Ana səhifə »  Müəlliflər »  Antimilli dairələrin yeni “ana müxalifəti” reneqat Eldar Namazov keçmiş müttəfiqlərini “ofsayda” salır
A+   Yenilə  A-
Antimilli dairələrin yeni “ana müxalifəti” reneqat Eldar Namazov keçmiş müttəfiqlərini “ofsayda” salır
Yazdı: Pərviz Sadayoğlu

“El” rəhbəri radikal düşərgəyə verilən “ianələri” nəzarətə keçirmək istəyir
Reneqat Eldar Namazovun Rusiyanın bir sıra anti-azərbaycançı dairələri tərəfindən hazırlanmış “Milli şura” layihəsindən çıxması istər radikal düşərgədə, istərsə də cəmiyyətdə birmənalı qarşılanmadı. “Milli şura” ilə paralel olaraq analoji xidmətlər üçün, yəni, xarici maraqlı dairələrin sifarişlərini həyata keçirmək üçün yaradılan “El” hərəkatı layihəsini “partiyaya” çevirmək istəyi və bunun üçün ABŞ səfirindən “icazə” alması reneqat Eldar Namazovun yeni “planlar” qurduğunu ortaya çıxarır. Hər zaman ermənipərəst mövqedə olan, Azərbaycanın milli maraqlarına qarşı çıxmağı özü üçün siyasi prioritet elan edən reneqat Namazov artıq siyasi palitrada radikal düşərgənin “ana müxalifəti” qismində çıxış etməyi arzulayır.
Əlbəttə ki, bu qənaətə gəlməyə olduqca böyük səbəblər var. Belə ki, mətbuatda da yayılan məlumatda bildirilirdi ki, yanvarın 24-də E.Namazovun ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstarın qəbulunda olduğu zaman “El” hərəkatı, 2013-cü il prezident seçkilərində qurumun fəaliyyəti və gələcək planları barədə məlumat verməsi, həmçinin, Morninqstarı təşkilatının Azərbaycanda gələcək “siyasi mübarizədə” əsas rol oynayacağına inandırmağa səy göstərməsi məhz reneqatın düşərgə təmsilçisinin “ana müxalifətə” çevrilmək arzusunda olduğunu göstərir.
Maraqlıdır ki, artıq ənənəvi müxalifət partiyalarının tükəndiyini dəqiqləşdirən, onlara verilən pulun boşa xərcləndiyini anlayan Qərbin anti-azərbaycançı dairələri də yeni “ana müxalifət” axtarışında olduqlarını açıq şəkildə göstərirlər. Onların bu “vəzifəyə” reneqatı “təyin etmələri” isə Morninqstarın Namazova dediklərindən də bəlli olur. Səfirin “El” hərəkatını izlədiklərini və təşkilatın gələcək fəaliyyəti ilə bağlı konkret planlarının olduğunu açıqlaması faktı göstərir ki, indiyə qədər yuxarıda qeyd edilən anti-azərbaycançı dairələrin sifarişlərini can-başla yerinə yetirməyə çalışan, amma heç nəyə nail ola bilməyən AXCP və “Müsavat” kimi radikal düşərgə partiyaları öz “vəzifələrindən” kənarlaşdırılıblar.
Vurğulamaq lazımdır ki, arxasında heç bir sosial dayağı olmayan reneqat Namazovun məhz bu yolla özünü radikal düşərgənin önünə çıxarmaq istəyi olduqca böyükdür. “Köhnə dostları”nı yadından çıxaran reneqat Namazov ermənipərəst dairələrin hazırladığı yeni reseptlər əsasında “El” hərəkatını partiyaya çevirməklə “ana müxalifət” adına yiyələnmək və indiyə qədər AXCP və “Müsavat”a verilən pulları əldə etmək niyyətindədir. Göründüyü kimi, özünə gah “ziyalı”, gah “siyasətçi” deyən reneqat Namazovun “müttəfiqliyi”nin, “dostluğu”nun ömrü radikal düşərgədəki analoji birliklərlə eyni xarakterə malikdir. Belə şəxslərin öz cılız istəklərinin arxasında gizlənməyə çalışdığı, məhz bu cılız arzuları reallığa çevirmək üçün fərqli ünvanların xidmətçisinə çevrilməsində heç bir “problem yaşamadıqları” bir daha nümayiş olunur.
2003-cü ildə keçirilən prezident seçkiləri, ardından 2005-ci ildə keçirilən parlament seçkiləri zamanı başqa-başqa maraqlı dairələrin xidmətçiliyini həyata keçirən, 2013-cü il prezident seçkilərində isə tamam fərqli ünvanın sifarişlərini və maliyyə ianələrini radikal müxalifətə daşıyan E.Namazov artıq tamam fərqli bir cildə düşməyə hazırlaşır. 2013-cü ilin yazında “Rusiyanın adamı” licimində “zühur edən” reneqat Namazovun yeni “ana müxalifətə” “çevrilməsi” isə bir daha onun neçə sifətə malik olduğunu ortaya qoydu.
Təbii ki, ABŞ səfirinin və maraqlı dairələrin də düzəltdikləri yeni “ana müxalifətdən” “gözləntiləri” var. Belə ki, reneqat Namazov özü etiraf edib ki, Morninqstarla görüşündə səfirdən bir sıra “təlimatları” elə ayaqüstü alıb. Görüşdə “El” hərəkatının ölkədəki siyasi proseslərdə aktiv iştirakı, digər müxalifət partiyaları, QHT sektoru ilə yaxından əməkdaşlığı və ən əsası, bələdiyyə seçkiləri də daxil olmaqla qarşıdan gələn bütün seçkilərdə iştirakı məsələsi ilə bağlı tapşırıqlarını alan Namazova “yağlı” maliyyə resursları da vəd olunub. Təbii ki, sonuncu-maliyyə “yardımı” reneqat Namazov üçün bu işdə ən əsas prioritetdir. Əksini düşünmək belə olmaz. Çünki, hər zaman “yağlı çörək” dalınca düşən, “ana müxalifət” olub İsa Qəmbərlə Əli Kərimlini radikal düşərgədən silmək istəyən Namazovun səsinin gah Moskvadan, gah da Vaşinqtondan gəlməsinin kökü bu səbəbə söykənir.
Anti-Azərbaycan dairələrinin yeni xidmətçisi postuna layiq görülən E.Namazov bəs görəsən, nə üçün keçmiş müttəfiqlərinin aqibətini göz önünə gətirmir? Təbii ki, reneqat Namazovun ona çatacaq pulların həcminin çox olması üçün Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı var gücü ilə “çarpışacağı” aydın məsələdir. Çünki hər bir radikal düşərgə təmsilçisi kimi reneqat Namazov üçün də yeganə dəyər, məhz alacağı maliyyədir ki, bu səbəblə o, hətta ermənilərlə belə işbirliyinə hazır olduğunu hər zaman əməli ilə sübuta yetirib. Amma ortada fakt var: Azərbaycan xalqının başqa qüvvələrin əlində oyuncağa çevrilən, ən əsası düşmən dəyrimanına su tökən reneqat Namazov kimilərinə münasibəti birmənalıdır. Xalqına, dövlətinə xəyanət edənlər hər zaman xalqımızdan layiqli cavablarını alıblar. Erməni lobbisinin reneqat Namazovdan yaratdığı “ana müxalifətin” də aqibətinin öz xələflərindən seçilməyəcəyi indidən bəllidir...

 
  • Oxunub:  24150  |  
  • Tarix:  31-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

16 Sentyabr 08:23
Bakı 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
15 Sentyabr 23:51
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15 Sentyabr 22:44
Dövlət əxlaqı – Nadir Qocabəyli yazır
15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA