Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət anti-azərbaycançı dairələrin çirkin niyyətlərinin fəal icraçısı rolunda
A+   Yenilə  A-
Radikal müxalifət anti-azərbaycançı dairələrin çirkin niyyətlərinin fəal icraçısı rolunda
Yazdı: Pərviz Sadayoğlu

Düşərgə təmsilçiləri ölkəmizdəki sosial-iqtisadi inkişafa, siyasi sabitliyə xələl gətirmək üçün antimilli dairələrdən milyonlarla dollar “qrant” alıb
Azərbaycanın radikal müxalifət partiyalarının, o cümlədən, anti-azərbaycançı dairələrin sifarişləri ilə yaradılan və qeyri-hökumət təşkilatı adı altında gizlənən “təşkilatlar”ın fəaliyyətlərinin hər bir epizodu xalqımıza bəllidir. Ölkəmizin milli maraqlarının ziddinə getmək, xalqın və dövlətin mənafeyinə əks hərəkət etmək həmin qüvvələrin proqramlaşdırılmış, daha doğrusu xarici sifarişçilərindən aldıqları konsepsiyalarıdır. Bu baxımdan həmin kəsimin fəslə uyğun şəkildə aktivləşmə və passivləşmə fazalarına daxil olması kimsəyə qeyri-adi görünmür.
Məsələn, seçki öncəsində hansısa anti-Azərbaycan dairənin sifarişi, diktəsi və pulu ilə aktiv siyasi fazaya qədəm qoyanlar özlərini ciddi siyasi varlıq kimi sübut etməyə çalışırlar. Maraqlıdır ki, həmin insanlar özlərinin siyasi çəkilərini, yalnız pul qarşılığında “danışan dilə” çevrildiklərini hər kəsdən yaxşı bilirlər. Yəni, belələrinə bəllidir ki, Azərbaycan xalqı nəinki onları dəstəkləmir, hətta birmənalı şəkildə onların anti-Azərbaycan fəaliyyətini pisləyir.
Ümumiyyətlə, Azərbaycanda hansısa bir siyasi fəallığın artdığı dövrdə və ya siyasi proseslərin daha aktiv forma aldığı zamanlarda (əsasən seçki dövründə) radikal müxalifətin bəlli kəsiminin bir sıra “xarici təşkilatlarla” “demokratiya” oyunlarına qurşandıqları açıq-aydın görünür. Belə ki, radikallar birmənalı şəkildə dövlətin və millətin maraqlarını zərbə altına qoymaq, o cümlədən, anti-azərbaycançı dairələrin maraqlarını təmin etmək üçün aldıqları pulun müqabilində xidmətlərini göstərirlər.
Bu gün ölkəmizdə mövcud olan yüksək demokratik mühitdən sui-istifadə edən bu tip insanlar addımbaşı pul qarşılığında həm millətini, həm də dövlətini satır. Bu isə bir daha sübut edir ki, qısa zamanda iqtisadi-siyasi cəhətdən yerləşdiyi bölgənin liderinə çevrilən Azərbaycanın radikal “ayamalı” müxalifəti sayılan bu kəsim hələ də normal siyasi mübarizə yollarını tapa bilməkdə acizlik nümayiş etdirir, eyni zamanda, çıxış yolunu pul qarşılığında özünü “siyasi bazara” çıxarmaqda görür.
“Virtualaz.org” saytında Eynulla Fətullayevin “Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar...” adlı araşdırma yazısında da radikal müxalifət partiyalarının və bu partiyaların fərqli QHT-lərin pərdəsi altında gizlənən üzvlərinin əməllərindən bəhs olunur. Yazı müəllifi son dövrlərdə Ukraynada baş verən hadisələrə diqqət yönəldərək bu ölkədə gedən proseslərdə “aktiv” iştirak edən bir sıra xarici təşkilatların Azərbaycanın radikal müxalifət kəsimi ilə işbirliyinə diqqət çəkib. Məqalədə bildirilir ki, radikal düşərgənin “qrantyeyənlər dəstəsi”nin öz qərbli kuratorları ilə əlbir şəkildə oğurladıqları və mənimsədikləri pulun miqyası adamı, sadəcə heyrətə gətirir. Bildirilir ki, 2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb: “Yəni, müxalifətə yaxın vətəndaş fəalları 10 il ərzində üç mənbədən ukraynalı müxalifətçilərdən az qala iki dəfə çox, yaxud da rusiyalı vətəndaş fəalları qədər pul alıblar. Qərbin yüzlərlə fondu tərəfindən ayrılan qrantları da bunun üstünə gəlsək, hansı şişman məbləğin yarandığını təsəvvür edirsinizmi?!”
Vurğulanır ki, radikal düşərgənin nəzarətində olan QHT-lərə pul ayıran əsas mənbələrdən biri Soros Fondudur: “C.Soros göstərilən müddət ərzində Azərbaycanda etirazlar baş qaldırsın deyə 20 milyon dollardan çox, lap dəqiqini desək, 25 milyon 505 min dollar pul xərcləmişdi”.
Bu fondun ayırdığı qrantların əsas “alıcıları” isə Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu olub. İlkin hesablamalara görə, Q.İbadoğlu və ona yaxınlığı ilə seçilən QHT-lər 10 il ərzində (2004-2014) 14 milyon dollar məbləğində qrant alıblar. Bildirilir ki, C.Sorosun səxavətlə qrant verdiyi şəxslər arasında hökumətin tanınmış tənqidçilərinin də adı yer alır: iqtisadçı-ekspertlər Azər Mehtiyev və cəbhəçi Rövşən Ağayev (108 min 613 manatlıq 12 qrant), sumqayıtlı müxalifətçi Elçin Həsənov (17 min manat), müxalifətçi Əvəz Həsənov (17 min 430 manat), hüquqşünas İntiqam Əliyev (83 min 795 manat), hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı (65 min 382 manat) və s.
Bundan başqa, Oxfam kimi tanınan təşkilatın radikal düşərgəyə ayırdığı “qrantlar” da böyük həcmə malikdir: “Hamıya məlumdur ki, Britaniyanın bu təşkilatı Aclıq Çəkənlərə Yardım Komitəsi kimi (ingiliscədə adı belədir: Oxford Committee for Famine Relief) yaradılıb. Oxfamın sevimliləri arasında Qubad İbadoğlu və ona bağlı QHT-lər öndə gəlir. İndiki hökuməti devirmək istəyini gizlətməyən müxalifətçi Zöhrab İsmayıl da Oxfam favoritlərindəndir. Z.İsmayıl cəbhəçi Rövşən Ağayev və Neyman Səfərəliyevlə birgə Oxfamdan 47 min 760 avro məbləğində 3 qrant, “Müsavat”çı Q.İbadoğlu isə 534 min 254 avro məbləğində 17 qrant alıb. Düz yarım milyon!”.
Qeyd olunur ki, Oxfamın Azərbaycan nümayəndəliyinin əməkdaşları Rauf Əliyev, Elşad Fərzəliyev və Vaqif İsmayılov “Aran” Regional Humanitar İnkişaf İctimai Birliyi təsis ediblər. Oxfamın nümayəndəliyinin əməkdaşları tərəfindən yaradılmış bu ictimai birlik elə Oxfamın öz nümayəndəliyindən 1 milyon avro, 43911 dollar və 39698 funt-sterlinq məbləğində 32 qrant alıb.
Bu təşkilatlarla yanaşı, MKİ-nin fondu olan NED-in prototipi EED (European Endowment for Democracy), yəni Avropa Demokratiyaya Yardım Fondu da radikalların “pul mənbəsi” sayıla bilər. Belə ki, AXCP-nin nəzarətində olan “Meydan” TV-ni məhz EED maliyyələşdirir. EED ekstremist “Meydan” TV-nin hesabına 300 min avro pul köçürüb. Bu fakt isə TV rəhbərliyi tərəfindən uzun müddət gizlədilib: “Yaxşı, bəs bu, harada görünüb ki, demokratik dəyərləri yaymaq məqsədilə hazırlanmış layihələri həyata keçirməli olan fond siyasi müxalifətin borclarını ödəsin? Ayrı-ayrı dövlətlər və büdcəsi avropalı vergiödəyicilərinin hesabına formalaşan Avropa Komissiyası tərəfindən təsis olunmuş beynəlxalq fond nə vaxtdan bəri məhkəmə borclarının ödənməsi ilə bağlı qərarlar verir? İkinci belə fakt varmı? Yalnız Azərbaycanda var. Belə ki, EED radikal müxalifət lideri Əli Kərimlinin qəzetinin bank hesabına 65 min avro məbləğində vəsait köçürüb ki, qəzet məhkəmə cərimələri ilə bağlı yaranan borcunu ödəyə bilsin”.
Aİ-nin fondu bununla da kifayətlənmir. EED 2014-cü ildə “Azərbaycan gəncliyinin sosial fəallığının artırılması treyninqləri”nə 13 min manat ayırır. Bunlar “Azərbaycan gəncliyinin sosial fəallığı” deyəndə nəyi nəzərdə tuturlar? Yaxud başqa bir layihə haqda. Açıq-aşkar müxalifətçi mövqeyində dayanan bir təşkilat “Gənclərin vətəndaş fəallığının gücləndirilməsi” adlı layihəyə görə EED-dən 50 min avro alıb. Qrant alanlar arasında Dövlət Neft Şirkətinin əsas “tənqidçisi” Mirvari Qəhrəmanlı da var. O da, xarici “donorlardan” 50 minə yaxın pul alıb.
Təbii ki, bu “pul müxalifətinin” siyasi kimliyi Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. “Rəngarəngliyi” ilə məşhur olan bu “siyasi kimliyi” inkişaf etdirmək üçün radikal düşərgə özünü cəmiyyətə fərqli donlarda-QHT, siyasi partiya və başqa adlar altında təqdim etməyə çalışır. Bu istiqamətdə uzun illər “tər tökən” radikal düşərgə üçün ən əsası xarici təşkilatlardan aldığı pullar sayəsində Azərbaycandakı iqtisadi-sosial inkişafa, siyasi sabitliyə zərər yetirməkdir. Yəni, bu yolda onlar hər zaman Azərbaycanın milli maraqlarını tapdamağa hazır olduqlarını nümayiş etdiriblər. Fərqli zamanlarda fərqli layihələrlə milli mənafeyə zidd mövqe tutan bu insanlar “siyasətçi” adı altında manipulyasiya edir, aldıqları sifarişlərin maraqlarından irəli gələn fikirləri cəmiyyətə sırımağa çalışırlar. Xarici, ermənipərəst maraqların danışan dilinə çevrilən, öz məqsədini “demokratiya” pərdəsi altında gizləməyə çalışan bu kəsim fəaliyyətini yalnız Azərbaycan dövləti haqqında şər, böhtan xarakterli siyasi çıxışlar etməklə qurur. Amma onların bu çabalamaları da çox çəkmədi, iç üzləri növbəti dəfə ifşa olundu. Dövlətini və xalqını satmaqdan başqa peşəsi olmayan bu dəstənin hansı “yuvadan” qidalandığı artıq Azərbaycan cəmiyyətinə bəllidir.
Radikal müxalifətdə qərar tutaraq xəyanətlə məşğul olan bu insanlar üçün isə coğrafi mənada haranın adamı olmaq, hara xidmət etmək heç bir əhəmiyyət daşımır. Nəticə etibarı ilə onlar bir mərkəzə qulluq edir-antimilli, anti-azərbaycançı mərkəzə...

 
  • Oxunub:  21990  |  
  • Tarix:  17-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 16:14
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
24 İyun 15:44
Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
24 İyun 15:41
“Organic Food Festival 2019”a 3 gündə 10 mindən çox ziyarətçi qatılıb
24 İyun 15:36
Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir
24 İyun 15:33
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
24 İyun 15:27
BMT baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir
24 İyun 15:26
Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb
24 İyun 15:22
Dini radikalizmlə mübarizədə maarifləndirmənin böyük rolu var
24 İyun 15:16
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb
24 İyun 15:04
Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb
23 İyun 11:05
Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası təşkil olunub
23 İyun 10:28
“Huawei” şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 İyun 10:25
Azərbaycan idmançıları “Minsk 2019”un ikinci günündə 1 gümüş və 3 bürünc medal qazanıblar
23 İyun 10:23
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:19
“Minsk 2019”un üçüncü günündə atletlərimiz idmanın altı növü üzrə mübarizə aparacaqlar
23 İyun 10:16
Prezident İlham Əliyev: Azərbaycan özünün tarixi ilə qürur duyur
22 İyun 17:58
Azərbaycan millisinin ikinci Avropa Oyunlarında ilk medalını akrobatika gimnastlarımız qazanıblar
22 İyun 17:53
Daxili İşlər naziri Qubada vətəndaşların qəbulunu keçirib
22 İyun 17:50
İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş olub
22 İyun 17:46
FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi üzrə əməkdaşlıq genişlənir
22 İyun 17:42
“Minsk 2019”: Azərbaycan boksçusu ermənistanlı rəqibi üzərində inamlı qələbə qazanıb
22 İyun 17:37
Azərbaycanda bu günədək 522,7 min hektar sahədə taxıl biçini aparılıb
22 İyun 15:58
Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir
22 İyun 15:55
Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır
22 İyun 15:54
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
22 İyun 15:45
İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur
22 İyun 15:41
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə müzakirələr aparılıb
22 İyun 15:38
Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir
22 İyun 15:33
Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərir
22 İyun 11:36
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub
22 İyun 11:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub
22 İyun 11:11
Respublikada 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
22 İyun 11:07
Bərdədə kənd yolları təmir olunur
22 İyun 11:05
Astarada turizmin inkişafı üçün lazımi şərait yaradılıb
22 İyun 10:50
Pərvin Kərimzadə: 2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+32 +36
gecə+21 +25