Ana səhifə »  Müəlliflər »  Xədicə İsmayılovanın “məxfi sıyahısı”nın arxasında Əli Kərimovun qulaqları görünür
A+   Yenilə  A-
Xədicə İsmayılovanın “məxfi sıyahısı”nın arxasında Əli Kərimovun qulaqları görünür
Yazdı: Pərviz Sadayoğlu

AXCP sədri düşərgədaşlarını sıradan çıxararaq anti-azərbaycançı dairələrinin “vahid-bankiri” olmağı planlaşdırır
Son günlər “Milli şura” daxilində, o cümlədən, radikal müxalifətin digər kəsimləri arasında “xəyanət və xəyanətkar” motivləri üzərində qurulan qarşılıqlı ittihamlara daha biri əlavə olunub. Hər zaman fərqli qalmaqallarla gündəmə gəlməyə çalışan, o cümlədən, AXCP-yə yaxınlığı ilə seçilən Xədicə İsmayılova növbəti dəfə “diqqət mərkəzinə” düşüb. Belə ki, “Virtualaz.org” saytında yayılan “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...” adlı yazıda əks olunan bir sıra məqamlar ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.
Məqalədə göstərilir ki, ötən ay ABŞ Senatı aparatının, o cümlədən, Senatın Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiç Bakıya səfər ediblər. Qeyd edilir ki, C.Zadrozni və D.Vajdiç rəsmən Senatın əməkdaşlarıdır, amma Rusiya qaynaqlarının iddiasına görə, onların ikisinin də ABŞ kəşfiyyat orqanlarına, daha doğrusu, qeyri-leqal kəşfiyyata birbaşa bağlılığı var: “Axı xüsusi çətir və himayə altında işləyən kəşfiyyatçılar da olur. Onların Bakıya səfərinin bircə və çox açıq-aydın məqsədi vardı - kəşfiyyat məlumatları toplamaq”.
Həmin adıçəkilən şəxslərdən D.Vajdiç həmkarından fərqli olaraq postsovet məkanında daha çox tanınır. O, özünü ilk dəfə hələ Moskvada göstərmişdi. D.Vajdiç Karnegi Fondunun Moskvadakı mərkəzinin əməkdaşı olub. Məqalədə bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinə yaxın Moskva mətbuatı yazırdı ki, D.Vajdiç ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlı adamdır, hətta Amerika rezidentinin köməkçisi vəzifəsini yerinə yetirir: “D.Vajdiç Rusiya (postsovet məkanı) və İran, bu ölkələrin əsasən də, təhlükəsizlik problemləri üzrə ixtisaslaşmış agent kimi məşhur idi. Baxışlarına görə “qırğı”lardan sayılan bu adam kifayət qədər əhəmiyyətli fiqurdur”.
Vurğulanır ki, “D.Vajdiç Azərbaycandakı vəziyyətə də sərt yanaşmanın tərəfdarıdır. Özü də o, Azərbaycandakı vəziyyəti, buradakı qüvvələr nisbətini onun-bunun ağzından eşitməyib. D.Vajdiç Bakıya ilk dəfə hələ 2010-cu ilin iyul ayında gəlib. Yeri gəlmişkən, D.Vajdiç Azərbaycana ilk səfəri zamanı burada ABŞ politoloqu və “American Enterprise” institutunun əməkdaşı kimi təqdim olunmuşdu”.
Bundan başqa adıçəkilən yazıda göstərilir ki, D.Vajdiçlə bərabər Bakıya gələn Con Zadrozni də “dərin himayə” altındakı kəşfiyyatçı kimi tanınır. C.Zadrozni Nyu-York merinin ofisində siyasi təhlilçi, ABŞ Dövlət Departamentində, ABŞ Ədliyyə Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdarəsində, Konqresin müxtəlif komitələrində, Ağ Evdə işləyib... 2013-cü ilin martında isə D.Vajdiç kimi o da Senatın Xarici Əlaqələr Komitəsinə tədqiqatçı kimi işə cəlb olunub: “C.Zadrozni D.Vajdiçdən fərqli olaraq daha qapalı adamdır və üzdə olmağı xoşlamayan fiqurdur. Bu da onun fəaliyyətinin xüsusi xarakteri ilə bağlıdır. O, Ağ Evdə işləyəndə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Ağ Evin əks-kəşfiyyat xidməti rəisinin müavini vəzifəsini tutub”.
Xədicə İsmayılova ABŞ kəşfiyyatı ilə eyni masa arxasında-Yanvarda “novruzgulu”?
Ən maraqlısı isə məhz bu səfərin reallaşmasından sonra baş verib. Belə ki, Bakıya xüsusi missiya və tədqiqatları üçün “təşrif buyuran” bu şəxslər ABŞ səfirliyində silsilə qapalı görüşlər keçiriblər, amma Azərbaycn hakimiyyətinin rəsmi şəxslərinin bircəciyi ilə də görüşməyiblər.
Lakin yüksək bəzək-düzəkli dekorativ fon verilmiş “görüşlərdən” biri paytaxtın “Art Garden” restoranında baş tutub. Yerli “fəallarla” keçirilən bu görüşdən əldə olunan “informasiyalar” birmənalı şəkildə Azərbaycanın əleyhinə olaraq hansısa hesabatlarda yer alacaqdı.
Məqalədə bildirilir ki, həmin görüşdə hər zaman anti-azərbaycançı qüvvələrin ən əsas “xidmətçiləri” Xədicə İsmayılova, Emin Hüseynov və Rəşid Hacılı da iştirak ediblər. Xədicə İsmayılova əlinə düşən “fürsəti” dəyərləndirərək min bir yalanlar danışıb və Azərbaycanın imicinə ləkə vurmaq üçün əlindən gələni edib. Hətta ölkəmizdəki siyasi sabitliyə zərər gətirilməsini, Azərbaycanda qan tökülməsini, xarici qüvvələrin inqilab hazırlamasını arzuladığını deyən X.İsmayılova bütün söhbət boyu onlara ayrılan maliyyənin azlığından şikayətlənib...
Yazıda qeyd edilir ki, “C.Zadrozni X.İsmayılovaya birbaşa belə bir sual verir: “Müxalifətdən kim hakimiyyətlə bağlıdır?” Görünür, amerikalı kəşfiyyatçı-tədqiqatçılar özlərində olan informasiyanı bu jurnalistin onlara ötürəcəyi agentura məlumatları ilə tutuşdurmaq, daha sonra da bunun üzərində dərindən düşünmək, təhlillər aparmaq bu yeni məlumatlar əsasında təzə əməkdaşlıq xətti işləyib hazırlamaq istəyirdilər. Yəni amerikalı tədqiqatçıları müxalifət düşərgəsindəki “beşinci kolon”un siyahısı maraqlandırırdı. X.İsmayılova isə bu suala cavabında deyir ki, o, bütün məlumatları hazırda amerikalı qonaqların sərəncamında olan hesabatda geniş şəkildə yazıb”.
Həmin “hesabat”da isə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun, Müsavat Partiyasının sədri İsa Qəmbərin, həmin partiyanın funksioneri Arif Hacılının, jurnalist Eynulla Fətullayevin, AXCP-nin sədr müavini Həsən Kərimovun, “El” hərəkatının rəhbəri Eldar Namazovun, o cümlədən, Erkin Qədirlinin, jurnalist Babək Bəkirin, Mehman Əliyevin, Əbülfəz Elçibəyin ailəsinin, KXCP sədri Mirmahmud Fəttayevin, ADP sədri Sərdar Cəlaloğlunun, Leyla Yunus istisna olmaqla bütün tanınmış QHT rəhbərlərinin, REAL hərəkatının bir neçə üzvünün və başqalarının adı əks olunub...
“Casus Xədicə”nin arxasında gizlənmiş Əli Kərimli silueti...
Təbii ki, kənardan bu siyahıya baxdıqda ortada maraqlı bir mənzərənin yer aldığını görmək mümkündür. Ən əsası AXCP-yə yaxınlığı ilə seçilən və zaman-zaman bu partiyanın hazırkı sədrinin xüsusi sifarişlərini yerinə yetirən X.İsmayılovanın adını çəkdiyi şəxslərin mütləq əksəriyyəti radikal düşərgədə ən ön sıraya çıxmaq istəyən, illərdir ki, bu uğurda çarpışan, amma buna nail ola bilməyən Əli Kərimlinin “əl-ayağına dolaşan”, ona mane olan şəxslərdir. Bu fakt artıq tam dəqiqdir ki, radikal düşərgənin maliyyə qaynaqları məhz sərhədlərimizdən kənarda yerləşən anti-azərbaycançı mərkəzlərdir. Və həmin mərkəzlər də bu cür “hesabat”lar əsasında verəcəyi pulun ünvanını dəqiqləşdirir. Bu mərkəzin “casusu” rolunu oynayan X.İsmayılova isə bu addımı ilə öz dəstə rəhbəri Ə.Kərimliyə “yol açmağa” çalışır.
Koordinatlar eynidir - Cəmil Həsənovun ABŞ səfərindəki “Karnegi Fondu” görüşlərinin mahiyyəti açılır...
Maraqlıdır ki, yuxarıda adıçəkilən amerikalı qonaqların bu və ya digər formada bağlı olduqları Karnegi Fondu bizə “tanışdır”. Bir müddət öncə, daha doğrusu, prezident seçkilərindən sonra “Milli şura”nın dublyor namizədi Cəmil Həsənov da ABŞ-a səfər edərkən bu fondun əməkdaşları ilə görüşündən ağızdolusu danışmışdı. Necə deyərlər, yenə də eyni koordinatlar gözə dəyməkdədir. Məhz, C.Həsənovun bu səfərindən sonra “Milli şura” adlanan qondarma qurumda AXCP hegemoniyasına şərait yaradılmışdı ki, X.İsmayılovanın bu fonda bağlı şəxslərə təqdim etdiyi siyahı da Ə.Kərimlinin “ən əsas müxalifətçi” obrazını yartmağa xidmət edir. Yəni, bu siyahıda “təmsil olunan” radikal düşərgə təmsilçilərinə “zərbənin” hansı ünvandan atıldığı çılpaqlığı ilə ortadadır. X.İsmayılovanın “şefi” Ə.Kərimli artıq radikal düşərgənin “mütləq bankiri” olmağı hədəfləyir...
Adı “Xədicənin siyahısında” çəkilən radikal düşərgə təmsilçiləri AXCP sədri Əli Kərimlinin çirkin planlarını ifşa etdilər
Qeyd edək ki, X.İsmayılovanın ABŞ-dan gələn “qonaqlara” təqdim etdiyi siyahıda adları çəkilən şəxslər də məsələyə münasibət bildiriblər. Məsələn, X.İsmayılovanın “satqın” adlandırdığı Arif Hacılı bildirib ki, ona qarşı səslənən fikirlər tamamilə yalandır: “Xədicə İsmayılova bu tip yalan informasiyaları əgər xarici kəşfiyyata veribsə, bu onun şəxsi keyfiyyətini və əsl mahiyyətini ortaya çıxarır. Mənə gələndə isə, şəxsimlə bağlı səslənən fikirlər tamamilə yalandır”.
X.İsmayılovanın “siyahısında” yer alan hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, “Mən biq hüquq müdafiəçisiyəm və işim dövlət qurumları ilə işləməyi zəruri edir. Burada nə qəbahət var ki?”.
Başqa bir hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə isə X.İsmayılovanın xarici kəşfiyyat əməkdaşlarına ötürdüyü siyahı ilə bağlı belə cavab verib: “8 ilə yaxındır ki, Xədicə İsmayılova ilə əlaqəm yoxdur və onunla salamımı kəsmişəm. O “Azadlıq” radiosunda işləyərkən dəvət etdiyi qonaqlara qarşı hörmətsizlik edirdi. Dəvət etdiyi qonağın sözünü yarımçıq kəsib, ona hörmətsizlik edir, yalançı sms-lər təşkil edib qonağı pis vəziyyətdə qoyurdu və mən də onun bu hərəkətlərinə öz etirazımı bildirdim. Yəqin ki, onun da bundan sonra mənə olan münasibəti dəyişib. Bir də ki, onun kiminlə münasibəti yoxdursa, ona düşmən kimi yanaşır”.
Hakimiyyətlə işbirliyinə gəldikdə isə hüquq müdafiəçisi bildirib ki, X.İsmayılovanın faktı düzgün deyil: “Çünki hüquq müdafiəçiləri ilə hakimiyyət arasında əlaqələndirici nə Səməd Seyidovdur, nə də Ədliyyə Nazirliyi, bu əlaqələndirici elə mən özüməm. Heç olmazsa o bunu yaxşı bilməli idi”.
ADP sədri Sərdar Cəlaloğlu isə deyib ki, Xədicə İsmayılova AXCP-dən başqa bütün siyasi partiyalara qarşı qərəzli mövqe tutub: “Bu, onun “Azadlıq radiosu”nda apardığı debatlarda da açıq şəkildə görünür. Bu adam jurnalistdir, onun bu qədər siyasiləşməsi çox gülüncdür. O, bütün partiyaları qaralamaqla, özünün mənsub olduğu partiyanı yüksəltmək istəyir”.
Göründüyü kimi, radikal düşərgədə təmsil olunan şəxslər də X.İsmaylovanın bu “casusluğunun” arxasında AXCP sədri Əli Kərimlinin siluetinin boylandığına əmindirlər. Ə.Kərimlinin vaxtilə öz sədri Əbülfəz Elçibəyə qarşı apardığı mübarizədə istifadə etdiyi X.İsmayılovanın yenidən eyni qiyafədə peyda olmasının isə bircə səbəbi var-satmağı bacarır...
Xədicə İsmayılova isə yenə də öz ampluasına sadiq qalaraq bu məsələni ictimailəşdirən jurnalist Eynulla Fətullayevi təhqir edib. O özünə məxsus şəkildə reaksiya verərək belə deyib: “O yazını yazan da debildir, yayan da debildir, məndən ciddi-ciddi açıqlama tələb edən də. Mən də bunlara ciddi cavab verib debillərin sırasına qoşulmaq istəmirəm. Di alın cavabınızı, debil yığını”.
Bu cür danışıq tərzi nümayiş etdirməklə isə X.İsmayılova bir növ aqressiyasını büruzə verməkdədir. Rəhbəri Ə.Kərimlinin müdafiəsi yolunda bütün kartlarını açığa çıxaran, anti-azərbaycançı dairələrin xidmətçisi olduğunu əməlləri ilə sübuta yetirən X.İsmayılovanın təhqirlərinin qarşılığında isə Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev bildirib ki, bütün fikirlər yazıda əksini tapıb: “Nə lazımdırsa, yazıda qeyd etmişəm. Dərc olunan siyahının əsası əlimizdədir”.

 
  • Oxunub:  25650  |  
  • Tarix:  14-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA