Ana səhifə »  Müəlliflər »  Antaqonist münasibətlər radikal düşərgənin mahiyyətini təşkil edir
A+   Yenilə  A-
Antaqonist münasibətlər radikal düşərgənin mahiyyətini təşkil edir
Yazdı: Mübariz Abdullayev

Eldəniz Quliyev-Əli Əliyev qarşıdurması pik həddə çatıb
Bu bir həqiqətdir ki, radikal müxalifət düşərgəsi qarşı-qarşıya duran düşmən tərəflərin döyüş meydanını xatırladır. Partiyalar, marginal siyasi qruplar və ayrı-ayrı şəxslər düşərgəyə ümumi məqsədlər naminə deyil, müxtəlif konyuktur maraqlara görə üz tutduqlarından onlar arasında çox tez-tez qarşıdurmalar yaranır. Radikalların sözü, demək olar ki, hər məsələdə çəp gəlir. Onlardan biri qatığa ağ deyir, digəri isə qatığın qara rəngdə olduğunu isbatlamağa cəhd edir və beləliklə də, radikal düşərgə sonu görünməyən çəkişmələr bataqlığından çıxa bilmir.
Son vaxtlar radikallar arasında gedən mənafe savaşının, necə deyərlər, mərkəzi fiqurlarından biri qismində qondarma “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyevi təqdim etmək mümkündür. Radikal düşərgənin “qalmaqallar kralı” titulunu qazanan E.Quliyevin adı gah bu, gah da diğər çəkişmələrdə hallanır. Onun özü dilini dinc saxlamayaraq çox tez-tez yan-yörəsindəkilər barədə mətbuata “xoruz səsi eşitməyən” məlumatlar ötürür, kimləri isə qaralayır, kimləri isə yaş yuyub quru sərir.
“Dostları” da E. Quliyevin dediklərinin cavabını çox gözlətmirlər, onu qarşılıqlı ittihamlara “qonaq” edirlər. Bu ittihamların məzmunu isə ən müxtəlif mövzuları əhatə edir. Gəlin, xatırlayaq: “El”dəki sabiq müavini Əflan İbrahimov E. Quliyevi xarici dairələrə işləməkdə, yəni milli maraqlarımıza satqınçılıq mövqeyi tutmaqda suçlamışdı. “Müsavat”ın təmsilçisi Rauf Arifoğlunun E.Quliyevi ittihamlar atəşinə tutması da yaddan çıxmayıb. “El” hərəkatını və Eldəniz Quliyevi Azərbaycan siyasətinin faciəsi adlandıran R.Arifoğlu yazır: “El” hərəkatı kimin olduğu bəlli olmayan qaranlıq bir layihədir. Hərəkatın üzvləri öz aralarında didişirlər, çəkişirlər. Liderləri ilə artıq qopmuş vəziyyətdədirlər. Onlar siyasətə gələn gündən Azərbaycan müxalifətində bir iflic, tənəzzül prosesi başlayıb. Bu gün “Milli şura”nın da, müxalifətin birliyinin də ayağından çəkən “El” hərəkatı, Eldəniz Quliyev və onların bəyanatlarıdır”.
E.Quliyevin ünvanına bu qəbildən olan ittihamlar, həmçinin, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov və digərlərindən də gəlib.
Bu günlərdə isə müxalifət düşərgəsində Eldəniz Quliyevlə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev davası radikalların gündəminin əsas mövzularından birinə çevrilib. Tərəflərin bir-birilərinə ünvanladıqları etikadan kənar ifadələrdən də göründüyü kimi, onların arasında ədavət çox dərinə işləyib və bütün körpülər yanıb.
Xatırladaq ki, Eldəniz Quliyev-Əli Əliyev qovğası sonuncunun qarşı tərəfin rəhbərliyində təmsil olunduğu “El” hərəkatı barəsində dediyi sözlərdən başlayıb: “El” hərəkatını şişirtmək lazım deyil. Orada təkcə, Eldar Namazov var. Həmin şəxs də, siyasi güc mahiyyəti kəsb etmir”.
Əli Əliyevin bu sözlərinin qarşılığında əsəblərini cilovlaya bilməyən Eldəniz Quliyev sinəsini qabağa verərək “El”in müdafiəsinə qalxıb. O, Əli Əliyevin müxalifətçi olmadığını, əksinə, müxalifətə zərbə vurduğunu və ətrafına da küçə uşaqları topladığını dilə gətirib və necə deyərlər, dilinin də bəlasına düşüb.
Belə ki, indiyədək ittihamlarını hər necə də olsa, “ütüləməyə” çalışan VİP sədri “El”in təmsilçisinin bu sözlərindən sonra elə onun öz leksikonu ilə danışmağa və daha sərt ritorikadan istifadə etməyə qərar verib. “Kimdir axı bu Eldəniz Quliyev” deyən Əli Əliyev sualın cavabını da özü verib və diqqəti Eldəniz Quliyevin keşmiş “məşğuliyyətinə”-dilənçilik etməsinə yönəldib. O, Eldəniz Quliyevə səslənərək belə deyib: “Dilənçinin biridir. Həmişə ofisə gəlib, məndən benzin pulu alan adamdır bu. Mən bəzi şeyləri mətbuata deməyi özümə yaraşdırmıram”.
Əli Əliyev, eyni zamanda, “Eldəniz Quliyevin ipinin “El”in rəhbəri Eldar Namazovun əlində olduğunu” deyib. VİP sədri o qənaətdədir ki, “El” hərəkatı ilə bağlı ifadə etdiyi fikirlər reneqatın xoşuna gəlməyib və o, “sağ əl”i Eldəniz Quliyevi öyrədərək ortaya salıb. “Mən Eldar Namazovun adını çəkmişəm, bu da, görünür, Eldar Namazovun xətrinə dəyib, Eldəniz Quliyevə göstəriş verib ki, mənim haqqımda ağzına gələni danışsın. Eldəniz Quliyev də mətbuatda bizə qarşı çıxıb. Bunlar özlərini ortada qoyublar, dövlətçiliyi hərraca çıxarıblar...Onun ağası, sahibi Eldar Namazov niyə “Milli şura”nı atıb getdi?”
Qeyd edək ki, VİP sədri Eldəniz Quliyevə qarşı hücumlarda tək iştirak etmir. Müavini Ramil Hüseynov da bu hücumlarda ona əməlli-başlı yardımçı olur, hətta bəzən daha artıq dərəcədə fəallığı ilə diqqəti cəlb edir. Öz növbəsində “El”in təmsilçisi də sakit dayanmayıb. Belə ki, o, Əli Əliyevin “Eldəniz Quliyev heç kimdir” səslənməsinə “Əli Əliyev heç kimdir” cavabını verib: “Adam da sıfır (0) kimidir,-qarşısına rəqəm yazılan vaxt o, İNSAN olur. Görünür, Əli Əliyev kimilərinin qarşısına heç vaxt, heç bir “rəqəm” yazılmayıb. Yazılmayıbsa, deməli, o, hələ ki, insan deyil, yəni elə öz sıfırlığındaca qalıb, sıfırlığında qalan “adamlara” isə, HEÇ KİM deyirlər”.
Eldəniz Quliyev, həmçinin, “dilənçi söhbəti”nə də aydınlıq gətirməyə çalışıb. Əli Əliyevə yönəlik “o kimdir ki, mən ondan pul alım” deyən Eldəniz Quliyev israrla dilənçi olmadığını isbat etməyə çalışıb. Bu yerdə Eldəniz Quliyevdən soruşmaq istəyirsən: “Soğan yeməmisənsə, bəs için niyə göynəyir?”
Eldəniz Quliyev-Əli Əliyev çəkişmələri radikal düşərgədə cərəyan edən proseslərin yalnız görünən tərəfidir. Əslində isə, antaqonist münasibətlər bütövlükdə radikal düşərgənin mahiyyətini təşkil edir.

 
  • Oxunub:  22320  |  
  • Tarix:  07-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA