Ana səhifə »  Müəlliflər »  Eldar Namazovdan “ana müxalifət” düzəltmək alınmır ki, alınmır...
A+   Yenilə  A-
Eldar Namazovdan “ana müxalifət” düzəltmək alınmır ki, alınmır...
Yazdı: Pərviz Sadayoğlu

Ötən ilin oktyabrında keçirilən prezident seçkilərində fiaskoya uğrayaraq ağır məğlubiyyət alan radikal müxalifət düşərgəsi darmadağın olmuş vəziyyətdədir. Ümumiyyətlə, radikal müxalifət hər zaman ölkədə keçirilən seçkilərdən sonra öz səhvlərini araşdırmaq, nəticə çıxarmaq yerinə, məntiqsiz bəyanatlarla, düşərgədaxili mübarizə və günahkar axtarışı ilə yadda qalmağa çalışır. Bu dəfə də analoji prosesi müşahidə etdik. Öz zəifliklərini, gücsüzlüklərini, ən əsası isə xalq arasında heç bir hörmətə layiq olmadıqlarını ört-basdır etmək üçün bəzi süni “səhnəciklər” quran müxalifət düşərgəsi hamının bildiyi, özlərinin isə hamıdan yaxşı bildikləri reallığı dilə gətirməkdən çəkindilər.
Xüsusi vurğulamaq lazımdır ki, hər zaman milli maraqlara, milli mənafeyə zidd mövqe tutan, bunun əksinə ermənipərəst dairələrin maliyyə təminatı əsasında Azərbaycanın beynəlxalq imicinə qara yaxmağa çalışan radikal düşərgə təmsilçiləri 2013-cü ildə baş tutmuş prezident seçkiləri öncəsi də öz “adətlərinə” xilaf çıxmadılar. Seçkiöncəsi radikal müxalifətin “Milli şura” adı verdiyi satqınlar klubunun fəaliyyətinə nəzər saldıqda onların hansı acınacaqlı vəziyyətdə olduqları aşkar şəkildə ortaya çıxır. İllərdir ki, özünü “siyasətçi” elan edən AXCP sədri Əli Kərimlinin və ya Müsavat Partiyasının rəhbəri İsa Qəmbərin maliyyə qarşılığında düşərgə namizədi kimi siyasətdən anlayışı olmayan, fırıldaqçı İbrahimbəyovu “qəbul etmələri”nin özü radikal kəsimin halını ortaya çıxaran ən bariz faktlardan birinə çevrildi.
Hələ İP-in tərkibində olduqları dövrdə vahid namizəd savaşına çıxan radikal düşərgə “Milli şura”da zorən birliyə cəlb edilməklə qısamüddətli atəşkəs elan etmişdi. Amma “Milli şura”nın seçkilərdəki fiaskonun ardından həm də siyasi fiasko yaşaması radikal müxalifət düşərgəsindəki çəkişmələri yenidən üzə çıxardı. Bu isə düşərgə daxilində yeni mübarizəyə start verməklə yanaşı, ənənəvi radikal müxalifət partiyaları olan AXCP ilə Müsavat Partiyasının xarici ermənipərəst dairələrin yanındakı “etibarını zədələdi”.
Ə.Kərimli ilə İ.Qəmbərin “sıradan çıxması” ilə radikal düşərgədə “ana müxalifət” adına yeni iddiaçı peyda oldu. “Milli şura” daxilində özünü “koordinator” kimi qələmə verən reneqat Eldar Namazov bu dəfə fərqli bir ünvandan dəstək axtardı. Belə ki, bir müddət öncə “El” hərəkatı layihəsini “partiyaya” çevirmək istəyi və bunun üçün ABŞ səfirindən “izin” alması reneqat Eldar Namazovun yeni “planlar” qurduğunu ortaya çıxardı. Hər zaman ermənipərəst mövqedə olan, Azərbaycanın milli maraqlarına qarşı mövqe tutmağı özü üçün siyasi prioritet elan edən reneqat Namazovun siyasi palitrada radikal düşərgənin “ana müxalifəti” olması arzusu artıq gizli bir hal sayılmır.
Təbii ki, bir sıra Qərbpərəst, anti-azərbaycançı dairələr də keçmiş ənənəvi partiyaların sıradan çıxması ilə yeni bir “partiya” yaratmaq arzusundadırlar. “El” hərəkatını partiyaya çevirmək üçün reneqat Namazova verilən dəstək də buna əsaslanırdı. Amma görünən budur ki, artıq reneqat Namazovun da heç bir uğura nail ola bilməyəcəyini həmin dairələr də proqnozlaşdırırlar. Çünki hansısa bir elektorata, tərəfdara malik olmayan, ətrafında özü ilə Eldəniz Quliyevdən başqa kimsəni birləşdirməyən reneqat Namazov indidən bütün xəyalları puça çıxarıb. Hətta bir sıra xarici antimilli dairələr reneqatı şişirtməyə çalışsalar da onu “ana müxalifət” “halına” gətirə bilmirlər. Çünki...
Çünki reneqat Namazov yararsız və keyfiyyətsizdir. Hər zaman siyasi dönüklük nümunəsi kimi xarakterizə edilən reneqat Namazova nə inam, nə də etibar yoxdur. Dünənə qədər Rusiyadakı antimillli qüvvələrin xidmətində dayanan, bu gün ABŞ səfirinin təlimatları ilə oturub-duran reneqat Namazovun sabah hansı “əqidəyə” qulluq göstərəcəyini proqnozlaşdırmaq çətindir. Bu şəxsi Azərbaycan cəmiyyəti birmənalı şəkildə xəyanətkar kimi tanıyır və bu səbəbdən də onun hansısa bir uğur qazanması və ya ətrafına 3-5 nəfər adam toplaması mümkün deyil.
Yeri gəlmişkən, reneqat Namazovun keçirdiyi görüşə münasibət bildirən YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da öz açıqlamasında bu məsələyə toxunaraq deyib ki, bu kimi hallar ancaq Eldar Namazovun siyasi cəhətdən şişirdilməsi ilə bağlıdır: “Bununla Eldar Namazov cəmiyyətə bir mesaj verib ətrafında hər hansı bir siyasi partiyanı formalaşdırmaq istəyir. Ümumilikdə, bəzi ölkələrin səfirləri, nümayəndələri ənənəvi müxalifətə gizlin olaraq maddi dəstək verirlər”.
Siyavuş Novruzov daha öncələr də xarici səfirliklərin radikal müxalifət təmsilçiləri ilə görüş keçirdiklərini bildirib və qeyd edib ki, müxalifət liderləri heç vaxt onların maraqlarını təmin edə bilməyiblər. Məhz bu baxımdan, səfirlər yeni axtarışlar etməyə məcbur olurlar: “Onların heç bir perspektivi olmadığını gördükdən sonra yeni axtarışdadırlar. Yeni axtarışların nəticəsi də odur ki, bəzi xarici dairələr Eldar Namazovun ətrafında hansısa siyasi qüvvəni formalaşdırmaq istəyirlər. Amma nə qədər püləsələr də, Eldar Namazov şişmir. Uzağı partlaya bilər”.

 
  • Oxunub:  18780  |  
  • Tarix:  07-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
20:20
19 Noyabr
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
17:54
19 Noyabr
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “XXI əsr: Modern cəmiyyət-insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib
17:52
19 Noyabr
Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur
17:49
19 Noyabr
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
17:39
19 Noyabr
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
17:34
19 Noyabr
Ekspert: Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
17:31
19 Noyabr
Nazir: TANAP Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir
17:26
19 Noyabr
İtaliyalı diplomata azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib
17:25
19 Noyabr
İran XİN: Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir
17:14
19 Noyabr
Filologiya problemləri üzrə elmi şuranın növbəti iclasında 27 dissertasiya mövzusu təsdiqlənib
17:04
19 Noyabr
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
16:59
19 Noyabr
İlham Məmmədov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib
16:46
19 Noyabr
İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib
16:44
19 Noyabr
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
16:22
19 Noyabr
Ülvi Quliyev: Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər
16:17
19 Noyabr
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
16:07
19 Noyabr
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15:56
19 Noyabr
Ekspert: 2019-cu ilin dövlət büdcəsi növbəti ilin iqtisadiyyatında artım tempinə uyğunlaşdırılmış maliyyə sənədi kimi xarakterizə olunmalıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA