Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin yeni manipulyasiya cəhdi
A+   Yenilə  A-
Əli Kərimlinin yeni manipulyasiya cəhdi
Yazdı: Mübariz Abdullayev

Dini təmayüllü partiya yaratmağın anonsunu verən AXCP sədri bununla xaricdəki dini təriqətləri yaymaqda maraqlı olan mərkəzlərin maliyyə qaynaqlarına yol tapmaq niyyəti güdür
Radikal düşərgə təmsilçiləri gündəmdə qalmaq və yaxud öz mövcudluqlarını qoruyub saxlamaq üçün tez-tez müxtəlif manipulyasiya cəhdlərinə əl atırlar. Bu dəfə AXCP sədri Əli Kərimli dini “təəssübkeş” rolunda çıxış edib. O, bu günlərdə partiyanın ali məclisinin sessiyasında çıxışı zamanı ikinci AXCP yaratmaq istəyinin anonsunu verib.
AXCP sədrinin məlum açıqlaması radikal düşərgədə və elə “cəbhəçi”lər arasında da birmənalı qarşılanmayıb. İkinci AXCP yaratmaq Əli Kərimlinin nəyinə lazımdır? Həqiqətən də, Əli Kərimlinin yeni partiya yaratmaq anonsu bir sıra mülahizələrə yol açır. Belə ki, onun yeni “təşəbbüs”ünün mahiyyətinə nəzər saldıqda burada qaranlıq məqamların, özəl maraqların olduğu dərhal nəzərə çarpır. Bir baxın, Əli Kərimlinin əlində 20 ildir “işlətdiyi” hazır partiya var, o isə “hədəflərə çatmaq” üçün “hazır mexanizmdən” bəhrələnmək əvəzinə, yeni sevdaya düşür?! Burada məntiq haradadır, daha doğrusu, reallıq və Əli Kərimlinin “uzaqgörən” bicliyi ortadadır.
Reallıq ondan ibarətdir ki, son 20 ildə AXCP təmsilçilərinin xaricdəki anti-azərbaycançı dairələrdən gələn sifarişlərə uyğun olaraq sərgilədikləri ölkəmizin, xalqımızın maraqları ilə daban-dabana zidd əməllər, partiya rəhbərlərinin, ələlxüsus da Əli Kərimlinin yalan vədləri, maliyyə vəsaitlərini dədə malı kimi mənimsəməsi bu qurumu bir növ içəridən qurd yeyən ağac vəziyyətinə gətirib. Bu gün AXCP, partiyanın sabiq təmsilçilərinin də etiraf etdikləri kimi, Əli Kərimli diktaturasının tüğyan etdiyi, elektoratdan, cəmiyyətin dəstəyindən məhrum qalan, siyasi güc anlamını itirən qurumdan başqa bir şey deyil. Təbii ki, əlini böyük pullara çatdıran AXCP-də vəziyyətin kritik həddədək ağırlaşması Əli Kərimlini narahat etməyə bilməz.
Aydın məsələdir ki, Əli Kərimli məlum səbəblərdən korlanmış imici ilə partiyasını böhran vəziyyətindən çıxarmaq iqtidarında deyil. Buna görə də o, növbəti manipulyasiya cəhdinə əl atıb. Məsələyə münasibət bildirən siyasi müşahidəçilər o qənaətdədirlər ki, Əli Kərimli ölkəmizdəki tolerantlıq mühitindən, son dövrlərdə insanlar arasında müqəddəs dinimizə hörmətin artmasından sui-istifadə etmək istəyir. Bildirilir ki, Əli Kərimli paralel AXCP yaratmaqla “bir güllə ilə iki dovşan vurmaq” niyyətindədir. Əli Kərimli düşünür ki, inanclı insanları birləşdirəcək yeni partiya onun xaricdəki dini təriqətləri yaymaqda maraqlı olan müxtəlif fondların maliyyəsinə çıxışını təmin edə bilər. Bu xüsusda fikir ifadə edən siyasi ekspert Rövşən Əliyev vurğulayıb ki, xaricdəki müxtəlif dini mərkəzlər “AXCP kimi partiyaları ələ almaq gücündədirlər”.
AXCP sədrinin yeni partiya yaratmaq anonsunu tez-tələsik dilə gətirməsinin başqa pərdəarxası məqamları da var. Məlumdur ki, son vaxtlar radikal düşərgənin digər təmsilçiləri də özlərini guya inanclı insanların “himayədarları” kimi göstərmək istəyirlər. Əli Kərimlini gizli planlarını tələsik ictimailəşdirməyə sövq edən də məhz bu məqamdır. AXCP sədri sonra “gecdir” deyib dizinə döyməkdənsə, indi qabağa düşüb “tutar qatıq, tutmaz ayran” prinsipindən çıxış etməyi daha üstün sayır.
AXCP-yə yaxın mənbələrdən sızdırılan məlumatlara görə, Əli Kərimli yeni dini yönümlü partiyanın yaradılmasının gizli ssenarisini artıq cızıb. Bu ssenariyə əsasən, hələlik diqqət yeni “təşəbbüsün” reallaşdırılmasına zəmin yaratmağa yönəldilib. Əli Kərimliyə yaxın şəxslərin son vaxtlar sosial şəbəkələrdə dini məzmunlu statuslar paylaşmaları bunun təsdiqidir.
Ancaq AXCP sədrinin nümayiş etdirdiyi çabalamalara rəğmən, onun yeni “təşəbbüsü” elə ilk gündən kəskin ictimai qınaq obyektinə çevrilib. Cəmiyyətin müxtəlif təbəqələrindən gələn ittihamları belə ümumiləşdirmək mümkündür: Əli Kərimlinin manipulyasiya etmədiyi bircə din qalmışdı ki, buna da əl atdı...

 
  • Oxunub:  26220  |  
  • Tarix:  20-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13