Ana səhifə »  Müəlliflər »  Üçüncü ölkədə yaşamaq üçün Vətənini satanlar
A+   Yenilə  A-
Üçüncü ölkədə yaşamaq üçün Vətənini satanlar
Yazdı: Nadir Azəri

Yaxud, Cavid Orucovun düşmənə sığınmasının gerçək səbəbi
Məlum olduğu kimi, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını guya ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Məlumatalara görə, Cavid Orucov iddia edib ki, təqiblər onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Həyat yoldaşı erməni olan Cavid Orucovun ailəsinin gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi məşğul olur.
Cavidin Ermənistan marşurutu, yaxud xoruzun quyruğu görünür...
Lakin bu xəbəri məmuniyyətlə tirajlayan işğalçı ölkə KİV-nin bir məlumatı diqqətdən yayınmayıb. Belə ki, həmin məlumata görə, Cavid Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Necə deyərlər, bax burda xoruzun quyruğu görünüb. Daha dəqiq desək, zaman-zaman xarici ölkələrdə yaşamaq hüquq əldə etmək üçün bəzi vətəndaşlarımızın “erməni əsillilik”, “cinsi azlıq” və ya digər “faktorlardan” sui-istifadə etdiyi sirr deyil. Yəni, bəzi şəxslərin məhz üçüncü ölkədə yaşamaq arzusu ilə öz ölkələrini hətta düşmənə belə satmaları haqqına yetərincə faktlar var. Hər halda “Avropa səadəti” naminə erməniləşməyin, yəni, “erməni əsillilik” qlafına bürünməyin Vətəni, təmsilçisi olduğun xalqı satmaqdan, torpağına xəyanət etməkdən başqa adı yoxdur.
Yalanın ömrü qısa olur...
Bunu edən hər bir kəs, o cümlədən, Cavid Orucov da Azərbaycanın uğularından narahat olan, ölkəmizin inkişafını əngəlləməyə çalışan xarici anti-azərbaycançı dairələrin növbəti əks-təbliğat şousu üçün vasitə rolunu oynadıqlarını bilməmiş deyillər. Lakin həm Cavid Orucov tipli kəslərə, həm də onların addımlarından öz anti-təbliğat proqramlarında istifadəyə cəhd göstərən bəlli xarici dairələrə iki şeyi xatırlatmağı borc bilirik. Əvvəla, xalq-iqtidar birliyinin mövcud olduğu Azərbaycan güclü dövlətdir və ölkəmizə qarşı süni bəhanələrlə edilən təzyiqlərin heç bir nəticəsi olmayacaq.
İkinci bir tərəfdən “oğurluqla, yalanın ömrü qırx gün çəkər” el məsələni xatırlatmaq yerinə düşər. Əslində, üçüncü ölkədə sığınacaq almaq üçün “erməniləşən” Cavid Orucovun uydurduğu yalanın ömrü heç qırx gün də çəkmədi. Belə ki, APA-nın apardığı araşdırma nəticəsində Cavid Orucovla bağlı maraqlı faktlar bəlli olub. Araşdırma zamanı müəyyən edilib ki, C.Orucovun guya həyat yoldaşının erməni əsilli olması ilə bağlı Azərbaycanda ona hansısa təsirlər olduğuna dair iddialar həqiqətə uyğun deyil.
Cavid Orucov 1976-cı ildə Bakı şəhərində anadan olub və bu günə kimi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1, mənzil 5 ünvanına qeydiyyatdadır. C.Orucovun həyat yoldaşı Mirzəyeva (Əliyeva) Röya Rauf qızı da 1983-cü ildə Bakı şəhərində doğulub.
Araşdırma zamanı həmçinin müəyyən edilib ki, Cavid Orucovun atası 1945-ci ildə Şuşa şəhərində anadan olub, orta məktəblərdə müəllim işləyib və 2008-ci ildə vəfat edib. Anası Orucova Mirvari Əsədulla qızı 1947-ci ildə Bakı şəhərində anadan olub, hazırda paytaxtda yaşayır və 11 saylı İnternat Məktəbində müdir müavini işləyir.
Cavid Orucovun qardaşı Ceyhun Orucov isə İTV-də texnik vəzifəsində çalışır. Onun ailə-məişət zəminində qardaşı ilə gərgin münasibətlərinin olduğu bildirilir.
Üçüncü ölkədə sığınacaq almaq üçün düşmənə sığındı...
APA-nın apardığı araşdırmalar zamanı məlum olub ki, Cavid Orucovun ailə üzvləri ilə birgə Ermənistana səfər etmələrinin məqsədi Azərbaycan vətəndaşlığından imtina edərək Ermənistan vasitəsilə üçüncü ölkədə sığınacaq almaq istəyidir.
Ermənistan mətbuatının yaydığı məlumata əsasən, guya C.Orucov həyat yoldaşının erməni milliyyəti ilə qarışıqlığı olması səbəbindən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən incidilərək maraqları üçün istifadəyə məcbur edilib. Lakin bu məlumatın da kökündən yalan olması hər kəsə bəllidir. Çünki rəsmi statistikaya görə, bu gün Azərbaycanda 30 minədək erməni əsilli vətəndaş yaşayır. Lakin onların milli mənsubiyyətlərinə görə incidilməsi və ya nəyəsə məcbur edilməsi ilə bağlı bu günədək hər hansı fakt yoxdur.
Cavid Orucovun anası Mirvari Orucova APA-ya açıqlamasında bildirib ki, oğlu Cavid 2008-ci ildə onun məsləhəti ilə Bakı sakini Aida Tağızadə ilə ailə həyatı qurub, lakin təqribən 1 il sonra onlar ailə məişət münaqişəsi səbəbindən boşanıblar. A.Tağızadənin bu nikahdan əvvəl ailəli olduğu da məlum olub: “Bundan sonra Cavid 2009-cu ildə sosial şəbəkə vasitəsilə tanış olduğu Bakı şəhər sakini Röya Mirzəyeva ilə ailə qurub və həmin nikahdan onların 3 övladı olub. Röya Mirzəyeva da əvvəllər ailəli olub və Mirzəyeva soyadı da həmin nikahdan qalıb”.
Tüfeyli həyat tərzinə meylli Cavidin erməni sevgisi...
M.Orucova həmçinin qeyd edib ki, R.Mirzəyevanın atası əslən Şuşa rayonundan olan bəstəkar Rauf Əliyev, anası Əliyeva Alia Davudovnadır: “Cavidin qayınanası Alia Əliyevanın atası Davud Mirzoyan isə əslən Qarabağ bölgəsindəndir, milliyyətcə ermənidir və vəfat edib. Anası isə əslən Polşadan olan yəhudidir”.
M.Orucovanın sözlərinə görə, oğlu Cavid əvvəllər 3 ay özəl mühafizə xidmətində işləyib, sonra isə konkret heç bir işlə məşğul olmayıb. Anası qeyd edib ki, oğlu daim xarici ölkələrdə yaşamaq arzusunda olub. C.Orucovun 2001 və 2003-cü illərdə Rusiyada yaşadığını deyən ana oğlunun qısa müddətdən sonra geri qayıtdığını bildirib: “O, 2010-cu ildə həyat yoldaşı və 1 övladı ilə birgə yenidən Rusiyaya getdi, oradan isə daimi yaşamaq üçün Norveçə üz tutdu. Lakin 2013-cü ilin sentyabr ayında yenidən Azərbaycana qayıtdı. O, Norveç dövləti tərəfindən daimi yaşamaq hüququ ala bilmədiyini, lakin orada işləmədən müavinət aldığını bildirirdi. Norveçdə onun daha 2 övladı dünyaya gəlmişdi və həmin uşaqlara öz vəkilinin şərəfinə Norman Broyn və Samuel Broyn adlarını qoymuşdu”.
Ona bu addımı atmağa kim məsləhət verib-bəzi xarici ölkələrin səfirlikləri, yoxsa, Norveçdəki tanışları?
M.Orucova oğlu Cavid Orucovu tüfeyli həyat tərzinə meylli şəxs kimi xarakterizə edib, ona maddi cəhətdən daim köməklik göstərdiyini bildirib: “Oğluma Norveçə getməsini də tanışı məsləhət görüb. Cavid Norveçdən qayıtdıqdan bir müddət sonra xarici ölkələrdə yaşamaq məqsədilə Almaniya və İsrailin Azərbaycandakı səfirliklərinə müraciətlər etsə də, razılıq ala bilmədi”.
M.Orucova ehtimal edir ki, oğluna həyat yoldaşının erməni qarışığı olması səbəbindən Ermənistana müraciət etməsi və bu yolla üçüncü ölkədə daimi yaşayış alması məsləhətini ya qeyd olunan səfirliklər, ya da Norveçdə yaşayan tanışları veriblər. M.Orucova oğlunun ailəsi ilə birgə düşmən ölkəsinə keçməsini qəti şəkildə pisləyib, bir daha onun asan yolla gəlir əldə etməyə meylli şəxs kimi xarakterizə edərək, bu addımı atmasında kənar təsirlərin də olmasını istisna etməyib.
Beləliklə, hər şey gün kimi aydındır. C.Orucovun anasının da dediyi kimi, tüfeyli həyat tərzinə meylli bu kəs xeyli müddətdir ki, üçüncü ölkədə daimi yaşayış icazəsi almaq üçün “dəridən-qabıqdan” çıxırmış. Və ananın da dediyindən belə aydın olur ki, C.Orucova bu vəziyyətən “çıxış yolu” olaraq “erməniləşimək”, Vətənini düşmənə satmaqla bağlı məsləhəti ya hansısa səfirliklər, ya da Norveçdə yaşayan tanışları veriblər. Necə deyərlər, görünən dağa nə bələdçi.

 
  • Oxunub:  24540  |  
  • Tarix:  04-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib
17:33
21 İyun
Maliyyə Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
17:32
21 İyun
“Equinor”un bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları müzakirə edilib
17:29
21 İyun
Əbülfəs Qarayev: Naxçıvan İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin qorunub yaşadılmasında özünəməxsus rol oynayıb
16:55
21 İyun
Azərbaycan-Əlcəzair əlaqələrinin inkişafı üçün yaxşı imkanlar var
16:33
21 İyun
Nəzarətin tələbi - nəticə və şəffaflıq
16:27
21 İyun
Azərbaycan və Belarus XİN rəhbərləri arasında görüş keçirilib
16:20
21 İyun
Kubatbek Boronov: Qırğızıstan Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir
16:19
21 İyun
Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsidir
16:15
21 İyun
Suraxanıda “Son iclas” bədii-sənədli filminin təqdimatı olub
15:47
21 İyun
Azərbaycanın energetika naziri Vyanada OPEC-in beynəlxalq seminarında iştirak edir
15:24
21 İyun
Əli Əhmədov: Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır
15:21
21 İyun
Əlcəzair nümayəndə heyəti Milli Məclisdə olub
15:14
21 İyun
Musa Quliyev: Səhiyyənin inkişafı hər zaman diqqət mərkəzindədir
14:58
21 İyun
Bakıda İran mədəniyyəti günləri keçiriləcək
14:46
21 İyun
Bolqarıstanın Sozopol şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib
14:21
21 İyun
Milli Məclisdə Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüş olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+20 +23