Ana səhifə »  Müəlliflər »  Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciələrindən biridir
A+   Yenilə  A-
Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciələrindən biridir
Yazdı: Pərviz Sadayoğlu

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi
Bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı XX əsrdə erməni faşizminin mahiyyətini tam çılpaqlığı ilə ortaya qoydu. Hətta adi müharibə qanunlarına belə riayət etməyən, yaşından asılı olmayaraq əliyalın, silahsız və köməksiz insanları vəhşicəsinə qətlə yetirən o dövrün imperiya qoşunu ilə erməni silahlılarının əsl məqsədi Azərbaycan xalqını mənəvi cəhətdən sındırmaq, onun döyüş ruhunu öldürmək idi. Çünki Xocalı sadəcə bir döyüş meydanı deyildi. Xocalı bir çox məqamları özündə əks etdirirdi...
...Xocalı faciəsi XX əsrdə eyni metodla soyqırıma məruz qoyulmuş üçüncü yaşayış məskəni sayılır. Bunlardan birincisi, 1941-ci ildə alman faşizminin tamamilə yandırdığı və dinc əhalisini məhv etdiyi Belarusun Xatın kəndi, ikincisi isə ABŞ-Vyetnam müharibəsi zamanı sakinlərinin partizanlara dəstək verməsi bəhanəsi ilə böyükdən-kiçiyə qədər bütünlüklə qırıldığı Sonqmi kəndidir. Amma bu faciələr də Xocalı soyqırımı ilə müqayisə oluna bilməzlər. Çünki Xocalı soyqırımı miqyasına və böyüklüyünə görə, onların hamısından daha dəhşətlidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Xocalı faciəsi haqqında öz fikirlərini bu cür ifadə edib: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Xocalı soyqırımına aparan yol
Əslində, Xocalı soyqırımı heç də bir gecədə baş verən hadisə sayıla bilməz. O mənada ki, ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlanandan, bəlkə də başlamamışdan öncə hazırlıq görmüşdülər. Onlar Azərbaycanın digər ərazilərində də bu cür faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə aparan yolun başlanğıcı isə 1988-ci ilə, yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. 1991-cı ilin oktyabrından tam mühasirədə saxlanan Xocalıya gedən bütün avtomobil yolları bağlanmışdı. Artıq şəhərlə gediş-gəliş yeganə nəqliyyat vasitəsi kimi helikopterlərlə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Həmin dövrdə Dağlıq Qarabağda erməni separatçıları da fəaliyyətini genişləndirirdi. Bunun nəticəsi olaraq, 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma-separatçı rejimin yaradıldığı bildirildi. Həmin ilin noyabr ayının 26-da isə Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunun ləğv olunduğunu bəyan etdi.
Xocalı isə hələ də döyüşürdü. Yeri gəlmişkən, həmin vaxt Xocalıda döyüşən insanların arasında bu şəhərdən olmayan cəmisi 16 şəxs vardı. Bu isə o demək idi ki, xocalılılar rus-erməni birləşmələrinin qarşısına yalnız öz qüvvələri ilə çıxırdılar. Dövlətdən bir kömək gəlmirdi. Xocalıya və Qarabağın düşmən hücumuna məruz qalan digər bölgələrinə o vaxtkı Azərbaycan iqtidarı tərəfindən lazımi yardımların edilməməsi və hakimiyyət uğrunda gedən savaşlar ermənilərə öz niyyətini daha asan reallaşdırmağa imkan verirdi. Məhz bunun nəticəsində 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə bildilər. Elə həmin ilin fevralında Malıbəyli və Quşçular kəndləri hücuma məruz qaldılar. Xankəndidə yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işğal olundu. Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də, müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi. Kənd əhalisi vəhşicəsinə qətlə yetirildi. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmişdi, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf Xocalı idi.
Azərbaycanın o zamankı hakimiyyətinin xəyanəti Xocalını düşmənlə mübarizədə köməksiz qoydu
Beləliklə, fevralın 25-də Xocalı daha dəhşətli dərəcədə artilleriya və digər hərbi texnikadan atəşə tutulmağa başladı. Bu hücum zamanı da 366-cı alayın texnikasından geniş istifadə olundu. Ümumiyyətlə, bu alay Xocalı ilə yanaşı, Azərbaycanın digər kəndlərinin də atəşə tutulmasında dəfələrlə iştirak edib. Bunun əsas səbəblərindən biri də alayın tərkibində xeyli sayda erməninin olması idi. Yeri gəlmişkən, 366-cı alaydan Xocalıya edilən hücuma rəhbərlik edən şəxslərdən biri də Ermənistanın indiki müdafiə naziri Seyran Ohanyan idi. Məhz onun komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Valeriy İsayeviç Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir Xocalıya hücumda iştirak edib.
Ümumiyyətlə, bu soyqırımda 613 nəfər dinc azərbaycanlı, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirilib. Erməni-rus birləşmələri 487 nəfəri ağır xəsarətlərə məruz qoyub, 1275 nəfəri isə girov götürüb.
Ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atdılar. Şahidlərin təsdiqlədiyinə görə həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulub, meyitlər zorakılığa məruz qalıb.
Xocalı soyqırımına siyasi-hüquqi qiymət məhz Ulu öndər Heydər Əliyev tərəfindən verildi
Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Xocalı soyqırımı haqqında həqiqətlər dünya miqyasında təbliğ olunur
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə tanış olub. Bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri isə ölçüsüzdür. Məhz Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” kampaniyasının səyi nəticəsində Xocalı soyqırımının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış mükəmməl “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib və Xocalı soyqırımının adı Srebrenitsa, Xolokost başqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib.

 
  • Oxunub:  23010  |  
  • Tarix:  18-02-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

20:13
21 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
20:10
21 Noyabr
Aşqabaddakı Türkmən milli xalça muzeyi ilə tanışlıq
20:02
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub
19:59
21 Noyabr
Muxtar respublikada YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
19:57
21 Noyabr
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
17:53
21 Noyabr
ADA Universiteti beynəlxalq mükafata layiq görülüb
17:51
21 Noyabr
Elektrik enerjisi sektorunda islahatlar müzakirə olunub
17:40
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
17:34
21 Noyabr
Qazaxıstanda türk dünyasının mənəvi yenilənməsinə dair beynəlxalq konfrans keçirilib
17:10
21 Noyabr
Ucarda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 26-cı ildönümü qeyd edilib
17:07
21 Noyabr
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
17:01
21 Noyabr
Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır
16:59
21 Noyabr
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
16:52
21 Noyabr
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
16:49
21 Noyabr
Goranboyun Yəhərçi Qazaxlar kəndi “mavi yanacaq”la təmin edilib
16:40
21 Noyabr
YAP Sədrinin müavini: Bu gün YAP-ın sıralarında 725 min Azərbaycan vətəndaşı birləşib və bu möhtəşəm bir siyasi ordu deməkdir
16:35
21 Noyabr
YAP Zərdab rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü qeyd olunub
16:33
21 Noyabr
YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir
16:17
21 Noyabr
Oğuzun Muxas kəndinə təbii qaz verilib
16:14
21 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib
16:12
21 Noyabr
XİN: Paşinyanın azərbaycanlı girovlarla bağlı bəyanatı onun ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu göstərir
16:09
21 Noyabr
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
15:32
21 Noyabr
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib
15:29
21 Noyabr
Yeni Azərbaycan Partiyasının ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır
15:23
21 Noyabr
Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq
15:17
21 Noyabr
Masallının daha iki kəndi qazlaşdırılıb
15:13
21 Noyabr
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
15:08
21 Noyabr
Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Silahlı Qüvvələri arasında əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib
15:07
21 Noyabr
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
15:02
21 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimizin əlaqələrinin hərtərəfli inkişafına təkan verəcək
14:57
21 Noyabr
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir
14:53
21 Noyabr
“Eko səyahət” qısa film müsabiqəsinin qalibləri mükafatlandırılıb
14:50
21 Noyabr
Bahar Muradova: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi partiyadır
14:47
21 Noyabr
Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib
14:44
21 Noyabr
Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır
14:41
21 Noyabr
Vladimer Çaçibaia: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir
14:38
21 Noyabr
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
14:36
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib
14:28
21 Noyabr
Hacıbala Abutalıbov: Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir
14:00
21 Noyabr
Sevinc Fətəliyeva: Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır
13:58
21 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi möhtəşəm qala-konsertlə başa çatıb
13:55
21 Noyabr
Azərbaycanda miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılır
13:52
21 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası keçirilir
13:48
21 Noyabr
Bahar Muradova: Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin növbəti uğurudur
12:41
21 Noyabr
YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:19
21 Noyabr
BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı Prosesi”nin təqdimatı olub
12:16
21 Noyabr
Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
11:56
21 Noyabr
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib
11:52
21 Noyabr
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
11:50
21 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
11:48
21 Noyabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb
11:45
21 Noyabr
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
11:35
21 Noyabr
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+7 +10