamı olması heç bir əhəmiyyət daşımır. Nəticə etibarı ilə o bir mərkəzə qulluq edir-antimilli, anti-azərbaycançı mərkəzə...
Xəyanətlər bağışlanılmır-Azərbaycan xalqının radikal müxalifət düşərgəsinə münasibəti birmənalıdır
Radikal müxalifətin, o cümlədən, anti-azərbaycançı qüvvələrin sifarişləri ilə yaradılan digər “təşkilatlar”ın fəaliyyətlərinin hər bir epizodu Azərbaycan cəmiyyətinə və xalqına bəllidir. Azərbaycanın milli maraqlarının əksinə olaraq mövqe tutmaq, xalqın və dövlətin mənafeyinə əks hərəkət etmək həmin qüvvələrin proqramlaşdırılmış konsepsiyalarıdır. Bu baxımdan həmin qüvvələrin fəslə uyğun şəkildə aktivləşmə və passivləşmə fazalarına daxil olmasında qeyri-adi heç nə yoxdur. Maddi qazanc üçün dövlətini, millətini satmağa müntəzir olan belələri ölkəmizin beynəlxalq imicinə zərbə vurmaqdan ötrü bütün yollara əl atır, ölkəmizdəki siyasi sabitliyə xələl gətirmək üçün bütün şouları nümayiş etdirirlər.
Amma Azərbaycan xalqı belələrinə hər zaman “yerini” göstərir. Ötən il keçirilən prezident seçkilərinin nəticələri isə bu xəyanətkar zümrəyə xalqın növbəti cavabı idi. Bu seçkilərdə yenidən fiaskoya uğrayan radikal müxalifət düşərgəsinin arxasındakı ermənipərəst dairələr artıq anlayırlar ki, başqa ölkələrdə rahat şəkildə həyata keçirdikləri “planları” Azərbaycanda həyata keçirə bilməzlər. Çünki Azərbaycan cəmiyyəti hər zaman kimin kim olduğunu düzgün təhlil etmək iqtidarında olub.
Bəli, bu, bir daha sübut edir ki, Azərbaycan cəmiyyəti dövlətin maraqlarını satan, xəyanət zolağından “xilas” ola bilməyən belələrini tanıyır və onlara layiq olduqları münasibəti göstərir.

 
  • Oxunub:  23070  |  
  • Tarix:  29-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA