Ana səhifə »  Müəlliflər »  “Milli şura” AXCP-nin ikinci adıdır
A+   Yenilə  A-
“Milli şura” AXCP-nin ikinci adıdır
Yazdı: Mübariz Abdullayev

Qondarma qurumun sabiq üzvü Leyla Əliyeva: Sanki indi “Milli şura” bir partiyanın ətrafında birləşən hansısa qüvvələrdən ibarətdir
Radikal müxalifət düşərgəsi müxtəlif adlar altında yaradılan siyasi təşkilatların qəbiristanlığını xatırladır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Radikallar, Məşədi İbad demişkən, bir növ adətkar olublar. Onlar gündəmdə qalmaq üçün mühüm ictimai-siyasi hadisələr ərəfəsində mütləq təmtəraqla yeni bir “birlik” təşkilatının yarandığını bəyan edirlər. Lakin radikallların öz konyuktur maraqları naminə ətrafına cəm olduqları bu qondarma qurumlar cəmiyyətin sosial-siyasi sifarişi olmadığına görə tez də sıradan çıxaraq, tarixin toz basmış arxivinə qovuşurlar.
İndi isə belə bir acınacaqlı aqibətlə radikalların guya ölkəmizdə ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərində birgə iştirak etmək məqsədi ilə yaratdıqları qondarma “Milli şura” üzləşib. Yarandığı vaxtan cəmi bir neçə ay ötməsinə baxmayaraq, artıq qondarma qurumun, necə deyərlər, hayı gedib, vayı qalıb. Belə ki, onsuz da hər hansı sosial bazaya malik olmayan qondarma qurum çox qısa zaman kəsiyində sürətlə marginallaşaraq Cəmil Həsənov-AXCP formatınadək kiçilib. Sədr Cəmil Həsənovun da vaxtilə AXCP şinelindən çıxdığını nəzərə alsaq, onda, deyə bilərik ki, bu gün “Milli şura” Əli Kərimlinin “əlbuyruğu” partiyasının digər bir ad altında mövcud olan formasından başqa bir şey deyil.
Qondarma “Milli şura”nın radikalların yeni “birlik” qurumundan Cəmil Həsənov-AXCP formatınadək marginallaşması, əslində, gözlənilən idi. Siyasi müşahidəçilər bunu radikallar arasındakı münasibətlərin və qondarma qurum daxilində baş verənlərin məntiqi nəticəsi kimi səciyyələndirirlər. Həqiqətən də, ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gələn qondarma qurum yarandığı elə ilk vaxtlardan bütövlükdə radikal düşərgənin üzqarasına çevrildi. Tezliklə radikallar bir-birilərinə “buynuz” göstərməyə başladılar. Bəlli oldu ki, “seçkilərə birgə qatılmaq” söz-söhbətləri bəhanədən başqa bir şey deyil, radikallar qondarma “Milli şura”ya, sadəcə, Rüstəm İbrahimbəyovun pul vədlərinin cazibəsinə yığışıblar.
Qoca kinodramaturqun kələkbazlığı üzə çıxdıqdan sonra qondarma “Milli şura”da radikallar arasında nüfuz savaşı açıq müstəviyə keçdi. Zamanında Rüstəm İbrahimbəyovun pul vədlərinin müqabilində özlərinin siyasi ambisiyalarından geri çəkilən kimi görünən AXCP və “Müsavat” əvvəlcə qüvvələrini “birləşdirərək” “Milli şura”nın keçmiş rəhbərliyini və digər təmsilçilərini proseslərdən kənarlaşdırmağa, beləliklə də, qondarma qurumun “yüyənini” öz əllərinə almağa müvəffəq oldular. Bundan sonra isə hadisələrin axarı AXCP-nin istəyinə uyğun cərəyan etdi. Belə ki, intriqalar düzüb-qoşmağın mahir ustası kimi tanınan Əli Kərimli keçmiş çiyindaşı Cəmil Həsənovun qondarma qurumun əvvəlcə ikinci “vahid namizəd”liyinə, sonra isə sədrliyinə gətirilməsinə nail olmaqla qüvvələr nisbətini öz xeyrinə dəyişə bildi. “Müsavat”ın “Milli şura”da baş verənlərə təpkilər nümayiş etdirməsi, burada Əli Kərimlinin söz sahibinə çevrilməsinin qarşısını almaq cəhdləri isə nəticəsiz qaldı.
Təbii ki, “Müsavat” əzəli rəqibi AXCP-nin hakimi-mütləqə çevrildiyi “Milli şura”da qalmaq istəmədi və müxtəlif bəhanələr gətirərək bundan əvvəl qondarma qurumla yollarını ayıranların siyahısında yer aldı. “Milli şura” artıq burada oyundankənar vəziyyətə salınan “El” hərəkatının rəhbəri Eldar Namazov üçün də bütün cəlbediciliyini itirmişdi. Radikalların öndəgedəninə çevrilməklə bağlı xəyallar quran reneqat Eldar Namazov ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla görüşdən ruhlanaraq “vaxtımı “El”i partiyaya çevirməyə həsr edəcəyəm” bəhanəsi ilə “Milli şura”dan uzaqlaşdı. Reneqat Eldar Namazovun ardınca qondarma qurumdan daha bir neçə istefa baş verdi.
Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, “Milli şura”dan gedən təmsilçilər bir qayda olaraq qondarma qurumu ağ yuyub, qara sərirlər. Belə ki, “Müsavat” təmsilçiləri “Milli şura”dan ayrıldıqdan sonra “bir daha AXCP ilə eyni bir qurumda təmsil olunmayacaqlarını”, “Əli Kərimli ilə yol getməyin mümkün olmadığını” bildirdilər. Reneqat Eldar Namazov qondarma qurumun ikinci “vahid namizəd”i Cəmil Həsənovun seçkilərdə məğlubiyyətə uğradığını dilə gətirdi. Qondarma qurumdan ayrılan Leyla Əliyeva isə “Milli şura”ya yönəlik qınağını belə ifadə edib: “Sanki indi “Milli şura” bir partiyanın ətrafında birləşən hansısa qüvvələrdən ibarətdir”.
Beləliklə, deyilənlərdən bir daha aydın olur ki, bu gün Cəmil Həsənov və AXCP sədri Əli Kərimli “Milli şura” adından danışarkən, sadəcə, manipulyasiya edirlər. Onların bu kimi hərəkətlərlə qondarma quruma nəfəs vermək cəhdləri əbəsdir. Bundansa onlar, gərək, “Milli şura”nın AXCP -nin ikinci adı olduğunu etiraf etsinlər...

 
  • Oxunub:  24960  |  
  • Tarix:  28-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA