Ana səhifə »  Müəlliflər »  “Azadlıq” qəzetinin daha bir təxribatı ifşa olundu
A+   Yenilə  A-
“Azadlıq” qəzetinin daha bir təxribatı ifşa olundu
Yazdı: Aqşin Şahinoğlu

Azərbaycan dövləti və xalqımız haqqında dezinformasiya yaymaqla məşğul olan bu qəzetin antimilli mahiyyəti növbəti dəfə təsdiqini tapdı
Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadəsi üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən başlıca prinsiplərindən biridir. Heç də təsadüfi deyil ki, bir çox ekspertlər müxtəlif cəmiyyətlərdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında KİV-in aparıcı rol oynadığını bildirir, bir çox hallarda demokratiyanın vəziyyətini də KİV-in azadlıq səviyyəsi ilə ölçürlər. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox mühüm rol oynadığını dərk edən dövlətlər, demokratik təsisatlar azad mətbuatın inkişafına geniş imkanlar yaradırlar. Azərbaycan da demokratik bir dövlət kimi, bu məsələlərə böyük diqqət yetirir. Bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb, ölkənin ən ali qanunlarında belə bu məsələ fundamental prinsiplər kimi öz əksini tapmaqdadır. Azərbaycan Respublikasında mövcud olan demokratik qanunvericilik söz və məlumat azadlığının qarantı kimi çıxış edir. Eyni zamanda, dövlət mətbuat orqanlarının iqtisadi asılılığının aradan qaldırılması, onların müstəqil fəaliyyətinin stimullaşdırılması məqsədilə effektiv tədbirlər görür, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi üçün konkret addımlar atmaqdadır.
Lakin çox təəssüf ki, Azərbaycanda bir qrup siyasi dairələrin əlində vasitə olan, onların ruporu qismində çıxış edən mətbuat orqanları da var ki, yaradılan demokratik mühitdən bəhrələnərək cəmiyyətə obyektiv, həqiqətə söykənən informasiya yaymaqdansa, qeyri-rasional fəaliyyət ortaya qoyurlar. Bu qəzetlər bütün etik prinsipləri bağlı olduqları siyasi qrupların maraqlarına qurban verərək, onların təlimat və tapşırıqlarına xidmət göstərirlər. Belə olan halda, onların mətbuat orqanı kimi fəaliyyəti tamamilə faydasız və cəmiyyət üçün yararsız, dağıdıcı missiyaya xidmət edir. Belə qəzetlərdən biri də “Azadlıq” qəzetidir.
“Azadlıq”ın antimilli mahiyyəti...
Ümumiyyətlə, sirr deyil ki, “Azadlıq” qəzeti öz fəaliyyətini Azərbaycan xalqına xidmət üzərində deyil, müəyyən kiçik bir dairənin siyasi ambisiyalarını, şəxsi maraqlarını təmin etmək üçün qurur. Dar çərçivəli şəxsi maraqları gerçəkləşdirməyə çalışan bu qəzet, üstəlik, Azərbaycana qarşı heç də xoş məramı olmayan bir sıra xarici qurumlardan, qeyri-hökumət təşkilatlarından maliyyə və ideoloji asılılıq şəraitində fəaliyyət göstərir. Xarici anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirməklə məşğul olan qəzetin antimilli məzmunu da məhz buradan irəli gəlir. Dünyanın hansı ölkəsində Azərbaycan dövləti və dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal “Azadlıq” qəzetinin səhifələrində tirajlanır. Hər gün öz səhifələrində Azərbaycan dövləti əleyhinə böhtan xarakterli məlumatları tirajlayan qəzetin yalanları isə çox keçmədən ifşa olunur.
“Azadlıq” qəzeti Mixeil Saakaşvilinin adından yalan məlumat yayıb
“Azadlıq” qəzeti növbəti dəfə manipulyasiya və təqdim etdiyi yalan məlumatlarla ictimaiyyətdə yanlış təsəvvürlər yaratmağa cəhd edib. Qəzet bu dəfə də ənənəsinə sadiq qalaraq, öz uydurmalarını başqa tanınmış siyasətçilərin adlarına yazaraq adi etik prinsipləri də heçə saydığını göstərib. Belə ki, ABŞ-ın “Christian Sciense Monitor” jurnalında Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin açıqlamalarının da yer aldığı məqalə dərc edilib. “Azadlıq” qəzetinin 2 fevral tarixli sayında isə “Ukraynada 21-ci əsrin ilk geosiyasi inqilabı baş verir” başlıqlı həmin məqaləyə istinadən özətlər dərc edilib. Həmin qeydlərdə bildirilirdi ki, guya Mixeil Saakaşvili Gürcüstandakı siyasi sistemin Azərbaycandakı sülalə hakimiyyətindən, Rusiyadakı çox zəif demokratiyadan, Ermənistan və Qırğızıstanda olduğu kimi, seçicilərə qarşı zorakılıqdan və Orta Asiyadakı əbədi hakimiyyət modelindən daha yaxşı olduğunu deyib. Əlbəttə ki, vaxtilə Gürcüstanın prezidenti kimi dəfələrlə Azərbaycana səfər edən, hər dəfəsində də Azərbaycanı ölkəsinin dostu adlandıran, ölkəmizin inkişafından bəhs edən, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının bir çox dövlətlər üçün örnək effektiv bir model olduğunu söyləyən Mixeil Saakaşvilinin bu gün Azərbaycan haqqında bu cür neqativ bir fikir bildirməsi qətiyyən inandırıcı görünmür. Ona görə də, ilk baxışdan bu xəbərin həqiqətdən uzaq olduğu anlaşılırdı. Elə aparılan qısa araşdırma da “Azadlıq” qəzetinin yenə də yalan məlumatla çıxış etdiyini, təxribat xarakterli fəaliyyətinə sadiq qaldığını ortaya qoyub. Əslində isə, “Christian Sciense Monitor” jurnalında dərc olunmuş “Ukraynada 21-ci əsrin ilk geosiyasi inqilabı baş verir” başlıqlı məqalədə, əsasən, Ukraynada baş verən hadisələr və onların regionun geosiyasi vəziyyətinə necə təsir edə biləcəyi barədə danışılır. Mixeil Saakaşvili isə bu prosesləri təhlil etməklə bərabər, öz prezidentliyinin regiona təsiri haqqında danışır. Saakaşvilinin dilindən “Azərbaycanda sülalə hakimiyyəti var” kimi heç bir ifadə məqalədə yoxdur.
Azərbaycan xalqı “Azadlıq” qəzetinin xəyanətkar fəaliyyətinə adekvat münasibətini ortaya qoyur
Bəs görəsən, “Azadlıq” qəzetinin hətta gec-tez ifşa olunacağını bildiyi halda bu cür təxribatlara imza atması, Azərbaycan dövlətinin ünvanına şər-böhtan yağdırması nədən qaynaqlanır?
Məlumdur ki, Azərbaycana qarşı informasiya müharibəsi aparan erməni mediası ölkəmizin nüfuzuna zərbə vurmağa yönələn hər cür təxribata əl atır. Erməni KİV-ləri öz çirkin təbliğat fəaliyyətlərində Azərbaycandakı bəzi mətbuat orqanlarını da alətə çevirməyə çalışırlar. Bu baxımdan, Azərbaycanda onların məqsəd və niyyətləri, ideyaları ilə ən çox uzlaşan mətbuat orqanı qismində məhz “Azadlıq” qəzeti çıxış edir. Ermənilərlə eyni zindana çəkic vurmaq, onlarla eyni yolda “tər tökmək” sanki AXCP sədri Əli Kərimlinin nəzarətində olan bu qəzetin missiyasına çevrilib. Heç də təsadüfi deyil ki, bu günə qədər “Azadlıq” qəzetinin xidmət etdiyi siyasi dairələr və erməni lobbi təşkilatlarının, həmçinin, erməni millətçilərinin ortaq fəaliyyəti ilə bağlı kifayət qədər geniş məlumatlara rast gəlmişik. Bu isə bu qəzetin və onun bağlı olduğu siyasi qrupun antimilli mahiyyətindən irəli gəlir.
Əlbəttə ki, bu gün Azərbaycan cəmiyyətinin “Azadlıq” qəzetini oxumaqdan imtina etməsi tam başadüşülən və normaldır. Çünki Azərbaycan oxucusu bu qəzetin antimilli mövqeyinə bələddir və xalqımızın bu xəyanatkər fəaliyyətə qarşı ortaya qoyduğu mövqe tam adekvatdır.

 
  • Oxunub:  25860  |  
  • Tarix:  05-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24