Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ermənilərin işğalçılıq eyforiyası yenidən baş qaldırıb

Ermənilərin işğalçılıq eyforiyası yenidən baş qaldırıb

04.04.2014 [08:37]

Nurlan Qələndərli

MDB məkanında baş verən son olaylar Ermənistanı növbəti təcavüzkar və separatist əməllər üçün ilhamlandırıb
Azərbaycan ərazisinin 20 faizini işğal edən, ölkəmizlə yanaşı, digər region dövlətlərinə qarşı da ərazi iddiaları səsləndirən Ermənistan özünün təcavüzkar siyasətini davam etdirir. Xüsusilə də MDB məkanında baş verən son olaylar erməniləri yenidən separatist əməllər üçün ilhamlandırıb. Başqa sözlə, ermənilərin işğalçılıq eyforiyası yenidən baş qaldırıb. Belə ki, bu zamana qədər təcavüzkar ritorika ilə çıxış edən, beynəlxalq hüquq normalarına zidd davranışlar sərgiləyən Ermənistan rəhbərliyi hazırda nəinki Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinə mane olmağa çalışır, eyni zamanda, yeni separatist davranışlar həvəsində olduğunu nümayiş etdirir. Təbii ki, bu, regional təhlükəsizliyə təhdid kimi dəyərləndirilməlidir.
Ümumiyyətlə, hazırda Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil ermənilərin işğalçı, separatist əməlləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Amma bütün bunlara baxmayaraq, dünyanı idarə edən güclər özlərinin transmilli maraqlarını əsas tutaraq əksər hallarda ikili standartlardan çıxış etməklə münaqişənin həlli prosesini ləngitmiş olurlar. Hər halda, nəhəng aktorlar daha praqmatik mövqe seçməklə problemin həlli məsələsində daha rasional addımlar ata bilərlər. Bundan başqa, bir sıra beynəlxalq təşkilatlar münaqişənin həllində aktiv mövqe nümayiş etdirsələr də, Ermənistanın “hansısa” amillərə görə qeyri-konstruktiv mövqe sərgiləməsi bütövlükdə problemin həlli prosesinin qarşısını alır.
Şübhəsiz, Ermənistan beynəlxalq münasibətlər sistemində forpost kimi tanınır və müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Digər tərəfdən, Ermənistanın xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə yanaşı, eyni zamanda, ölkəmizə və digər bir sıra milli dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edir. İşğalçı ölkənin prezidenti Serj Sarkisyan mütəmadi olaraq öz çıxışlarında müstəqil dövlətlərə qarşı ərazi iddialarını önə çəkir. Beynəlxalq hüququn subyekti olan bir dövlətin başçısının digər müstəqil milli dövlətlərə yönəlik bu cür şantaj, təhdid xarakterli bəyanat səsləndirməsi isə diplomatik qayda və prosedurlara görə yolverilməzdir. Bütün bunlar Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir.
Əlbəttə, hazırkı şəraitdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə, diplomatik vasitələrlə nail olmağa çalışır. Amma bu, o demək deyil ki, danışıqlar prosesi istənilən nəticəni verməyəcəyi təqdirdə, Azərbaycan digər bir metoda, hərbi güc tətbiqinə baş vurmayacaq. Azərbaycanın mübarizəsi haqq işidir və özündə beynəlxalq hüquq normalarına əsaslanan prinsipləri və dəyərləri ehtiva edir. Bu mübarizənin məntiqi və qanunauyğun sonluğa çatması - ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycan dövləti hər bir vasitəyə, o cümlədən silahlı müdafiə metoduna baş vuracaq.
O da vurğulanmalıdır ki, ölkəmizin ordusunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə, ermənilərin separatizm hərəkətlərinə son qoyulacağına dair optimist qənaət yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Məhz bu amil də Ermənistanı təcavüzkar siyasətdən əl çəkməyə və işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağa vadar edir.

Paylaş:
Baxılıb: 1226 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31