Ana səhifə »  Müəlliflər »  “Milli şura” oyununun iflası radikal düşərgə təmsilçiləri tərəfindən etiraf olunur
A+   Yenilə  A-
“Milli şura” oyununun iflası radikal düşərgə təmsilçiləri tərəfindən etiraf olunur
Yazdı: Pərviz Sadayoğlu

Bildirilir ki, radikal düşərgənin ölkədə baş verən proseslərə heç bir təsiri yoxdur
Radikal müxalifət düşərgəsinin ötən il keçirilən prezident seçkiləri öncəsi başlatdığı “Milli şura” oyunu artıq tam fiaskoya uğrayıb. Belə ki, antimilli xarakterə malik, xaricdən idarə olunan və xarici maraqlı dairələrin təsir dairəsində olan, ermənipərəst Rüstəm İbrahimbəyovun erməni lobbisinin sifarişləri əsasında hazırlayıb irəli sürdüyü “Milli şura” layihəsi birmənalı şəkildə Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Zorən müttəfiqliyə, başqa-başqa istiqamətə köklənmiş siyasətbazların zorla bir çardaq altına yığılmasına bənzəyən bu nəsnənin kökündə dayanan marağın isə korporativ, antimilli olması ilk gündən büruzə verilirdi. Satqınlar klubu statusu ilə yaradılan “Milli şura”ya daxil olan bəzi yaşı ötmüş radikal müxalifət qruplaşmalarının başçılarının bu antimilli layihədəki əsas marağı maliyyə durumlarını yüksəltmək idi.
Maraqlıdır ki, artıq “Milli şura” oyununun fiaskoya uğraması, o cümlədən, bu qondarma qurumun yalnız korporativ maraqlar üzərində bərqərar olması və fəaliyyətsizliyi radikal düşərgə nümayəndələri tərəfindən də etiraf edilir. Məsələn, radikal düşərgə üzvlərindən olan Ərəstun Oruclu mətbuata açıqlamasında bildirib ki, “Milli şura” qarışıq radikal düşərgənin heç bir fəaliyyəti yoxdur: “Nə ölkədə baş verən proseslərə, nə də Azərbaycanın maraqları ilə birbaşa əlaqəli olan məsələlərə münasibətdə, cüzi istisnalar olmaqla, siyasi qüvvələrin, partiyaların, təşkilatların mövqeyini görmürük. Budur fəaliyyət? Heç kim deməsin ki, fəaliyyət göstərirəm, içi biz qarışıq. Hər hansı işin olmamasının səbəbi seçkidən sonrakı ruh düşgünlüyüdür, seçkidəki məğlubiyyətdir. Bunun da səbəbi daxili çəkişmələr, süni birliklər yaratmaqdır, heç bir məntiqi əsası olmayan seçimlər etməkdir. Məsələn, illər boyu Azərbaycanda özünü Qərbpərəst, Avropa dəyərlərinə sadiq göstərən partiyalar birdən-birə Rusiyanın qoltuğuna girdilər”.
O qeyd edib ki, “Milli şura” yarananda artıq parçalanmışdı. Qondarma “şura”da təmsil olunan AXCP-nin isə səsləndirilən tənqidlərə aqressiv reaksiya verdiyini söyləyən Ə.Oruclu bunu onların dözümsüzlüyü ilə əlaqələndirib: “O vaxt da fikrimi bildirmişəm, sadəcə, həmin zaman seçki ərəfəsi idi, hər bir tənqidi fikrə, fərqli yanaşmaya aqressiv reaksiya göstərirdilər. Elə bu gün də orada bir qrup qalıb ki, onlar yenə də aqressiv münasibət bildirirlər. Təbii ki, “Milli şura” süni birlik idi. Süni formada yaradılan, cəmiyyətdə bir-birinə zidd olan şəxslərin, təşkilatların təmsil olunduğu bir qurumun təbii bir qurum olacağına və onun uğurlu siyasi fəaliyyət həyata keçirəcəyinə inanmaq, ya sadəlövhlük olardı, ya da bilmirəm, başqa nəsə olacaqdı. Mən buna heç bir vaxt inanmamışam”.
Göründüyü kimi, “Milli şura” adlı oyunun fərqli maraqların istəyi ilə reallaşdırıldığı artıq etiraf edilir. Ümumilikdə düşərgənin bəlli bir kəsimdən-qohum-əqrəba toplusundan ibarət olduğunu nəzərə alsaq, radikal düşərgənin bu fiaskosu da gözlənilən idi. Effektiv olmayan, sadəcə görüntü xatirinə yaranan bu “birliklər” nəticə etibarı ilə yalnız kiçik bir zaman kəsimində həmin manipulyasiyanı həyata keçirən, öz şəxsi marağı xatirinə bu birliyi yaradan partiyaya şəxsi mənfəət, gəlir gətirmiş olur. Necə ki, “Milli şura” da Rüstəm İbrahimbəyovun, Əli Kərimlinin, İsa Qəmbərin və onların başına toplaşmış xalqını, dövlətini bir göz qırpımında satmağa hazır olanların “cibişdanlarını” doldurmağa xidmət edirdi.
Digər tərəfdən, “Milli şura” həm də o səbəbdən dağılmağa məhkum idi ki, oraya toplaşan partiyalar və ya şəxslər bir-birilərinə, sözün əsl mənasında, patoloji nifrət bəsləyirlər. Elə bunun nəticəsidir ki, bu gün “Milli şura” adı altına sığınan AXCP bu yolla radikal düşərgədə yeni monopoliya yaratmağa çalışır. Amma artıq gecdir. Çünki nəinki Azərbaycan cəmiyyəti, hətta vaxtilə radikal düşərgə ilə yanaşı addımlayan tərəfdaşları da onların oyunlarının hansı mənbədən qidalandığını və nəyə xidmət etdiyini anlayıblar...
Göründüyü kimi, radikal düşərgədə cərəyan edən hadisələr bir daha onların korporativ maraqların əsiri olduqlarını təsdiqləyir. Dünənə qədər xarici maraqların pulu ilə yaradılan antimilli bir layihədə “müttəfiq” olanların bir-biriləri haqda dedikləri növbəti dəfə onların hansı simaya malik olduqlarını cəmiyyətə nümayiş etdirir. Necə deyərlər, şərhə ehtiyac qalmır...

 
  • Oxunub:  18900  |  
  • Tarix:  14-03-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:43
14 Noyabr
Siyavuş Novruzov: Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb
14:59
13 Noyabr
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisi açılıb
14:57
13 Noyabr
AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
14:54
13 Noyabr
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib
14:49
13 Noyabr
Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
14:47
13 Noyabr
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9