Ana səhifə »  Müəlliflər »  Keçəl dərman bilsə idi, öz başına çəkərdi
A+   Yenilə  A-
Keçəl dərman bilsə idi, öz başına çəkərdi
Yazdı: Mübariz Abdullayev

Yaxud Əli Kərimli “proqnoz verən” idisə, AXCP-nin, “Milli şura”nın çökməsinin qarşısını alardı
Bu günlərdə sosial mediada AXCP sədrinin müavini Nurəddin Məmmədli belə bir status paylaşıb: “Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı”.
AXCP yetkilisi N.Məmmədli paylaşdığı bu statusla üzvü olduğu partiyanın sədi Əli Kərimliyə özüsayağı xidmət göstərmək, onun dünyada cərəyan edən mühüm siyasi proseslərə dair proqnoz vermək qabiliyyətinin olduğunu göstərmək və beləliklə də, radikallar arasında çəkisini artırmaq istəyib. Ancaq N.Məmmədli qaş düzəltdiyi yerdə, vurub göz töküb. Belə ki, AXCP funksionerinin paylaşdığı status sosial şəbəkələrdə, sözün əsl mənasında, lağ obyektinə çevrilib. Haqqında bəhs olunan status sosial şəbəkələrdə görünər-görünməz “Facebook” istifadəçiləri ironiya ilə partiya təmsilçilərinə müraciət edərək Əli Kərimlinin daha hansı sahələrdə proqnozlar söyləmək qabiliyyətinə malik olduğunu soruşurlar. N.Məmmədlinin paylaşdığı statuslara yazılan rəylərdə “Əli Kərimli münəccim rolunda”, “Bundan sonra kim hansı bir problemlə üzləşərsə, AXCP sədrinə müraciət etsin”, “Min dərdin bir dərmanı Əli Kərimlidə” kimi ironik fikirlərə yer verilib.
Azərbaycanda tez-tez işlənən yaxşı bir zərb-məsəl var: Keçəl dərman bilsə, öz başına çəkər. Əslində, AXCP sədrinin “proqnoz vermək qabiliyyəti” də elə keçəlin başının dazlığına bir əncam çəkə bilməməsinə bənzəyir. Bildirilir ki, Əli Kərimlidə belə fitri bir qabiliyyət var idisə, elə özünə, rəhbəri olduğu partiyaya proqnoz verərdi və “fəaliyyətini” də elə bu proqnozlara uyğun qurardı.
AXCP sədrinin xislətinə bələd olanlar yaxşı bilirlər ki, Əli Kərimlinin “siyasi fəaliyyəti” birmənalı surətdə onun konyuktur maraqları üzərində qurulub. O, atdığı hər addımda yalnız və yalnız şəxsi maraqları barədə düşünür. Son 20 ildə Əli Kərimlinin “ətinə, sümüyünə” bələd olanlar bilirlər ki, partiya sədri radikal düşərgənin öndəgedəninə çevrilmək, beləliklə də, xaricdəki anti-azərbaycançı dairələrin ianələrinə, qrantlarına tam şəkildə yiyələnmək üçün hətta şeytanla da əməkdaşlığa girməyə hazırdır. Bu cür xislətə malik olan şəxs bəs nədən “müttəfiq” partiyalarla olan çoxsaylı problemlərini “öncəgörənliyindən” bəhrələnməklə yoluna qoymur?
Məlumdur ki, son illərdə AXCP-nin və partiyanın sədri Əli Kərimlinin başı “Müsavat”la yaşanan qalmaqallara görə çox ağrıyıb. “Müsavat”çılar həftə səkkiz, mən doqquz, AXCP-yə, o cümlədən də Əli Kərimliyə yönəlik yeni-yeni ittihamlar irəli sürürlər, onu və partiyasını ağ yuyub, qara sərirlər. “Müsavat” təmsilçiləri son açıqlamalarında “AXCP-nin bütün “müttəfiqlik” dəyərlərindən məhrum qaldığını və Əli Kərimli ilə yol getməyin mümkün olmadığını” dilə gətiriblər. Bəs hanı Əli Kərimlinin fitri istedadı? Nə üçün o, özünü, partiyasını “Müsavat”ın ara verməyən hücumlarından qorumaq naminə “proqnozlarını” işə salmır?
Və yaxud, götürək, Əli Kərimlinin gözündə qalan qondarma “Milli şura” xülyalarını. Sirr deyil ki, AXCP sədri radikalların qoca kinodramaturq Rüstəm İbrahimbəyovun pul vədlərinin cazibəsinə toplaşdıqları bu oyuncaq quruma, sözün əsl mənasında, yağlı tikə kimi baxırdı. Lakin indi o, “Milli şura”da “sam dejurnıy, sam dinivalnıy” misalında qalıb. “Milli şura”da gözləntiləri doğrulmayan radikallar dabanlarına tüpürərək bu oyuncaq qurumla yollarını ayırıblar. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Əli Kərimlinin “sehrli çubuğu” qondarma qurumun tamam iflasa uğramasının və siyasi səhnədən birdəfəlik çıxmasının qarşısını almaqda acizdir.
Radikal düşərgənin iki cüt, bir tək təmsilçisi ilə bacarmayan, siyasətdə qürub edən Əli Kərimlinin dünyanın böyük güclərinin sözlərinin yerə düşdüyü Ukrayna hadisələri barədə proqnoz dilə gətirməsi gülüncdür. Bütün bunları bilə-bilə Nurəddin Məmmədli hansı məntiqlə Əli Kərimlinin “proqnoz vermək” bacarığından söz açır?

 
  • Oxunub:  24240  |  
  • Tarix:  15-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13