Ana səhifə »  Müəlliflər »  “El” və VİP qovğası səngimir
A+   Yenilə  A-
“El” və VİP qovğası səngimir
Yazdı: Mübariz Abdullayev

Yaxud Əli Əliyevlə Eldəniz Quliyev münasibətlərinə məhkəmədə aydınlıq gətirməyə qərar veriblər
Belə görünür ki, “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyevlə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və onun müavini Ramil Hüseynov arasında bir neçə gün bundan əvvəl başlanan davanın xəmiri hələ çox su aparacaq. Belə ki, indiyədək “silahlarını” müxtəlif mətbuat orqanlarında, sosial şəbəklərdə “işə salan” tərəflər bundan sonra münasibətlərinə məhkəmə qaydasında aydınlıq gətirməyə qərar veriblər.
Xatırladaq ki, radikal düşərgə təmsilçilərinin üz-üzə gəlmələri, necə deyərlər, sıradan bir hadisədir. Təmsilçilərin konyuktur maraqları üst-üstə düşmədiyinə, həmçinin, onlar müxtəlif antimilli mərkəzlərdən idarə olunduqlarına görə, radikal düşərgə bir növ hər an partlaya biləcək barıt çəlləyinə bənzəyir və burada çox tez-tez “münaqişə ocaqları” yaranır. Bu cəhətdən VİP və “El” hərəkatının təmsilçilərinin münasibətləri də istisna deyil. Onlar mütəmadi qaydada bir-birilərinin bostanına daş atırlar.
VİP-in sədri Əli Əliyevlə “El”in ali məclis sədri Eldəniz Quliyev arasında növbəti qalmaqalın motivi isə yenə də radikal düşərgədə hərənin “közü öz qabağına çəkmək” siyasəti yürütməsi ilə bağlıdır. Məlumdur ki, “El” hərəkatının rəhbəri reneqat Eldar Namazov bütövlükdə radikal düşərgənin favoritinə çevrilmək niyyətindədir. O buna nail olmaq üçün öz reneqat xarakterinə uyğun olaraq ən müxtəlif çabalamalarda bulunur-radikal düşərgədəki partiyaların təmsilçilərını pul və digər şirnikləndirici vasitələrlə öz tərəfinə çəkmək fəndlərinə əl atır, xaricdəki anti-azərbaycançı dairələrin inamını və maliyyəsini qazanmaq üçün özünü digər radikallardan daha çox ölkənin milli maraqlarına xələl gətirməyə hazır olan birisi kimi göstərməyə çalışır və s. Reneqat Namazov ermənipərəst Rüstəm İbrahimbəyovun qondarma “Milli şura” ssenarisinin “baş qəhrəmanı” rolunda radikal düşərgənin öndəgedəninə çevrilmək cəhdlərinin fiaskoya uğramasının ardından bu yöndəki “fəaliyyətinin” cinahını dəyişib. O, ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla görüşdən sonra onu oyundankənar vəziyyətdə qoyan “Milli şura” ilə yollarını ayıraraq vaxtını rəhbərlik etdiyi adı var, özü yox “El” hərəkatını partiyaya çevirməyə həsr edəcəyini bildirib və bu yöndə “əməli” fəaliyyətə keçib. Reneqatın layiq olmadığı “ana müxalifət” sevdası isə düşərgə təmsilçiləri tərəfindən, necə deyərlər, top-tüfənglə qarşılanıb. Onlar yaxşı başa düşürlər ki, indi reneqata öz yerini göstərməsələr, sonra gec olacaq.
Reneqat Eldar Namazovun “El”dən partiya yaratmaq cəhdlərinə ilk mənfi “rəy”lərdən biri VİP sədri Əli Əliyevdən gəlib: “El” hərəkatını şişirtmək lazım deyil. Orada təkcə, Eldar Namazov var. Həmin şəxs də, siyasi güc mahiyyəti kəsb etmir”.
Belə çıxır ki, Əli Əliyev bu açıqlaması ilə hədəfi sərrast “nişan” alıb və “El”çilərin “yaralı yerləri”nə toxunub. Belə olmasaydı, Əli Əliyevin açıqlaması “El”in düşərgəsində bu dərəcədə kin-küdurət ovqatı yaratmazdı. Xatırladaq ki, qondarma qurumun ali məclis sədri Eldəniz Quliyev son bir neçə gündə VİP sədrinə qarşı, sözün əsl mənasında, qəzəb püskürür, onu etikadankənar sözlərə “qonaq” edir. “El” təmsilçisi Əli Əliyevi “müxalifətə zərbə vurmaqda” ittiham edib və onun “ətrafına küçə uşaqları yığdığını” deyib. “Cavablarından” birində isə Eldəniz Quliyev Əli Əliyevi sıfırla müqayisə edərək belə deyib: “Adam da sıfır (0) kimidir-qarşısına rəqəm yazılan vaxt o, İNSAN olur. Görünür, Əli Əliyev kimilərinin qarşısına heç vaxt, heç bir “rəqəm” yazılmayıb. Yazılmayıbsa, deməli, o, hələ ki, insan deyil, yəni elə öz sıfırlığındaca qalıb”.
Təbii ki, Eldəniz Quliyevin “cavablarında” həddini aşması VİP təmsilçilərini də daha sərt ritorikaya keçməyə sövq edib. Əli Əliyev Eldəniz Quliyevin Eldar Namazovun sözü ilə oturub-durduğunu diqqətə çatdırıb. O, həmçinin, “El” təmsilçisinin keçmiş sirlərini faş edib, onun bir vaxtlar dilənçilik etdiyini, “ofisə gəlib ondan benzin pulu aldığını”deyib. Əli Əliyevin müavini Ramil Hüseynov isə Eldəniz Quliyevə yönəlik daha sərt ifadələr işlədib. Onların içindən ən “yumşağını” seçib təqdim edirik: “Pirverdinin xoruzu” (Eldəniz Quliyev nəzərdə tutulur-M.A.) yenə banlamağa başlayıb. Bu adam utanıb-qızarmadan deyir ki, guya ona qarşı kampaniya aparılır. Əslində isə, özü ilk olaraq buynuzunu bizim çomağımıza sürtməyə başlayıb-sən haranın nəyisən ki, bizim nəzər-diqqətimizdə olasan”.
VİP təmsilçilərinin Eldəniz Quliyevə qəzəbi bununla da soyumayıb. Belə ki. partiyanın sədri Əli Əliyev Eldəniz Quliyevin təhqir dolu “cavablarının” hüquqi məsuliyyət yaratığı qənaətini dilə gətirib: “Məsələnin Cinayət Məcəlləsi ilə tövsif olunmasını istəyirik. Hələlik görünən tərəf Eldəniz Quliyev olduğuna görə, iddia ona qarşı qaldırılacaq”.
Əli Əliyev həmçinin, məhkəmədə “El” təmsilçilərinin “siyasi məkrlərinin üstünün açılacağına əmin olduğunu” dilə gətirib.
“El”ın təmsilçisi də VİP sədrinin məhkəmə iddialarını özünəməxsus şəkildə dəyərləndirib. O, “heç bir xoxdan, hədədən qorxmadığını” dilə gətirib.
Məhkəmədə tərəflərdən hansı birinin qalib gələcəyini bəri başdan söyləmək çətindir. Ancaq onu demək mümkündür ki, radikal müxalifətin əsl siması bu qovğada aydın görünür. Bu cür qovğalardan sonra cəmiyyətin bir-biriləri ilə yola getməyən düşərgə təmsilçilərinə inamsızlıq nümayiş etdirməsi tam başadüşüləndir.

 
  • Oxunub:  24330  |  
  • Tarix:  11-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13