Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Reneqat Eldar Namazovun “Avropa turnesi” yeni layihələrin “meydana çıxmasına” səbəb olur

Reneqat Eldar Namazovun “Avropa turnesi” yeni layihələrin “meydana çıxmasına” səbəb olur

09.04.2014 [08:58]

Pərviz Sadayoğlu

Yaxud, “El” hərəkatının partiyaya çevrilməsi “prosesi” anti-azərbaycançı mərkəzlərdən yeni “pulqoparma” kampaniyasıdır
Özünə radikal düşərgədə yer axtaran reneqat Eldar Namazovun son siyasi çabalamaları onun düşərgə daxilində qəbul edilmədiyini, irəli sürdüyü layihələrin elə havadan asılı qaldığını aşkar şəkildə ortaya çıxardı. Gah “ziyalı” adı ilə manipulyasiya edən, gah da öz şəxsi maraqlarından irəli gələn fikirlərini cəmiyyətə “demokratiya layihəsi” adı altında sırımağa çalışan reneqat Namazov xalqın ona və onun başına cəm olmuş, anti-Azərbaycan dairələrin sifarişi ilə hərəkət edən insanlara münasibətini bilir. Məhz bu münasibətin nəticəsidir ki, “El” kimi mənasız və mücərrəd bir layihə ilə gündəmə gəlməyə çalışan reneqat Namazovun niyyətlərinin ifşası çox çəkmədi.
Sonuncu prezident seçkiləri öncəsi anti-azərbaycançı dairələrin qondarma “şura namizədi” Rüstəm İbrahimbəyovun öz arzularına çata bilməməsi və düşərgə partiyaları tərəfindən yaratdığı satqınlar klubundan didərgin salınması E.Namazovun da radikallar daxilindəki hegemoniyasına son qoydu. Belə ki, R.İbrahimbəyovdan sonra az müddət “Milli şura”da duruş gətirə bilən reneqat Namazov öz “El”ini də götürüb “şura”nı tərk etdi.
Bu günlərdə isə “El” hərəkatının rəsmən buraxıldığı və səlahiyyətli orqanlarının işinə xitam verildiyi bəyan edilib. Bu da səbəbsiz deyil. Bir müddət öncə bildirildiyi kimi, reneqat Namazov radikal düşərgəyə yeni “qiyafədə”-partiya sədri kimi daxil olmağa hazırlaşır. Konkret tarix bəlli olmasa da, yaranacaq partiyanın qurultayının yay aylarında keçirilməsi nəzərdə tutulur. Maraqlıdır ki, bu xəbəri KİV-də yayan zaman reneqat Namazov Azərbaycanda olmayıb. Belə ki, yeni “Avropa turnesinə” çıxan reneqat Namazov orada fəaliyyət göstərən anti-azərbaycançı dairələrin nümayəndələri ilə görüşlər keçirir. Deyəsən, bu görüşlərdən “ruhlanan” reneqat Namazov artıq partiyalaşma işinə start vermək qərarını dəstəkləyib.
Təbii ki, “El” hərəkatı layihəsinin partiyalaşmaya keçidinin müzakirəsinə başlanmasının, sadəcə reneqat Namazova radikal düşərgə daxilində “yer edilməsinə” xidmət göstərdiyi hər kəsə bəllidir. Yəni, bu gün reneqat E.Namazovun oynadığı tamaşa göz önündədir. E.Namazov bilir ki, Azərbaycan cəmiyyətinin onun kimi milli maraqlarımıza düşmən kəsilən, dövlətin, xalqın mənafeyini addımbaşı satmağa hazır dayananlara münasibəti birmənalıdır. Elə bu səbəbdəndir ki, reneqat Namazov uğursuz “hərəkatını” “partiyaya” çevirməklə özünü radikal düşərgənin önünə çıxarmağa çalışır. O, hətta bu istiqamətdə radikal düşərgə partiyaları, konkret olaraq Müsavat Partiyası ilə “danışıq” apararaq prosesə ciddilik qatmaq niyyətindədir.
Təbii ki, reneqat Eldar Namazovun fikirləri Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti düzgün qiymətləndirə bilməyən birisinin mülahizələridir. Daha dəqiq desək, onun uğursuz çabalamaları öz imkan və bacarığını qeyri-adekvat şəkildə şişirdən subyektin avantürist spekulyasiyalarından başqa bir şey deyil. Belələri isə istər “hərəkat rəhbəri”, istərsə də “partiya sədri” statusunda ağa qara deməklə, Azərbaycanı gözdən salmaqla məşğul olmağı artıq özlərinə peşə seçiblər.
Bununla belə, reneqat Namazovun “El partiyası” və ya başqa bir layihəsinin uğur qazanma ehtimalı birmənalı şəkildə sıfıra bərabərdir. Çünki artıq radikal düşərgədə monopolistlik ilə məşğul olan bir sıra düşərgə təmsilçiləri reneqat Namazova bir addım belə önə keçməyə imkan verməzlər.

Paylaş:
Baxılıb: 1100 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30