
“Milli şura”nın “koordinasiya mərkəzi”nin iclasında yaşananlar dağıdıcı düşərgənin acınacaqlı vəziyyətini bir daha nümayiş etdirdi
Radikal müxalifət düşərgəsinin cəmiyyət tərəfindən dəstəklənməməsi və acınacaqlı durumda olması kimsəyə sirr deyil. Elə bu günlərdə qondarma “Milli şura”nın “koordinasiya mərkəzi”nin iclasında yaşananlar da bu reallığı bir daha təsdiqlədi. Daha dəqiq desək, sözügedən iclas elə bir vəziyyətdə keçirilib ki, heç AXCP-nin himayəsində olan mətbuat orqanları oradan normal fotolar təqdim etməyi bacarmayıblar. Şübhəsiz ki, fotoların təqdim olunmaması ilə həmin mətbu orqanlar “koordinasiya mərkəzi”nin ayıbını örtməyə çalışıblar. O mənada ki, həmin iclasda cəmi bir neçə nəfərin iştirakı qondarma “Milli şura”nın hansı “potensiala” malik olduğunu bir daha təsdiqləyib.
Digər tərəfdən iclasda “müzakirə” olunan məsələlərə diqqət yetirsək, bu qurumun nə qədər gülünc vəziyyətdə olduğu bir daha aydınlaşar. Məsələn, Ukraynadakı vəziyyət, hansısa ölkədə keçirilən məhkəmə prosesləri və s.
Beləliklə, “Milli şura”nın “koordinasiya mərkəzi” bu kimi məsələləri müzakirəyə çıxarmaqla özünü bütün cəmiyyətə güldürür. Axı, hər kəsə bəllidir ki, heç radikal düşərgənin daxilində belə sözü tam keçməyən “Milli şura”nın qlobal əhəmiyyətli məsələlərə baş vurmağı “mən də varam” deməsindən başqa bir şeyə yaramır.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, radikal müxalifətin toplaşdığı “Milli şura” yarandığı vaxtdan nəinki cəmiyyətdə heç bir etimad qazanmayıb, əksinə, iflasa doğru gedib. Bu iflasın pik nöqtəsi isə ötən ilin oktyabrında keçirilmiş prezident seçkiləri oldu. Bu seçkilərdə qondarma qurumun namizədi biabırçı məğlubiyyətə uğradı. Seçkidən sonra isə “Milli şura”nı tərk edənlərin sayı durmadan artdı. Və beləliklə də, faktiki olaraq bu qondarma qurumun ölkəmizin ictimai-siyasi proseslərinə zərrə qədər də təsiri olmadığı faktı reallıqda növbəti dəfə təsdiqini tapdı. Yəni reallıq bunu göstərir ki, belə bir qurum artıq mövcud deyil. Əgər “Milli şura” mövcud deyilsə, onda onun “koordinasiya mərkəzi” nəyi koordinasiya edəcək? Qurumun son iclası da göstərir ki, radikalların əsas məqsədi sadəcə öz mövcudluqlarını nümayiş etdirməkdən ibarətdir.
Bu qondarma qurumun nə demokratiyadan, nə azad seçkidən, nə də digər mütərəqqi məsələlərdən danışmağa mənəvi haqqı yoxdur. Çünki bu həmin “Milli şura”dır ki, heç öz daxilində normal seçki keçirə bilmir. Təkcə sözügedən “koordinasiya mərkəzi”nin üzvlərinin seçilməsi zamanı baş verən saxtakarlıq “Milli şura”nın “demokratik seçki kriteriyalarının” nədən ibarət olduğunu ortaya qoydu.
Əslində, bəlkə də, belə hallara təəccüblənmək lazım deyil. “Milli şura” özü nədir ki, onun “koordinasiya mərkəzi” də nə ola?! Faktiki mövcud olmayan “Milli şura”nın bu qurumu nəyi koordinasiya edə bilər? Əlbəttə ki, heç nəyi. Ona görə də, radikallar bu tipli mənasız, cəmiyyət üçün zərrə qədər də əhəmiyyət kəsb etməyən məsələləri gündəmə gətirməklə sadəcə hələ də siyasi səhnədə olduqlarını göstərməyə çalışırlar. Amma reallıq isə bu qondarma təşkilatların sabun köpüyündən başqa bir şey olmadığını təsdiqləyir.
- Oxunub: 28410 |
- Tarix: 08-03-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir(2019-01-18 09:35:31)
- - Ermənistandakı kriminal rejimə iyirmi il ərzində dəstək verən “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar(2019-01-16 10:08:54)
- - Müxalifət adı altında destruktiv fəaliyyət göstərən anti-milli qruplar Azərbaycanın milli maraqlarına qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər(2019-01-10 09:54:13)
- - Qazaxıstanda ermənilər tərəfindən gənc qazaxın öldürülməsi erməni millətçiliyinin iç üzünü növbəti dəfə ortaya qoydu(2019-01-09 09:49:11)
- - Ermənistan Gürcüstana qarşı ərazi iddiasını davam etdirir(2018-10-06 10:36:23)
- - Ermənistan beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarında deyil(2018-10-05 08:48:57)