Ana səhifə »  Müəlliflər »  Ölkəmizdə siyasi sabitliyi pozmağa çalışan anti-azərbaycançı təşkilatlar “demokratiya” pərdəsi altında radikal müxalifətə pul ötürür
A+   Yenilə  A-
Ölkəmizdə siyasi sabitliyi pozmağa çalışan anti-azərbaycançı təşkilatlar “demokratiya” pərdəsi altında radikal müxalifətə pul ötürür
Yazdı: Pərviz Sadayoğlu

Radikal düşərgənin “QHT” “çətiri” altında gizlənən “pul kisələri” ölkəmizdə xaos yaratmağa çalışır
Sirr deyil ki, Azərbaycanın sabit və davamlı inkişafından, o cümlədən, müstəqil, yalnız dövlətimizin və xalqımızın mənafeyini özündə ehtiva edən xarici siyasət kursu yürütməsindən narahat olan xarici anti-azərbaycançı dairələr zaman-zaman fərqli maraqlarının ölkəmizdə təmin olunması yönündə “fəaliyyətləri” ilə seçiliblər. Həmin xarici antimilli dairələrin “sapı özümüzdən olan” xidmətçiləri sayılan radikal müxalifət düşərgəsi, o cümlədən, QHT pərdəsi altında gizlənən və dövlət maraqlarının ziddinə mövqe tutmuş kəsim dövlətçiliyimizə, sabitliyə və inkişafa qarşı “planlarda” ön sıralarda yer alırlar. Maraqlıdır ki, hər dəfə xarici ölkələrdə baş verən hadisələrdən “ruhlanan” “beşinci kolon” adlandırılan bu kəsim adı çəkilən anti-azərbaycançı dairələrdən aldıqları sifarişlər və “maddi vəsait” qarşılığında fəallaşır, həmin antimilli təşkilatların maraqlarını ölkəmizdə təmin etmək üçün dəridən-qabıqdan çıxırlar. Bir zamanlar rəngli inqilablardan, daha sonra isə “ərəb baharı” adlandırılan prosesdən ruhlanan və bu qeyri-sabitliyi Azərbaycana “transfer” etmək üçün bütün yollara baş vuran beşinci kolon təmsilçiləri bununla da bir daha hansı niyyətə və ünvanlara xidmət göstərdiklərini büruzə verirdilər.
Ukrayna hadisələri: əvvəldən sona qədər...
Son dövrlərdə Ukraynada baş verən hadisələr də zaman-zaman radikal müxalifət tərəfindən “dəyərləndirilir” və bu mənada proses düşərgə təmsilçiləri tərəfindən “maraqla qarşılanır”. Onların bu maraqlarının arxasında isə yeni xəyanətkar oyunları dayanır. Bir neçə gün öncə “virtualaz.org” saytında dərc edilən jurnalist Eynulla Fətullayevin “Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar...” adlı araşdırmasında da məhz bu məqamlardan söhbət açılır. Müəllif məqaləsində bildirir ki, Ukraynada baş verənlər məhz xarici güclərin maliyyəsi ilə reallaşıb. O bildirir ki, bu fikri amerikalı ekspert Pol Kreyq Robertsin sensasion etirafı da təsdiqləyir: “P.K.Roberts öz məqaləsində (“Washington Orchestrated Protests Are Destabilizing”) əminliklə yazır: “Qərbi Ukraynadakı etiraz aksiyalarını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Dövlət Departamenti, həmçinin, Vaşinqton və Aİ-nin maliyyələşdirdiyi QHT-lər təşkil etmişdi. Həmin QHT-lər MKİ və Dövlət Departamenti ilə əlbir işləyirlər” (Ukraine - http://www.paulcraigroberts.org/2014/02/12/washington-orchestrated-protests-destabilizing-ukraine/).
Məqalədə bildirilir ki, “Viktoriya Nuland hələ Kiyevdə mitinqçilərə ABŞ kökələri paylanmazdan əvvəl, dinc Avromaydan etirazlarının ən qızğın çağında - 2013-cü il, dekabrın 13-də Vaşinqtondakı Milli Mətbuat Klubunda açıq mətnlə demişdi ki, “ABŞ Ukraynada təşviqat işlərinin aparılmasına on milyonlarla dollar xərcləyib”.
Müəllif yazır ki, Ukraynada beynəlxalq statusu olan 400-dək fond, humanitar sferada çalışan 350-dən çox beynəlxalq təşkilat, xarici QHT-lərin 180 yerli bölməsi fəaliyyət göstərir: “Yəni Yuşşenko ilə Yanukoviçin milli təhlükəsizliyi təmin etmək sahəsində nəsə bir iş görməyə macal tapmamasından istifadə edən Qərb bu ölkədə demokratiya uğrunda mübarizə üçün əla platsdarm yarada bilmişdi. Bu cəbhənin öncülləri arasında ABŞ və Qərbin kəşfiyyat orqanlarının yardımçı qurumları - Azərbaycan ictimaiyyətinə də yaxşı tanış olan, daxili siyasi vəziyyəti gərginləşdirmək məqsədi güddükləri üçün Azərbaycandan qovulan aşağıdakı təsisatlar vardı: Milli Demokratiya İnstitutu (MDİ/NDİ), Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), habelə ABŞ səfirliyi, Soros Fondu (Açıq Cəmiyyət İnstitutu), “Revenew Watch” kimi qurumların fəaliyyətini koordinasiya edən USAİD...”
Soros Fondunun radikal düşərgə üzvlərinə verdiyi milyonlar necə bölünür?
Adını QHT qoyaraq xarici pul mənbələrinin maraqlarının təminatçısı qismində fəaliyyət göstərən “vətəndaş cəmiyyəti” strukturları Azərbaycanda da mövcuddur. Və onlar da bir sıra antimilli təşkilatların maliyyə dəstəyi sayəsində ölkəmizin milli maraqlarına qarşı yönəlmiş planların reallaşması uğrunda zəmin hazırlamaqla məşğuldurlar. E.Fətullayev məqaləsində yazır ki, 2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Bildirilir ki, “postsovet ölkələri inqilablarının əsas pul mənbəyi” - Corc Soros göstərilən müddət ərzində Azərbaycanda etirazlar baş qaldırsın deyə 20 milyon dollardan çox, lap dəqiqini desək, 25 milyon 505 min dollar pul xərcləmişdi. Vurğulanır ki, Soros Fondundan ən çox qrant alan fəallardan biri Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğludur. İlkin hesablamalara görə, Q.İbadoğlu və ona yaxınlığı ilə seçilən QHT-lər 10 il ərzində (2004-2014) 14 milyon dollar məbləğində qrant alıblar. Bu isə təxminən Yanukoviçi devirməyə göstərilən birinci cəhd üçün ayrılan məbləğ qədər vəsait deməkdir.
C.Sorosun səxavətlə qrant verdiyi şəxslər arasında hökumətin tanınmış “tənqidçilərinin” də adları yer alır: iqtisadçı-ekspertlər Azər Mehtiyev və “cəbhəçi” Rövşən Ağayev (108 min 613 manatlıq 12 qrant), sumqayıtlı müxalifətçi Elçin Həsənov (17 min manat), müxalifətçi Əvəz Həsənov (17 min 430 manat), hüquqşünas İntiqam Əliyev (83 min 795 manat), hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı (65 min 382 manat) və s.
OXFAM və EED kimi təşkilatlar Əli Kərimlinin mətbu layihələrinin əsas maliyyə mənbələridir
Bildirilir ki, Soros Fondundan başqa Oxfam kimi tanınan, Aclıq Çəkənlərə Yardım Komitəsi kimi (ingiliscədə adı belədir: Oxford Committee for Famine Relief) yaradılan təşkilat da radikal müxalifətin QHT adı ilə pərdələnmiş “nümayəndələrinə” xeyli maliyyə “yardımı” ayırıb: “Oxfamın sevimliləri arasında Qubad İbadoğlu və ona bağlı QHT-lər öndə gəlir. İndiki hökuməti devirmək istəyini gizlətməyən müxalifətçi Zöhrab İsmayıl da Oxfam favoritlərindəndir. Z.İsmayıl “cəbhəçi” Rövşən Ağayev və Neyman Səfərəliyevlə birgə Oxfamdan 47 min 760 avro məbləğində 3 qrant, “Müsavat”çı Q.İbadoğlu isə 534 min 254 avro məbləğində 17 qrant alıb”.
Xarici anti-azərbaycançı təşkilatlardan maliyyələşən “obyektlər” arasında radikal müxalifətin əlində olan KİV-lər də var. Belə ki, radikal düşərgənin ekstremist ruhlu mətbu orqanı olan “Meydan” TV məhz EED tərəfindən maliyyələşdirilir. Müəllif yazısında bildirir ki, “Ayrı-ayrı dövlətlər və büdcəsi avropalı vergiödəyicilərinin hesabına formalaşan Avropa Komissiyası tərəfindən təsis olunmuş beynəlxalq fond nə vaxtdan bəri məhkəmə borclarının ödənməsi ilə bağlı qərarlar verir? İkinci belə fakt varmı? Yalnız Azərbaycanda var. Belə ki, EED radikal müxalifət lideri Əli Kərimlinin qəzetinin bank hesabına 65 min avro məbləğində vəsait köçürüb ki, qəzet məhkəmə cərimələri ilə bağlı yaranan borcunu ödəyə bilsin”.
Bu xarici təşkilatlar, hətta gənclərin radikal düşərgə tərəfindən aldadılaraq onların oyunlarına cəlb olunmasına da “köməklik” göstərirmiş. Məsələn, EED 2014-cü ildə “Azərbaycan gəncliyinin sosial fəallığının artırılması treyninqləri”nə 13 min manat ayırır. Bunlar “Azərbaycan gəncliyinin sosial fəallığı” deyəndə nəyi nəzərdə tuturlar? Yaxud başqa bir layihə haqda. Açıq-aşkar müxalifətçi mövqeyində dayanan bir təşkilat “Gənclərin vətəndaş fəallığının gücləndirilməsi” adlı layihəyə görə EED-dən 50 min avro alıb. Bu təşkilat QHT rəhbəri kimi tanınan, amma əslində, səslənən faktlardan hansı əməllərlə məşğul olması aşkara çıxan Mirvari Qəhrəmanlıya da 50 minə yaxın pul ayırıb.
Göründüyü kimi, bu cür antimilli təşkilatlar və onların əlaltısı kimi ayrılan pulları “həzm-rabedən” keçirməyə hazır beşinci kolon Azərbaycanda siyasi sabitliyin pozulması üçün bütün “gücünü” ortaya qoyur. Amma onların arzuları yalnız arzu olaraq da qalacaq. Çünki bu gün Azərbaycanda məhz xalqın iradəsi ilə seçilən və xalqın etimadına güvənən milli hakimiyyət mövcuddur. Xalq-hakimiyyət birliyinin önündə isə bütün çirkin niyyətlər, bütün məqsədlər fiaskoya məhkumdur...

 
  • Oxunub:  23430  |  
  • Tarix:  16-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb
16 Avqust 09:19
Azərbaycanda aqrar sektorun inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir
15 Avqust 20:48
Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb
15 Avqust 20:43
Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında liderdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23