Ana səhifə »  Müəlliflər »  “Milli şura”nın fəaliyyətsiz, qondarma bir qurum olmasının növbəti etirafı
A+   Yenilə  A-
“Milli şura”nın fəaliyyətsiz, qondarma bir qurum olmasının növbəti etirafı
Yazdı: Pərviz Sadayoğlu

Satqınlar klubunun üzvü Hacıbaba Əzimov da “şura-şura” oyununun fiaskoya uğradığını təsdiqləyir
Radikal müxalifət düşərgəsinin ötən il keçirilən prezident seçkiləri öncəsi başlatdığı “Milli şura” oyunu artıq sona yetib. Bu da təbiidir! Çünki Rüstəm İbrahimbəyovun erməni lobbisinin sifarişləri əsasında hazırlayıb irəli sürdüyü layihə əsasında yaradılan və anti-azərbaycançı dairələrin təsiri altında olduğu kimsədə şübhə doğurmayan “Milli şura” birmənalı olaraq Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir. Başqa-başqa istiqamətə köklənmiş radikal siyasətbazların zorla bir çardaq altına yığılmasına bənzəyən bu qondarma qurumun kökündə dayanan marağın, antimilli olması elə ilk gündən bəlli idi. Satqınlar klubu kimi tanınan “Milli şura”ya daxil olan radikal müxalifət qruplaşmalarının başçılarının isə bu antimilli layihədəki əsas marağı maliyyə durumlarını yüksəltmək idi.
2014-cü ilin ilk günlərində Müsavat Partiyası bəyanat verərək başıbəlalı “şura”dan ayrıldı. Ardınca isə “El” hərəkatı bu qondarma qurumu tərk etdi. Ard-arda verilən bu istefalar sözügedən satqınlar klubunu boş vedrəyə oxşadır. Hazırda AXCP-dən ibarət “şura”ya çevrilən bu qondarma qurumun “fəaliyyəti” sıfır dərəcəsində qiymətləndirilir. Hətta bu qondarma qurumun üzvləri olan şəxslər belə “Milli şura”nın heç bir işə yaramadığına əminliklərini ifadə edirlər.
Məsələn, qondarma qurumun üzvü Hacıbaba Əzimov mətbuata açıqlamasında “Milli şura”nın tərkibində elə adamlar var ki, fəaliyyətinə dair bir fakt belə görmürəm” deyib. Onun sözlərinə görə, qurum yarananda hamı buraya qəbul edildi: “Bəziləri getdi, onlara uğurlar arzuladıq. Fərdi qaydada da “Milli şura”ya gələnlər oldu. Həmin şəxslərə hörmətim olsa da, onların çıxış etdiyinin və təklif verdiyinin şahidi olmamışam. Fəaliyyətlərinə dair fakt görmürəm. Bu saat da o cür insanlar qalıb”.
H.Əzimov məlum açıqlamasında “El” hərəkatının sədri Eldar Namazovun istefasına da toxunub: “Əslində, o, istefasından xeyli əvvəl “Milli şura”nın bir neçə sessiyasına qatılmadı. Rəsmi olaraq getməmişdi, adı qalırdı. Sonra da istefa verdiyini bəyan etdi. “El” hərəkatının işini gücləndirmək istəyir, heç kəsi zorla tutub saxlamırıq. Bu istefaların qurumun ümumi işinə elə bir ciddi zərəri dəyməyib”.
Yeri gəlmişkən, “Milli şura”nın aqibətinin bu cür olacağı prosesin gedişində də özünü göstərirdi. Əslində, bu günə qədər radikal kəsimin keçdiyi yola nəzər saldıqda hər şeyi açıq şəkildə görmək mümkündür. 1993-cü ildə indiki radikal müxalifətin Azərbaycan dövlətçiliyini uçurumun kənarına gətirib çıxararaq aradan qaçdığı gündən bu yana yaratdığı “birlikləri” göz önünə gətirdikdə hər şey bəlli olur. Yəni “Milli şura” adlanan xarici maraqların ortaya çıxardığı layihə özündən əvvəlki layihələrdən addan başqa heç nə ilə fərqlənə bilmədi.
Ümumilikdə, düşərgənin bəlli bir kəsimdən-qohum-əqrəba toplusundan ibarət olduğunu nəzərə alsaq, radikalların yeni bir “birlik” yaratmaq perspektivinin də olmadığını görürük. Effektiv olmayan, sadəcə görüntü xatirinə yaranan bu “birliklər” nəticə etibarı ilə yalnız kiçik bir zaman ərzində həmin manipulyasiyanı həyata keçirən, yəni, öz şəxsi marağı xatirinə bu birliyi yaradan partiyaya şəxsi mənfəət, gəlir gətirmiş olur. Necə ki, “Milli şura” Rüstəm İbrahimbəyovun, Əli Kərimlinin və digərlərinin başına toplaşmış xalqını, dövlətini bir göz qırpımında satmağa hazır olanların “cibişdanlarını” doldurmağa xidmət edirdi.
Digər tərəfdən, “Milli şura” həm də o səbəbdən dağılmağa məhkum idi ki, oraya toplaşan partiyalar və ya şəxslər bir-birilərinə sözün əsl mənasında patoloji nifrət bəsləyirdilər. Ötən ilin son ayına qədər bu düşmənçilik birtəhər ört-basdır edilsə də, son nəticədə həmin şəxslər arasındakı əsl münasibət ortaya çıxdı və onlar yenə də fərqli səngərlərdə yer aldılar.
Bir sözlə, üzü SİDSUH-dan, ta “İbrahimbəyovun satqın şura”sına qədər radikal müxalifətin bütün “birlikləri” yalnız və yalnız sözdə birliklər olublar. Onların zaman-zaman cild dəyişikliyinə uğraması, kitabın yalnız üzünün dəyişilməsinə bənzəyir. 20 ildən artıqdır ki, təfəkkürü, dünyaya baxışı dəyişməyən, hakimiyyət hərisliyinə qul olan radikal müxalifət düşərgəsi növbəti dəfə “çiyninə” xarici dairələrin “kürkünü” salmağa çalışsa da, alınmadı. Çünki düşmənin yükünü çiyninə alanların sonu elə “Milli şura”dakılar kimi olur...

 
  • Oxunub:  23160  |  
  • Tarix:  12-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA