Ana səhifə »  Müəlliflər »  “Daş yuxular”da tarix saxtalaşdırılıb, faktlar həqiqətə söykənmir
A+   Yenilə  A-
“Daş yuxular”da tarix saxtalaşdırılıb, faktlar həqiqətə söykənmir
Yazdı: Pərviz Sadayoğlu

Elçin Hüseynbəyli: Əkrəm Əylisli birmənalı olaraq ermənilərin tərəfində durub, azərbaycanlıları aşağılayır
Məlum olduğu kimi, Əkrəm Əylislinin yazdığı “Daş yuxular” romanı Azərbaycan xalqı tərəfindən etirazla qarşılanıb. Romanda xalqımızın təhqir olunması, o cümlədən, müəllifin tarixi saxtalaşdırma cəhdləri onun ermənipərəst mövqeyindən xəbər verir. Artıq Azərbaycan ictimaiyyətinin nümayəndələri, bu romanla bağlı mövqelərini açıqlayıblar. Xəbər verildiyi kimi, bir neçə gün öncə Azərbaycan Yazıçılar Birliyi (AYB) məsələylə bağlı bəyanat verib. Sözügedən bəyanatda bir sıra məqmlara toxunulub və romanın Azərbaycan xalqını aşağılamağı hədəflədiyi açıq şəkildə vurğulanıb. Bəyanatda bu yazı Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə ciddi ziyan vuran, illər boyu diplomatiyamızın, mətbuatımızın, ziyalılarımızın, o cümlədən, yazıçılarımızın beynəlxalq səviyyədə milli maraqlarımıza xidmət edən fəaliyyətlərinə ağır zərbə endirən hadisə kimi dəyərləndirilib. Vurğulanıb ki, son əsərinə görə Ə.Əylisli anti-Azərbaycan ədəbiyyatında Sero Xanzadyanlarla, Silva Kaputikyanlarla, Zori Balayanlarla bir sırada şərəfsiz bir yer qazanıb.
Tanınmış yazıçı, AYB-nin üzvü, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli isə öz növbəsində bildirib ki, Ə.Əylislinin yazdığı “Daş yuxular” romanına bir neçə aspektdən yanaşmaq olar. Onun sözlərinə görə, bu romana tarixi faktların təqdim edilməsi, yazıçı peşəkarlığı, bədii və nəhayət vətəndaş mövqeyi baxımdan yanaşma sərgiləmək mümkündür. Tanınmış yazıçı qeyd edib ki, bu roman sadalanan bütün parametrlər üzrə alınmayıb və olduqca aşağı səviyyədədir: “Ən əsası ortada vətəndaş mövqeyi yoxdur. Yəni, nə əsərin müəllifi, nə də qəhrəmanı bizimlə bir yerdə deyil, o, adamın ruhu ermənilərlə bir yerdədir. Məhz bu səbəbdəndir ki, romanın qəhrəmanı da ruhunu ermənilərin ən yüksək kilsəsində tapşırır, Eçmiədzində xristianlığı qəbul edib, tövbə etmək istəyir”.
“Daş yuxular” romanında tarixin saxtalaşdırıldığını, faktların həqiqətə söykənmədiyini bildirən E.Hüseynbəyli vurğulayıb ki, orada əks olunan məqamların heç biri düz deyil. Onun sözlərinə görə, Ə.Əylisli Azərbaycan xalqını öz Vətəninə “gəlmə” kimi qələmə verməyə çalışır: “Əylisi Azərbaycan modeli kimi götürsək belə alınır ki, azərbaycanlılar bura gəlmədir, ermənilər aborigenlərdir, biz də gəlib onları qətlə yetirmişik. Onların da günahı boynumuzdadır və o lənət bizi dəli edib. Amma hər kəs-o cümlədən, Ə.Əylislinin və ermənilərin özləri də bilirlər ki, hər şey tərsinədir. Ümumiyyətlə, ermənilər bu regionda gəlmədirlər və onların özlərinə “vətən” saydığı torpaqlar, indiki Ermənistan ərazisi belə, tarixi Azərbaycan torpaqlarıdır. Bu mənada Ə.Əylislinin bu cür yalanlara yol verməsi, tarixi saxtalaşdırmaq cəhdləri yolverilməzdir və xalqın qarşısında çox böyük günahdır”.
Romanı bədii cəhətdən də təhlil edən yazıçı-publisist bildirib ki, “Daş yuxular” tələskən yazılıb və süjet dağınıqlığı hökm sürür: “Ümumiyyətlə, yazıçı yazdığı hər bir əsərdə həqiqətlərin fövqündə dayanmalıdır. Əkrəm Əylisli isə birmənalı olaraq ermənilərin tərəfində durub, azərbaycanlıları aşağılayır. Hətta bizə köməyə gələn türk ordusunu da pis təqdim edib. Motiv yoxdur ki, Ədif bəy niyə Əylisdə erməniləri öldürüb? Axı, bu yalan həqiqətdirsə belə, bunun hansı səbəbdən baş verməsi açıqlanmır. Bəlkə Ədif bəyin ailəsini Anadoluda ermənilər öldürüblər? Əslində, buna roman demək düzgün deyil”.
E.Hüseynbəyli bildirib ki, heç bir erməni yazıçısı Xocalıda, o cümlədən, Qarabağ döyüşlərində ermənilərin azərbaycanlıların başına gətirdikləri zülmləri, işgəncələri qələmə almaz. Onun sözlərinə görə, 1988-ci ildə azərbaycanlılar ermənilər tərəfindən öz dədə-baba yurdlarından qovulan zaman üzləşdikləri məhrumiyyətlər, işgəncələr, təhqirlər indiyə qədər hansısa bir erməni yazıçısı tərəfindən nəinki qələmə alınmayıb, heç bir cümlə ilə də vurğulanmayıb. E.Hüseynbəyli vurğulayıb ki, Ə.Əylisli belə bir roman yazmamalıydı: “Əkrəm Əylisli artıq öz romanı ilə Azərbaycan xalqını və türkləri dünyaya vəhşi, barbar xalq kimi təqdim edir. İdeoloji müharibə getdiyi vaxtda içimizdən bir nəfər girəvə axtaran ermənilərin əlinə dəstəvuz verir, sabah bunu çap edə, diplomatlara göndərə bilərlər. Əkrəm Əylislinin bu hərəkəti doğru deyil. Bəziləri, o cümlədən, Ə.Əylislinin özü də belə fikirlər irəli sürürlər ki, guya “biz etiraf edək ki, onlar da etiraf etsinlər”, bu çox yanlış bir fikirdir. Biz nəyi etiraf edirik? Yazıçı həqiqəti deməlidir. Əkrəm həqiqəti deməyib. Həqiqət budur ki, ermənilər məkrlidirlər, türkü Yer üzündən silmək istəyirlər”.

 
  • Oxunub:  24300  |  
  • Tarix:  07-02-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA