Ana səhifə »  Müəlliflər »  Arif Hacılı ilə Gülağa Aslanlının reklam çarxı...
A+   Yenilə  A-
Arif Hacılı ilə Gülağa Aslanlının reklam çarxı...
Yazdı: Pərviz Sadayoğlu

Və ya Dərbənd-Bakı qatarında qazanılan pullar...
Deyəndə ki, radikal müxalifətin beyni ilişib qalıb 1990-cı ildə, onların xoşuna gəlmirdi. Sağ qulağını sol əli ilə qaşımağa öyrəşmiş bu kəsimin nümayəndələri haray-həşir salıblar ki, bəs, onların Krıma getmələrinin qarşısı Rusiyada alınıb. Yaşıllar Partiyasının sədri Mais Güləliyev isə deyib ki, əgər bu şəxslər həqiqətən də Krıma qədər gedib çıxmaq istəyirdilərsə, niyə Rusiya, Dağıstan marşrutunu seçirdilər? Gürcüstan, Türkiyə vasitəsilə də Ukraynaya gedə bilərdilər...
Hə, xoruzun quyruğu yenə də görünmək üçün özünü didib-tökür. Demək ki, Arif Hacılı ilə Gülağa Aslanlı qəsdən bu yola müraciət ediblər ki, reklamlarını qursunlar. Necə deyərlər, qayıdıb bir “press-konfrans” da keçirib özlərini “raskrutka” etsinlər. Siyasi şoumenlik bax budur!
Əslində, bunu Arif Hacılının Müsavat Partiyasının başqanlığa gedən yolunda çəkiləcək reklam çarxında da istifadə etmək olar. Özünün “qəhrəmanlıqlarından” danışanda A.Hacılı bu nüansı da vurğulayacaq ki, “heyf məni Dağıstandan geri qaytardılar, yoxsa görərdilər gedib nələr edirəm”.
“Uşaqlığın son gecəsi” filmindəki məşhur frazadakı kimi “Davud, hamı sənin gənclikdə nələr elədiyini bilir”... Ölkədə İsa Qəmbərlə Arif Hacılının indi də nə etmək istədiklərini hər kəs yaxşı bilir. Manukyanın siyasi şəriki olan İsa Qəmbər və onun davamçısı Arif Hacılı meydan axrarırlar ki, danışıb ürəklərini boşaltsınlar. Çünki bu ölkədə onlara qulaq asmaq həvəsində olan insan yoxdur. İllərdir ki, özləri danışıb, özləri də qulaq asırlar.
Axı, bu gün Gülağa Aslanlı ilə Arif Hacılının Krıma getməsində məntiq yoxdur. Birincisi, bu insanlar hansı adla bu gərginlik zonasına getmək həvəsindədirlər. Axı bunlar hansısa bir sülhdaşıyıcı missiyanın üzvü, hansısa beynəlxalq QHT-nin nümayəndəsi deyillər. “Müsavat”ın üzvləridir. Onda bu məntiqlə ölkəmizdə fəaliyyət göstərən partiyaların üzvləri durub qaçmalıdırlar Krıma ki, salaməleyküm, biz gəlmişik... Bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsi Azərbaycan dövlətinin rəsmi mövqeyidir. İndi Arif Hacılının yuyulmamış qaşıq statusu ilə üzü şimala doğru hərəkət etməsinin nə adı var?
Sadəcə, hər zamankı kimi hansı ölkədə küçədə kimsə mitinq keçirsə, bir ağız qışqırsa, İ.Qəmbərin missionerləri dərhal orada “peyda” olmalıdırlar. Təbii ki, burada qazanc məsələsi önəm daşıyan amillər sırasındadır. Ötən il ölkəmizdə keçirilən prezident seçkilərindən sonra İ.Qəmbərdən imtina edən maliyyə qaynaqları onun ciblərini boş qoyub. Digər tərəfdən də, “Müsavat” rəhbərinin “Milli şura”da qapı arxasına qoyulmasından sonra İ.Qəmbər yeni “yiyə”lər tapmaqdan ötrü şəhər-şəhər, meydan-meydan gəzib özünü təbliğ edir. Amma çifayda... Artıq hər kəs İ.Qəmbər və onun başındakı dəstənin ucuz mal olduğunu bilir və heç kim ondan istifadə etməyə çalışmır.
Dəhşətli bir şeydir. Özünü xarici day-daylara təpişdirmək üçün bütün yollara müraciət etmək bu qədər mütləqdirmi? Olmazmı bu insanlar başqa yol seçsinlər, özləri üçün siyasi nağıllar və uydurmalar uydurmasınlar, reklam çarxı çəkməsinlər? Görünən budur ki, mümkün deyil.
Çünki bu insanlar ara qarışdırmalıdırlar və bu arada da özləri kiməsə qarışmalıdırlar, yoxsa sakit otura bilmirlər. Bu insanların xislətində var bu cür “piar”. Quş quşluğu ilə yanan zəmiyə dimdiyində su daşıyıb söndürməyə çalışır, öz mövqeyini göstərir, haqqın yanında yer alır, bizim bəzi “sensasion”larımız mühüm beynəlxalq prosesləri öz subyektiv fikri və ya intuisiyası əsasında qiymətləndirərək “səfərlər planlaşdırır”, öz personasından gündəm yaratmaq, məşhurlaşmaq istəyir. Bu qədər bəsitləşmək mümkündürmü?
“Qrant xidmətçi”ləri həqiqətən də yolu səhv salıblar. Bu cür məntiqsiz və cılız “planlarla” özləri də ya bilmədən və ya bilərəkdən gülünc vəziyyətə düşürlər. Görəsən, bu cür boş-boş işlərlə məşğul olanlar arada bir özlərindən nə etdikləri, kimin baltasına sap olduqlarını soruşurlarmı? Güzgünün qarşısına keçib, niyə öz işləri ilə məşğul olmadıqlarını düşünürlərmi? İnanma ki, düşünsünlər... Düşünsəydilər, bu cür onun-bunun iradəsi ilə qarşılarına çıxan birinci qatara atılıb “Krıma gedirəm” mahnısı bəstələməzdilər.
P.S. Təcrübəçi Qəmbər gülünc arzularını, pul qazanmaq istəklərini birbaşa özü həyata keçirmək cəsarətində deyil. “Siyasətçiliyi” yalnız kabinetində oturmaqdan ibarət olan Qəmbər Arif Hacılını Dağıstana göndərməklə bir daha öz “liderliyini” sübuta yetirdi... Deyəsən artıq şərhə ehtiyac qalmır...

 
  • Oxunub:  23460  |  
  • Tarix:  15-03-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA