Ana səhifə »  Müəlliflər »  “Casus siyahısı”nın arxasında gizlənən mətləblər...
A+   Yenilə  A-
“Casus siyahısı”nın arxasında gizlənən mətləblər...
Yazdı: Nardar Bayramlı

Yaxud siyahıda adları çəkilənlər hesab edirlər ki, Xədicə İsmayılova daxildəki havadarlarının diktəsi ilə bu addımı atıb
Məlum olduğu kimi, bir neçə gün öncə, Virtualaz.org saytında yayılan “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...” adlı yazı mətbuatda geniş müzakirəyə yol açıb. Xatırladaq ki, sözügedən yazıda AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə tanınan jurnalist Xədicə İsmayılovanın əməllərindən bəhs olunur. Məqalədə bildirilir ki, ötən ay ABŞ Senatı aparatının, o cümlədən, Senatın Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiç Bakıya səfər ediblər. Qeyd edilir ki, C.Zadrozni və D.Vajdiç rəsmən Senatın əməkdaşlarıdır, amma onların ikisinin də ABŞ kəşfiyyat orqanlarına, daha doğrusu, qeyri-leqal kəşfiyyata birbaşa bağlılığı var. Onların Bakıya səfərinin bircə və çox açıq-aydın məqsədi vardı - kəşfiyyat məlumatları toplamaq.
Məqalədə o da vurğulanır ki, həmin şəxslər Bakıya səfərləri zamanı X.İsmayılova ilə görüşüblər. Yazıda bildirilir ki, “C.Zadrozni X.İsmayılovaya birbaşa belə bir sual verir: “Müxalifətdən kim hakimiyyətlə bağlıdır?” X.İsmayılova isə bu suala cavabında deyir ki, o, bütün məlumatları hazırda amerikalı qonaqların sərəncamında olan hesabatda geniş şəkildə yazıb”.
Həmin “hesabat”da isə bir sıra müxalifət partiyalarının, QHT rəhbərlərinin, qəzet baş redaktorlarının və başqalarının adları var.
Qeyd edək ki, bu məsələ geniş əks-reaksiya doğurub. Öz növbəsində siyahıda adı çəkilən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə məsələyə münasibət bildirib. X.İsmayılova ilə ünsiyyətdə olmadığını deyən Ç.Qənizadənin fikrincə, Xədicə özünü jurnalist kimi deyil, daha çox radikal müxalifətin nümayəndəsi kimi aparır: “İnanıram ki, bu insan belə bir siyahının hazırlanmasında maraqlıdır. Öz maraqları üçün o, kimə istəsə şər, böhtan ata bilər”.
“Konkret olaraq Azərbaycanın hüquq müdafiəçilərinin, ictimai-siyasi xadimlərinin adlarının bu formada verilməsi onun necə biri olduğunu əyani sübut edir” - deyən Ç.Qənizadə hesab edir ki, X.İsmayılovadan hər cür hərəkət gözləmək olar. “Hər kəs bilir ki, hüquq müdafiəçiləri bitərəf olmalı, nə müxalifətin, nə də iqtidarın tərəfini tutmalıdır. Onlar yalnız haqqın tərəfində olmalıdırlar. Hakimiyyətdə olan insanlarla hər hansı bir formada əlaqələr qurursa və yaxud, bir masa ətrafında hansısa müzakirələr aparırsa bu normal haldır. Bunu hakimiyyətə satılmaq, onlardan göstəriş almaq kimi vurğulamaq düzgün hal deyil. Bu ancaq və ancaq qərəzdir. Biz hamımız çalışırıq ki, ölkədə demokratiya, əmin-amanlıq olsun”.
Millət vəkili, onu da əlavə edib ki, bəzi “QHT-lər” xarici dairələrə düzgün informasiya vermir, qərəzli hesabatlar hazırlayırlar.
C.Qənizadə hüquq müdafiəçilərinin hakimiyyətlə əməkdaşlığında qeyri-adi bir şey görmədiyini də qeyd edib: “Mən hər zaman hüquq müdafiəçiləri ilə hakimiyyət nümayəndələrini əməkdaşlıq etməyə dəvət edirəm. Bundan da qürur duyuram. Çünki bununla biz cəmiyyəti düşündürən bir çox problemləri həll etmişik”.
Ç.Qənizadə X.İsmayılovanın sözügedən hesabatı hazırlamaqda AXCP sədri Əli Kərimlidən təlimat alması ehtimalına da münasibətini açıqlayaraq deyib ki, bu amili istisna etmək olmaz. “X.İsmayılovanın nə yazmağından asılı olmayaraq, onu bütün Azərbaycan xalqı yaxşı tanıyır. Şübhə etmirəm ki, bu siyahının dərc olunması təkcə Xədicənin fikri deyil, həm də ona yaxın olan adamların fikridir” - deyə, hüquq müdafiəçisi vurğulayıb.
Digər bir QHT rəhbəri Elçin Behbudov məsələ ilə bağlı bildirib ki, rəhbərlik etdiyi İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edir: “Əlbəttə ki, adları çəkilən nazirliklərlə əməkdaşlıq etməsək, biz onların saxlanma yerində monitorinqlər keçirə bilmərik. Buna icazə verərlərmi? Təbii ki, yox. Bizim onlarla əməkdaşlığımız tam rəsmi qaydadır və bu vacibdir. Biz başqa nazirliklərlə - Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi ilə də əməkdaşlıq edirik. Bəs, Xədicə bu nazirliklərin adını niyə çəkməyib?”.
X.İsmayılovanın ABŞ kəşfiyyat orqanlarına göndərdiyi “donos”da adının çəkilməsinə münasibət bildirən E.Behbudov qeyd edib ki, müvafiq dövlət orqanları ilə görüşüb bəzi məsələləri həll etmək vətəndaşların maraqlarına uyğundur. “Mən heç kimə imkan vermərəm ki, fəaliyyətimə və rəhbərlik etdiyim komitənin adına qara ləkə gətirsin. Mən adlarını çəkmək istəmirəm, bəzi insanlar var ki, xarici dövlətlərlə əməkdaşlıq edirlər, onların xüsusi xidmət orqanlarına “şpion”luq edib qrantlar alırlar. Həmin şəxslər bir dəfə də olsun bir yerdə monitorinq keçirməyiblər, kiminsə hüquqlarını müdafiə etməyiblər. Bəs, hansı fəaliyyətinə görə onlar pul alırlar? Təbii ki, “şpion”luqlarına görə. Xədicənin özü xarici dövlətin agentidir. Onun mənim barəmdə dedikləri, məni “donos” siyahıya salması, “qara siyahı”da mənim adımı çəkməsi tamamilə əsassızdır. Belə şeyləri deyəndə faktla danışmaq lazımdır, uydurma, cəfəng fikirlərlə heç nəyə nail olmaq olmaz. Məhz bütün bunlara görə, Xədicə İsmayılovaya ar olsun” - deyə, E.Behbudov qeyd edib.

 
  • Oxunub:  25680  |  
  • Tarix:  18-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 13:44
“Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq
18 İyul 13:40
Azərbaycanın Baş Nazirinin müavini BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib
18 İyul 13:38
Ölkəmizdə 5,2 milyona yaxın işçi qüvvəsi var
18 İyul 13:32
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18 İyul 13:19
Mişel Svierçevski: Azərbaycan xalçaları əsrarəngizdir
18 İyul 12:53
Beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub
18 İyul 12:14
DSX: Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb
18 İyul 12:03
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başlayıb
18 İyul 11:48
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
18 İyul 11:40
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub
18 İyul 11:31
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
18 İyul 11:16
YAP Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25