Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin “Milli şura” oyunundan çıxmamasının səbəbi antimilli dairələrin pullarını mənimsəmək istəyidir
A+   Yenilə  A-
Əli Kərimlinin “Milli şura” oyunundan çıxmamasının səbəbi antimilli dairələrin pullarını mənimsəmək istəyidir
Yazdı: Pərviz Sadayoğlu

Vaxtilə partiyasının, həmçinin nəzarətində olan qəzetin belə pullarını mənimsəyən AXCP sədri köhnə ampluasına “sadiqdir”
Kimsəyə sirr deyil ki, pul qarşılığında xarici anti-azərbaycançı dairələrlə işbirliyinə girmək, onların sifarişi ilə dövlətimiz haqqında yalanlar yaymaq və bu kimi digər antimilli əməllər radikal müxalifət təmsilçilərinin əsas peşəsinə çevrilib. İllərdir ki, eyni “məqsədə” xidmət göstərən radikalların yaratdığı “birlik”lərin də hamısı eyni xarakterli olub. Belə ki, dağıdıcı düşərgə təmsilçilərinin bu vaxta qədər yaratdıqları “birlik”lərin hamısı məhz maliyyə çəkişmələrinin “güdazına” gedib.
Ötən ilin oktyabrında keçirilən prezident seçkilərindən öncə yaradılan və Rusiyadakı antimilli qüvvələrin layihəsi olan “Milli şura” da bu mənada özündən əvvəlki “birlik”lərdən fərqlənmir. Belə ki, hələ satqınlar klubu yaranmamışdan öncə orada illərdir fərqli istiqamətlərin “xidmətlərində dayanan” şəxslərin “birləşmə” görüntüsü yaratması bu layihənin də uğursuzluğu ilə yanaşı, yalnız pul tələsi olduğunu ortaya çıxarmışdı. Sözügedən qondarma qurumda “liderliyi” ələ keçirənlərin kimliyi də bu fikri təsdiqləyirdi. Çünki illərdir bir-birilərinə qarşı patoloji nifrəti ilə seçilən İsa Qəmbərin, Əli Kərimlinin, o cümlədən, radikal düşərgəyə qəbul edilməyən reneqat Eldar Namazovun və AXCP-dən qovulan və sonradan “Milli şura” layihəsinə daxil edilən Cəmil Həsənovun “səmimi” şəkildə bir araya gəlməsinə heç düşərgə təmsilçiləri özləri də inanmırdılar. Axı adıçəkilən insanlar məhz zaman-zaman bir-birilərini xəyanətdə ittiham edən, o cümlədən maliyyə fırıldaqları ilə gündəmə gələn düşərgə təmsilçiləri idilər.
Beləliklə, növbəti “birliy”in də ömrü qısa oldu və “Milli şura” layihəsinin fiaskosunun ardından AXCP ilə Müsavat Partiyası arasında başlanan gərginlik bir sıra mətləblərin üstünü açdı. Baş qaldıran gərginliklər fonunda artıq pul məsələsinin hallanması və reneqat Namazovun da bu məsələyə işarə vurması isə bir daha göstərir ki, radikal düşərgə öz keçmiş “ənənəsindən” əl çəkə bilmir.
Daha dəqiq desək, radikal müxalifətin bir sıra nümayəndələri var ki, onların “siyasi karyeraları” birmənalı şəkildə xəyanət və maliyyə fırıldaqları ilə müşayiət olunur. Belələrinə ən əsas “örnək” hazırki AXCP sədri Əli Kərimlidir. Hələ AXCP-də sədr müavini olduğu dövrlərdən bir sıra xəyanətlərlə yadda qalan Ə.Kərimlinin əməllərindən həmin vaxt hətta öz partiyadaşları belə dad edirdi. Elə bunun nəticəsi idi ki, həmin dövrdə Ə.Kərimlinin öz liderinə xəyanətləri, o cümlədən, təmsil etdiyi partiyanın pullarını mənimsəməsi, maliyyə fırıldaqlarına yol verməsi kitab halına salındı. Maraqlıdır ki, həmin xəyanətləri bir araya toplayaraq kitab halına salan bu gün “Milli şura”da Ə.Kərimli ilə yanaşı təmsil olunan Bəybala Əbildir. Bu amil öz-özlüyündə radikal müxalifətin əsl simasını ortaya qoymuş olur.
Yeri gəlmişkən, həmin kitabda da vurğulanırdı ki, pul mənimsəmək Əli Kərimlinin əsas “fəaliyyət prinsipidir”. Məsələn, göstərilirdi ki, “Yurd” Xalq Cəbhəsinin hüquqi bazasında və normativ sənədlərində, təşkilat işlərində, maliyyə məsələsində çox ciddi problemlər yaradıb”.
Əlbəttə ki, burada “Yurd” dedikdə birmənalı şəkildə Ə.Kərimlinin nəzərdə tutulduğu bəllidir. Çünki bu qrupu özünə tabe edərək AXCP daxilində öz hegemoniyasını yaradan Ə.Kərimli sonrakı fəaliyyətində də məhz bu qrupdan istifadə etmişdi. Hətta öz partiyadaşları tərəfindən belə ittiham edilən Ə.Kərimlinin bu “fəaliyyətlə” məşğul olması isə onun xarakterindən irəli gələn bir məsələdir. Əslində, Ə.Kərimlinin törətdiklərinin fonunda onun guya müxalifətçilik cildinə girərək özünü təqdim etməsi çox gülünc görünür. Çünki bu insanlar üçün “müxalifətçilik” yalnız maliyyə əldə etmək, xarici anti-azərbaycançı dairələrdən ianə toplamaq anlamı verir.
Qeyd olunduğu kimi, Ə.Kərimliyə qarşı yönələn maliyyə ittihamı onun sonrakı fəaliyyətində də aşkar ştrixlərlə özünü büruzə verir. Məsələn, vaxtilə onunla eyni partiyada təmsil olunan insanlar 90-cı illərdə AXCP sədri Əbülfəz Elçibəyin Kələkidə olmasından istifadə edən Ə.Kərimlinin partiya pullarını mənimsədiklərini açıqlayıblar. Bundan başqa, hətta onun nəzarətində olan qəzetin baş redaktorunun qardaşı və AXCP üzvü Sakit Zahidov (Mirzə Sakit) bildirmişdi ki, “Azadlıq” qəzetinə gələn pullar şəxsən Ə.Kərimli tərəfindən mənimsənilir. S.Zahidov vurğulamışdı ki, Ə.Kərimli, hətta xarici təşkilatların da qəzetə etdiyi yardımları son qəpiyinə qədər mənimsəyir, qəzetə vermir. Bundan başqa, S.Zahidov qeyd etmişdi ki, Gerd Butserius Fondunun ona verdiyi 10 min avro mükafat da Ə.Kərimli tərəfindən mənimsənilib.
Bu gün isə yeni bir maliyyə fırıldağının üstü açılır. “Milli şura”ya gələn pulların bölüşdürülməsi uğrunda gedən savaşın bugünkü çalarları göstərir ki, Əli Kərimli yenə də bu satqınlar klubunun xətti ilə pul qazanmağın “peşindədir”. Digər müttəfiqlərin min bir bəhanələrlə “Milli şura”dan uzaqlaşdırılması, o cümlədən, aylardır davam edən “şura”nın nəzarətə alınması uğrunda “mübarizə” də məhz buna xidmət göstərir. Görünən də budur ki, Ə.Kərimli yeni maliyyə mənbəyi tapmayınca “Milli şura”dan əl götürməyəcək. Hətta bu qurumu yarandanların onun dağıldığını elan etməsi belə onu “dayandırmır”...

 
  • Oxunub:  23250  |  
  • Tarix:  06-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb
16 Avqust 09:19
Azərbaycanda aqrar sektorun inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir
15 Avqust 20:48
Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb
15 Avqust 20:43
Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında liderdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23