Ana səhifə »  Müəlliflər »  Radikal düşərgə “ana müxalifət”siz qalıb
A+   Yenilə  A-
Radikal düşərgə “ana müxalifət”siz qalıb
Yazdı: Mübariz Abdullayev

Əli Əliyev: “El” hərəkatını şişirtmək lazım deyil
Uzun illər ərzində radikal düşərgədə bir növ dəyişməz qaydalar əsas tutulub. Özlərini hakimi-mütləq kimi aparan AXCP və “Müsavat” düşərgənin digər təmsilçilərinə daim öz istəklərini diktə ediblər. Son vaxtlarda radikalyönümlü partiyalar arasında baş verən proseslər isə bütövlükdə düşərgə düzəninin pozulduğundan xəbər verir.
AXCP və “Müsavat” siyasi autsayderlərə çevriliblər
Açıq-aydın görünür ki, daha AXCP və “Müsavat” təmsilçiləri sinələrinə döyüb başqalarına meydan oxuyacaq gücdə deyillər. Artıq hər iki partiyanın sürətlə öz sonlarına doğru yaxınlaşdıqlarına heç kəsin şübhəsi yoxdur. Atalar məsəlidir: Nə əkərsən, onu da biçərsən. Bir vaxtlar radikal düşərgədə at oynadan AXCP ilə “Müsavat”ın düşdükləri acınacaqlı duruma görə günahkar da elə onların özləridir.
Bu gün sözügedən partiyaların dalana dirənməsinə gətirib çıxaran iki amili xüsusilə fərqləndirmək gərəkdir. Məlumdur ki, son 20 ildə istər AXCP, istərsə də “Müsavat” siyasi partiya olaraq heç bir halda öz fəaliyyətlərini Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişləri əsasında qurmayıblar. Hər iki partiyanın təmsilçilərini maraqlandıran əsas qayğılar xaricdəki anti-azərbaycançı dairələrdən gələn sifarişləri can-başla yerinə yetirmək və bunun müqabilində daha sanballı ianələrə, qrantlara əllərinin çatmasını təmin etmək olub. Buna görə də, bu gün Azərbaycan cəmiyyətində AXCP və “Müsavat”a inam yoxdur. Cəmiyyətin inamından məhrum qalan siyasi qüvvənin gec və ya tez məhvə məhkum olacağı isə aksiomadır.
AXCP ilə “Müsavat”ın bugünkü acınacaqlı durumunu şərtləndirən başqa bir səbəb isə onların radikal düşərgədə davamlı olaraq hegemonluq iddiaları sərgiləmələri və əlbəttə ki, bir-birilərinə münasibətdə illərdir ki, səngimək bilməyən qarşılıqlı ədavətlə bağlıdır. Belə davranış sonda hər iki partiyanın getdikcə gözdən düşməsinə və təklənməsinə gətirib çıxarıb.
Xarici anti-azərbaycançı dairələr yeni “ana müxalifət” sorağında
Radikal düşərgənin dirijoru rolunda çıxış edən xaricdəki anti-azərbaycançı dairələr AXCP ilə “Müsavat”ın siyasi autsayderlər səviyyəsinə enmələrinin fərqindədirlər. Artıq həmin dairələrdə ənənəvi müxalifətin daha heç bir işə yaramadığı barədə qənaət formalaşıb.
Məlumdur ki, xaricdəki anti-azərbaycançı dairələr ölkəmizin mənafeyinə hansı yollarlasa xələl gətirməyi hədəf seçiblər. Lakin onların bu yöndə oxları davamlı olaraq daşa dəyir. Belə ki, özlərini “ana müxalifət” sayan AXCP və “Müsavat” bol-bol ianələrə, qrantlara sahiblənsələr də, xaricdəki məlum dairələrdən gələn sifarişləri yerinə yetirməkdə acizlik nümayiş etdirirlər.
Bu və digər səbəblər üzündən də məlum dairələr heç bir funksionallığa malik olmayan AXCP və “Müsavat”ı dəyişməyə qərar veriblər. Hər halda ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın bu günlərdə radikal düşərgənin, bəlkə də, ən sondagedəni sayılan “El” hərəkatının rəhbəri reneqat Eldar Namazovla görüşə vaxt ayırması belə düşünməyə əsas verir. İndiyədək bu qəbildən olan görüşlərin mərkəzində AXCP və “Müsavat” dayanırdı. İndi isə bu “şərəfə” qondarma “El” hərəkatı və onun reneqat rəhbəri Eldar Namazov layiq görülüb. Reneqat rəhbərlik etdiyi qurumun idarə heyətinin toplantısında ABŞ səfirinin onunla görüşdə “El” hərəkatının fəaliyyətinin izlənildiyini və hərəkatın gələcəyi ilə bağlı konkret planların olduğunu” dilə gətirdiyini vurğulayıb. Bu deyilənlərdən belə qənaət hasil olur ki, yeni “ana müxalifət” sorağında olan xaricdəki anti-azərbaycançı dairələr qondarma “El” hərəkatının rəhbəri reneqat Eldar Namazova “stavka” edirlər.
Reneqat Eldar Namazov köhnə ampluasında
“El”in rəhbəri Eldar Namazovun cəmiyyətdə “reneqat” imici qazanması təsadüfi deyil. Onun karyerasından dönüklük qırmızı xətlə keçir. Eldar Namazov vaxtilə ona həvalə edilən dövlət vəzifəsindən özəl məqsədlər naminə bəhrələnən, əməllərinin üstü açılanda isə yerini radikal düşərgədə tapan birisidir. Ona görə də, reneqatın radikalları da dəyər-dəyməzinə satacağı gözlənilən idi.
Belə ki, Eldar Namazov xaricdəki anti-azərbaycançı dairələrdə ənənəvi radikal müxalifətə qarşı yaranan inamsızlıqdan özünün önə çıxması naminə maksimum dərəcədə bəhrələnməyə çalışır. Qulağı səs eşidən reneqat dabanına tüpürərək bir vaxtlar uğrunda çox tər tökdüyü “Milli şura”nı tərk edib. İndi o, bütün vaxtını “El” hərəkatını partiyaya çevirməyə həsr etdiyini deyir.
“El”i şişirtmək lazım deyil”
Əlbəttə, Eldar Namazov xarakterinə, daşıdığı mənəvi keyfiyyətlərinə görə, xaricdəki anti-azərbaycançı dairələrin işinə yarayacaq biri ola bilərdi. Fəqət, bəri başdan demək mümkündür ki, məlum dairələr Eldar Namazova “stavka” etməkdə böyük səhvə yol verirlər. Çünki, Eldar Namazov da Əli Kərimli və yaxud İsa Qəmbər kimi ictimai dəstəkdən uzaq, elektoratsızdır. Bu məqama diqqət çəkən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev vurğulayıb: “El” hərəkatını şişirtmək lazım deyil. Orada bircə Eldar Namazov var. Bu şəxs də siyasi mənada güc mahiyyəti daşımır”.

 
  • Oxunub:  19920  |  
  • Tarix:  04-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib
18:54
22 Yanvar
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
18:41
22 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir
18:34
22 Yanvar
Pirallahı Sənaye Parkında şpris zavodu istifadəyə veriləcək
18:30
22 Yanvar
Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub
18:26
22 Yanvar
Bu il 10 aqropark açılacaq
18:24
22 Yanvar
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq
18:18
22 Yanvar
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
18:13
22 Yanvar
Misirli jurnalistin “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı olub
18:09
22 Yanvar
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
18:05
22 Yanvar
Azərbaycan keçən il Gürcüstana 266,6 milyon dollarlıq təbii qaz göndərib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+1 +4