Ana səhifə »  Müəlliflər »  “Demokratiya” və “hüquq” carçılarının antidemokratik və illeqal əməlləri...
A+   Yenilə  A-
“Demokratiya” və “hüquq” carçılarının antidemokratik və illeqal əməlləri...
Yazdı: Nurlan Qələndərli

Anti-Azərbaycan dairələri ölkəmizdə inqilab ssenarilərini “vətəndaş cəmiyyəti” institutları vasitəsilə gerçəkləşdirməyə çalışırlar
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dinamik iqtisadi inkişafı, beynəlxalq münasibətlər sistemində öz mövqeyini ardıcıl olaraq möhkəmləndirməsi ölkəmizlə əməkdaşlıq münasibətlərinə malik olan dövlətlər tərəfindən müsbət qarşılansa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Buna görə də, həmin anti-Azərbaycan dairələri ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq, xaos mühiti yaratmaq, dövlətimizə təzyiq etmək üçün nəinki Azərbaycana qarşı qara piar kampaniyası aparır, eyni zamanda, qeyri-qanuni vasitələrə istinad edirlər. Bu sırada daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən missioner təşkilatların fəaliyyəti və “beşinci kolon”un xidmətləri xüsusi yer tutur.
Ümumiyyətlə, Azərbaycanda xaos və anarxiya yaratmaq məqsədilə illeqal fəaliyyət göstərmiş Milli Demokratiya İnstitutu, Oxfam, Açıq Cəmiyyət İnstitutu, İREX, USAİD kimi təşkilatlar bəzi QHT-lərin və “gənclər təşkilatları” kimi çıxış edən antimilli ünsürlərin, hətta bir sıra media qurumlarının xidmətlərindən istifadə edirlər. Bundan öncə “Yeni Azərbaycan” qəzetində dərc olunan “Vətəndaş cəmiyyətinə dəstək” pərdəsi arxasındakı xaos və anarxiya ssenariləri” sərlövhəli yazıda Eynulla Fətullayevin “Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar...” adlı məqaləsinə istinad edərək bir sıra faktlara nəzər yetirmişdik. Qeyd edilmişdi ki, 2002-ci ildən 2014-cü ilə qədər 3 beynəlxalq fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Şübhəsiz, bu rəqəm olduqca fantastikdir və ölkəmizə yönəlik dağıdıcı geosiyasi planları ifadə edən göstəricidir.
Bununla yanaşı, E.Fətullayevin “Haqqın.az” saytında yerləşdirilən “Azərbaycan inqilabı üçün daha 14 milyon dollar” adlı növbəti araşdırma xarakterli yazısında da “demokratiya” institutlarının ölkəmizdəki qeyri-qanuni və dağıdıcı fəaliyyətlərinə ayrılan maliyyə vəsaitlərinin həcmi və ünvanlarından bəhs olunur. Məqalədə ölkəmizdəki şəxs və qurumlara ayrılan qrantların sırf dövlətçilik əleyhinə olan planlara xidmət etdiyi, gerçəkləşdirilən layihələrin isə obyektiv xarakter daşımadığı - Azərbaycan reallıqlarına zidd olan subyektiv maraqlara xidmət etdiyi qeyd olunur. Xüsusilə də, məlum dairələr tərəfindən bu layihələrin “maarifləndirici” xarakterə malik olduğu və inkişafa xidmət etdiyinin bəyan edilməsi tamamilə siyasi manipulyasiyaya dəlalət edir. E.Fətullayev həmin məqaləsində vurğulayır ki, Amerika təşkilatı - öz proqram məqsədlərinə əsasən hər yerdə intellektual liderlik və innovasiya proqramları vasitəsilə pozitiv inkişafı yayan Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX) 2008-ci ildən 2013-cü ilə qədər 730 min manat məbləğində 29 qrant ayırıb: “Bu təşkilatın Azərbaycandakı nümayəndəsi Sara Hennesidir. Lakin nəyə görəsə təşkilatın nümayəndəliyi göstərilən müddətdə iki razılaşma əsasında cəmi 40 min manatlıq qrant dəstəyi alıb. Subsidiyaların qalan hissəsinin mənbəyi böyük sual doğurur. Və 730 min manat hansı intellektual liderliyə və innovasiya proqramlarına xərclənib? Bütün bu pullar müxalifətə və müxalifətə yaxın təşkilatlara axıb...”
Bundan başqa, ölkəmizdəki ötən prezident seçkiləri ərəfəsində fəallaşan bu qüvvələrin təbliğat və dağıdıcı fəaliyyət platformalarından biri də media olub. Məsələn, mənbədə də qeyd edildiyi kimi, həmin ərəfədə qısamüddətli layihə çərçivəsində www.azerbaijanelections.org saytının yaradılmasına 10 min dollar ayrılıb. Saytın gerçək məqsədini aşkar etmək üçün onun fəaliyyət mexanizminə nəzər yetirmək kifayət edir. Belə ki, seçkilər dövründə və seçkilərdən sonra sayt müxalif mövqedən çıxış edib, seçkilərin nəticələrini şübhə altına alıb. Qeyd edək ki, qrant “Turan” informasiya agentliyinə ayrılıb. “Haqqın.az”da dərc edilən məlum yazıda qeyd edilir: “İş təkcə saytla bitməyib. Hökumətə hücum edən daha bir resurs - sechkiportali.az yaradıblar. Birinci resursdan fərqli olaraq ikinci hələ də fəaliyyətdədir. Həmin saytın yaradılması üçün pulu Əli Kərimlinin tərəfdaşlarından birinə - “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin “Demokratik Jurnalistika Məktəbi” layihəsi çərçivəsində ayırıblar. Antihökumət saytının yaradılmasına 25 min dollar verilib”.
Bundan başqa, müxalifətçi qardaşlar Anar və Əziz Orucova “Kanal 13” internet kanalının açılması üçün 46 min dollar verilib. Bunlarla yanaşı, “Revenue Watch İnstitute”, Amerika Hüquqşünaslar Assosiasiyası, USAİD, NED kimi təşkilatlar müəyyən qrantlar vasitəsilə ölkəmizdəki müxalif və dövlətçilik əleyhinə fəaliyyət göstərən şəxslərlə qeyri-qanuni əməllər, dağıdıcı təxribatlar törətmək barədə razılığa gəliblər.
Beləliklə, bütün bunlar ona dəlalət edir ki, bəzi güc mərkəzləri tərəfindən “vətəndaş cəmiyyətinə dəstək” adı altında xaos və anarxiya yaratmaq cəhdləri edilir və ayrı-ayrı ölkələr siyasi qarşıdurma meydanına çevrilir. Qeyd etdiyimiz kimi, Azərbaycana yönəlik bu cür planlarda bəzi QHT-lər və ölkəmizdəki “beşinci kolon” xüsusi fəallıq göstərir. Amma əminliklə söyləmək olar ki, bu cür təşəbbüs və hallar Azərbaycanda təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitliyə zərrə qədər təsir etməyəcək. Çünki həyata keçirilən rasional daxili və xarici siyasət kursunun qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında yer alır. Ölkəmizdə bütün sahə və sektorların dinamik inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyin strateji qarantı qismində çıxış edir.

 
  • Oxunub:  22260  |  
  • Tarix:  22-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

11:27
25 Sentyabr
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
11:26
25 Sentyabr
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
11:26
25 Sentyabr
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb
11:24
25 Sentyabr
Azərbaycan nümayəndə heyəti Adanada film festivalının təntənəli açılış mərasimində iştirak edib
11:23
25 Sentyabr
"Bakı-2018"də 21 ölkənin cüdoçuları mükafatçılar sırasında yer alıblar
11:14
25 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
11:07
25 Sentyabr
Bolqarıstan Elmlər Akademiyasının sədri: Arxeoloqlarımızın birgə tədqiqatlar aparmaları üçün dəstək göstərməyə hazırıq
11:00
25 Sentyabr
Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
10:33
25 Sentyabr
Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır
10:22
25 Sentyabr
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:21
25 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
10:20
25 Sentyabr
Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:08
25 Sentyabr
Bakıda keçirilən dünya çempionatının altıncı günündə 88 cüdoçu medallar uğrunda mübarizə aparacaq
10:02
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gəlib
10:01
25 Sentyabr
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
09:59
25 Sentyabr
Stefaniya Giannini: Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
09:54
25 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər
21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
11:34
24 Sentyabr
Diasporla İş üzrə Dövlət Komitəsi və İTV birgə yeni layihəyə başlayır
11:24
24 Sentyabr
Səyyar “ASAN xidmət” davam edir
11:03
24 Sentyabr
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə olunur
11:02
24 Sentyabr
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
10:54
24 Sentyabr
Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb
10:42
24 Sentyabr
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
10:37
24 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 89 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +28
gecə+19 +21