Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli bulanıq suda balıq tutmaq istəyir

Əli Kərimli bulanıq suda balıq tutmaq istəyir

06.03.2014 [08:57]

Mübariz Abdullayev

“Cəbhəçi”lər və onların xoruna qoşulan “Milli şura” sədri Cəmil Həsənov AXCP-nin qərargahı yerləşmiş binanın qeyri-yaşayış sahəsində baş verən qəzadan öz çirkin siyasi məqsədləri naminə istifadə etməyə çalışırlar
Mətbuatda xəbər verildiyi kimi, cari il martın 3-də paytaxtın Nərimanov rayonundakı T.Şıxəliyev küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğınla müşayiət olunan partlayış baş verib və nəticədə, qeyri-yaşayış sahəsi içərisində olan əşyalarla birlikdə partlayışın və yanğının təsirinə məruz qalıb. Baş vermiş qəza ilə əlaqədar aidiyyəti qurumların ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, foto-video çəkilişlər aparılıb, hadisə yerinin sxemi tərtib olunub, sənədlər götürülüb və müvafiq ekspertizalar müəyyənləşdirilib. Müvafiq dövlət qurumlarının ekspertləri tərəfindən binanın qəzalı vəziyyətdə olması ilə bağlı akt tərtib olunub və hər an uçmaq təhlükəsi olan bina boşaldılaraq sökülüb.
Təbii ki, bütün hallarda bu qəbildən olan qəzaların baş verməsi arzuedilən deyil. Ancaq məsələ burasındadır ki, qəza baş verən günədək qərargahı sözügedən ünvanda yerləşən AXCP təmsilçiləri baş vermiş bədbəxt hadisədən öz çirkin siyasi məqsədləri naminə istifadə etməyə çalışırlar. Partiyanın sədri Əli Kərimli yenə özünəməxsus “arqumentlərdən” çıxış edərək haqqında bəhs olunan qəzada “siyasi çalarlar” axtarmağa başlayıb. Onun səsinə səs verənlər də tapılıb. Belə ki, məlum istefalardan sonra AXCP-nin adının dəyişdirilmiş formatına çevrilən “Milli şura”nın sədri Cəmil Həsənov da bu xüsusda danışaraq, necə deyərlər, keçmiş şefi Əli Kərimliyə qahmar çıxıb. Sonuncu, hətta bir az da qabağa gedərək, üzürü qəbahətindən betər xatırlamada bulunub. Qondarma “Milli şura”nın sədri “Əli Kərimlini müdafiə açıqlaması”nda tarixə ekskurs edərək hətta dekabristləri də yada salıb. Bəlkə, bu xatırlama ilə C.Həsənov həm də dekabristlər inqilabının mənəvi varisi sayıla biləcək imperiyaya görə nostalji yaşadığı etiraflarını dilə gətirmək istəyib? Bu, başqa bir söhbətin mövzusudur. Biz bu imperiyadan qurtulmağı məmləkətimiz üçün böyük xoşbəxtlik sanırıq
Əslində isə, “cəbhəçi”lərin və onların xoruna qoşulan qondarma “Milli şura” sədrinin açıqlamaları gopologiyadan başqa bir şey deyil. Radikalların populizm, ağa qara demək mövqeyindən çıxış etdikləri müvafiq dövlət qurumlarının hadisə ilə bağlı yaydıqları rəsmi məlumatdan bir daha aydın görünür.
Partlayış və yanğın baş verən binanın qəzalı vəziyyətdə olmasına aydınlıq gətirən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib: “Uzun illər əvvəl heç bir təhlükəsizlik tədbirləri görülmədən, tikinti norma və qaydalarına uyğun olmayaraq ikinci mərtəbə tikilib. Bununla əlaqədar binanın mövcud konstruksiyası həddindən artıq yüklənib. Agentliyin əməkdaşları konstruksiyaya baxış keçirərək, orada maraqlı bir fakt aşkar ediblər. Zirzəminin üstündə olan örtük ağac konstruksiyalardan ibarət olmasına baxmayaraq, sonradan onun üstündən monolit beton döşəmə konstruksiyası verilib və həmin konstruksiyalar binanın divarı ilə əlaqələndirilməyib. Aşağıdakı ağac konstruksiyalar çürüdüyündən, döşəmə hər an çökə və beləliklə də, içəridəki insanların həyatı üçün böyük təhlükə yarana bilərdi”.
Bütün bunlar baş vermiş qəzanın səbəblərinə aydınlıq gətirən dəlil-sübutlardır. Bəs nə üçün Əli Kərimli və onun dəm tutanı Cəmil Həsənov aidiyyəti qurumların açıqlamalarına, ekspertizaların, mütəxəssislərin rəylərinə məhəl qoymayaraq özlərindən başqa bir kimsəyə gərək olmayan siyasi iddialarını önə çəkmək cəhdlərində bulunurlar? Sualın cavabı birmənalıdır: Avantüralarla, yalan vədlərlə nüfuzdan düşən, necə deyərlər, imiclərini tamam xərcləyən radikallar üçün haray-həşir salmaq, yalanı həqiqət kimi qələmə vermək siyasi mövcudluğun yeganə vasitəsidir. Radikallar AXCP-nin qərargahı yerləşən binanın qeyri-yaşayış sahəsində partlayış baş verməsini “siyasi aktivlik” nümayiş etdirmək və gündəmdə qalmaq üçün əlverişli fürsət kimi dəyərləndiriblər. Əli Kərimli və Cəmil Həsənov bu dəfə də öz köhnə amplualarında qalaraq yenə bulanıq suda balıq tutmaq istəyiblər. Ancaq onların xəbis niyyətləri baş tutmadı və daha bir yalanları ilə cəmiyyət içində növbəti dəfə xar oldular. Necə deyərlər, stəkanda qopardıqları firtınaya özləri düşdülər...

Paylaş:
Baxılıb: 1128 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30